I MPF-nin 50 illik yubileyinə həsr olunmuş Elmi Konfrans keçiriləcək

1 may 2024-cü il tarixində I Müalicə Profilaktika Fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Elmi Konfrans keçiriləcəkdir.

Konfransda müasir təbabətin müxtəlif sahələrinə: kardiologiya, nevrologiya, dermatologiya, pediatriya, transplantologiya, ümumi cərrahiyyə, urologiya, onkoginekologiyaya aid mövzular respublikanın tanınmış həkim ekspertləri tərəfindən müzakirə olunacaqdır.

Proqramla tanış olmaq üçün elandakı Qr kodu oxuda və ya aşağıdakı linkdən istifadə edə bilərsiniz: Proqram

Konfransda iştirak etmək istəyən həkimlər aşağıdakı nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.  Qeydiyyat üçün +994 51 364 16 22