Azərbaycan Tibb Universitetinin tələbələrinin, magistrant və doktorantlarının nəzərinə

ERASMUS+ MÜBADİLƏ PROQRAMI ELANI

Erasmus+ Beynəlxalq Kredit Hərəkətliliyi Proqramı çərçivəsində Yunanıstanın Saloniki şəhərinin Aristotel Universiteti 2024-2025-ci tədris ilinin qış semestrində (yəni 2024-cü ilin oktyabrından 2025-ci ilin fevralına qədər) həyata keçiriləcək tələbə mübadilə çağırışı elan edir. 
Tələbə mübadiləsi üçün şərtlər və tələb olunan sənədlər:
1. I kurs istisna olmaqla bakalavr (baza ali tibb təhsili), magistratura və doktorantura tələbəsi olmaq;
2. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə);
3. Dekanın imzası ilə ÜOMG (Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi) - minimum 65 bal;
4. Minimum B2 səviyyəsində Beynəlxalq İngilis dili sertifikatı (B2 İngilis dili səviyyəsi TOEFL-də ümumi 72 bala və ya IELTS-də ümumi 6 bala bərabərdir) ;
5. Mübadilə proqramı 2024-2025-cü tədris ilinin qış semestri üçün nəzərdə tutulub (2024-cü ilin oktyabrından 2025-ci ilin fevralına qədər).

Müraciət etmiş tələbələr arasından 1 əsas və 1 ehtiyat tələbə seçiləcəkdir.
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində "Erasmus - Aristotle University of Thessaloniki" yazaraq 20.04.2024-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected]  elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Bütün sənədlərin pdf formatında 1 faylda göndərilməsi xahiş olunur.

Qeyd: 20.04.2024-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaqdır.