ATU professor-müəllim heyətinin nəzərinə

Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin ORHUN mübadilə proqramına 2024-2025-ci tədris ilinin payız və yaz semestrləri üçün QEYDİYYAT ELANI:

•    Türkiyənin Gazi Universiteti (Ankara şəhəri), Ege Universiteti (İzmir şəhəri), Niğde Ömer Halisdemir Universiteti (Niğde şəhəri) və Atatürk Universitetində (Erzurum şəhəri) dərs demək üçün müəllimlərin müraciətləri qəbul olunur.
•    Dərslər Gazi Universitetinin Tibb bacılığı (Hemşirelik) fakültəsinin, Ege Universitetinin Tibb və Diş həkimliyi fakültələrinin, Niğde Ömer Halisdemir Universitetinin Təməl tibb elmləri, Daxili tibb elmləri və Cərrahi tibb elmləri bölümlərinin və Atatürk Universitetinin Tibb, Diş həkimliyi və Əczaçılıq fakültələrinin kafedralarının birində 14 gün müddətində həftədə ən azı 6 saat olmaq şərti ilə keçirilməlidir. Müraciət üçün müəllimlər “Müəllim haqqında məlumat forması” və “Akademik heyətin mobillik proqramı” formalarını doldurub qeydiyyatdan keçməlidirlər (formalar əlavə edilir). Formalar Türk və yaxud İngilis dillərindən birində doldurulmalıdır. 
•    Bir müəllim yalnız bir semestr üçün və bir universitetə müraciət edə bilər. 
•    14 günlük müddət müəllimin özü tərəfindən təyin olunur. Bu müddət tədris semestrləri daxilində olmalıdır. Mübadilə Niğde Ömer Halisdemir Universiteti və Atatürk Universitetində payız semestrində, Gazi Universiteti və Ege Universitetində isə yaz semestrində həyata keçiriləcəkdir. Müddət yazarkən müəllimlər buna mütləq diqqət yetirsinlər.
•    Dərslər Türk və yaxud İngilis dilində keçirilməlidir. Türk dilində keçiriləcək dərslərə üstünlük verilir.
•    Müəllimin səfər, qonaqlama və yemək xərcləri proqram tərəfindən ödəniləcəkdir!
•    Doldurulmuş formalar çap olunmalı, kafedra müdiri tərəfindən müvafiq bölmədə imzalanmalı və 25.04.2024-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinə şəxsən təqdim olunmalıdır. Düzgün doldurulmamış və göstərilən müddətdən gec təqdim olunmuş formalar qəbul edilməyəcəkdir!
•    Əlavə məlumat almaq üçün kafedranın beynəlxalq əlaqələr üzrə koordinatoruna müraciət edə bilərsiniz.

Hörmətlə,
ATU-nun Beynəlxalq əlaqələr şöbəsi

Buradan yükləyin:

1 - Öğretim Üyesi Bilgi Formu - ATU

2 - Öğretim Üyesi Hareketlilik Programı Formu - ATU