ATU-nun professor-müəllim heyətinin nəzərinə!

Erasmus+ Beynəlxalq Kredit Mobillik Proqramına
QEYDİYYAT ELANI:

Yunanıstanın Saloniki şəhərinin Aristotel Universiteti 2024-2025-ci tədris ilinin payız semestri üçün tədris üçün (teaching) 02.10.2024-20.12.2024 tarixlərində, təlim üçün (training) 02.10.2024-31.01.2025 tarixlərində 5 gün müddətində mübadilə proqramına qəbul elan edir. 

Namizədlərə qoyulan tələblər:
•    ATU-nun kafedra və qurumlarından birinin əməkdaşı olmalıdır.
•    İngilis dili biliyi B2 səviyyəsindən aşağı olmamalıdır.
•    Kafedra müdiri tərəfindən əməkdaşın mübadilə proqramında iştirakını tövsiyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır).
•    CV (mütləq Europass formada olmalıdır).
•    Gedəcək universitetin müvafiq kafedrasından dəstək məktubu (Letter of Support) (arzuolunandır, dəstək məktubu əldə etmək üçün namizədin özü gedəcəyi qurumun müvafiq koordinatoru ilə əlaqə saxlamalıdır).

Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədlərini 30.04.2024-cü il tarixinədək mövzu yerində müvafiq olaraq "Aristotel University Erasmus+ Teaching mobility" və ya "Aristotel University Erasmus+ Training mobility" yazaraq ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Xahiş olunur, bütün sənədlər yalnız bir e-mail ilə göndərilsin.

Qeyd: 
-    30.04.2024-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaq.
-    Lazım olan digər vacib məlumatları ağağıdakı linklərdən əldə etmək olar:
-    Tədris (Teaching) üçün https://eurep.auth.gr/en/staff/international/teaching/available_mobilities 
-    Təlim (Training): 
-    https://eurep.auth.gr/en/staff/international/training/available_mobilities 


ATU-nun Beynəlxalq əlaqələr şöbəsi