Azərbaycan Tibb Universiteti II MPF. Uşaq xəstəlikləri kafedrası
Professor-müəllim heyəti Tədris Elm Elmi-pedaqoji kadr hazırlığı
Imtahan sualları və testlər

V KURS TƏLƏBƏLƏRİ ÜÇÜN UŞAQ XƏSTƏLİKLƏRİ

 FƏNNİ ÜZRƏ İMTAHAN SUALLARI

1.       Pediatriyanın tarixi

2.        Azərbfycan uşaq  əhalisinə tibbi xidmətin təşkilinin əsas prinsipləri.

3.        Sahə həkim-pediatrların prinsipləri və üsulları.

4.       Yenidoğulmuş uşaqda vaxtında və vaxtından əvvəl  doğulmanın əlamətləri.

5.        Yenidoğulmuş uşağa quluğun xüsusiyyətləri.

6.        Uşaqda südəmər dövrün səciyələndirilməsi.

7.        Uşaq yaşlarının məktəbəqədər önü dövrünün səciyyələndirilməsi.

8.       Uşaq yaşlarının məktəbəqədər  dövrünün səciyyələndirilməsi.

9.       Uşaqlarda məktəbyaşı dövrünün (kiçik və böyük məktəb yaşı  səciyyələndirilməsi.)

10.    Çağada dərinin anatomik-fizioloji xüsusiyyətləri və dəri xəstəliklərinin semiotikası.

11.    Uşaqlarda fiziki inkişafın əsas göstəriciləri və onların yaş dinamikası.

12.    Uşaqlarda statik və hərəki funksiyalarının inkişafı.

13.    Körpə uşaqlarda ağız boşluğunun  xüsusiyyətləri, xəstəliklərin semiotikası. Süd və daimi dişlərin çıxması.

14.    Uşaqlarda qidalanma növləri. Təbii qidalanmanın üstünlükləri.. Ana südü ilə qidalanmanın müasir prinsipləri.

15.    Süd qarışıqlarının təsnifatı.

16.    Qarışıq  qidalanma,  onun prinsipləri. Doyuzdurmanın  texnikası.

17.     Süni qidalanma, onun prinsirləri. Əlavə qidanın daxil edilməsi texnikası.

18.    Ana və inək südünün müqasiyəsi tərkibi.

19.    Əmizdirən ananın pəhrizi. Qidanın və əsas qida inqredeyenlərinə  təlabat.

20.    Yenidoğulmuş uşaqlarda keçid (tranzitor) vəziyyət kütlənin itkisi, yenidoğulmuşların sarılığı və s.

21.    Yenidoğulmuş uşaqlarda  bətndaxili infeksiyalar   (toksoplazmoz, herpes, sitomeqalovirus, məxmərək və s.) Etiologiya, klinika və müalicə.

22.    Çağaların hemolitik xəstəliyi.

23.    Yarımçıqdoğulmuş uşaqlarda  anemiyalar.

24.    Çağaların doğuş zədələri. Etiologiya, klinika və müalicə.

25.    Çağaların doguş şişinin və kefalohematomanın differensial diaqnostikası, müalica prinsipləri.

26.    Çağalarda sepsisin etiologiyası və klinikası.

27.    Çağalarda sepsisin müalicə prinsipləri və profilaktikası.

28.    Uşaqlarda tənəffüs üzvlərinin anatomik-fiziologiya xüsusiyyətləri.

29.    Çağalarda pnevmoniyanın klinikasının və gedişinin xüssiyyətləri.

30.    Südəmər yaşlı uşaqlarda kəskin pnevmoniyanın klinikası.

31.    Uşaqlarda pilorospazm, pilorostenozun differensial diaqnostikası və müalicə taktikası.

32.    Uşaqlarda mədə-bağırsaq sisteminin anatomik-fizioloji xüsusiyyətləri və xəstəliklərin semiotikası.

33.    Uşaqlarda bağırsağın hərəkəti,  sekretor və mühafizə funksiyalarının xüsusiyyətləri.

34.    Erkən yaşlı uşaqlarda diareya sindromu, etiologiya, klinika və müalicəsi.

35.    Körpələrdə bağırsaq toksikozunun klinikası və müalicəsi.

36.    Südəmər yaşlı uşaqlarda həzmin kəskin pozulmaları.

37.    Südəmər yaşlı uşaqlarda həzmin kəskin pozulmalarının müalicə və profilaktikası.

38.    Südəmər yaşlı uşaqlarda qidalanmanın xroniki pozulmalarının təsnifatı və klinikası.

39.    Uşaqlarda hipotrofiyanın etiologiyası və patogenezi.

40.    I dərəcəli hipotrofiyanın klinikası və müalicəsi.

41.    II dərəcəli hipotrofiyanın klinikası və müalicəsi.

42.    III dərəcəli hipotrofiyanın klinikası və müalicəsi.

43.    Xronik qida pozğunluğu zamanı qidalanma rejiminin təşkili.

44.    Uşaqlarda sümük və əzələ sistemlərinin anatomik-fizioloji xüsusiyyətləri, xəstəliklərin semiotikası.

45.    Raxitin etiologiya və patogenezi.

46.    Raxitin təsnifatı və klinikası.

47.    Raxitli uşaqlarda sümük sistemində baş verən dəyişikliklər.

48.    Raxitli xəstələrin müalicəsi.

49.    Raxitin spesifik və qeyri-spesifik profilaktikası.

50.    Raxitin başlanğıc dövrünün klinikası və qanda biokimyəvi göstəricilərinin dəyişiklikləri.

51.    D-hipervitaminozun klinikası və müalicəsi.

52.    Spazmofiliya, etiologiya , müalicə və profilaktika.

53.    Erkən yaşlı uşaqlarda anemiyalar.

54.    Böyük yaşlı uşaqlarda kəskin pnevmoniyanın gediş xüsusiyyətləri.

55.    Böyük yaşlı uşaqlarda uzun sürən pnevmoniyanın klinikası, müalicəsi və profilaktikası.

56.    Uşaqlarda xronik pnevmoniya.

57.    Uşaqlarda xronik pnevmoniyanın mərhələli müalicəsi.

58.    Uşaqlarda bronxial astmanın portogenetik inkişaf mexanizminin müasir nöqteyi-nəzərdən qiymətləndirilməsi.

59.    Uşaqlarda astmatik statusun xüsusiyyətləri və astmatik status zamanı müalicə tədbirləri.

60.    Kəskin respirator virus infeksiyaları. Uşaqlarda bronxitlərin etiologiyası, klinikası və müalicəsi.

61.    Kəskin pnevmoniyanın müalicəsi.

62.    Uşaqlarda konsitusiya anomaniyalarının (diatezlər), etiopatogenezi və klinikası.

63.    Uşaqlarda konsitusiya anomaniyaların korreksiya, müalicə prinsipləri.

64.    Uşaqlarda kəskin revmatik qızdırmanın etiologiya və patogenezi.

65.    Kəskin revmatik qızdırmanın fəal fazada müalicəsinin təşkili. 12 yaşlı uşaq üçün qeyri-steroid iltihab əleyhinə preparatının resept yazın (indometasin).

66.    Uşaqlarda revmatik karditin klinikası və müalicəsi. 6 yaşlı usaq üçün qeyri-steroid iltihab əleyhinə preparatına resept yazın (voltaren).

67.    Kəskin revmatik qızdırmanınklinik təzahürləri.

68.    Kəskin revmatid qızdırmanın  işçi təsnifatı.

69.     Kəskin revmatik qızdırmanın işçi təsnifatı.

70.    Kəskin revmatik qızdırmanın profilaktikası. 7 yaşlı uşaq üçün bitsilin antibiotiklərinə resept yazın.

71.    Kəskin revmatik qızdırmanın müasir gediş xüsusiyyətləri.

72.    Kəskin revmatik qızdırmanın və yuvenil revmatoid artritinin differensial diaqnostikası.

73.    Uşaqlarda ürək-qan-damar sisteminin anatomik-fizioloji xüsusiyyələri. Arterial qan təzyiqinin yaş dəyişməsi.

74.    Uşaqlarda anadangəlmə ürək qüsurları.

75.    Birləşdirici toxumanın sistem xəstəlikləri. Qırmızı qurd eşənəyi. Revmatoidli poliartrit. Etiologiya və patogenezi. Müalicə prinsiləri.

76.    Qırmızı qurd eşənəyinin  klinik xüsusiyyətləri və müalicə prinsipləri.

77.    Yuvenil revmatoid artritinin təsnifatı, klinika və müalicəsi.

78.    Böyük yaşlı uşaqlarda. Kəskin qastritin etiologiyası, patogenezi, klinika və müalicəsi.

79.    Uşaqlarda  xronik qastritin  (Sidney, 1990) təsnifatı vəklinikası.

80.    Uşaqlarda  xronik qastritin  differensial diaqnostikası.

81.    Uşaqlarda mədə və 12 barmaq bağırsağın  xora xəstəliyi. Etiopatogenezi, klinika və müalicəsi.

82.    Uşaqlarda xolangioxolesistlərin etiologiyası, klinikası, müalicəsi və profilaktikası. 7 yaşlı uşaqlar üçün ödqovucu  preparata resept yazın.

83.    Öd yollarının diskeneziyaları. Differensial diaqnostika və müalicə rprinsiləri.

84.    Uşaqlarda qastroduodenitlər, kliniki xüsusiyyətləri.

85.    Uşaqlarda xronik hepatitin yaranma səbəbləri. Klinika, müalicə və profilaktika.

86.    Hemorragik vaskulit. 5 yaşlı uşaq askorbin  turşusuna resept yazın.

87.    Uşaqlarda trombositopenik  purpura-Verlhof xəstəliyi.

88.    Uşaqlarda böyrək  və sidik çıxarıcı  sisteminin anatomik-fizioloji xüsusiyyətləri.

89.    Uşaqlarda kəskin diffuz qlomerulonefritin etiopatogenezi və diaqnostikası.

90.     Uşaqlarda kəskin diffuz qlomerulonefritin klinikası və gediş xüsusiyyətləri.

91.    Uşaqlarda kəskin diffuz qlomerulonefritin müasir müalicə prinsiləri. 7 yaşlı uşaqlar üçün diuretik preparata reset yazın.

92.    Uşaqlarda kəskin diffuz qlomerulonefritin təsnifatı, klinikası və müalicəsi.

93.    Uşaqlarda pielonefritin  etiopatogenezi və diaqnostika prinsipləri.

94.    Uşaqlarda pielonefritin  klinik gediş xüsusiyyətləri müalicə və profilaktikası.

95.    Uşaqlarda difteriya xəstəliyinin  təsnifatı və klinik formaları.

96.    Əsnək  difteriyasının  lokal formasının klinikası və diaqnostikası. əsnək difteriyanın digər angina ilə keçən xəstəliklərlə differensial diaqnostikası.

97.    Əsnək difteriyanın toksik formasının klinikası, diaqnostikası və müalicəsi.

98.    Əsnək difteriyası zamanı  ürək-damar, sinir sisteminin və digər sistemlər tərəfindən  rast  gələn fəsadlar.

99.    Qırtlaq difteriyasının klinika, diaqnostika, differensial diaqnostikası və müalicə prinsipləri.

100.Uşaqlarda həqiqi yalançı inağın differensial  diaqnostikası.

101.Uşaqlarda difteriyanın  müalicə prinsipləri. Difteriya əleyhinə antiloksik zərdabın istifadə qaydaları.

102.Uşaqlarda difteriyanın profilaktikası.

103.Uşaqlarda kəskin virus hepatitinin və laborator  diaqnostikası.

104.Uşaqlarda virus hepatitinin  etiologiya, epidemiologiyası, patogenezi.  Müalicə və profilaktikası.

105.Uşaqlarda xronik hepatitin  klinikası, müalicə və profilaktikası.

106.Uşaqlarda dizenteriyanın  etiologiya, epidemiologiyası, patogenezi.

107.Uşaqlarda dizenteriyanın  klinik formaları, əsas təzahür sindromları.

108.Uşaqlarda dizenteriyanın   diaqnostika və müalicə prinsipləri.

109.Uşaqlarda salmanelyozun klinikası, differensial diaqnostikası, müalicə və profilaktikası.

110.Qızılçanın kliniki gedişi, fəsadları, müalicə və profilaktikası.

111.Qızılçanın profilaktikası.

112.Qızılçanın, skarlatinanın və məxmərəyin  differensial diaqnostikası.

113.Skarlatinanın etiologiya, epidemiologiyası, patogenezi.

114.Skarlatinanın klinikası, diaqnostikası və differensial diaqnostikası. Müalicə və profilaktikası.

115.Məxmərək, etiologiya, klinika və müalicəsi.

116.Uşaqlarda su çiçəyi, klinika və müalicəsi.

117.Uşaqlarda göy öskürək. Etiologiya, klinika.

118.Uşaqlarda göy öskürəyin müalicəsi və profilaktikası.

119.Uşaqlarda göy öskürəy zamanı tənəffüs və mərkəzi sinir sistemləri tərəfindən fəsadlar, onların müalicə və profilaktikası.

120.Uşaqlarda epidemik parotit (Xənazir xəstəliyi). Etiologiya və klinikası.

121.Epidemik parotitin kliniki təzahürü. Parotit orxiti və pankreatitin klinikası.

122.Epidemik parotitin müalicə və profilaktikası.

123.Uşaqlarda helmentiozların ən çox yayılmış formaları, müalicəsi. Qurd əleyhinə  dərman preparatları.

124.Uşaq yaşlarında askaridoz, gediş  fazaları, klinika və müalicəsi.

125.Uşaq yaşlarında enterebioz, klinika və müalicəsi.

126.Sağlam və xəstə uşaqların dispaserizasiyası.

127.Uşaqlarda profilaktik peyvəndlər. Reaksiya və fəsadlar, əks göstərişlər.

128.Uşaqlarda malyariyanın klinikası, diaqnostikası və müalicəsi.

129.Uşaqlarda vərəmin diaqnostikası, tuberkulin sınağı.

Copyright © 2013-2014. Azərbaycan Tibb Universiteti ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır