AZ EN
Digər fakultələr
III Uşaq xəstəlikləri kafedrası

Kafedra 1945-ci ilin oktyabr ayında yaradılmış və «Hospital Pediatriya kafedrası adlanmışdır. 1970-ci ilə qədər kafedraya dosent A.N.Əmircanov başçılıq etmişdir. Kafedranın əməkdaşları əsasən erkən yaşlı uşaqlarda qidalanmanın xüsusiyyətlərini, raxit və başqa xəstəliklərin etiopatogenezini, epidemiologiyasını öyrənməklə məşğul olmuşlar.
1970-ci ildən kafedraya tibb elmləri doktoru, professor, SSRİ Tibb Elmləri (1971), Azərbayjan Milli Elmlər Akademiyasının akademiki (1983), Rusiya TEA-nın müxbir üzvü (1992), Azərbayjanın Əməkdar Elm Xadimi, Respublika Dövlət Mükafatı laureatı, Azərbayjan Pediatrlar Assosiasiyasının Prezidenti Adilə Əvəz qızı Namazova başçılıq edir.
1985-ci ildə kafedranın adı dəyişdirilmiş və həmin vaxtdan «I uşaq xəstəlikləri» kafedrası adını daşıyır. Kafedra fəaliyyət göstərdiyi dövrdə inkişaf etmiş, təşəkkül tapmış və Azərbaycan Tibb Universitetinin ən iri profil kafedrasına çevrilmişdir.
Xəstə uşaqlara yüksək səviyyəli tibbi yardım göstərmək və tədrisin keyfiyyətini təkmilləşdirmək məqsədi ilə kafedranın yerləşdiyi Ə.F.Qarayev adına Bakı şəhəri 2 saylı klinik uşaq xəstəxanasının somatik şöbələri südəmər dövrün xəstəlikləri, kardio - revmatoloji, yeni doğulmuşların patologiyası-neonatologiya (1971), intensiv terapiya (1972) üzrə ixtisaslaşdırılmışdır.
Yüksək ixtisaslı həkim kadrlarının hazırlanması məqsədi ilə pediatriya fakultəsində uşaq xəstəliklərinə dair tədris olunan proqramın təkmilləşməsi kafedranın qarşıda qoyduğu vacib və əsas məsələlərdəndir. Elə bu baxımdan kafedranın əməkdaşları tələbələrin aşağı kurslarda pediatriya sahəsində aldığı bilik və bacarıqlarını təkmilləşdirir, onlara nəzəri və təjrübi bilikləri dərindən aşılayır, pediatriyanın sirlərini öyrədir, diplomdan sonrakı internatura, rezidentura mərhələlərində və daha sonra sərbəst həkim-pediatr kimi fəaliyyət göstərmək üçün hazırlayırlar.
Kafedra subordinatorların tədrisi prosesində aparıcı mərkəz rolunu oynayır. Hər yeni tədris ilində keçirilən dərslərin proqramı müzakirə olunur, subordinatorlara oxunan mühazirə və təjrübi dərslərin yekdil tədris planı hazırlanır və hər tədris ilində yeniləşdirilir.
2010-cu ildən Azərbayjan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini nəzərə alaraq Avropa Kredit Transfer sistemi üzrə təhsil alan tələbələrin biliyi çox ballı şkala üzrə qiymətləndirilir.
1970-ci ildən kafedrada düşünülmüş müasir səviyyədə elmi tədqiqat işləri aparılır. Hormonal-biokimyəvi elmi tədqiqat laboratoriyası, elektro-fizioloji müayinə şöbəsi təşkil edilmişdir.
Bu laboratoriyada respublikada ilk dəfə olaraq böyrək üstü vəzin hormonları (qanda, sidikdə), qan zərdabında lipidlər bütün fraksiyaları ilə, kallikrein-kinin sistemi, qanda zülalla birləşmiş yod və s., bir çox uşaq xəstəlikləri zamanı (revmatizm, revmatoid artritlər, ürək-qan dövranı çatmamazlıqları, pnevmoniya, hiper-hipotoniya, xroniki tonzillit, qara ciyər, böyrək endokrin xəstəlikləri və s.) araşdırmalar aparılaraq həmin patologiyların son dövrlərə qədər elmdə qaranlıq qalan patogenezinə aydınlıq gətirilməsinə nail olundu.
Elektrofizioloji şöbədə çox kanallı elektrokardioqrafiya, vektorkardioqrafiya, elektrokimoqrafiya, elektroensefaloqrafiya, reoqrafiya və s. mənimsənilərək, klinikada tətbiq edilməyə başlanılmışdır.
Aparılan elmi-tədqiqat işlərinin şaxəsi getdikcə genişlənmiş və tibb elminin ən vacib sahələrini əhatə etmişdir. Kafedranın əsas elmi istiqamətləri ürək-damar, birləşdirici toxuma xəstəlikləri və yenidoğulmuşların fiziologiyası və patologiyasının öyrənilməsindən ibarət olmuşdur. Kafedra əməkdaşları uşaq orqanizmində neyro-endokrin sistemin əsas parametrlərini dərindən öyrənərək müxtəlif xəstəliklər zamanı dərman-hormon müalicəsi üsullarını praktikaya ilk dəfə bioloci ritmi nəzərə alaraq tətbiq etməyə başlamışlar.
Tibb elmi üçün ən çətin problemlərdən biri olan anadangəlmə ürək qüsurlarının, eləjə də qazanılma ürək qüsurlarına səbəb olan revmatizmin öyrənilməsi kafedranın qarşısında duran ən vajib məsələ idi. Odur ki, paralell olaraq bir neçə istiqamətdə kompleks tədqiqat işlərinə başlanıldı. Bunlardan uşaqlarda mitral qüsurların - mitral qapaqların çatışmazlığı, mitral dəliyin stenozunun epidemiologiyası, etio-patogenezi, elektrofizioloci (rentqenoloci, elektrokimoqrafik, vektorkardioqrafik, pnevmoqrafik) göstərijilərinin xüsusiyyətləri və ürək jərrahiyyəsində - komissurotomiyadan sonra katamnezdə (1-10 il) öyrənilməsi xüsusi əhəmiyyət kəsb edirdi (İsrafilova N.M., Qəzvinova T.Ə.)
Kafedra əməkdaşları ilk dəfə olaraq uşaqlarda anadangəlmə ürək qüsurlarının (Botal axajağın açıq qalması, ürəyin qulaqjıq, mədəjik arası çəpərinin defektləri, aortanın koarktasiyası, tetrado Fallo və s.) jərrahi korreksiyasından sonrakı katamnez) mərhələsində (20 il müddətində vaxtaşırı) ürək əzələsinin, kiçik qan dövran (pulmonar) hipertenziyasının dərəjəsindən asılı olaraq və qara jiyərin fəaliyyətinin bərpasını müayinə ediblər. Alınan nətijələrə əsaslanaraq açıq ürək üzərində jərrahi əməliyyatlardan sonra fəsadların qarşısını almaq və daxili üzvlərin fəaliyyətinin bərpasını sürətləndirmək üçün müalijə və profilaktika üsulları tərtib olunub, müvəffəqiyytlə də pediatrların gündəlik təjrübəsində tətbiq olunur.
Uşaq populyasiyasında geniş yayılmış revmatizmin törədə biləjəyi fəsadların qarşısını vaxtında almaq üçün revmatizm zamanı qalxanabənzər vəzin funksional vəziyyəti (Bayramov M.Ə.), lipid mübadiləsinin göstərijiləri (Quliyev R.,Nağıyev N.İ.), androgenlərin ekskresiyası (Ağayeva F.Ə., Qasımova Y.A.), kallikrein-kinin sistemin yenidoğulmuşlarda vəziyyəti (Şəfiyeva K.X.), uşaqlarda xroniki pnevmoniya zamanı kallikrein-kinin sistemin dinamikada dəyişiklikləri (Bayramov M.D.) eləjə də xroniki tonzilliti və revmatizmi olan uşaqlarda tonzilloektomiyanın səmərəliliyini qiymətləndirməkdə klinik-laborator və bəzi immunobiokimyəvi göstərijilərin dinamikası (Pənahi M.Q.) müasir avadanlıq və metodlar vasitəsilə öyrənilmişdir.
Kafedra uşaqlarda ilkin arterial hiper və hipotoniya xəstəliklərinin öyrənilməsi sahəsində dünyada və keçmiş SSRİ məkanında birinjilər sırasında olan tibb müəssisələrindən biridir. Problemin öyrənilməsinə uşaq və yeniyetmələrdə damar distoniyasının hiper və hipotonik növləri zamanı klinik gedişin xüsusiyyətlərini tətbiq etməklə başlayan kafedra respublikada ilk dəfə olaraq həmin patologiyanın epidemilogiyasını, müxtəlif joğrafi və iqlimli ərazilərdən asılı olaraq öyrənmiş. Abasova V.N., Axunbəyli E., 2-17 yaşlı sağlam uşaq və yeniyetmələrdə arterial təzyiqin normativlərini işləyib hazırlamış (Əsədullayeva D.Ə.), birincili hiper və hipotoniya xəstəliklərinin əmələ gəlməsində irsi, ekzo və endogen amillərin, xüsusilə mənfi emosional reaksiyaların rolunu (Hajıyev Ə.A.) tədqiq edilməklə yanaşı eyni zamanda həmin patologiyalar zamanı ürək-damar sisteminin (Qasımov İ.İ.), böyrək üstü vəzin (Hüseynova Z.H.) funksional vəziyyəti, qanın lipid göstərijiləri (Quliyev R.D.) və kallikrein-kinin sisteminin vəziyyəti (Musayev S.N.) öyrənilmişdir. Bu istiqamətdə simpato-adrenal sistemin (SAS) funksional aktivliyinin öyrənilməsinə silsilə elmi işlər həsr edilmişdir (Hacıyev Ə.A., Məmmədəliyeva Z.M.). Qan dövranı pozğunluğu zamanı lipid mübadiləsinin pozğunluqları mövzuda dissertasiyalar müdafiə olunub (Nağıyev N.İ.).
Aparılmış araşdırılmaların, müayinələrin nətijəsində pediatriya elmində ilk dəfə olaraq uşaqlarda və yeniyetmələrdə hipertoniya və hipotoniyanın əsaslandırılmış təsnifatı hazırlanmış və pediatrların beynəlxalq konfransında müzakirələrdən sonra bəyənilərək uşaq həkimlərinin gündəlik işində istifadə olunması üçün tövsiyə edilərək qəbul olunub (Namazova A.).
Elmi-tədqiqat işlərinin mahiyyətinə və əldə olunmuş böyük təcrübəyə görə 1970-80-cı illərdə kafedra uşaqlarda birinjili hiper- və hipotoniya problemi üzrə KRİS Kaunas-Roter-dam işemik xəstəliklər Avropa Proqramına qəbul olunmuş və birgə iş aparmışlar. Uşaq və yeniyetmələrdə arterial hiper- və hipotoniyanın öyrənilməsi sahəsində kafedranın apardığı işlər Dövlət tərəfindən də yüksək qiymətləndirilmiş və kafedranın əməkdaşları - akademik A.Ə.Namazova, professorlar Ə.Ə.Hajıyev, M.Ə.Bayramov, dosent Z.H.Hüseynova Dövlət Mükafatı Laureatı adına layiq görülmüşlər.
Kompleks tədqiqatlar təkjə ürək-damar xəstəliklərini deyil, eyni zamanda birləşdirici toxumanın diffuz xəstəlikləri tənəffüs üzvlərinin xəstəliklərinin, sepsis, yeni doğulmuşların hemolitik xəstəliyini əhatə etmişdir. Sepsis xəstəliyində proteolitik fermentlərin inqibitorların (kontrikal, qordoks, trasilol) işlədilməsi sxemi öyrənilmiş və onun praktik səhiyyəyə tətbiqi məqsədə uyğun hesab edilmişdir(M.Bayramov, Ə.Səfiyeva).
Erkən yaşlı uşaqlarda pnevmoniyanın kəskin gedişində lipid mübadiləsinin dəyişilməsi və onun lipotrop dərmanlarla (linetol, vitamin «E» və s.) korreksiyası öyrənilmişdir (S.Əmirəliyev, T.Əliyeva).
Kafedrada tibbi genetika, erkən postnatal ontogenezdə yenidoğulmuşların adaptasiya imkanları, ürək qan-damar sisteminin xüsusiyyətləri, humoral faktorlar, bioloji aktiv amillər, turşu qələvi tarazlığı, lipid mübadiləsi,termorequlyasiya və s.üzrə axtarışlar aparılıb və hal-hazırda da davam edir.
Pediatriya elmində ilk dəfə olaraq sağlam uşaqlarda doğulandan 15 yaşına qədər kallikrein-kinin sisteminin əsas komponentləri öyrənilmiş və hər yaş üçün normativlər müəyyənləşmiş (M.Ə.Bayramov, Şəfiyeva K., Ə.Q.Səfiyeva). Pnevmaniyanın ağır gedişində ,sepsislərdə,revmatik xəstəliklərdə yeni müalicə metodları müvəfəqiyyətləri sınaqdan keçib və məsləhət görülmüşdür.(F.Ağayeva, Ə.Qasımova, H.Qurbanov, X.Mustafayev, N.Həsənova).
Yeni doğulmuşlarda elektrokardiiioqrafik müayinələrin özünə məxsus, çox maraqlı nətijələrini kafedranın əməkdaşları xariji və yerli mətbuatda dərc etmişlər. Bakı, Moskva, Kiyev, Vilnyus, Riqa, Krasnoyarsk,və.s.şəhərlərdə alınan nəticələr pediatrların gündəlik işlərində tətbiq edilmişdir.Müxtəlif xəstəliklər zamanı aparılan silsilə tədqiqatlar patogentik əsaslanmış müalijə tədbirlərinin işlənib hazırlanmasına və təjrübi səhiyyədə tətbiq olunmasına əsas vermişdir.Səhiyyə sisteminin müxtəlif sahələrin-də çalışan mütəxəsislər bu təkliflərin həyata keçirilməsində yaxından iştirak edirlər.
1980-cı illərin ortalarından kafedra İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrası ilə birlikdə uşaqlarda birləşdirici toxumanın diffuz xəstəliklərinin inkişaf mexanizminin,ayrı-ayrı orqanlarının zədələnmə xüşu-siyyətlərinin öyrənilməsinə başlamışdır. Dünya pediyatriya elmində ilk dəfə olaraq sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya,dermatomiozit zamanı həzm orqanlarının dəyişiklikləri immuno-histokimyəvi səviyyədə öyrənilmiş,xəstəliklərin diaqnoz meyarlarına,müalijə taktikasına əlavələr edilmişdir.(Musayev S.N).1990-cı illərin əvvəllərindən bu xəstəliklərin yeni müalicə üsulları prof.Ə.F.Qarayev 2saylı adına klinik uşaq xəstəxanasında və hazırda Azərbayjan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında da tədbiq edilır.
Son illərdə erməni təcavüzü nəticəsində öz doğma yurdlarından qaçqın və köçkün düşmüş bir milyondan artıq həmvətənimizin,xüsusilə uşaqların sağlamlığının qorunması kafedra əməkdaşları qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.Kafedra əməkdaşları (Musayev S.N.,Məmmədova` S.N)Bakı şəhərinin yataqxanalarında, pansionatlarda,Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ağjəbədi rayonlarındakı çadır şəhərjiklərində məskunlaşmış uşaqları müayinə etmiş,onların antropometrik göstərijilərinin səviyyəsini öyrənmiş,immun və proqnostik tövsiyyələr vermişlər.
Müasir dövrdə birləşdirici toxumanın xəstəlikləri mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar birləşdiriji toxumanın displaziyası olan 7-15yaşlı uşaqlarda ürəyin struktur-funksional vəziyyəti öyrənilib.Həmin uşaqlarda erkən fəsadlaşmaların qarşısını almaq məqsədi ilə praktik tövsiyyələr verilib,mildronat və maqnerot preparatları ilə müalijənin müsbət efekti təsdiq olunub.(Mahmudova F.M.). Bu istiqamətdə yuvenil artritlər zamanı osteoporoz riskinin öyrənilməsi (Musayev S.N., Əliyeva N.N.) və metodik tövsiyyələrin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Dünya alimlərini həmişə narahat edən məsələlərdən biri də tez-tez və uzun müddət xəstələnən uşaqlardır. İlk dəfə olaraq Rusiya Tibb elmləri Akademiyasının Pediatriya inistutu, Rusiya Uşaq Sağlamlıq Elmi Mərkəzi ilə birlikdə kompleks çox mərkəzli - Bakı, Moskva, Krasnoyarsk meqapolislərdə elmin müasir immunoloji interferon, interleykinlər və.s. uşaqlarda müayinə edib, yeni müalicə üsulları praktikada tətbiq edilmişdir.(Tağızadə T.Q).
Məlum olduğu kimi uşaq ölümünün əsas səbəblərindən olan kəskin diareyalar nətijəsində baş vermiş dehidratasiya ilk növbədə ürək qan damar sisteminin fəaliyyətini pozur. Kafedra əməkdaşları qeyri-invaziv -exokardioqrafiya üsulunu tətbiq etməklə uşaq orqanizmində baş vermiş dehidratasiyanın dərəjəsindən asılı olaraq rasional ürək dərmanlarının müalijə kompleksinə əlavə olunmasının zəruri olduğunu təklif ediblər və pediatrın gündəlik müalijə təjrübələrində müvəffəqiyyətlə istifadə olunur. Eyni zamanda sağlam uşaqların müxtəlif yaş dövrlərində exokardioqrafiya göstərijilərinin normativləri ilk dəfə peditariyada tərtib olunub. Həmin normativlərdən təjrübədə həkimlər gündəlik işlərində müvəffəqiyyətlə istifadə edirlər (Qarayev İ,). Difteriya ilə xəstələnmiş uşaqlarda infeksiyanın kəskin dövründə ürəyin sağ və sol mədəjik əzələsi ağır dəyişikliklərə uğrayır. Hətta uşaq xəstəlikdən sağaldıqdan sonra da katamnezin müxtəlif mərhələlərində ürək əzələsinin remodelləşməsi müşahidə olunur. Çox maraqlıdır ki, difteriya keçirmiş insanların 25-35 yaşlarında belə miokardın infarktına bənzər əlamətlər qalmaqla davam edir. Bu onu sübut edir ki, uşaqların kiçik yaşlarından difteriya əleyhinə vaksinasiya və revaksinasiya olunması zəruridir. Digər tərəfdən kardioloqlar miokardın infakt diaqnozunu müəyyənləşdirərkən insanın anamnezində difteriya xəstəliyi keçirməsi nəzərdən qaçmamalıdır (Hajıyeva Ü.K.).
Kafedranın əməkdaşı müasir, yüksək informativli qeyri-invaziv Doppler- exokardioqrafiya müayinə üsulundan istifadə edərək vərəm ilə xəstə uşaqlarda ürəyin sağ və sol mədəjik əzələsinin diastolik funksiyasının, struktur-heometrik quruluşunun və hemodinamikanın pozulmasını aşkar etmiş və müalijəsinə əlavələr tövsiyə etmişdir (Hajıyeva N.A.).
Qastroduodenal zonanın xəstəliklərinin əmələ gəlməsində və inkişafında Helijobajter pylori infeksiyasının rolu ilk dəfə olaraq uşaqlarda öyrənilmiş və onun rasional müalijə sxemi işlənilərək klinikada tədbiq olunmuşdur. (Hidayətova L.Ə.)
Pediatriyada ilk dəfə olaraq uşaqlarda sistemli qırmızı qurd eşənəyinin, sistemli sklerodermiyanın, dermatomiozitin və qarışıq birləşdiriji toxuma xəstəliyinin aqressiv gedişinin kompleks proqnozlaşma markerlərinin aşkarlanması və sistemləşdirilməsi həyata keçirilmişdir. BTSX zamanı kiçik dozalarda VDİQ və Metil-prednizalonla puls-terapiyanın xəstəliklərin fəallığına, gedişinə, infeksion amillərə təsiri və bu terapiya üsulunun peroral təyinata alternativliyinin mümkünlüyü müəyyənləşdirilmişdir. Uşaqlarda BTSX zamanı VDİQ və kiçik dozalarda metilprednizalonla puls-terapiyanın tətbiqi üçün göstərişlər, effektiv sxem və metodika işlənib hazırlanmışdır (Musayeva -Pənahova M.S.).
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə hər il dünyada 10 milyondan 20 milyona qədər uşaq anadangəlmə inkişaf anomaliyaları ilə doğulur və erkən əlilliyin əsas səbəbidir. Bu patologyianın təbabətin aktual, tibbi-siosial problem olmasını nəzərə alaraq kafedranın dissertantı (İbrahimov M.S.) ilk dəfə olaraq Naxçıvan MR-da retrospektiv (1990-1999il) və prospektiv (2000-2009il) müayinə ilə 20 il müddətində AİQ-in yenidoğulmuş uşaqlar arasında rastgəlmə tezliyini, onların əmələ gəlməsinə səbəb olan risk amillərinin rolunu, perinatal yaş dövründə AİQ-in monitorinq sisteminin təşkilininin əhəmiyyətini araşdırıb tövsiyyələrini tibbi təjrübəyə tətbiq etmişdir. Kafedranın başqa əməkdaşı (Rzayev E.İ.) Naxçıvan MR-da daima yaşayan uşaq populyasiyasında ultrasəs monitorinqi ilə 0-dan 18 yaşa kimi böyrəklərin ölçü normativlərini müəyyənləşdirib, böyrəklərin anadangəlmə inkişaf anomaliyalarını, onların strukturunda kiçik inkişaf qüsurlarını və müştərəkliyini dəqiqləşdirmişdir.
Kafedranın bioximik-hormonal laboratoriyasına və elektrofiziologiya şöbəsinə işləmək üçün əsasən gənj həkimlər (50 nəfərdən çox) jəlb olunmuşdu. Onlar müasir, dəqiq üsullarla toxuma səviyyəsində elmi araşdırmalar apararaq bir sıra xəstəliklərin patogenezini aydınlaşdırmış, yeni konsepsiyalar irəli sürmüşlər, rasional müalijə üsulları təklif etmişlər. Eyni zamanda körpə evlərində, uşaq bağçalarında, məktəblərdə praktiki sağlam uşaqları yuxarıda göstərilən metodlarla müayinə edərək pediatriyada ilk dəfə olaraq müxtəlif yaş mərhələləri (0-18) üçün normativlər müəyyənləşdirilmişdir.
Son 15 ildir kafedranın əməkdaşları tibbi etika probleminin öyrənilməsinə, tibb universitetlərində, tibb kollejlərində bu fənnin tədrisinə xüsusi diqqət yetirirlər. Bu sahədə tələbələrə mükəmməl bilik aşılamaq üçün tibbi etikanın və deontologiyanın, uşaq aləminin xüsusiyyətləri nəzərə alınmaqla modeli və təhsil proqramı tərtib edilib. Kafedra əməkdaşları başqa kafedra (fəlsəfə) əməkdaşları ilə xüsusi treninqlər keçiriblər, çox saylı məsələlər və onlara javab hazırlayıblar. (Hüseynova Z.H., Tağızadə T.Q.).
Bu problemə həsr olunmuş azərbayjan, rus, ingilis dillərində «Təbabətin etik prinsipləri», «Evtanaziya», «Etik lüğət» metodik və təhsil vəsaitləri çap etdiriblər (Namazova A.Ə., Hüseynova Z.H., Tağızadə T.Q.).
Pediatr akademik Namazova A.Ə.və fəlsəfə elmləri doktoru professor- fəlsəfə kafedrasının müdiri Əliyev Q. «Təbabət etikası» adlı ilk dərsliyi tərtib edib çapdan çıxarmışlar. YUNESKO-nun etika problemlərinə həsr olunmuş 18-ji Beynəlxalq konfransında bu dərsliyin mahiyyəti xüsusi qeyd edilərək bəyənilmiş və başqa dillərə tərjümə olunması tövsiyə edilmişdir.
Ümumiyyətlə tibbi etika, Azərbayjanda tibbi etika tarixinin XI əsrdən başlanması, təbabətin etik prinsiplərindən və etikadan yeni hazırlanmış tədris proqramı haqqında kafedra əməkdaşları müxtəlif ölkələrdə keçirilən konfranslarda, konqreslərdə, Parlamentlərarası Assambleyalarda, Beynəlxalq Ekonomik konqreslərdə, Ambudsmanların konqresində Gürjüstan (1999), Azərbayjan (2000, 2009, 2011, 2012), Rusiya Federasiyası (2001, 2008), Ukrayna (2003), Moldoviya (2004) məruzələr ediblər (Namazova A.Ə., Hüseynova Z.H., Tağızadə T.Q.).
Kafedra tələbələrin elmi-tədqat işləri aparılmasına xüsusi diqqət göstərir. İldən ilə nəinki tələbə elmi jəmiyyətində iştirak edən tələbələrin sayı artır, həm də hazırlanmış elmi tədqiqat işlərinin keyfiyyəti yaxşılaşır.
Mütəmadi olaraq kafedrada tələbə elmi konfransları keçirilir. Bu konfranslarda tələbələr məruzələr ilə çıxış edir, apardığı işləri təhlil edirlər. Dəyərli elmi tədqiqat işləri universitet, respublika və beynəlxalq tələbə konfranslarına çıxarılır.
Göstrilənlər sübut edir ki, kafedra respublikada ilk dəfə olaraq elmi-pediatriya məktəbinin yaranmasının təməlini qoyub və inkişaf etdirib. Nətijədə bu illər ərzində kafedrada çox hazırlıqlı elmi işçilər ordusu yetişmişdir və onlar həm respbulika, həm pediatriya elminin inkişafına böyük təkan vermişlər. Kafedrada 10 doktorluq və 50-ə yaxın tibb elmləri namizədi alimlik dərəjəsi almaq üçün dissertasiya müdafiə edib, təsdiqlərini almışlar. Onlardan t.e.d. prof. Ə.A.Hacıyev, M.A.Bayramov, S.N.Musayev, N.İsrafilova, Qurbanov H.Ə., Həsənov Ə. və başqalarını göstərmək olar. Bu illərdə dərj olunmuş elmi işlərin siyahısı 2000-ə yaxındır. Kafedrada yetişdirilmiş alimlər respublikamızın müxtəlif kafedralarında, elmi-tədqiqat institutlarından başqa bir çox xariji ölkələrdə (Türkiyə, Rusiya, İran, ABŞ, İsrail və s.) ölkələrdə müvəffəqiyyətlə çalışırlar.
Kafedrada aşağıdakı monoqrafiyalar çapdan çıxmışdır: A.Ə.Namazova «Ürək çəpərində jərrahiyyə» əməliyyatı, 1967, «Ürək çəpərinin qüsurları» 1976, «Uşaq xəstəlikləri» dərslik 1972, «Uşaqlarda qara jiyərin və öd yollarının xəstəlikləri ilə bübarizə və bu xəstəliklər zamanı qidalanmanın xüsusiyyətləri» (A.Ə.Namazova, T.Qurbanov 1979). «Azərbayjan regionunda endokrin xəstəliklərin uşaqlarda xüsusiyyətləri» (A.Ə.Namazova, T.Qurbanov 1979). «Uşaq və yeniyetmələrdə birinjili hipotoniya» (A.Ə.Namazova, Ə.A.Hajıyev 1979). «Pediatrın resept-məlumat kitabı» (A.Ə.Namazova, A.Abdullayev, S.Quliyev 1985), «Uşaqlarda ürək xəstəlikləri», «Təbabət etikası» (2001), Praktiki həkimlər və Tibb Universitetinin tələbələri və həkimləri maarifləndirmək üçün çox saylı metodik və dərs vəsaitlər çap olunub. Onlardan professor S.N.Musayevin yazıb, çap etdirdiyi «Revmatizmin uşaqlarda gediş xüsusiyyətləri» akademik Namazova A.Ə., t.e.n. Mustafayevin yazdıqları «Sağlam uşaqların qidalandırılması», «Uşaqlarda bruselyoz», «Uşaqlarda gejə enurezi», «Dəmirin orqanizmdə rolu, dəmi defisitli anemiyanın müalijə və profilaktikası» (2011) və s. göstərmək olar.
Hal-hazırda kafedrada elmi - pedaqoci kadrların hazrlanmasında akademik A,Ə.Namazova və prof. S.N.Musayevin rəhbərliyi ilə böyük işlər görülür, dissertasiyalar yazılır.
Dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Azərbayjan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrası, Rusiya Tibb Elmləri Akademiyasının Pediatriya ET İnstitutu, RTEA-nın Uşaq sağlamlığı Mərkəzi və ET bərpa ediji İnstitutu, I Moskva Tibb İnstitutu, Türkiyə Hajı Təpə institutu ilə qarşılıqlı müqavilə əsasında bahəm kompleks elmi araşdırmalar aparırlar. Kafedra əməkdaşları Azərbayjandan başqa bir sıra beynəlxalq «Pediatriçeskaə farmokoloqiə», «Pediatriya» jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərirlər. Beynəlxalq forumlar təşkil edirlər: Pediatrların IV Beynəlxalq konqresinə (Bakı) ev yiyəliyi ediblər. Bu konqresə 5 qitədən 200-dən çox pediatr, Ümum Dünya Pediatrlar Assosiasının(YPA) rəhbərləri, Səhiyyə təşkilatçıları təşrif gətirərək məruzələr etmişlər. Bakı Bəyənnaməsi də qəbul olundu. Bəyənnamədə erməni faşistlərinin Dağlıq Qarabığı və ətraf yeddi rayonu zəbt edərək bir milyon yerli əhalinin qaçqın, məjburi köçkün olması və xüsusi ilə uşaqların ağır vəziyyəti: əsir düşmələri, odlu silahlardan ölmələri, kiçik yaşlarından ətraflarını, gözlərini itirərək əlil olmaları göstərilmişdi.
2013-cü il iyun ayında Azərbayjan Respublikası Pediatrlar Assosiası Avropa Pediatrlar Assosiasının böyük ailəsinə səs çoxluğu ilə qəbul olunmuşdur.
Kafedranın əməkdaşları apardıqları elmi araşdırmaların nətijələri ilə Azərbayjan pediatriyasını müxtəlif xariji ölkələrin konqreslərində (MDB respublikalarında, Yaponiya, ABŞ, Hindistan, Türkiyə, İran, Misir, Avstriya və s.) təmsil etmişlər.
Respublikanın müxtəlif regionlarından praktik həkimlər və elmi işçilər kafedranın əməkdaşlarının məsləhətlərindən geniş istifadə edirlər. Kafedranın əməkdaşları əhali arasında tibbi-gigiyenik biliklərin təbliq edilməsində səhiyyə maarifinin inkişaf etdirilməsində ardıjıl olaraq radio, televiziya və mətbuat vasitəsilə çıxışlar edirlər. Eyni zamanda kafedranın əməkdaşları Azərbayjan Respublikasının bütün şəhər və rayonlarında ixtisaslaşmış həkim yardımı göstərir. Kafedranın nümayəndələri respublikada uşaq ölümünün səbəblərini analiz edir və erkən yaşlı uşaqlarda ölüm faizinin azalması istiqamətində elmi tədqiqat araşdırmaları, bir sıra profilaktik işlər aparır və səhiyyə təşkilatlarına yaxından köməklik edirlər.
1994-jü ildən indiyə kimi kafedra əməkdaşları Naxçıvan Dövlət Universitetində yeni Pediatriya tibb fakultəsinin yaranmasında və fəaliyyətində yaxından köməklik edir: tibb sahəsində kitablarla təjhiz ediblər, vaxtaşırı fakultə tələbələrinə, müəllim heyətinə müxtəlif mövzularda mühazirələr oxuyurlar, (akad. Namazova A.Ə., prof. Musayev S.N., dos. Hüseynova Z., dos. Məmmədəliyeva Z., t.e.n. Tağızadə T.Q. və başqaları), buraxılış Dövlət attestasiya -imtahan komissiyasına sədrlik edirlər (akad. Namazova A.Ə.). Naxçıvan Dövlət Universitetinin tibb fakultəsi üçün pedaqoci elmi kadrların yetişdirilməsində kafedranın böyük əməyi danılmazdır. Son beş il müddətində Rzayev E., Suleymanov M.kimi mütəxəssis yetişdirilib, dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəjəyə layiq görülüblər.
40 ildən çoxdur ki, kafedra əməkdaşları Azərbayjfn Respublikası Pediatrlar Assosiasına rəhbərlik edir: assosiasının prezidenti akademik Namazova A.Ə., vitse prezidenti əməkdar elm xadimi prof.Musayev S.N., ijraçı direktoru tibb elmləri namizədi , dosent T.Q.Tağızadə Cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, iki mindən çox pediatrı əhatə edir. Jəmiyyət Respublika Səhiyyə Nazirliyinin köməkliyi ilə sıx əlaqədə çalışır, vaxtaşırı təjrübi pediatrlar üçün yığınjaqlar, mühazirələr təşkil edirlər.
I Uşaq xəstəlikləri kafedrası respublikanın şəhər və rayonlarında işləyən pediatrların ixtisaslarını artırmaq üçün metodik mərkəz sayılır. Təkçə axır üç ildə 100-ə yaxın həkim prof. Ə.F.Qarayev adına Bakı şəhəri 2 saylı klinik uşaq xəstəxanasında və Azərbayjan Tibb Universitetinin tədris terapevtik klinikasında ixtisas artırma kursunu keçmişdir.
Beləliklə, kafedra təşkil olunandan hazırki dövrə kimi onun əməkdaşları Tibb universitetində yüzminlərlə tələbəyə uşaq xəstəliklərini tədris edib, pediatriyanın xüsusiyyətlərini- incəliklərini öyrədib, aşkarlayıb, onları püxtələşdirib həkim pediatr kimi fəaliyyət göstərməyə tam yararlı etmişdir. Bu müddət ərzində kafedranın professor müəllim heyəti saysız-hesabsız körpələri ölümün pəncəsindən alaraq, onları sağaldıb həyata qaytarıblar. Sonradan həmin uşaqlar böyüyərək Azərbaycan xalqının dəyərli insanları olublar və respublikamızın inkişafı uğrunda böyük müvəffəqiyyətlə çalışırlar. Elmi tədqiqat işlərində kafedra çox böyük nailiyyətlər qazanmışdır. Fəxrlə qeyd etmək olar ki, bu kafedrada novatorlar çalışır, dünya pediatriya elminə bir çox yeniliklər gətiriblər. Kafedranın gördüyü işlərə görə onu elmi tədqiqat institutu da adlandırmaq olar.
Kafedranın əməkdaşlarının səhiyyənin müxtəlif sahələrində göstərdikləri fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək çox saylı təltiflərə, fəxri fərmanlara layiq görülmüşlər. Kafedra müdiri Namazova A.Ə. SSRİ Tibb Elmləri Akademiyasına, Azərbaycan Milli Elmlər Akademiyasına, Rusiya Tibb Elmləri Akademiyasına üzv seçilmiş, Azərbaycan Respublikasının yüksək «Şöhrət» , «Şərəf» ordenləri ilə təltif edilmişdir, «Əməkdar elm xadimi», «Dövlət Mükafatı Laureatı», «Akademik M.Topçibaşov mükafatı laureatı»na layiq görülmüşdür. Ehtiyajı olan kimsəsiz və xəstə uşaqlara göstərdiyi xüsusi qayğısına görə ona Moskva və bütün Rusiyanın Patriarxı Aleksey II müqəddəs ordeni ilə təltif etmişdir. Tibb elmləri doktoru, professor S.N.Musayevə və dosent Z.Məmmədəliyevaya Azərbayjan Respublikasının «Əməkdar həkimi» fəxri adı verilmiş, Azərbayjan Respublikası Prezidentinin Sərənjamı ilə 2010-ju ildə kafedranın professoru Musayev S.N. «Əməkdar elm xadimi», 2011-2012-ji ildə kafedranın dosentləri tibb elmləri namizədləri Rəhman Quliyev, Sabir Əmirəliyev «Əməkdar müəllim» adına layiq görülmüşlər.
Axır vaxtlar kafedranın əməkdaşları tibbi etika probleminin öyrənilməsinə, tibb universitetində, tibb kollejlarində tədrisinə xüsusi diqqət yetirirlər. Bu sahədə tələbələrə mükəmməl bilik aşılamaq üçün tibbi etikanın və deontologiyanın, uşaq aləminin xüsusiyyətləri nəzərə alınmaqla model hazırlanmışdır. Bu problemə həsr olunmuş azərbayjan, rus, ingilis dillərində «Təbabətin etik prinsipləri» , «Evtanaziya», «Etika lüğəti» adlı metodik vəsait çap MDB məkanında ilk dəfə olaraq «Tətabət etikası» adlı dərslik (Namazova A.Ə., Əliyev Q.) çap etdiriblər. Müxtəlif ölkələrdə konfrans, konqreslərdə, Parlament assosialarında məruzələr ediblər. (Namazova A.Ə., Hüseynova Z.H., Tağızadə T.Q.).

2016-cı ildən  kafedra II Müalicə-profilaktika  fakultəsinin nəzdində “Uşaq xəstəlikləri III” kafedrası  adı ilə fəaliyyətini davam edir. 

 

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.