AZ RU EN
Digər fakultələr
Nevrologiya və tibbi genetika kafedrası

1920-1946

Nevrologiya Azərbaycanda ilk inkişaf etmiş kliniki fənnlərdən biridir. Onun tarixi 1920-ci ildə BakıDövlət Universitetinin Tibb fakültəsinin bazasındatəməli məşhur neyrogenetik alim, akademik S.N.Davidenkov (1880-1961) tərəfindən qoyulan psixonevrologiya kafedrasından başlayır. Respublikada Nevrologiyanın əsaslı inkişafı Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının adı ilə bağlıdır. Belə ki, artıq 30-cu illərdə yüksək ixtisaslı nevroloqlar yetişmişdir ki, onların arasında milli kadrlar da az olmamışdır: M.M.Amosov, A.V.Feyzullayev, M.M.Məlikov, C.B.Mustafayev, S.H.Axundov, Q.X.Yaqubova və b. Bununla yanaşı praktiki fəaliyyət göstərən çoxsaylı həkim-nevroloqların da hazırlanmasına nail olunmuşdur. Kafedra yarandığı gündən indiyə kimi Respublikada nevrologiyanın əsas kliniki, elmi və pedaqoji mərkəzidir.

 

1946-1948

1946-1948-ci illərdə görkəmli klinisist və mühazirəçi alim, professor M.M.Məlikov kafedranın rəhbəri olmuşdur. M.M.Məlikov 1937-ci ildə“Böyüklərdə kəskin, yarımkəskin və xroniki poliomielit” adlı doktorluq  dissertasiyasını müdafiə etmişdir.  O, həmçinin baş beynin iltihabi xəstəliklərini, malyariya zamanı sinir sisteminin dəyişikliklərini, sinir sisteminin degenerativ xəstəlikləri və travmatik zədələnmələrəaid  elmi  axtarışlar  aparmışdır.

 

1949-1962

Kafedraya 1949-1962-ci illərdəorijinal yaradıcı düşüncəyə və böyük klinik təcrübəyə malik olan pedaqoq alim A.V.Feyzullayev rəhbərlik etmişdir. Həmin  illərdəneyroinfeksiya, baş beynin damar pozulmaları, eləcə də sinir sistemi xəstəliklərinin yerli kurort amilləri ilə müalicə məsələləri dərindən öyrənilmişdir. Professor A.V.Feyzullayevin“Beyində patoloji proseslər zamanı arxaik pəncə, onun genezi və lokalizasiyası” müvzusunda doktorluq dissertasiyası, “Görmə sinirinin atrofiyası zamanı görmə mərkəzlərinin dəyişilməsinə dair” və “Beyincik şişlərinin simptomatika və diaqnostikası” adlı əsərlərin  müəllifidir. O, həmçinin 1952-1957-ci illər ərzində Kurortologiya və fiziki müalicə üsulları Elmi Tədqiqat İnstitutunun nevrologiya şöbəsinə rəhbərlik edib. Azərbaycanda nevrologiya məktəbinin yaradılması və inkişafında onun böyük xidmətləri vardır.1960-cı illərdə professor elmi dərəcəli kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında 2 doktorluqvə 16 namizədlikdissertasiyasımüdafiə edilmişdir. Professor A.V.Feyzullayev 1949-1962-ci illər ərzindəAzərbaycan nevroloqlarının və psixiatrlarının elmi cəmiyyətinin sədri olmuşdur. A.V.Feyzullayevə 1940-cı ildə “əməkdar həkim”, 1960-cı ildə isə “əməkdar elm xadimi” fəxri adları verilmişdir.

 

1963-1967

1963-1967-ci illərdə kafedraya tanınmış klinisist və pedaqoq S.H.Axundov rəhbərlik etmişdir. İncə kliniki müşahidə qabiliyyəti, diaqnost istedadı və aktiv yaradıcılıq fəaliyyəti olan  alim  epilepsiya, neyrocərrahiyə və neyroonkologiya problemlərinin üzərində məhsuldar işləmişdir. O, 1952-ci ildə “Hidrosefaliyanın müalicəsi zamanı dördtəpəli cisim nahiyəsində cərrahi əməliyyat” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun rəhbərliyi altında 2 doktorluq və bir çox namizədlik dissertasiyaları müdafiə olunmuşdur. 1964-cü ildə professorun “Onurğa beyni və onurğa sütunu şişlərinin klinikası, diaqnostikası və müalicəsi” və 1965-ci ildə  “Arxa kəllə çuxuru şişlərinin klinikası” mövzusunda yazılan monoqrafiyaları dərc olunmuşdur. O, 65 elmi işin, 5 monoqrafiyanın müəllifidir.

 

1967-1989

1967-ci illərdən 1989-cu ilədək sinir xəstəlikləri kafedrasına əməkdar elm xadimi, professor Z.M.Salayeva rəhbərlik etmişdir. O,  1963-cü ildə Tiflisdə“Hemorragik ensefalitin klinikası və patomorfologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor 150 elmi məqalənin,“Ensefalitlər” və “Beyin damarlarının xəstəlikləri və profilaktikası” adlı elmi əsərlərin, “Azərbaycanda hemorragik ensefalit”adlı monoqrafiyanın, “Nevrologiyadan praktikum” və “Sinir xəstəlikləri”adlı dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun  rəhbərliyi altında 3 doktorluq və 9 namizədlik dissertasiyası yerinə  yetirilmişdir.

Professor Z.M.Salayeva dəfələrlə ümumitfaq nevropatoloqlar və psixiatrlar elmi cəmiyyətin rəyasət heyətinin üzvü seçilmiş, “Böyük Tibbi Sovet Ensiklopediyası”nın redaktorlarından biri, “Nevropatologiya və psixiatriya” jurnalının, ”Azərbaycan Sovet Ensiklopediyası”nın redaksiya heyətlərinin, Azərbaycan elmlər akademiyasının terminoloji bölməsinin üzvü, Respublikanın Tibbi genetika cəmiyyətinin sədri olmuşdur. Əməkdar elm xadimi Z.M.Salayeva Ⅶ çağırış ( 1966-1970 ) keçmiş SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Tanınmış nevroloq Y.M. Yunusovun (1927-1983) elmi və pedaqoji fəaliyyətini qeyd etmək təqdirə layiqdir. O, kafedrada ordinatordan professoradək uzun yol keşmişdir. Onun elmi marağı neyrosifilis və neyrotravma istiqamətinə yönəlmişdir.

Qeyd etmək lazımdır ki, həmin illərdə dosentlər R.K. Şirəliyeva, S.S.İmanova, E.A.Feyzullayev, Y.L.Qorbulev, F.M.Gözalova, Q.D.Məmmədov, N.Ə. Quluzadə, F.N.   Məmmədbəyov  kafedrada elmi-pedaqoji işlər aparıblar. Onların tədqiqatları əsasən beyin qan dövranının pozulması,  periferik sinir sisteminin, sinir-əzələ xəstəliklərinin və dağınıq sklerozun   müxtəlif aspektlərinə aid olub.

 

1969-1991

Azərbaycan Tibb Universitetində 1969-cu ildə təşkil olunan Uşaq nevrologiyası kursu1975-ci ildən II Sinir xəstəlikləri kafedrası və kimi fəaliyyətini davam etdirmişdir. Uşaq nevrologiyası kafedrasının  və ümumiyyətlə  Respublikada uşaq nevroloji xidmətinin yaradıcısı, əməkdar elm xadimi  professor  Törə Qədir qızı Qədirova olmuşdur. O, Leninqrad şəhərində 1959-cu ildə “Leykozlarda sinir sisteminin patologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun  tədqiqatları əsasən beyin-qan dövranının pozulması ilə əlaqədar  olan xəstəliklərin diaqnostika və müalicəsinə, neyrohematologiya və neyroinfeksiya problemlərinə həsr edilmişdir. Professor T.Q.Qədirova 150 elmi əsərin, bir çox monoqrafiyaların (“Leykozlar və  sinir  sistemi”, “Azərbaycan nevrologiyanın tarixi inkişaf mərhələləri”,“Azərbaycanda neyroinfeksi epidemiologiyası”, “Uşaqlarda beyin hipoksiyası”, “Hidrosefaliya və timomeqaliya”), “Sinir xəstəlikləri” və “Uşaq sinir xəstəlikləri” dərsliklərinin müəlifidir. Professor T.Q.Qədirovanın rəhbərliyi altında 17 namizədlik dissertasiyası müdafiə edilmişdir.

 

1991- 2011

1991-ci ildə ATU-da I və II Nevrologiya və tibbi genetika kafedraları fəaliyyət göstərməyə başlayıb.

Həmin  ildən ATU-nun  I Nevrologiya və tibbi genetika kafedrasına əməkdar həkim, əməkdar elm xadimi, professor Ş.İ.Mahalov rəhbərlik edir.

Ş.İ.Mahalov 1987-ci ildə 2-ci  Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası”  mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Professor Ş.İ.Mahalovun elmi maraq dairəsi çoxşaxəlidir və onun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, epilepsiya  və  baş beynin damar xəstəlikləri təşkil edir. Kafedrada beyin insultu,sinir sisteminin irsi-degenerativ xəstəlikləri,neyrotravma, neyroinfeksiya öyrənilmiş və dissertasiya işləri yerinə yetirilmişdir. Ş.İ.Mahalov Azərbaycanda  sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını öyrənmişdir. Onun elmi əsərlərində Hantinqton xəstəliyi, spinoserebellyar ataksiya və nevral amiotrofiyadan əziyyət çəkən unikal ailələr, sinir sisteminin irsi xəstəliklərinin  nadir formaları və variantları təsvir olunmuşdur.Professor Ş.Mahalov 10 mindən çox insan  haqqında məlumat toplamışdır. Həcminə və dərinliyinə görə professor Ş.İ.Mahalovun sinir sisteminin irsi xəstəliklərinin öyrənilməsi sahəsində apardığı tədqiqatların keçmiş SSRİ-də analoqu olmamaşdır. Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda dünyada bir tədqiqatçının əlində bu qədər tutarlı material olur. Onun tərəfindən Hantinqton xəstəliyində hiperkinetik pozulmalar ilə dofaminin konsentrasiyası arasında əks korrelyasiya aşkar edilmiş və bunun dofamin mübadiləsinin pozulması ilə əlaqəli olduğu güman edilən patogenetik mexanizmlər olması haqqında əsaslandırılmış hipotez irəli sürülmüşdür.

Professor Ş.İ.Mahalov ilk dəfə olaraq Hantinqton xoreyası və spino-serebellyar ataksiyası olan xəstələrin qohumlarını müayinədən keçirərək sübut etmişdir ki, elektromioqrafiya və elektroneyromioqrafiyada alınan dəyişikliklər xəstəliyin kliniki təzahürlərinin üzə çıxmasını qabaqlayır.

Professor Ş.İ.Mahalov Azərbaycanda angionevrologiyanın da inkişafına xüsusi diqqət yetirir. Professor Ş.İ.Mahalovun rəhbərliyi altında insultun yayılması, onun əsas risk faktorları, kliniki təzahürləri və strukturu, biokimyəvi dəyişikliklər, hemorragik transformasiya, insultdan sonrakı əlillik (Ələkbərova S.P., Bədəlova Ü.T., Musayeva A.Ə.) öyrənilmiş və bu sahədə t.ü.f.d. dissertasiyaları  müdafiə olunmuşdur.

Keçən əsrin 90-cı illərində Azərbaycanda müharibə nəticəsində Qarabağ regionunda çoxlu sayda uzun müddət müalicə tələb olunan yaralılar və kontuziya almış əsgərlər var idi. Professor Ş.İ.Mahalovun rəhbərliyi altında Qarabağ müharibəsini keçmiş şəxslərdə dəyişiklik- “posttravmatik stress sindromu” aşkar edildi (Paşayeva T.). Bu sindrom “Qarabağ sindromu” kimi səciyyələndirmişdir.

Bunula yanaşı, Ş.İ.Mahalovun rəhbərliyi altında həm də müxtəlif növ hepatitlər zamanı sinir sistemində gedən dəyişikliklər haqqında elmi-tədqiqat işləri aparılıb (Məmmədova T.Ş.).

1995-ci ildə kafedrada “Dağınıq sklerozun diaqnostikası və patogenetik mexanizmləri” adlı doktorluq dissertasiyası müdafiə edilmişdir (R.K. Şirəliyeva).

II Nevrologiya və  tibbi genetika kafedrasına 1991-ci ildən professor Zakir Məmməd oğlu Əliyev rəhbərlik etmişdır. Z.M.Əliyev 1987-ci ildə Moskvada “Uşaqlarda qapalı kəllə-beyin travması sindromlarının dinamikası” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.

 1990-2010-cu illərdə kafedranın əsas elmi-tədqiqat problemi “Perinatal patologiyanın müxtəlif aspektləri” olmuşdur. Həmin illərdə  3 dissertasiya müdafiə edilmişdir.Kafedranın fəaliyyət göstərdiyi illər ərzindənevrologiyanın müxtəlif aspektlərinə həsr olunmuş bir sıra tədris-metodik vəsaitlər və  590- dən artıq məqalə və tezislər çap olunmuşdur.

Kafedranın  professoru  Z.M.Əliyev  və  dosentləri  M.M.Məmmədova,  R.N.Rzayev,  A.K.Məmmədbəyli,  N.N.Abasova  uşaq  nevrologiyasının  müxtəlif  aspektlərinə  aid  elmi  araşdırmalar  aparmış  və  çoxsaylı  məqalələr  çap  etdirmişlər.

 

2011- hal-hazıradək

2011-ci ildə I və II Nevrologiya və tibbi genetika kafedraları birləşərək Nevrologiya kafedrası adlanmağa başladı və həmin ildən bu kafedraya professor Ş.İ.Mahalov rəhbərlik edir.

Professor  Ş.İ.Mahalovun son 20 ildəki elmi axtarışları  epilepsiya sahəsinə yönəlmişdir. Azərbaycanda ilk dəfə olaraq epilepsiyanın əsaslı epidemiologiyasıayrı-ayrı klinik formalarının xarakteristikası,qadınlarda epilepsiya, epilepsiyalı xəstələrin həyat tərzi və keyfiyyəti öyrənilmiş və onun  rəhbərliyi  ilə  dissertasiyalar  müdafiə olunmuşdur (Həsənov N.F., Xəlilova D.M., Mehtiyeva Ş.N., İsayeva N.C, Məlikoba Ş.Y.). Bununla  yanaşı , kafedrada  irsi sinir xəstəliklərinin (Hantinqton xəstəliyinin, spino-serebellyar ataksiyaların və Tomsen miotoniyasının) molekulyar-genetik aspektlərinin öyrənilməsi istiqamətində aparılan işlər uğurla davam edir.

Professor  Ş.İ.Mahalovun rəhbərliyi altında 1 doktorluq,16 namizədlik dissertasiyasıyerinə yetirilib. Hal-hazırda o, 1 doktorluq (Salayev K.Ə.) və4 tibb üzrə fəlsəfə doktoru dissertasiyasına (Cəfərova G.R., Sultanova T.Ə., Quliyeva Ş.Q., Səmədova R.F.) rəhbərlik edir. Alim 245-dən çox çap olunmuş elmi əsərin, o cümlədən, ”Epilepsiya” monoqrafiyasının müəllifidir. O, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Beynəlxalq  Mübarizə Liqasının Azərbaycan Bölməsinin prezidentidir.

2016-cı ildə Nevrologiya kafedrasında  1 doktorluq işi ( dos. A.K.Məmmədbəyli), 2017-ci ildə isə 2 t.ü.f.d. dissertasiya işi (N.C.İsayeva, Ş.Y.Məlikova) yerinə yetirilib:

2017-ci ildə kafedranın işçiləri tərəfindən Azərbaycan Epilepsiya ilə Mübarizə Liqasının 4 regional (Gəncə, Quba, Şəki və Lənkəran) və Bakı şəhərində elmi-praktik konfransları keçirilib.

2017-ci  il  04 iyul  tarixində  Azərbaycanın  görkəmli  alimi,  Azərbaycanda  neyrocərrahi  xidmətinin  banisi, tibb  elmləri  doktoru,  professor  Surxay  Heydər  oğlu  Axundovun  anadan  olmasının  120  illiyinə  həsr  olunmuş  elmi – praktik  konfrans  keçirilib  və  konfransın  materiallar  toplusu  çap  olunub.

Gənc nevroloqların hazırlanması kafedranın əsas strategiyalarından biridir. Belə ki, nevrologiya sahəsində, xüsusən də epilepsiya təcrübəsinin artırılması məqsədilə onların Türkiyə, Serbiya, Xorvatiya, Norveç,Gürcüstan və s. ölkələrdə epilepsiyaya həs olunmuş beynəlxalq konfranslarda, elmi simpoziumlarda fəal iştirakına və epilepsiyada tətbiq olunan modern təcübənin ölkəyə gətirilməsinə nail olunmuşdur. 2001-ci ildə tanınmış dünya epileptoloqlarının da iştirak etdiyi III Qafqaz Yay Epilepsiya Məktəbi Azərbaycanda təşkil olunmuşdur.

Kafedranın  əməkdaşları  tərəfindən  ayda  2 dəfə  əhaliyə  pulsuz  xidmət  göstərilir.

Kafedrada  2011-ci ildən 15nəfər  nevrologiya  üzrə  rezidentura  keçib, 7 nəfər isəhal-hazırda rezidentura təhsilinə davam edir.

Rezidentlərimiz  Azərbaycanda və bir sıra xarici ölkələrdə konfranslarda iştirak etmişlər, sertifikat almışlar. Bundan başqa ATUREK   konfransında  iştirak  edib,diplomla  təltif  olunublar.

Ümmiyyətlə,Nevrologiya kafedrasının fəaliyyətini yekunlaşdıraraq, onun 4 vacib xüsusiyyatini qeyd etmək lazımdır-sosial istiqaməti, elmi-pedaqoji fəaliyyəti, praktik həkim -nevroloqların hazırlanması və elmi tədqiqatların aktuallığı. Böyük sosial əhəmiyyət kəsb edən xəstəliklərə xüsusi diqqət yetirlimişdir (beynin damar xəstəlikləri, epilepsiya, neyroinfeksiyalar, sinir sisteminin irsi xəstəlikləri və s.). Bu illər ərzində nevrologiyanın müxtəlif məsələlərinədair çoxsaylı monoqrafiyalar, dərsliklər, toplular, doktorluq və namizədlik dissertasiyalar, həmçinin yüzlərlə elmi əsərlər nəşr olunmuşdur.

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.