28 yanvar - Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü

Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir

Cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları - qranulomalar (onlara leproma deyilir) əmələ gəlir. Onu bəzən lepra və ya prokaza, yaxud Hanzen xəstəliyi də adlandırırlar.