4 mart – Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür

Cəmiyyətin piylənmə probleminə diqqətini cəlb etmək məqsədilə 4 mart tarixi Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunur.

 Piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt onunla əlaqələndirirlər.  Piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stress vəziyyətində qeyri-düzgün qidalanmadır.