2 aprel - Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü

2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü kimi qeyd edilir. Bu barədə BMT Baş Məclisi 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi bu sindromdan əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.