"Tədqiqatın dizaynı" seminarlar nəzdində ilk təlim baş tutub

Azərbaycan Tibb Universitetində "Tədqiqatın dizaynı" adlı silsilə seminarlara start verilib.

Bu proqram çərçivəsində ATU-nun Əczaçılıq Texnologiyası və idarəçiliyi kafedrasının dosenti Leyla Mansurova "Elmi tədqiqat işinin aparılması" mövzusunda təlim keçirib. Təlimdə elmi tədqiqatın aparılması ardıcıllığını əks etdirən alqoritm açıqlanıb. Dosent L.Mansurova bildirib ki, növündən asılı olmayaraq, elmi araşdırmaların eyni struktura malik olduğunu və müəyyən şablon əsasında aparıldığını bildirib.

Qeyd olunub ki, ilk öncə auditoriya üçün maraqlı olan və araşdırma nəticəsində həlli tapılacaq problem formalaşdırılmalıdır. Daha sonra məlumat mənbələri qeyd edilməli və lazımi göstəricilər müəyyənləşdirilməli, data məlumatlar toplanmalıdır. Təhlil mərhələsində alınmış nəticələr statistik baxımdan düzgün formada işlənməlidir və nəticələr təqdim olunmalıdır. Bu nəticələrin təsiri elmi araşdırma ilə sübuta yetirilməlidir. İnteraktiv formada keçirilən seminarda ATU-nun müalicə-profilaktika, stomatologiya və əczaçılıq fakültələrinin tələbələri iştirak ediblər.