ATU-nun əməkdaşları da beynəlxalq videokampaniyaya qoşulublar

Azərbaycanlı alimlər Beynəlxalq Pediatrlar Assosiasiyasının (İPA) Dünya İmmunlaşdırma Həftəsi çərçivəsində təşkil etdiyi kampaniyaya qoşularaq videomüraciət ediblər.

"IPA World Immunization Week 2024" videokampaniyasına müxtəlif millətlərdən olan 50-dən çox pediatr və peyvənd sayəsində sağlamlığına qovuşmuş uşaqlar - "peyvənd çempionları" qoşulublar.

Qeyd olunan kampaniyada Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan 6 azərbaycanlı həkimə də müracət imkanı verilib.

IPA prezidenti Dr. Naven Takerin müraciəti ilə başlayan videoda ATU-nun ll Uşaq xəstəlikləri kafedrasının əməkdaşları, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə, tibb üzrə fəlsəfə doktorları Ülviyyə Hacıyeva, Lalə Hidayətova, Fəxriyyə Məmmədova, pediatr-reanimatoloqlar - Telman Aytayev və Qoşqar İsmayılovun da müracətləri təqdim edilib.