Kəlbiyev Kəlbi Fahim oğlu 5 mart 2005-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2010-cu ildə Siyəzən şəhər 6 saylı məktəb-liseyə daxil olub, 2021-ci ildə həmin liseyi fərqlənmə ilə bitirmişdir. Liseyin həyatında aktiv iştirak etmişdir.

Oxuduğu 11 il ərzində dəfələrlə sertifikat və diplom ilə təltif olunmuşdur. Biologiya, Rus dili və ədəbiyyat fənn olimpiadalarının qalibidir. Məktəb dövründə müxtəlif intelektual yarışların (,,Xəmsə”, ,,Biz ağıllıyıq”, ,,Kİm?,Nə?,Harada?”) qalibi olub. Sağlam həyat tərzi keçirməyə diqqət yetirir. 2023-cü ildə ,,Sağlam həyat vərdişləri” düşərgəsində Universitetimizi layiqincə təmsil edib. Əla səviyyədə Azərbaycan, Rus, yaxşı səviyyədə İngilis və Türk dillərinə hakimdir.

2024-cü il martın 13-də fakültənin tələbə dekanı seçilmişdir.Tələbə dekanı olaraq hər kurs üzrə dekan müavinləri təyin etmiş və tələbələrin istək və təklifləri, problemləri dekanlığa çatdırır və həll etməyə çalışır. Tələbələrin universitetlə eləcə də fakültə ilə bağlı sualları cavablandırır  və onlara bu barədə tövsiyələr verir.

2023-cü ildə ,,Bite anomalies and methods of their treatment” mövzusunda TEC-də məruzə ilə çıxış edib və diploma layiq görülüb

Tələbə dekanı olaraq Universitetin Böyük elmi şurasının, Fakültə Şurasının üzvüdür.