Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə koordinatoru -  Cəlilov Vagif    

Cəlilov Vaqif Çingiz oğlu 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Tibbi profilaktika” fakultəsini bitirmişdir. 2004-2007-ci illərdə ayrı-ayrı özəl klinikalarda və Respublika QİÇS-lə Mübarizə Mərkəzində tibb qardaşı kimi çalışmışdır. 2008-2010-cu illərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində həkim kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə  Azərbaycan Tibb Universitetinin Tibbi biostatistika və Epidemiologiya kafedrasında baş laborant işləmişdir. 2013-cü ildən Azərbaycan Güləş Federasiyasında gənclərdən ibarət milli komandada həkim kimi çalışır. 2017-18-ci illərdə İdman Tibbi və Reabilitasiyası üzrə magistratura təhsili almış, 2018-ci ildə University College of London-da (UCL), Institute of Sport Exercise and Health-də magistratura təhsili çərçivəsində dövlət hesabına “İdman reabilitasiyası” üzrə 1 aylıq kursda olmuşdur. 2019-2022-ci illərdə ATU-nun Tibbi biostatistika və epidemiologiya kafedrasında dissertanturaya daxil olaraq tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasında assistent və İctimai Səhiyyə fakultəsində “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə koordinator vəzifəsində çalışır.