Quliyev Mahir İsa oğlu 5 iyun 1965-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1972-82-ci ilərdə Tovuz rayon Qovlar qəsəbə orta məktəbində oxumuşdur. 1984-1986-cı illərdə Kuybışev şəhərində hərbi xidmətdə olmuşdur. 1987-1993-cü illərdə Bakı Dövlət Universitetində biologiya fakültəsində oxumuşdur. 1992-1993-cü illərdə Daxili Qoşunların tərkibində Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 1993-1996-cı illərdə Elmlər akademiyasının “Genetika və seleksiya” institunda aspiranturada oxumuşdur. 1999-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Sitologiya, embriologiya və histologiya kafedrasında assistent əvəzi, 2001-2010-cu illərdə assistent, 2010-2020-ci ildə baş müəllim, 2020-ci ildən hal-hazıra kimi dosent vəzifəsində işləyir. Eyni zamanda I Müalicə-profilaktika fakültəsində dekan müavini vəzifəsində işləyir.