Sevinc Hüseynbala qızı Məhərrəmova Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosentidir.
Məhərrəmova S.H. 1987-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində ali təhsil almışdır, 1992-1993-ci ildə interna, 1994-2000-ci illərdə Respublika Perinatal Mərkəzində provizor, 2000-ci ildən Azərbaycan Tibb Universitetində elmi-pedaqoji fəaliyyətə başlamışdır. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Dissertasiya Şurasında namizədlik dissertasiyası müdafiə etmişdir.
Məhərrəmova S.H. elmi fəaliyyəti zamanı 70-dən artıq elmi işin, o cümlədən məqalə və tezislərin, tədris proqramının, 2 metodik tövsiyyənin, 2 tədris-metodik vəsaitin, 1 avroaziya patentinin, 3 dərs vəsaitinin müəllifidir. Elmi araşdırma sahəsi: inteqrativ təbabət, təbii mənşəli dərman vasitələri. Məhərrəmova S.H. bir sıra Beynəlxalq Elmi Konfranslarda iştirakçı və məruzəçi olmuşdur. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasında Elmlər Doktoru adını almaq üçün dissertasiya mövzusu təsdiq edilmiş və üzərində çalışır.
14.04.2017–ci il tarixində ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
E-mail: smaharramova@amu.edu.az