Patoloji fiziologiya fənni fundamental nəzəri tibbi-bioloji fənndir, hüceyrə, toxuma və orqanların zədələnmələri zamanı orqanizmdə yaranan funksional dəyişikliklərin ümumi qanunauyğunluqlarını öyrənir, tələbələrdə həkim təfəkkürünün yaranmasına kömək edir, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırır, əldə olunan bilikləri klinikada tətbiq etmək vərdişi yaradır. Həmçinin, bu fənn patoloji proseslərin və xəstəliklərin inkişaf mexanizminin, gedişinin və nəticəsinin ümumi qanunauyğunluqlarını, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsiplərini öyrənir, xəstəlikləri törədən xarici və daxili mühit amillərinin orqanizmə təsir xüsusiyyətlərini, bütövlükdə orqanizmin ona cavab reaksiyasını, xəstəliklər və sağalma zamanı orqanizmin müdafiə xarakterli reaksiyalarının rolunu, eləcə də tipik patoloji proseslərin səciyyəvi xüsusiyyətlərini və ümumi cəhətlərini araşdırır. Orqanizmin reaktivliyinin, rezistentliyinin, xəstəlikönü vəziyyətlərinin, bütövlükdə xəstəliklərin mahiyyətinin öyrənilməsi də bu fənnin vəzifələrinə daxildir.
Payız semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
||
|
Mühazirə (saat) |
Praktika (saat) |
Kredit |
||||
|
1. |
I Müalicə profilaktika |
III |
Patoloji fiziologiya |
14 |
46 |
4 |
|
2. |
II Müalicə profilaktika |
III |
Patoloji fiziologiya |
14 |
46 |
4 |
Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
||
|
Mühazirə (saat) |
Praktika (saat) |
Kredit |
||||
|
1. |
I Müalicə profilaktika |
II |
Patoloji fiziologiya |
20 |
44 |
4 |
|
2. |
II Müalicə profilaktika |
II |
Patoloji fiziologiya |
20 |
44 |
4 |
Fənnin kodu İMF-02
Patoloji fiziologiya
Təhsil pilləsi: Bakalavriat
İxtisas:Müalicə - profilaktika
Fənnin məqsədi : Patoloji fiziologiyanın əsas məqsədi tələbələrdə patoloji proseslərin və xəstəliklərin səbəbləri, inkişaf mexanizmi, gedişi və nəticəsinin ümumi qanunauyğunluqları, ayrı-ayrı orqan və sistemlərin xəstəlikləri zamanı patofizioloji dəyişikliklər, xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırmaqdan; əldə olunan bilikləri klinikada tətbiq etməyi bacarmaqdan; klinik təfəkkürün və praktik həkimin rasional fəaliyyətinin metodik və metodoloji əsaslarını hazırlamaqdan ibarətdir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
Patoloji fiziologiya Azərbaycan Tibb Universiteti tərəfindən müəyyən edilmiş məcburi fəndir. Tibb təhsilinin müasirliyinin mühüm aspektlərindən biri patoloji fiziologiyanın dərindən öyrənilməsindən ibarətdir. Yüksək ixtisaslı həkim hazırlığı sistemində patoloji fiziologiya klinik təfəkkürün təcrübi, metodik və praktik əsaslarının formalaşmasına doğru yönəlmiş inteqrasiyaedici və analitik tədris fənni kimi mühüm yer tutur.
Patoloji fiziologiyanın əsas məqsədi hüceyrə, toxuma və orqanların zədələnmələri zamanı orqanizmdə yaranan funksional dəyişikliklərin ümumi qanunauyğunluqlarını kompleks şəkildə öyrənməkdən ibarətdir.
Patofiziologiya eksperimentə əsaslanan elmdir. Mövzuların tədrisi zamanı aparılan patofizioloji tədqiqatlarda klinik müşahidə və laborator metodlardan geniş surətdə istifadə edilir. Bu məqsədlə əsas eksperimental modellər, tipik patoloji proseslərin alınma metodları, ayrı-ayrı oqran və sistemlərin dəyişikliklərini göstərən təcrübələr, hər bir sistemə aid test və situasiya məsələləri, bir sıra klinik-diaqnostik metodların yeniləşmiş formaları haqqında ətraflı məlumat verilir. Tələbələrdə tibbi-nəzəri bilikləri klinik şəraitdə tətbiq etmək vərdişinin yaradılması olduqca vacibdir. Ona görə də patoloji fiziologiyanın metodik işləmələrinə situasiya məsələləri daxil edilmişdir. Situasiya məsələlərini həll edən tələbə klinik-laborator göstəriciləri dəqiq təhlil edib, xəstəyə düzgün diaqnoz qoya bilir, eyni zamanda müalicə prinsipləri haqqında olan biliklərini daha da möhkəmləndirir. Klinik-patofizioloji istiqamətdə tərtib edilmiş situasiya məsələləri həm tələbələrin sərbəst işləməsinə, həm də patofiziologiyadan olan biliklərinə özünün nəzarət etməsinə imkan verir.
Tibb Universitetində mütəxəssis hazırlığının çoxpilləli sistem üzrə aparılması və gələcək həkimlərin fundamental hazırlığının daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq, real klinik situasiyanı patofizioloji baxımdan təhlil etmək və patoloji anlayışları daha da dərinləşdirmək vacibdir. Bütün bunlar situasiya məsələləri həllinin də çox əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.
Patoloji fiziologiya fundamental nəzəri tibbi-bioloji fəndir, bütün ixtisaslardan olan həkimlərə lazımi biliklər verməklə, həkim təfəkkürünün yaranmasına kömək edir, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırır, əldə olunan bilikləri klinikada tətbiq etmək vərdişi yaradır, klinik təfəkkürün və praktik həkimin rasional fəaliyyətinin metodik və metodoloji əsaslarını hazırlayır.
.
Payız semestri üzrə mövzu-təqvim planı
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Qan sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. I Fəsil, s. 9-74 |
2 |
|
2 |
Qan dövranı sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. II Fəsil s. 75-130 https://amu.edu.az/page/3448 |
2 |
|
3 |
Tənəffüs sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. III Fəsil s. 131-174 |
2 |
|
4 |
Həzm sistemi və qaraciyərin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. IV Fəsil s. 175-222 |
2 |
|
5 |
Böyrəklərin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. V Fəsil s. 223-254 |
2 |
|
6 |
Endokrin sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. VI Fəsil s. 255-296 |
2 |
|
7 |
Sinir sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. VII Fəsil s. 297-336 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Qan sisteminin patoloji fiziologiyası. a) qanın ümumi həcminin dəyişilməsinə dair modelin уaradılması; b) anemiya zamanı eritrositlərin miqdarının və katalazanın aktivliyinin təyin edilməsi. c) anemiyalı dovşanın qanında eritrositlərin osmotik rezistentliyinin təyini |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. I Fəsil, s. 9-50 |
4 |
|
2 |
Qan sisteminin patoloji fiziologiyası. a) leykositoz və leykopeniya modelinin yaradılması; b) leykozlar c) qanın laxtalanma qabiliyyətinin pozulması |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. I Fəsil, s. 50-74
|
4 |
|
3 |
Qan dövranı sisteminin patologiyası. a) ürəyin işemik xəstəliklərinin etiologiyası və patogenezi. b) pituitrin stenokardiyası modelinin yaradılması |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. II Fəsil, s. 75-97 |
4 |
|
4 |
Qan dövranı sisteminin patologiyası. a) ürək ritminin pozulması; b) ürək blokadası modelinin yaradılması c) neyrogen hipertenziyanın səbəbi və inkişaf mexanizmi; Ateroskleroz. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. II Fəsil, s. 97-130 |
4 |
|
5 |
Tənəffüs sisteminin patoloji fiziologiyası. a) dövrü tənəffüsün alınması; b) xarici tənəffüsün reflektor olaraq dəyişməsi |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. III Fəsil, s. 131-174 |
4 |
|
6 |
Həzm sisteminin patoloji fiziologiyası. a) eksperimental mədə xorası zamanı mədə şirəsinin fiziki-kimyəvi üsulla tədqiqi; b) mədə şirəsinin mikroskopik üsulla tədqiqi; c) bağırsaqların funksiyasının pozulması. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. IV Fəsil, s. 175-204 |
4 |
|
7 |
Qaraciyərin patoloji fiziologiyası. a) ödün orqanizmə toksiki təsiri; b) sərbəst və birləşmiş bilirubinin təyini. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. V Fəsil, s. 205-222 |
4 |
|
8 |
CARİ QİYMƏTLƏNDİRMƏ (KOLLOKVİUM). Bu kollokviuma 1-7-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir. |
|
2 |
|
9 |
Böyrəklərin patoloji fiziologiyası. a) nefritik sindrom zamanı sidiyin fiziki-kimyəvi üsulla tədqiqi; b) nefrotik sindrom zamanı sidiyin mikroskopik müayinəsi. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. VI Fəsil, s. 223-254 |
4 |
|
10 |
Endokrin sisteminin patoloji fiziologiyası. a) elektrik cərəyanının zədələyici təsirinə qarşı hipofiz-adrenal sistemin reaksiyası; b) böyrəküstü vəzin total və hissəvi çatışmazlığı zamanı baş verən dəyişikliklər. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. VII Fəsil, s. 255-285 |
4 |
|
11 |
Endokrin sisteminin patoloji fiziologiyası. a) qalxanabənzərətraf vəzin çıxarılmasının qanda Ca2+ miqdarına təsiri; b) hiper- və hipotireoz zamanı baş verən ümumi dəyişikliklərin öyrənilməsi |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. VII Fəsil,, s. 286-296 |
4 |
|
12 |
Sinir sisteminin patoloji fiziologiyası. a) kamfora epilepsiyasının alınması; b) qurbağada hərəki sinirin kəsilməsinin reflekslərə təsiri. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. II hissə. «Təbib», Bakı, 2025. – 341 s. VIII Fəsil, s. 297-336 |
4 |
Yaz semestri üzrə mövzu-təqvim planı
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Giriş. Patofiziologiyanın məqsədi və vəzifələri, qısa inkişaf tarixi. Ümumi nozologiya, xəstəlik haqqında təlim, etiologiya və patogenez |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. I-II Fəsil, s. 41-78 |
2 |
|
2 |
Xarici və daxili (irsiyyət, konstitusiya) amillərin patologiyada rolu. Reaktivlik |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. III-IV, VII Fəsil s. 79-148, 169-192 |
2 |
|
3 |
Hüceyrə zədələnməsi |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. VIII Fəsil s. 193-234 |
2 |
|
4 |
Mikrosirkulyasiya və yerli qan dövranı pozulmaları |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. IX Fəsil s. 235-268 |
2 |
|
5 |
İltihab. Qızdırma |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. X-XI Fəsil s. 269-342 |
2 |
|
6 |
İmmun sistemin patologiyası. Allergiya |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. XIII Fəsil s. 357-394 |
2 |
|
7 |
Maddələr mübadiləsinin tipik pozulmaları. Karbohidrat, lipid, zülal mübadiləsinin patologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627s. XIV Fəsil s. 395-463 |
2 |
|
8 |
Maddələr mübadiləsinin tipik pozulmaları. Su-duz, mikroelement və vitamin mübadiləsinin , turşu qələvi müvazinətinin pozulması |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627s. XIV Fəsil s. 464-526 |
2 |
|
9 |
Toxuma inkişafının patologiyası |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. XV Fəsil s. 527-562 |
2 |
|
10 |
Ekstremal vəziyyətlər. Hipoksiya |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. XVI-XVII Fəsil s. 563-619 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Patofizioloji tədqiqatlarda eksperimental metodun əhəmiyyəti. Хəstəlik haqqında təlim. Ümumi etiologiya və patogenez. Xarici mühit amillərinin patologiyada rolu. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. I-III Fəsil, s. 41-78, 88-92 https://amu.edu.az/page/3448 |
4 |
|
2 |
İrsiyyətin patologiyada rolu.Cinsi xromatinin təyini. Reaktivliyin patologiyada rolu. Dizenteriya vaksinинин orqanizmin reaktivliyinə təsiri. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. Iv, VII Fəsil, s. 125-148, 169-192 https://amu.edu.az/page/3448
|
4 |
|
3 |
Hüceyrə zədələnmələri. Qurbağada ağız boşluğunun selikli qişasının alterasiyası. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. VIII Fəsil s. 193-234 |
4 |
|
4 |
Mikrosirkulyasiya və yerli qan dövranı pozulmaları. Arterial və venoz hiperemiyalar, işemiya, staz, infarkt, tromboz və emboliya. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. IX Fəsil s. 235-268 |
4 |
|
5 |
İltihab. Konheym və Danilevski təcrübələri. Faqositoz. İrinli ekssudatda fermentlərin təyini |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. X Fəsil s. 269-320 |
4 |
|
6 |
Qızdırmanın orqanizmə (leykositlərin miqdarına, eritrositlərin çökmə sürətinə, leykoformulaya) təsiri |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. XI Fəsil s. 320-342 |
4 |
|
7 |
İmmun sistemin patologiyası. Allergiyanın eksperimental modelləri. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. XIII Fəsil s. 357-394 |
4 |
|
8 |
CARİ QİYMƏTLƏNDİRMƏ (KOLLOKVİUM). Bu kollokviuma 1-7-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir. |
|
4 |
|
9 |
Maddələr mübadiləsinin tipik pozulmaları Maddələr və enerji mübadiləsinin ümumi xarakteristikası. Karbohidrat, yağ, zülal mübadiləsinin pozulmaları |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627s. XIV Fəsil s. 395-463 |
4 |
|
10 |
Su-duz, mikroelement və vitamin mübadiləsinin, turşu -qələvi müvazinətinin pozulması |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627s. XIV Fəsil s. 464-526 |
4 |
|
11 |
Toxuma inkişafının patologiyası. Şişlərin eksperimentdə öyrənilməsi. Ekstremal vəziyyətlər. Hipoksiya. |
Əliyev S.C., Əliyev M.X. və başqaları. Patoloji fiziologiya. I hissə. «Təbib», Bakı, 2025. – 627 s. XV Fəsil s. 527-562, XVI-XVII Fəsil s. 563-619 |
4 |