Patoloji fiziologiya fənni fundamental nəzəri tibbi-bioloji fənndir, hüceyrə, toxuma və orqanların zədələnmələri zamanı orqanizmdə yaranan funksional dəyişikliklərin ümumi qanunauyğunluqlarını öyrənir, tələbələrdə həkim təfəkkürünün yaranmasına kömək edir, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırır, əldə olunan bilikləri klinikada tətbiq etmək vərdişi yaradır. Həmçinin, bu fənn patoloji proseslərin və xəstəliklərin inkişaf mexanizminin, gedişinin və nəticəsinin ümumi qanunauyğunluqlarını, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsiplərini öyrənir, xəstəlikləri törədən xarici və daxili mühit amillərinin orqanizmə təsir xüsusiyyətlərini, bütövlükdə orqanizmin ona cavab reaksiyasını, xəstəliklər və sağalma zamanı orqanizmin müdafiə xarakterli reaksiyalarının rolunu, eləcə də tipik patoloji proseslərin səciyyəvi xüsusiyyətlərini və ümumi cəhətlərini araşdırır. Orqanizmin reaktivliyinin, rezistentliyinin, xəstəlikönü vəziyyətlərinin, bütövlükdə xəstəliklərin mahiyyətinin öyrənilməsi də bu fənnin vəzifələrinə daxildir.
Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
||
|
Mühazirə (saat) |
Praktika (saat) |
Kredit |
||||
|
1 |
Stomatologiya |
II |
Patoloji fiziologiya (PF) |
16 |
44 |
4 |
Fənnin kodu İMF-35
Patoloji fiziologiya
Təhsil pilləsi: Bakalavriat
İxtisas: Stomatologiya
Fənnin məqsədi: Patoloji fiziologiya fənninin məqsədi tələbələrdə xəstəliklərin yaranma səbəbləri, inkişaf mexanizmi, gedişi və nəticəsinin ümumi qanunauyğunluqları haqqında biliklərdən istifadə edərək, onlara dair verilən məsələlərin patofizioloji təhlil əsasında effektiv həll edilməsi bacarıqlarını formalaşdırmaqdan, həmçinin onların aşkarlanması metodlarını, müalicə və profilaktikasının əsas prinsiplərini müəyyənləşdirməkdən ibarətdir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
Patoloji fiziologiya Azərbaycan Tibb Universiteti tərəfindən müəyyən edilmiş məcburi fəndir. Tibb təhsilinin müasirliyinin mühüm aspektlərindən biri patoloji fiziologiyanın dərindən öyrənilməsindən ibarətdir. Yüksək ixtisaslı həkim hazırlığı sistemində patoloji fiziologiya klinik təfəkkürün təcrübi, metodik və praktik əsaslarının formalaşmasına doğru yönəlmiş inteqrasiyaedici və analitik tədris fənni kimi mühüm yer tutur.
Patoloji fiziologiyanın əsas məqsədi hüceyrə, toxuma və orqanların zədələnmələri zamanı orqanizmdə yaranan funksional dəyişikliklərin ümumi qanunauyğunluqlarını kompleks şəkildə öyrənməkdən ibarətdir.
Patofiziologiya eksperimentə əsaslanan elmdir. Mövzuların tədrisi zamanı aparılan patofizioloji tədqiqatlarda klinik müşahidə və laborator metodlardan geniş surətdə istifadə edilir. Bu məqsədlə əsas eksperimental modellər, tipik patoloji proseslərin alınma metodları, ayrı-ayrı oqran və sistemlərin dəyişikliklərini göstərən təcrübələr, hər bir sistemə aid test və situasiya məsələləri, bir sıra klinik-diaqnostik metodların yeniləşmiş formaları haqqında ətraflı məlumat verilir. Tələbələrdə tibbi-nəzəri bilikləri klinik şəraitdə tətbiq etmək vərdişinin yaradılması olduqca vacibdir. Ona görə də patoloji fiziologiyanın metodik işləmələrinə situasiya məsələləri daxil edilmişdir. Situasiya məsələlərini həll edən tələbə klinik-laborator göstəriciləri dəqiq təhlil edib, xəstəyə düzgün diaqnoz qoya bilir, eyni zamanda müalicə prinsipləri haqqında olan biliklərini daha da möhkəmləndirir. Klinik-patofizioloji istiqamətdə tərtib edilmiş situasiya məsələləri həm tələbələrin sərbəst işləməsinə, həm də patofiziologiyadan olan biliklərinə özünün nəzarət etməsinə imkan verir.
Tibb Universitetində mütəxəssis hazırlığının çoxpilləli sistem üzrə aparılması və gələcək həkimlərin fundamental hazırlığının daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq, real klinik situasiyanı patofizioloji baxımdan təhlil etmək və patoloji anlayışları daha da dərinləşdirmək vacibdir. Bütün bunlar situasiya məsələləri həllinin də çox əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.
Patoloji fiziologiya fundamental nəzəri tibbi-bioloji fəndir, bütün ixtisaslardan olan həkimlərə lazımi biliklər verməklə, həkim təfəkkürünün yaranmasına kömək edir, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırır, əldə olunan bilikləri klinikada tətbiq etmək vərdişi yaradır, klinik təfəkkürün və praktik həkimin rasional fəaliyyətinin metodik və metodoloji əsaslarını hazırlayır
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
Giriş. Patofiziologiyanın məqsədi və vəzifələri, qısa inkişaf tarixi. Ümumi nozologiya, xəstəlik haqqında təlim, etiologiya və patogenez |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. I-II Fəsil, s. 10-27 |
2 |
|
2 |
Hüceyrə zədələnməsi. Mikrosirkulyasiya və yerli qan dövranı pozulmaları |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. VII-VIII Fəsil, s. 68-100 |
2 |
|
3 |
İltihab. Qızdırma |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. IX-X Fəsil, s. 101-130 |
2 |
|
4 |
İmmun sistemin patologiyası. Allergiya |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XI Fəsil, s. 131-148 |
2 |
|
5 |
Maddələr mübadiləsinin tipik pozulmaları. Mikroelement və vitamin mübadiləsinin patologiyası. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XII Fəsil, s. 149-177 |
2 |
|
6 |
Qan sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVI Fəsil, s. 209-228 |
2 |
|
7 |
Qan dövranı sisteminin patoloji fiziologiyası |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVII Fəsil, s. 229-242 |
2 |
|
8 |
Həzm sistemi və qaraciyərin patoloji fiziologiyası |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIX-XX Fəsil, s. 256-271 |
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Patoloji fiziologiya fənni, vəzifələri. Ümumi nozologiya. Xarici və daxili amillərin (irsiyyətin) patologiyada rolu. Reaktivliyin patologiyada rolu. Hüceyrə zədələnməsi. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. I-III Fəsil, s. 10-27, 32-35, VI Fəsil, s. 55-64 |
4 |
|
2 |
Mikrosirkulyasiya və yerli qan dövranı pozulmaları. İltihab. Qızdırmanın orqanizmə təsiri. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. VIII Fəsil, s. 84-100, IX-X Fəsil, s. 101-130 |
4 |
|
3 |
İmmun sistemin patologiyası. Allergiya. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XI Fəsil, s. 131-148 |
4 |
|
4 |
Maddələr mübadiləsinin patologiyası. Karbohidrat, su-elektrolit, turşu-qələvi müvazinətinin pozulması. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XII Fəsil, s. 149-177 |
4 |
|
5 |
Toxuma inkişafının patologiyası. Şişlər. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIII Fəsil, s. 178-193 |
4 |
|
6 |
Qan sisteminin patoloji fiziologiyası. a) anemiyaların növləri, etiopatogenezi. b) leykositoz və leykopeniya modelinin yaradılması; Leykozlar. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVI Fəsil, s. 209-228 |
4 |
|
7 |
CARİ QİYMƏTLƏNDİRMƏ (KOLLOKVİUM). Bu kollokviuma 1-6-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir. |
|
4 |
|
8 |
Qan dövranı sisteminin patoloji fiziologiyası. a) ürəyin işemik xəstəliklərinin etiologiyası və patogenezi. b) neyrogen hipertenziyanın səbəbi və inkişaf mexanizmi.Ateroskleroz. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVII Fəsil, s. 229-242 |
4 |
|
9 |
Tənəffüs sisteminin patoloji fiziologiyası. Böyrəklərin patoloji fiziologiyası. a)obstruktiv və restriktiv patologiyalar. b)nefrotik və nefritik sindromlar. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVIII Fəsil, s. 243-255, XXI Fəsil, s. 272-281 |
4 |
|
10 |
Həzm sisteminin və qaraciyərin patoloji fiziologiyası. a)Mədə xorasının etiopatogenezi. b)Sarılıqların və portal hipertenziyanın etiopatogenezi. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIX-XX Fəsil, s. 256-271 |
4 |
|
11 |
Endokrin sisteminin patoloji fiziologiyası. Sinir sisteminin patoloji fiziologiyası. a) hipofizin və böyrəküstü vəzin patoloji fiziolgiyası. b) nevrozlar haqqında anlayış. |
Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXII Fəsil, s. 282-295, XXIII Fəsil, s. 296-308 |
4 |