Bizi izləyin:
Heydər Əliyev
Fiziopatologiya (İctimai-səhiyyə)
Bölmələrimiz
Fiziopatologiya (İctimai-səhiyyə)

Fiziopatologiya fənni fundamental nəzəri tibbi-bioloji fənndir, hüceyrə, toxuma və orqanların zədələnmələri zamanı orqanizmdə yaranan funksional dəyişikliklərin ümumi qanunauyğunluqlarını öyrənir, tələbələrdə həkim təfəkkürünün yaranmasına kömək edir, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırır, əldə olunan bilikləri klinikada tətbiq etmək vərdişi yaradır. Həmçinin, bu fənn patoloji proseslərin və xəstəliklərin inkişaf mexanizminin, gedişinin və nəticəsinin ümumi qanunauyğunluqlarını, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsiplərini öyrənir, xəstəlikləri törədən xarici və daxili mühit amillərinin orqanizmə təsir xüsusiyyətlərini, bütövlükdə orqanizmin ona cavab reaksiyasını, xəstəliklər və sağalma zamanı orqanizmin müdafiə xarakterli reaksiyalarının rolunu, eləcə də tipik patoloji proseslərin səciyyəvi xüsusiyyətlərini və ümumi cəhətlərini araşdırır. Orqanizmin reaktivliyinin, rezistentliyinin, xəstəlikönü vəziyyətlərinin, bütövlükdə xəstəliklərin mahiyyətinin öyrənilməsi də bu fənnin vəzifələrinə daxildir. 

Payız semestrində keçirilən fənlər

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə (saat)

Praktika

(saat)

Kredit

1

İctimai Səhiyyə 

II

Fiziopatologiya

30

30

4

 

Fənnin kodu: İF-38

 Fiziopatologiya

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: İctimai-səhiyyə

Fənnin məqsədi: Fiziopatologiyanın əsas məqsədi tələ­bə­lərdə patoloji proseslərin və xəstəliklərin inkişaf me­xa­nizminin, gedişinin və nəticəsinin ümumi qanunauy­ğunluqları, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırmaqdan; əldə olunan bilikləri klinikada tətbiq etməyi bacarmaqdan; klinik təfəkkürün və praktik həkimin rasional fəaliyyətinin metodik və metodoloji əsaslarını hazırlamaqdan ibarətdir.

Fənnin təlim nəticəsi:

  • klinik-laborator, eksperimental və digər müayinələrin patofizioloji təhlili;
  • əldə olunan bilikləri klinik fənləri öyrənərkən və gələcək həkimlik  fəaliyyətində tətbiqi;
  • heyvanlar üzərində eksperimentin planlaşdırılması və aparılması (müvafiq qaydalara riayət etməklə), təcrübənin nəticələrinin təhlili,
  • patologiyanın klinik formalarını öyrənmək üçün eksperimentin əhəmiyyətinin düzgün qiymətləndirilməsi;
  • xəstəliklərin patogenetik terapiya prinsiplərinin əsaslandırılması.

 

Fənnin məzmunu

Fiziopatologiya Azərbaycan Tibb Universiteti tərəfindən müəyyən edilmiş məcburi fəndir. Tibb təhsilinin müasirliyinin mühüm aspektlərindən biri fiziopatologiyanın dərindən öyrənilməsindən ibarətdir. Yüksək ixtisaslı həkim hazırlığı sistemində fiziopatologiya klinik təfəkkürün təcrübi, metodik və praktik əsas­larının formalaşmasına doğru yönəlmiş  inteqrasiyaedici və analitik tədris fənni kimi mühüm yer tutur.

Fiziopatologiyanın əsas məqsədi hüceyrə, toxuma və orqanların zədələnmələri zamanı orqanizmdə yaranan funksional dəyişikliklərin ümumi qanunauy­ğunluqlarını kompleks şəkildə öyrənməkdən ibarətdir.

Fiziopatologiya eksperimentə əsaslanan elmdir. Mövzuların tədrisi zamanı aparılan patofizioloji tədqiqatlarda klinik müşahidə və laborator metod­lar­dan geniş surətdə istifadə edilir. Bu məqsədlə əsas eksperimental modellər, tipik patoloji proseslərin alınma metodları, ayrı-ayrı oqran və sistemlərin dəyişik­liklərini göstərən təcrübələr, hər bir sistemə aid test və situasiya məsələləri, bir sıra klinik-diaqnostik metodların yeniləşmiş formaları haqqında ətraflı məlumat verilir. Tələbələrdə tibbi-nəzəri bilikləri klinik şəraitdə tət­biq etmək vərdişinin yaradılması olduqca vacibdir. Ona görə də fiziopatologiyanın metodik işləmələrinə situasiya məsələləri daxil edilmişdir. Si­tua­siya məsələ­lərini həll edən tələbə klinik-laborator göstəriciləri dəqiq təhlil edib, xəstəyə düzgün diaqnoz qoya bilir, eyni zamanda müalicə prinsipləri haqqında olan biliklərini daha da möhkəmləndirir. Klinik-patofizioloji isti­qamətdə tərtib edilmiş situasiya məsələləri həm tələbələrin sərbəst işləməsinə, həm də patofiziologiyadan olan biliklərinə özünün nəzarət etməsinə imkan verir.

Tibb Universitetində mütəxəssis hazırlığının çoxpil­ləli sistem üzrə aparılması və gələcək həkimlərin fundamental hazırlığının daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq, real klinik situasiyanı patofizioloji baxımdan təhlil etmək və patoloji anlayışları daha da dərinləşdirmək vacibdir. Bütün bunlar situasiya məsələləri həllinin də çox əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

Fiziopatologiya fundamental  nəzəri tibbi-bioloji fəndir, bütün ixtisaslardan olan həkimlərə lazımi biliklər verməklə, həkim təfəkkürünün yaranmasına kömək edir, ayrı-ayrı xəstəliklərin terapiya və profilaktikası prinsipləri haqqında elmi bilikləri formalaşdırır,  əldə olunan bilikləri klinikada tətbiq etmək vərdişi yaradır, klinik təfəkkürün və praktik həkimin rasional fəaliyyətinin metodik və metodoloji əsaslarını hazırlayır.

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Giriş. Patofiziologiya fənninin əhəmiyyəti, vəzifəsi, inkişaf tarixi. Ümumi nozologiya haqqında məlumat

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. I-II Fəsil, s. 10-27

https://amu.edu.az/page/3448

2

2

Xarici və daxili (irsiyyət, konstitusiya) amillərin patologiyada rolu. Reaktivlik

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. III-VI Fəsil, s. 128-67

https://amu.edu.az/page/3448

2

3

Hüceyrə zədələnməsi.

Mikrosirkulyasiya və yerli qan dövranı pozulmaları

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. VII-VIII Fəsil, s. 68-100

https://amu.edu.az/page/3448

2

4

İltihab. Qızdırma

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. IX-X Fəsil, s. 101-130

https://amu.edu.az/page/3448

2

5

İmmun sistemin patologiyası. Allergiya

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XI Fəsil, s. 131-148

https://amu.edu.az/page/3448

2

6

Maddələr mübadiləsinin tipik pozulmaları

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya.  «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XII Fəsil, s. 149-177

https://amu.edu.az/page/3448

2

7

Toxuma inkişafının patologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIII Fəsil, s. 178-193

https://amu.edu.az/page/3448

2

8

Ekstremal vəziyyətlər. Hipoksiya

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIV-XV Fəsil, s. 194-208

https://amu.edu.az/page/3448

2

9

Qan sisteminin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVI Fəsil, s. 209-228

https://amu.edu.az/page/3448

2

10

Qan dövranı sisteminin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVII Fəsil, s. 229-242

https://amu.edu.az/page/3448

 2

11

Tənəffüs sisteminin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVIII Fəsil, s. 243-255

https://amu.edu.az/page/3448

2

12

Həzm sistemi və qaraciyərin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIX-XX Fəsil, s. 256-271

https://amu.edu.az/page/3448

2

13

Böyrəklərin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXI Fəsil, s. 272-281

https://amu.edu.az/page/3448

2

14

Endokrin sisteminin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXII Fəsil, s. 282-295

https://amu.edu.az/page/3448

2

15

Sinir sisteminin patoloji fiziologiyası

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXIII Fəsil, s. 296-308

https://amu.edu.az/page/3448

2

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Giriş. Patofiziologiya fənninin əhəmiyyəti, vəzifəsi. Ümumi nozologiya haqqında məlumat. Xarici mühit amillərinin (aşağı və yuxarı temperaturun) patologiyada rolu.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. I-III Fəsil, s. 10-27, 32-35 https://amu.edu.az/page/3448

 

2

2

Reaktivliyin patologiyada rolu. Hüceyrə zədələnməsi.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. VI Fəsil, s. 55-64

https://amu.edu.az/page/3448

 

2

3

Mikrosirkulyasiya və yerli qan dövranı pozulmaları

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. VIII Fəsil, s. 84-100

https://amu.edu.az/page/3448

 

2

4

İltihab. Qızdırma.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. IX-X Fəsil, s. 101-130

https://amu.edu.az/page/3448

2

5

İmmun sistemin patologiyası. Allergiya.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XI Fəsil, s. 131-148

https://amu.edu.az/page/3448

2

6

Maddələr mübadiləsinin tipik pozulmalar. Karbohidrat və su-elektrolit mübadiləsinin patologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya.  «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XII Fəsil, s. 149-177

https://amu.edu.az/page/3448

2

7

Toxuma inkişafının patologiyası. Şişlər.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIII Fəsil, s. 178-193

https://amu.edu.az/page/3448

2

8

CARİ QİYMƏTLƏNDİRMƏ (KOLLOKVİUM). Bu kollokviuma 1-7-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

 

2

9

Qan sisteminin patologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVI Fəsil, s. 209-228

https://amu.edu.az/page/3448

2

10

Qan dövranı sisteminin patologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVII Fəsil, s. 229-242

https://amu.edu.az/page/3448

2

11

Tənəffüs sisteminin patoloji fiziologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XVIII Fəsil, s. 243-255

https://amu.edu.az/page/3448

2

12

Həzm sisteminin və qaraciyərin patoloji fiziologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XIX-XX Fəsil, s. 256-271

https://amu.edu.az/page/3448

2

13

Böyrəklərin patoloji fiziologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXI Fəsil, s. 272-281

https://amu.edu.az/page/3448

2

14

Endokrin sisteminin patoloji fiziologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXII Fəsil, s. 282-295

https://amu.edu.az/page/3448

2

15

Sinir sisteminin patoloji fiziologiyası.

Əliyev S.C., Talışinskaya M.B., İbrahimova G.H., Əliyev S.H., Əliyeva T.R., Qasımova A.Ş. Patoloji fiziologiya. «MSV NƏŞR», Bakı, 2023. – 315 s. XXIII Fəsil, s. 296-308

https://amu.edu.az/page/3448

2