Bizi izləyin:
Heydər Əliyev
Bədxassəli şişlərin kimyəvi terapiyası  ( I və II Müalicə-profilaktika )
Bölmələrimiz
Bədxassəli şişlərin kimyəvi terapiyası  ( I və II Müalicə-profilaktika )

“Bədxassəli şişlərin kimyəvi terapiyası” fənni klinik təcrübə fənni kimi müasir dövrdə geniş yayılmış bədxassəli şişlərin müalicə planına daxil olan müstəqil, kombinə və kompleks proqramlar üzrə istifadə olunmaqla kimyəvi terapiyanın, hormonal və antihormonal terapiyanın, taget və immunoterapiyanın incəliklərini özündə əks etdirir.

 

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisasın adı: Tibb

Tədris edilən fənnin növü: Klinik təcrübə

Təcrübənin klinik kodu: İPFS – B09

Fənnin adı: Bədxassəli şişlərin kimyəvi terapiyası

 

Fakultələr

Kurs

Fənn

Təcrübi məşğələ

1

I və II müalicə-profilaktika

VI

Bədxassəli şişlərin kimyəvi terapiyası

30 saat

 

Fənnin məqsədi:

1. Tələbələrə bədxassəli şişlərin müalicəsində kimyəvi terapiyadan istifadə etməklə xəstələrin müayinə və müalicə üsulları və onların alqoritmləri haqqında məlumat vermək. 

2. Tələbələrə bədxassəli şişlərin kimyəvi müalicəsi, hormonal- və antihormonal terapiya, immunoterapiya, target  terapiya  nəticələrinin qiymətləndirilməsini və palliativ yardımın göstərilməsini öyrətmək.

3. Tələbələrə kimyəvi terapiyanın ağırlaşmaları, müşayiətedici terapiya, ağırlaşmaların aradan qaldırılması yollarını öyrətmək. 

 

Fənnin təlim nəticəsi:

1. Tələbələr bədxassəli şişlərin müalicəsində kimyəvi terapiyadan istifadə etməklə xəstələrin müasir müayinə üsullarını təyin etməyi bacaracaqlar.

2. Tələbələr bədxassəli şişlərin müalicəsində kimyəvi terapiyanın tətbiqini düzgün şəkildə təyin etməyi bacaracaqlar.

3. Tələbələr bədxassəli şişlərin kimyəvi n müalicəsi, hormonal- və antihormonal terapiyası, immunoterapiya, target  terapiyasını və müalicənin nəticələrini izah etməyi bacaracaqlar.

4. Tələbələr bədxassəli şişi olan xəstələrə palliativ yardımın göstərilməsi, bu yardıma seçimin aparılma qaydası, yardımın növləri və aparılma yerlərini seçməyi bacaracaqlar.  

5. Tələbələr kimyəvi terapiyasının ağırlaşmalarının diaqnostikası və ağırlıq dərəcəsini düzgün müəyyənləşdirməyi bacaracaqlar.  

6. Tələbələr kimyəvi terapiyanın ağırlaşmalarında müşayiətedici terapiya və ağırlaşmaların aradan qaldırılma yollarını müəyyələşdirməyi bacaracaqlar.  

 

Fənnin məzmunu :

Bədxassəli şişlərin kimyəvi terapiyası klinik təcrübəsi bu nazoloji vahidə daxil olan xəstəliklərin kimyəvi terapiyası, onun növləri, ağırlaşmaları, aradan qaldırılması və onkoloji xəstələrə palliativ yardımın təşkili bacarıqlarını öyrədir. Tədris prosesində ənənəvi seminar, performans əsaslı problem (xəstə ilə iş əsaslı, xəstə üzərində və instrumental müayinə otaqlarında və laboratoriyalarda iş əsaslı situasiya məslələrinin həlli şəklində) aparılır.

Fənnin tədrisi Azərbaycan Tibb Universiteti tərəfindən “tibb” ixtisasının proqramında klinik təcrübə fənni kimi tədris olunur. Bu fənnin öyrənilməsi tələbələrin yuxarıda göstərilən bilik və bacarıqları əldə etməklə səhiyyənin müxtəlif sahələrində çalışdıqda istifadə edəcəklər. Bu fənni öyrənən tələbələr məzun olduqdan və / və ya rezidenturanı bitirdikdən sonra kimyəvi terapiya alan xəstələrə, onların ağırlaşmasına və palliativ yardıma ehtiyacı olanların seçilməsində digərlərindən fərqlənə biləcəklər.

 

ATU-nun I və II müalicə-profilaktika fakültəsinin VI kurs tələbələri üçün “Bədxassəli şişlərin kimyəvi terapiyası” fənni üzrə təcrübi məşğələlərin mövzularının təqvim planı

 

Günlər

Mövzular, praktik məşğələ

Saat

Oxu materialları (kitabın adı, müəlliflər)

I gün

Mövzu № 1

Bədxassəli şişlərin dərman müalicəsi, fəsadları və onların aradan qaldırılması yolları haqqında ümumi məlumat

Stasionar, gündüz stasionarı və poliklinikada xəstə qəbulu, müayinəsində iştirak, sənədlərin doldurulması ilə tanışlıq, multidissiplinar konsiliumda iştirak

Kimyəvi terapiya alan xəstələrə dərman dozalarının hesablanması, port sisteminə xidmət, infuzamat və pompalarla işləmə prinsipini öyrənilməsi

6

1. Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Onkologiya. Bakı, 2010, fəsil 5.3, 5.4

2. R.B.Bayramov. Onkologiya. Bakı, 2016, fəsil 8, 9, 10

3. R.B.Bayramov. Onkologiya. Bakı, 2023, səh. 69-97, 117-138, 155-171, 731-763

4. Под редакцией Н.И. Переводчиковой, В.А. Горбуновой. Руководство по химиотерапии опухолевых заболеваний. Москва 2015, глава 1.1-1.8, 13.1-13.12

5. Руководство по онкологии. Том I, II, III. Минск 2016, Том I, глава 7.4

II gün

 

 

 

 

 

 

 

 

 

 

II gün

Mövzu № 2

Süd vəzisi xərçənginin neoadyuvant və adyuvant dərman terapiyası, hormоnal, antihormonal, target və immuno terapiya haqqında ümumi məlumat

Mövzuya uyğun xəstələrin müayinəsi, USM, mammoqrafiya, EKQ-EXO, morfoloji, incə iynə və trepan biopsiyanın götürülməsində, klinik laboratoriyada müayinə və tədqiqat materiallarının hazırlanmasında iştirak, alınmış nəticələrin qiymətləndirilməsi bacarığını əldə etmək

 

 

 

 

6

 

 

 

 

 

 

 

 

 

 

6

1. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev. Onkologiya. Bakı, 2010, fəsil 23 

2. R.B.Bayramov. Onkologiya. Bakı, 2023, səh. 479-516, 731-763

3. ТНМ классификация злокачественных опухолей. Моска, 2018, 3-е издание, стр. 197-208

4. Под редакцией Н.И. Переводчиковой, В.А. Горбуновой. Руководство по химиотерапии опухолевых заболеваний. Москва 2015, глава 9.10.1.

5. Под редакцией академика РАН М.И. Давыдова. Онкология. Клинические рекомендации. Москва 2018, стр. 529-582

6. Руководство по онкологии. Том I, II, III. Минск 2016. Том II, книга 1, глава 13

7. ESMO pocket guidelines. Breast cancer 2017. Dərs vəsaiti.

III gün

Mövzu № 3

Mədə xərçənginin kimyəvi dərman terapiyası Kolorektal xərçəngin kimyəvi dərman terapiyası

Endoskopik, rentgenoloji, KT və digər diaqnostik bölmələrdə xəstə müayinəsində iştirak, alınmış nəticələrin qiymətləndiril-məsi bacarığını əldə etmək

6

1. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev. Onkologiya. Bakı, 2010, fəsil 18

2. R.B.Bayramov. Onkologiya. Bakı, 2016, fəsil 8

3. R.B.Bayramov. Onkologiya. Bakı, 2023, səh. 353-382, 731-763

4. ТНМ классификация злокачественных опухолей. Моска, 2018, 3-е издание, стр. 85-89

5. Под редакцией Н.И. Переводчиковой, В.А. Горбуновой. Руководство по химиотерапии опухолевых заболеваний. Москва 2015, глава 2.9.10.2

6. Под редакцией академика РАН М.И. Давыдова. Онкология. Клинические рекомендации. Москва 2018, стр. 106-130

7. Руководство по онкологии. Том I, II, III. Минск 2016. Том II, книга 1, глава  3

IV gün

Mövzu № 4

Uşaqlığın boynunun, cisminin və yumurtalıqların xərçənginin kimyəvi dərman terapiyası

Mövzuya uyğun xəstə qəbulunda, USM, koloposkopiya, KT və digər müayinələrdə iştirak, alınmış nəticələrin qiymətləndiril-məsi bacarığını əldə etmək

6

1. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev. Onkologiya. Bakı, 2010, fəsil 25, 26, 27

2. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov. Uşaqlığın bədxassəli şişləri. Bakı, 2022

3. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov. Yumurtalıqların bədxassəli şişləri. Bakı, 2023

4. R.B.Bayramov. Onkologiya. Bakı, 2023, səh. 517-574, 731-763

5. ТНМ классификация злокачественных опухолей. Моска, 2018, 3-е издание, стр. 219-242

6. Под редакцией Н.И. Переводчиковой, В.А. Горбуновой. Руководство по химиотерапии опухолевых заболеваний. Москва 2015, глава 2.9.10.2.1-2.9.10, 2.9.10.3

7. Под редакцией академика РАН М.И. Давыдова. Онкология. Клинические рекомендации.

8. Руководство по онкологии. Том I, II, III. Минск 2016. Том II, книга 1, глава 16, 17, 18

 

 

 

 

 

V gün

 

 

 

 

 

 

 

V gün

Mövzu №5

Ağciyər xərçənginin (qeyri-kiçik və kiçik hüceyrəli) kimyəvi dərman müalicəsi

Poliklinikada və gündüz stasionarında xəstə qəbulunda iştirak, endoskopiya, rentgenoloji, KT kabinetlərində xəstə müayinəsində, klinik və patohistoloji laboratoriyada materialların müayinəsində iştirak, alınmış nəticələrin qiymətləndirilməsi bacarığını əldə etmək

 

 

 

 

4

1. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev. Onkologiya. Bakı, 2010, fəsil 16

2. R.B.Bayramov. Onkologiya. Bakı, 2016, fəsil 8, 9, 10

3. R.B.Bayramov. Onkologiya. Bakı, 2023, səh. 306-330, 731-763

4. ТНМ классификация злокачественных опухолей. Моска, 2018, 3-е издание, стр. 142-150

5. Под редакцией Н.И. Переводчиковой, В.А. Горбуновой. Руководство по химиотерапии опухолевых заболеваний. Москва 2015, глава 2.9.5

6. Под редакцией академика РАН М.И. Давыдова. Онкология. Клинические рекомендации. Москва 2018, стр. 350-374

7. Руководство по онкологии. Том I, II, III. Минск 2016. Том II, книга 1, глава 8

V gün

Mövzu № 6

Onkoloji xəstələrə palliativ yardım haqqında ümumi məlumatın verilməsi, alınmış nəticələrin qiymətləndirilməsi bacarığını əldə etmək

2

1. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev. Onkologiya. Bakı, 2010, fəsil 7, 8

2. R.B.Bayramov. Onkologiya. Bakı, 2016, fəsil 9, 10, 11

3. R.B.Bayramov. Onkologiya. Bakı, 2023, səh. 146-153, 731-763

4. Под редакцией академика РАН М.И. Давыдова. Онкология. Клинические рекомендации.

5. Руководство по онкологии. Том I. Минск 2016, Том I, глава 9

6. Azərbaycanda palliativ yardımın təşkilinə dair metodik vəsait. Stefan R. Konnor, birinci nəşr, Qanun Nəşriyyatı, 2011, səh. 72