Bizi izləyin:
Heydər Əliyev
Qastroenterologiya (Müalicə-profilaktika,Hərbi Tibb Fakültəsi V - IV kurs)
Bölmələrimiz
Qastroenterologiya (Müalicə-profilaktika,Hərbi Tibb Fakültəsi V - IV kurs)

Qastroenterologiya  daxili xəstəliklərin bir hissəsi olub,  mədə - bağırsaq traktının və qaraciyərin bir çox xəstəliklərinin etiologiya, patogenez, diaqnostika və müalicə prinsiplərini  öyrənir. Həzm traktı orqanlarının xəstəliklərini səciyyələndirən cəhət onların inadlı və uzun müddətli gedişə malik olmalarıdır. Eyni zamanda bu xəstəliklərin  əksəriyyəti kəskinləşməyə və ağırlaşmaların inkişafına meyillidirlər. Son illər qastroenteroloji patologiyaların müayinə və müalicəsində qazanılmış müvəffəqiyyətlərə baxmayaraq bu xəstəliklərin sayında artım qeydə alınır. Bu artım təkcə ənənəvi olaraq çox rast gələn xroniki xəstəliklərdə (mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, xroniki xolesistit, xroniki hepatit və b.) deyil, eyni zamanda Kron xəstəliyi, xoralı kolit, qlüten enteropatiyası, nazik bağırsağın karsinoidi kimi nisbətən az rast gəlinən patologiyalarda da müşahidə olunur. Son illərdə müasir qastroenterologiya çox sürətli inkişaf mərhələsindədir. Alınan yeni məlumatlar həzm traktı xəstəliklərinin çoxunun etiologiyası və patogenezi haqda olan düşüncələri əsaslı sürətdə dəyişmişdir. Bu tərəqqi ilk növbədə yeni müasir instrumental və laborator tədqiqat metodlarının işlənib hazırlanması və tibbə daxil edilməsi, yüksək effektiv dərman vasitələrinin yaradılması, habelə sübuta əsaslanan təbabətin prinsiplərinin klinik təcrübəyə fəal şəkildə tətbiqi ilə bağlıdır.

Fakültələr

 Kurs

Fənlər

 Auditoriya saatları

Mühazirə

Təcrübi məşğələ

1.

Müalicə-profilaktika

V

Qastroenterologiya

10

35

2.

Hərbi Tibb Fakültəsi

IV

Qastroenterologiya

10

35

Fənnin kodu: İF-17

Daxili Xəstəliklər III: Qastroenterologiya

Təhsil pilləsi: Bakalavriat

İxtisas: Müalicə-profilaktika

Fənnin məqsədi: Qastroenterologiya fənninin tələbələr tərəfindən asan mənimsənilməsi üçün ilk növbədə xəstəlik anlayışının tələbələr tərəfindən düzgün qavranılmasını təmin etmək lazımdır. Bu məqsədlə “Xəstəlik – sözügedən orqanın funksiyalarının, yəni gördüyü işin, yetərincə yerinə yetirilə bilməməsidir” prinsipi tələbələrə düzgün izah edilməlidir. Beləliklə həzm sisteminin ayrı-ayrı orqanlarının yerinə yetirdiyi funksiyaları bir daha xatırlamaqla tələbə sözügedən orqanın hansı kliniki əlamətləri ilə qarşılaşacağını asanlıqla müəyyən edə bilər.

Qastroenterologiyanın tədrisinin ikinci əsas prinsipi ondan ibarətdir ki, həzm kanalının başlanğıcındakı orqanın əsas funksiyası qidanı bir sonrakı orqanın funksiyalarına uyğunlaşdırmağa yönəldiyini tələbələrə düzgün izah edilməsidir. Məsələn ağız boşluğunu orqanlarının işi qidanın yumşaldılmasını, udlaqdan və qida borusundan rahatlıqla keçməsini təmin etməkdən ibarətdir və s.

Tələbələrə tibbi deontologiyanın prinsiplərini və tibbi personalın etik qaydalara ciddi əməl etməsinin əhəmiyyətinin düzgün izah edilməsini təmin etməkdir.

Tələbələri endoskopik və USM müayinələri ilə yaxından tanış etmək və onlarda bu müayinələrin nəticələrinin sərbəst dəyərləndirməsi vərdişini yaratmaqdır.

Qastroenterologiyanın tədrisini müzakirə prinsipi əsasında həyata keçirərək tələbələrdə mövzu üzrə sərbəst fikir ifadəsi vərdişini formalaşdırmaqdır.

Tibb universiteti tələbələrinin seçdiyi ixtisasa uyğun elmi və xüsusi ədəbiyyatla düzgün işləmək bacarıq və vərdişlərinin formalaşmasına ümumi qaydda töhfə verməkdir.

Fənnin məzmunu:

Klinik-praktik və fundamental təbabətin mühüm tərkib hissəsi olan Qastroenterologiya bütün yaş kateqoriyalarından olan əhalini əhatə edir. Qastroenterologiya həzm sisteminin boru şəkilli orqanları ilə yanaşı, həzm prosesində iştirak edən çoxsaylı endokrin və ekzokrin vəzləri də əhatə etdiyindən xüsusi bilik və bacarıq tələb edən sahədir. Bu sahədə funksional vəziyyətlərlə yanaşı, asan idarə olunan yungül gedişli bir sıra xəstəliklərə, həmçinin çox ağır vəziyyətlərlə müşaiyət olunan, orqan yetməməzliyinə və ölüm hallarına səbəb olan xəstəliklərə rast gəlinir. Buna görə də Qastroenterologiya xüsusi bacarıq və vərdişlər tələb edən elm və tibb sahəsi hesab olunur.  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş tibb təhsili proqramına daxil edilmiş fənndir.

Qastroenteroloji xəstəliklər əhali arasında ən çox yayılmış xəstəliklərin önündə gəlir. Həzm sistemi çoxsaylı orqanlardan təşkil olunduğuna görə rast gəlinən xəstəliklər də çoxsaylıdır və orqana spesifik xüsusiyyətləri var, buna görə də xüsusi bilik tələb edir. Qastroenteroloji xəstəliklər, həm revmatoloji, həm də autoimmun xəstəliklərlə bir çox yerlərdə kəsişir, immun sistemin iş prinsipini kifayət dərəcədə bilməyi tələb edir. Buna görə də bu sahənin tədrisi həm uzun müddət, həm də çox ciddi yanaşma tələb edir.

Həkim qastroenteroloqların işi həm terapevtlər, həm pediatrlar, həm ailə-həkimləri və revmatoloqlarla, həm də cərrahlarla məsləhətləşmələr əsasında təşkil olunur.

Mövzu: mühazirə

Ədəbiyyat

Saat

1

Mədə-bağırsaq traktının qanaxmaları

Harrisons Gastroenterology and Hepatology 17th edition  sec.1, ch. 7

2

2.

Malabsorbsiya  sindromu. Seliakiya

Harrisons Principles of Internal Medicine, 21th edition, ch.325

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.7-8

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.15

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

3.

Mədə-bağırsaq sisteminin funksional xəstəlikləri. Qıcıqlanmış bağırsaq sindromu

Harrisons Principles of Internal Medicine, 21th edition, ch.327

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.1 (2-6)

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.18

“Qastroenterologiya”Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

4.

Parenteral virus hepatitlərin (B, C, D) diaqnostikası və müalicəsi

Harrisons Principles of Internal Medicine, 21th edition, ch.341

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.16

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.40

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

5.

Kəskin qaraciyər yetməzliyi

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.28-29

2

Mövzu: praktik məşğələ

 Ədəbiyyat

Saat

1

Mədə-bağırsaq traktının müayinəsi.

Qastrointestinal sistemdən şikayəti olan xəstəyə yanaşma

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.11

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

2

QERX və ezofagit. Disfagiya

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.2 (13)

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.4 (13)

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

3

Qastrit. Peptik xora. Helikobakter pylori və mədə xərçənginin skrininqi 

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.4-5

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.14, 26

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

4

Bağırsağın iltihabi xəstəlikləri

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.9, 12

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.17

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

5

6

Asimptomatik qaraciyər enzim yüksəkliyi olan xəstəyə yanaşma

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.35-36

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

7

Xroniki ishal və gəbizlik

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.1 (10-11)

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.6

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

8

Xroniki hepatit (alkohol,  qeyri-alkohol mənşəli qaraciyər piylənməsi xəstəliyi və steatohepatit. Autoimmun  hepatit).

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.16, 17,18,19

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.39-41

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

9

Qaraciyər sirrozu və ağırlaşmaları.

Portal hipertenziya

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.26

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

10

Qaraciyər sirrozu və ağırlaşmaları.

Assit və spontan bakterial peritonit

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.26,27

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.9, 42

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

11

Metabolik  və qenetik qaraciyər xəstəlikləri (Vilson xəstəliyi, hemoxromatoz, α1-antitripsin defisiti)

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.21

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.44

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

12

Öd kisəsi və öd yollarının xəstəlikləri

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.31

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.45

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

13

Pankreatit (kəskin və xroniki)

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.32

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.48

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

14

Ürəkbulanma və qusma.

Meteorizm

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.1 (7-8)

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.5

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

15

Xroniki abdominal ağrı

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.1 (14)

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.1

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

16

Dispepsiyalar

First Principles of Gastroenterology and Hepatology (A.B.R. Thomson and E.A.Shaffer, Editors), ch.1 (4-6)

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

17

Sarılıqlı xəstəyə yanaşma

Harrisons Gastroenterology and Hepatology 17th edition, ch.8

“Qastroenterologiya” Ə.A.Hidayətov, A.A.Verdiyev, F.M.Abdullayev, F.M.Zeynalov, L.Ə.Hidayətova

2

18

Klinik bacarıqların qəbulu

1