Bizi izləyin:
Heydər Əliyev
Revmatologiya (Müalicə-profilaktika)
Bölmələrimiz
Revmatologiya (Müalicə-profilaktika)

Fənnin kodu: İF-19

Daxili Xəstəliklər III: Revmatologiya

Təhsil pilləsi: Bakalavriat

İxtisas: Müalicə-profilaktika

 

Revmatologiya daxili xəstəliklərin bir hissəsi olub,  birləşdirici toxuma və dayaq-hərəkət sistemi xəstəliklərinin yayılmasını, etiologiyasını, patogenezini, təsnifatını, tibbi dəlillərə əsaslanan  qeyri-cərrahi müalicə prinsiplərini  öyrənir.
Son zamanlar bütün yaş kateqoriyalarında, xüsusi isə uşaq, yeniyetmə və qocalar arasında revmatoloji xəstəliklərin artması müşahidə olunur. Bununla  əlaqədar olaraq yeni immunoloji diaqnostika və innovativ müalicə üsulları meydana çıxmışdır.

 

Fakültələr

 Kurs

Fənlər

 Auditoriya saatları

Mühazirə

Təcrübi məşğələ

1.

Müalicə-profilaktika

VI

Revmatologiya

 

30

 

Fənnin məqsədi: Revmatologiyanın tələbələrə mənimsənilməsi və öyrədilməsinin əsas məqsədi klinikada praktiki məsələlərin həlli üçün peşəkar alqoritm daxil olmaqla klinik (konseptual) təfəkkürün formalaşdırılmasıdır.

Terapevtik klinikada deontoloji prinsiplər və etik standartlar əsasında tibbi peşəkar davranışı formalaşdırmaq.

Tələbələrdə həkimin öz peşə vəzifələrini yerinə yetirməsi üçün zəruri olan əqli, hissiyyat, motor bacarıq və səriştələri formalaşdırmaq.

Tibb universiteti tələbələrinin ümumi mədəniyyətinin yüksəldilməsinə töhfə vermək.

 

Fənnin təlim nəticəsi:

Terapevtik klinikada revmatologiyanın tədrisi klinik mühazirələrə,  praktik məşğələlərə və müəllimin rəhbərliyi altında xəstənin çarpayısının yanında tələbələrin müstəqil işinə əsaslanır.  Tələbə fənnin sonunda:

1.  Yetkin şəxsi ümumi dəyərləndirərək, anamnez toplayır, fiziki müayinə edir. İlkin və differensial diaqnozu müəyyənləşdirəcək

2.  Laborator müayinələr maliyyə tərəfi, diaqnostikadakı rolu və tətbiqi nəzərə alınaraq istənir və nəticələr şərh edəcək

3.  Kəskin halları idarə edə biləcək.

4.  Xroniki xəstəliklərə yanaşmanı biləcək.

5.  Profilaktik tibbi yanaşmaları tətbiq edə biləcək.

 

Fənnin məzmunu:

Klinik və fundamental təbabətin mühüm tərkib hissəsi olan Revmatologiya bütün yaş kateqoriyalarından olan ölkənin vətəndaşların maksimum mümkün reabilitasiyası və əmək qabiliyyətinin bərpası məqsədi ilə birləşdirici toxuma və dayaq-hərəkət sistemi xəstəliklərinin qarşısının alınmasına, vaxtında diaqnostikasına və erkən aktiv müalicəsinə yönəlmişdir.  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş tibb təhsili proqramına əsasən məcburi fənndir.

Revmatoloji  xəstəliklər əhali arasında ən çox yayılmış xəstəliklərdən biridir. Revmatoloji  xəstəliklərinin aktivliyinə uğurlu nəzarət iş vaxtı itkisini azaltmağa, əhalinin həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir və ümumi ölüm səviyyəsinin azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Revmatoloji  xəstəliklərinin  müəyyən edilməsində, müalicəsində və qarşısının alınmasında əsas rolu pasientlə ilk təmasda olan həkimlər - sahə terapevtləri, pediatrlar və ailə həkimləri -oynayır və ixtisas mərhələsində revmatologiya məsələlərinin tədrisi ilk növbədə bu həkimlərin hazırlanmasına yönəlmişdir. Eyni zamanda   tələbələr üçün gələcəkdə nəzəri və praktiki revmatologiya ilə məşqul olmaqa imkanlar yaranır.

Fənnin tədris formatı Предпочтительный способ связи

 

Mövzu: praktik məşğələ

 Ədəbiyyat

Saat

1

Revmatoloji xəstəliklərin semiotikası və diferensial diaqnostik meyarları

Revmatolojı xəstəliklərin diaqnostikasında istifadə olunan laborator instrumental metodlar və və diferensial diaqnostika meyarları

Revmatologiyada istifadə olunan əsas dərman qrupları

Harrison's Rheumatology , c.1

Rheumatology 7th edition Marc C.Hochberg

6

2

Xroniki bel ağrıları ilə müşahidə olunan revmatoloji xəstəliklərin diferensial diaqnostikası

Mono- və poliartritlərdə diaqnostik axtarış

Revmatoloqun təcrübəsində qızdırmalı xəstələr

Harrison's Rheumatology, c.1

Rheumatology 7th edition Marc C.Hochberg

6

3

Fibromialgiya

Sistem qırmızı qurdeşənəyi və Şeqren (quru) sindromunun diferensial diaqnostik meyarları

Sistem vaskulitlərin differensial diaqnostik meyarları

Harrison's Rheumatology , c.1

Rheumatology 7th edition Marc C.Hochberg

6

4

Revmatik xəstəliklərlə əlaqəli vaskülitlər: anlayış, klinika, müalicə prinsipləri.

Osteoartrit. Differensial diaqnostik meyarlar, müalicə metodu

Kəskin revmatik qızdırma. Laborator müayinənin təhlili

Harrison's Rheumatology , c.19

Rheumatology 7th edition Marc C.Hochberg

6

5

Revmatik xəstəliklər hamiləlik və laktasiya dövründə

Revmatoid artrit ilə xəstəyə yanaşma. Laborator və instrumental  müayinənin təhlili

Sistem skleroz, Reyno və miozitli  xəstəyə yanaşma

Harrison's Rheumatology , c.6

Rheumatology 7th edition Marc C.Hochberg

6