0000-0003-0998-5988
UaHZrkAAAAAJ&hl=ru&oi=ao
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
smehraliyeva@amu.edu.az
Bioqrafiya
Mehralıyeva Sevil Cəbrayıl qızı 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə “Elmi Şura” adına təqaüdə layiq görülmüşdür. O, hələ tələbəlik illərindən elmə böyük maraq göstərmiş, TEC-in konfranslarında aktiv iştirak etmişdir. Elmə olan həvəsi Sevil Mehraliyevanı gənc mütəxəssis kimi ATİ-nin Elmi Şuranın qərarı ilə “Farmakoqnoziya” kafedrasına baş laborant vəzifəsinə təyin olunmasına zərurət yaratmışdır (1989-1997). O, 1997- 2000-ci illər ərzində “Əczaçılığın təşkili və iqtisadiyyatı” kafedrasında stajor-müəllim, 2000-ci ildə müsabiqə yolu ilə assistent, 2006-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin “Əczaçılıq texnologiyası və təşkili” kafedrasına baş müəllim vəzifəsinə seçilmişdir. S.C.Mehralıyeva 2010-cu ildə “Bəzi çoxkomponentli bitki yığıntıları əsasında dərman formalarının alınma texnologiyasının işlənib hazırlanması və onların bioəczaçılıq xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müsabiqə yolu ilə “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasına 2012-ci ildə dosent vəzifəsinə seçilən S.C.Mehralıyeva hal hazıradək bu vəzifədə çalışır.
Tibb Universitetində işlədiyi müddət ərzində Mehralıyeva S.C. özünü təşəbbüskar, intizamlı, yüksək ixtisaslı mütəxəssis kimi göstərib, O, 140 elmi məqalənin, 3 dərsliyin, 1 dərs vəsaitinin, 8 tədris-metodik vəsaitin və 10 patentin (6 Azərbaycan, 4 Avrasiya), 5 FM-in müəllifidir.
Mehralıyeva S.C. 2008-2016-cı illər ərzində Əczaçılıq fakültəsində magistratura üzrə şöbənin kuratoru vəzifəsində çalışmış, magistrların təlim-tərbiyə işlərinin təşkilində yaxından iştirak etmişdir.
2017-ci ildə kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsinə seçilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. Keçən müddət ərzində S.C.Mehralıyevanın təşəbbüsü ilə elmi laboratoriya yaradılmış, müvafiq cihaz və avadanlıqlar alınmış, həmmüəllifliyi ilə dərs prosesinin mükəmməl keçirilməsi üçün tədris-metodik işlər hazırlanmış, “əczaçılıq texnologiyası” üzrə magistraturaya qəbul olan tələbələr üçün yeni proqramlar işləyib hazırlamışdır.2017-2025-ci illərdə Əczaçılıq və Kimya üzrə Problem Komissiyasının üzvü,
2017- 2025-ci illər magistratura üzrə “Əczaçılıq texnologiyası” ixtisasında ixtisaslaşdırılmış müdafiə şurasının, 2022-2025-ci illər Əczaçılıq fakültəsi Elmi Şurasının üzvüdür.
Dosent S.Mehralıyeva 2025-ci ildə Azəbaycan Tibb Universitetində yaradılan Tədris Metodik Şuranın üzvü seçilmişdir.
2019-2025-ci ildə “Elmi laboratoriya” nın istiqamətinə uyğun olaraq müvafiq makro-, mikro- və nano ölçülü zərrəcikləri alıb onlardan müxtəlif dərman formalarının hazırlanması üçün istifadə etmək məqsədi ilə cihaz və avadanlıqla təmin olunmasında aktiv iştirak etmişdir.
O, 2020-ci ildə doktoranturaya qəbul olmuş və “Təbii mənşəli xammallar əsasında nano dərman formalarının alınma texnologiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiya işi üzərində çalışır.
2024-cü ildə “International Journal of Pharmaceutical Sciences and Developmental Research” editor seçilib.
Sevil Mehralıyeva kafedrada işlədiyi vaxtdan dərslərin müasir tədris və texniki vəsaitlərlə təmin olunmasında yaxından köməklik göstərir.
Mehralıyeva S.C. müasir səviyyədə dərs prosesini aparmaq üçün daima müxtəlif təlim və treninglərdə iştirak edir, dünya təcrübəsində baş verən yeniliklərlə maraqlanır, bilik və bacarığını artırır, fərqli formatda mühazirələr oxuyur, təcrübi məşğələlər aparır.
Dosent Sevil Mehralıyeva Azərbaycan Tibb Universitetinin əməkdaşları, tələbə, magistrant, doktorant və dissertantları arasında dərin hörmət qazanmışdır.
Akademik fəaliyyət
1989-1997- ATİ-nin farmakoqnoziya və botanika kafedrasında baş laborant;
1997-2000- ATİ-nin Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasında stajor-müəllim;
2000-2006- ATU-nun Əczaçılığın texnologiyası, təşkili və iqtisadiyyatı kafedrasında assistent;
2005-2009-ATU-nun Əczaçılıq fakültəsində magistratura üzrə kurator;
2006-2012- ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında baş müəllim;
2012-2025-ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında dosent;
2017-2025- ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında tədris işləri üzrə kafedra müdirinin müavini vəzifəsində çalışır.
Təhsil
2010 - Əczaçılıq üzrə fəlsəfə doktoru Azərbaycan Tibb Universiteti, Bakı
1984-1989 Ali təhsil- Azərbaycan Tibb İnstitutu, Bakı, Azərbaycan
1983 Orta məktəb attestatı Cəbrayıl, Azərbaycan
Peşə və pedaqoji inkişaf
KURSLAR:
Sevil Mehralıyeva Azərbaycan Müəllimlər İstitutunda “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursu keçmişdir (2014-cü il).
GCP (Good Clinical Practice) üzrə təlim keçmiş və sertifikatla təltif edilmişdir (16-17 may 2021);
Türkiyə Respublikasında Atatürk Universitetinin Əczaçılıq texnologiyası kafedrasında, həmçinin DAYTAM-da elmi işlə əlaqədar təlim keçmişdir (28.01-09.02.2022-ci il );
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən “Təməl Tədrisçi İnkişafı Proqramı” üzrə 60 saatlıq təlimdə iştirak edib sertifikatla təltif olunmuşdur (30.06-04.07. 2022-ci il);
”Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi” təlim, ATU, Tibb və sağlamlıq elmləri təhsili kafedrası, Bakı, 2023;
ABŞ Dövlət Departamentinin İngilis Dili Proqramları xətti ilə Azərbaycan Tibb Universitetində təşkil olunmuş “Effektiv kurikulum/sillabus tərtibatı” adlı seminarda aktiv iştirak etmiş və sertifikata layiq görülmüşdür (09.03-30.05.2023).
NorthWest University tərəfindən təşkil olunmuş “Orqanik və doğal cilt bakım kosmetikləri” təlim proqramı. Sertifikat № NW2311076 (120 saat, 10.11.2023);
NorthWest University tərəfindən təşkil olunmuş “Sabun və şampuan yapımı və formülasyon” təlim proqramı. Sertifikat № NW 2308810 (120 saat, 22.08.2023).
KONFRANSLAR:
1.Sevil Mehralıyeva gənc alimlərin V Beynəlxalq konqresində iştirak edib, sertifikata layiq görülüb (1-2 Noyabr, 2018, Bakı Azərbaycan);
2.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “Əməkdar Elm xadimi, AMEA-nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyevin 90 illik yübleyinə həsr olunmuş Elmi-Praktik” konfransda iştirak edib sertifikatla təltif olunmuşdur (29.01.2019);
3.Azərbaycan Tibb Universitetinin 90 illik yubleyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Elmi-Praktiki konqresdə müvəffəqiyyətlə iştirakına görə sertifikatla (15 DTT) təltif olunub (Bakı, Azərbaycan 19-20 dekabr 2020);
4.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Ali Əczaçılıq təhsilinin 80 illik yübleyinə həsr edilmiş “Əczaçılığın Müasir Problemləri”
mövzusunda V Beynəlxalq Elmi Konqresdə məruzə etmiş, 17 DTT balı qazanmış və sertifikatla təltif olunmuşdur (23-24 aprel 2021-ci il);
5.Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş Professor Tamerlan Əliyevin anadan olmasının 100 illiyinə hərs olunan “Təbabətin Aktual Problemləri” Beynəlxalq Konqresdə iştirak edərək sertifikata (20 DTT ) layiq görülmüşdür (6-8 oktyabr 2021-ci il);
6.Nəşr olunmuş məqaləyə (Application of Advanced Nanomaterials for Kidney Failure Treatment and Regeneration) görə MDPİ Academic OPen Access Publishing sertifikatla təltif etmişdir (Materials 2021, Volume 14, İssue 11, 2939. Basel, June 2021);
7.Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və
Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş Şuşanın 270 illiyinə hərs olunmuş “Təbabətin Aktual Problemləri” Beynəlxalq Elmi Praktiki Konfransında iştirak edərək sertifikata (7 DTT ) layiq görülmüşdür (24 may 2022-ci il);
8. Sertificate in oral and technical presentation, recognition and appreciation of research contributions to 3RD KARABAKH INTERNATIONAL CONGRESS OF APPLIED SCIENCES "YEAR OF SHUSHA 2022" held on June 7-10, 2022 / Karabagh, Azerbaijan, with the paper entitled NANOTECHNOLOGIES IN THE FIELD OF DEVELOPMENT
OF MEDICINES ON THE BASIS OF NATURAL RAW MATERIALS;
9.Beynəlxalq Elm və Təcrübə konfransında iştirakına və elmi məqaləsinə görə sertifikatla təltif edilmişdir (Hanburg, Germany, 26-28 dekabr, 2022);
10.V Beynəlxalq Elm və Təcrübə Confransında iştirak edib, sertifikata layiq görülüb (19-20 aprel 2022, Orleans, Fransa);
11. II Beynəlxalq Elmi-Praktik Confransda nəşr olunmuş məqaləyə görə (Purchase of “Glexroscasil” phytogranules and study of quality indicators) sertifikatla təltif edilib (18 saat, 19-20 yanvar, 2022 Seatl,ABŞ);
12. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş Azərbaycan Tibb Universitetinin “Təbabətin Aktual Problemləri” Beynəlxalq Elmi Praktiki Konfransda çıxış etmiş və sertifikatla təltif edilmişdir (Bakı, 2-3 may 2023);
13. Baku Dermanın təşkilatçılığı ilə Beynəlxalq dermatologiya və kosmetologiya konqresində sertifikatla (8 cme credit) təltif olunub (Bakı, 27-28 aprel 2024);
14.Scientific Collection «InterConf», (107): with the Proceedings of the 12th International Scientific and Practical Conference «Science and Practice: Implementation to Modern Society» at Manchester, Great Britain. Sertificate (May 6-8, 2022).
15. “Beynəlxalq Əczaçı günü” Respublika Əczaçılarının 5-ci Ümumrespublika Konfransında aktiv iştirak etmiş və “Əczaşılar Klubu” İctimai Birliyi tərəfindən sertifikata layiq görülmüşdür (10.10.2024). 16. Ümummilli lider Heydər Əliyevin 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalı, 6-8 may 2025, Bakı, Azərbaycan.
Elmi araşdırma sahəsi
“Təbii mənşəli (heyvan-arı məhsulları, maral pantaları; bitki-kivi, zəncəfil, mayaotu, qaraqınıq, aloe vera və s.) əsasında mikro-, nanodərman və kosmetik vasitələrin hazırlanma texnologiyası”.
Novel Drug Delivery Systems. Əczaçılıq nanotexnologiyası. Nanokosmetologiya. Biofarmasiya. Əczaçılıq sənayesi.
KİTAB
“Əczaşılıq və nanotexnologiya”. Bakı, 2015;
“Əczaçılıq texnologiyası /Dərmanların sənaye texnologiyası” , I hissə. (azərbaycan dilində) Bakı, 2024
“Əczaçılıq texnologiyası /Dərmanların sənaye texnologiyası” I hissə. (ingilis dilində) Bakı, 2024
“Əczaçılıq texnologiyası /Dərmanların sənaye texnologiyası” II hissə. (ingilis dilində) Bakı, 2024
“Stomatoloji təcrübədə istifadə olunan dərman daşıyıcı sistemlər”. Bakı, 2024
“Dərman daşıyıcı sistemlərdə biopolimerlər”, Bakı, 2025
MƏQALƏ
Preparation and wound healing action of gel glysotrical//Azerbaijan Medical Journal, Issue 4, 2008, Pages 108-110.http://www.scopus.com/inward/record.url?eid=2-s2.0-63049095202&partnerID=MN8TOARS
Quantification of rutin and glycyrrhizic acid in an extract from phytocollection "glysocal"(Article)//Azerbaijan Medical Journal, Issue 1, 2008, Pages 105-108 http://www.scopus.com/inward/record.url?eid=2-s2.0-40849092664&partnerID=MN8TOARS
Изучение биофармацевтических свойств геля «Глисотрикал» в эксперименте (in vitro) //Medical Journal of Georgia, 2008, №4, стр.31-34 https://www.yumpu.com/it/document/view/34437668/saqartvelos-samedicino-jurnali-medical-journal-of-georgia
ПРИГОТОВЛЕНИЕ ГРАНУЛ «GLYSOCAL» И ИЗУЧЕНИЕ ИХ БИОФАРМАЦЕВТИЧЕСКИХ ОСОБЕННОСТЕЙ //Журнал Успехи современного естествознания. – 2010. – № 5 – С. 39-42 https://natural-sciences.ru/ru/article/view?id=8109
Physical methods for producing of aspirin microcapsules//Azerbaijan Medical Journal, Issue 2, 2013, Pages 63-67 http://www.scopus.com/inward/record.url?eid=2-s2.0-84885448058&partnerID=MN8TOARS
Determination of the toxicity of the plants, which form phyto-compositions//Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal.Volume 15, Issue 1, 2015, Pages 38-40URL http://www.scopus.com/inward/record.url?eid=2-s2.0-84978069340&partnerID=MN8TOARS
Saçların tökülməsi əleyhinə müalicəvi-kosmetik şampunun alınma texnologiyasının işlənib hazırlanması // Azərbaycan təbabətinin müasir nailiyyətləri №1/2017, s.123-127.https://maamjournal.az/download/dost_n1_2017.pdf
Разработка технологии получения эмульсионного крема на основе алоэ и изучение ее биофармацевтических свойств.Журнал Биомедицина, 2018, № 3, (Цитируется: 3)
Development of optimal phytoextract and niosom for acne vulgares treatment, determination of some quality indicators. No. 50 (2021): 8th ISPC «Scientific Horizon in the Context of Social Crises» (April 11-12, 2021; Tokyo, Japan).- Scientific Collection «InterConf», 2021
Prospects for the development of drugs with anti-viral activity based on licorice. Eurasian Chemical Communications, 2021, 3(5), 301-309. Link: http://www.echemcom.com/article_12977 8.html, Цитируется: 3
Ecofriendly/Rapid Synthesis of Silver Nanoparticles Using Extract of Waste Parts of Artichoke (Cynara scolymus L.) and Evaluation of their Cytotoxic and Antibacterial Activities. Hindawi Journal of Nanomaterials Volume 2021, Article ID 2270472, 10 pages https://doi.org/10.1155/2021/2270472 Цитируется: 85
Application of advanced nanomaterials for kidney failure treatment and regeneration/Materials 2021, 14(11), 2939; https://doi.org/10.3390/ma14112939 Цитируется: 37
Nanomaterials for chronic kidney disease detection/ Appl. Sci. 2021, 11(20), 9656; https://doi.org/10.3390/app11209656 Цитируется: 27
Development of novel antibacterial gel using clove and calendula extracts with colloidal silver nanoparticles// Eurasian Chemical Communications, 2021, 3(3), 170- 179. Link: http://www.echemcom.com/article_12709 .html https://doi.org/10.22034/ecc.2021.269869.1131, Цитируется: 5
Preparation of nanoemulsion from deer antlers (Cervus Elaphus Sibiricus) fed in Azerbaijan and assessment of some quality indicators/ No. 20(105) (2022): 5th ISPC «Current Issues and Prospects for The Development of Scientific Research» (April 19-20, 2022; Orléans, France). https://doi.org/10.51582/interconf.19-20.04.2022.027
Study of the antimicrobial action of nanogel used in the treatment of gingivitis. ISJ Theoretical & Applied Science, 04 (108), 20-27. Soi: http://s-o-i.org/1.1/TAS-04-108-3 Doi: https://dx.doi.org/10.15863/TAS.2022.04.108.3 Scopus ASCC: 2700.
Echinacea-Based Juice Processing and Study of its Quality Indicators International Journal of Innovative Science and Research Technology, Volume 7, Issue 8, August – 2022 DOI : https://doi.org/10.5281/zenodo.7045376
Nanomaterials application in air pollution remediation.Eurasian Chemical Communications, 2022, 4(2), 160- 166. https://doi.org/10.22034/ecc.2022.315481.1265 Цитируется: 24
Maral pantlarından alınan ekstrakt əsasında işlənib hazırlanan nanokapsuların morfoloji analizi //Tibb və Elm Jurnalı, № 1, 2022, 45-51.https://jurnal.adhti.edu.az/pdf/No1(27).pdf
Preparation Of Nano Medicines from Deer Antones in Azerbaijan and Study of Quality Criteria Biomed J Sci & Tech Res. http://dx.doi.org/10.26717/BJSTR.2023.49.007764
Protecting the Environment from Waste. Development of a New Drug Delivery Biopolymer for Obtaining Hyaluronic Acid from Rooster Comb , Determ in Nanomed & Nanotech. 3(3). DNN. 000563. ISSN: 2832-4439 ,Volume3 Issue 3, 2024.p.1-8. New York, NY10022, USA, DOI: 10.31031/DNN.2024.03.000563
Morphological Analysis of Nanocapsules Processed based on Deer Antler Extract IJNNN-10-162 Int J NanomaterNanotechnol Nanomed. 2024;10(2):052-055. India.Available from: https://dx.doi.org/10.17352/2455-3492.00006
Scientific Justification of the Selection of the Optimum Composition of the Phytocomposition Included in Phytosomal Gel for the Treatment of Cuperosis Int J Pharm Sci Dev Res. 2024;10(1):030-034.India. DOI: https://dx.doi.org/10.17352/ijpsdr.000054
Development of the Technology of Procurement of “Ginkrosmelan” Microcapsules from Natural Origin Materials and Assessment of Quality Criteria. Global Journal of Pharmacy & Pharmaceutical Science 2024; 11(5): 555820.p.001-008
Volume 11 Issue 4 August 2024 , USA http://dx.doi.org/10.19080/GJPPS.2024.11.555820
"Development of Composition of “Glysotrical” Gel and Evaluation of Quality Criteria". Biomed J Sci & Tech Res 57(4)-2024. BJSTR. MS.ID.009044.p.49553-49560 USA. https://dx.doi.org/10.26717/BJSTR.2024.57.009044
Production Technology of Phytogranules for The Treatment of Diabetes and Evaluation of Their Quality Criteria. Received: June 20, 2024; Published: June 27, 2024Am J Biomed Sci & Res. 2024 23(1) AJBSR.MS.ID.003041, p.55-63, USA
http://dx.doi.org/10.34297/AJBSR.2024.23.003041
Azərbaycan florasına aid olan bəzi dərman bitkilərindən hazırlanmış homeopatik kompozisiyaların antimikrob xüsusiyyətlərinin müqayisəli təhlili// Azərbaycan Tibb jurnalı. 2024, №3, s.128-134, Bakı, Q 4 Elsevier EMBASE (Excerpta Medica), SCOPUS və eLIBRARY.RU DOI:https//doi.org/10.34921/amj.2024.3.022
Study of the in Vitro Cytotoxicity Testing of Nanocapsules Prepared from Deer Antler Extract. Am J Biomed Sci & Res. 2024 22(5) AJBSR.MS.ID.002997, p.646-648,USA https://doi.org/10.34297/ajbsr.2024.22.002997
Comparative Analysis of Antimicrobial and in Vitro Cytotoxic Studies in Regenerative and Antioxidant- Containing Products. American Journal Biomedical Science & Research. 2024 22(5) AJBSR. MS.ID.003004, 2024.p.693-699, USA http://dx.doi.org/10.34297/AJBSR.2024.22.003004
Development And Assessment of Quality Criteria of Routine Phytosomes in The Treatment of Periodontitis// Am J Biomed Sci & Res. 2024 22(4) AJBSR.MS.ID.002978,p.530-537.USA http://dx.doi.org/10.34297/AJBSR.2024.22.002978
Scientific Rationale for Choosing an Alternative Herbal Composition for the Treatment of Helicobacter Pylori Infection. Biomed J Sci & Tech Res 58(4)-2024.BJSTR. MS.ID.009198.p. 50776-50782, USA https://dx.doi.org/10.26717/BJSTR.2024.58.009198
Azərbaycanda yayılan adi mayasarmaşığı (Humulus lupulus L.) bitkisindən alınan ekstraktda fitoestrogenlərin miqdari analiz üsulunun işlənib hazırlanması və validasiyası// Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı, №2, 2023, https://www.azpharmjournal.org/az/jurnal/mayasarmasigi-humulus-lupulus
Kivi meyvələrində olan nanohissəciklər-ekzosomlar yeni dərman çatdırılma sistemi kimi /Az\rbaycan Tibb universitetinin jurnalı.Xüsusi buraxılış.Ümummilli lider Heydər Əliyevin 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu, 6-8 may 2025, Bakı, Azərbaycan, Bakı 2025 Cild 1(S), Nömrə 5, 2025, s.480-481 https://doi.org/10.28942/atuj.v1(S)i5y2025
Aknenin müalic\si üçün niosomların əczaçılıq texnologiyasında əhəmiyyəti. /Az\rbaycan Tibb universitetinin jurnalı.Xüsusi buraxılış.Ümummilli lider Heydər Əliyevin 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu, 6-8 may 2025, Bakı, Azərbaycan, Bakı 2025 Cild 1(S), Nömrə 5, 2025, s.481-483 https://doi.org/10.28942/atuj.v1(S)i5y2025
PATENT
PATENT:
Magistratura
1.Rəhimli Fuad Faiq oğlu- “İmmunotrop təsirli dərman bitkiləri əsasında fitoqranulların alınma texnologiyasının işlənib hazırlanması”. Bakı, 2014- 2016
2.Həsənova Tükəzban İslam qızı- “Anti-sklerotik təsirli substansiya-dan mikrokapsulların alınma texnologiyasının işlənib hazırlanması” . Bakı, 2014-2016
3.Hüseynova Gülsüm Bağır qızı- “Pielonefritin müalicəsi üçün kombinəolunmuş dərman vasitəsinin alınma texnologiyasının işlənib hazırlanması”. Bakı, 2015-2017
4.Həsənli Səbiqə Fikrət qızı- “Mədə-bağırsaq xəstəliklərinin profilaktikası və müalicəsi üçün biyan bitkisi əsasında dərman formalarının işlənib hazırlanması”. Bakı, 2015- 2017
5.Məhərrəmli Ülviyyə Elşən qızı- “Ağacabənzər əzvay (Aloe arborescens Mill.) bitkisi əsasında emulsion kremin alınma texnologiyasının işlənib hazırlanması”. Bakı,2016- 2018
6.Abbaslı Nicat Abbas oğlu- “Gümüşün kolloid məhlulu əsasında antibakterial təsirli gelin hazırlanması və keyfiyyət normalarının öyrənilməsi”. Bakı, 2020-2022
7.İsmayılova Nigar Rəcəb qızı-“Aknenin müalicəsi üçün niosomal gelin texnologiyasının işlənib hazırlanması”. Bakı, 2018-2020
8.Quliyeva Səbinə Mayıl qızı- “Tərkibində efir yağları saxlayan bitkilərdən stress əleyhinə bəzi fitoprepatların alınma texnologiyası-nın işlənib hazırlanması”. Bakı, 2018-2020
9.Rzayeva Tünzalə Mübariz qızı- “Kuperozun müalicəsi üçün fitosomal gelin alınma texnologiyasının işlənib hazırlanması”. Bakı, 2023-2025
10.Kapitanova Nuranə Zülfi qızı- “Helicobacter pylori əleyhinə üzən tabletlərin alınma texnologiyasının işlənib hazırlanması”. Bakı, 2023-2025
Əczaçılıq üzrə fəlsəfə doktoru
Məmmədov Bəhruz Səməd oğlu- “Regenerasiyaedici məlhəmlərin alınma texnologiyasının işlənib hazırlanması”. Bakı, 2019-2024