Bioqrafiya
Vəliyeva Məhbubə Nəbi qızı 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitunun əczaçılıq fakültəsinin rus sektoruna daxil olub 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib, əczaçı provizor ixtisasını qazanıb və ATU-da farmakologiya və toksikoloji kimya kafedrasında saxlanılmışdır. O dövrdən bu günə kimi müxtəlif kafedralarda baş laborantdan professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1987-ci ildə Rusiyada Pyatiqorsk Əczaçılıq Akademiyasında “Başlı coğanın saponinlərinin kimyəvi və farmakoloji tədqiqatları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, əczaçılıq elmləri namizədi dərəcəsini almışdır. 1998-ci ildə Russiya Federasiyası İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında “Azərbaycan florasından alınan antihemolimfokoaqulyaəedici və limfastimulyaəedici bitki mənşəli dərman vasitələri” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, ilk və yeganə azərbaycanlı qadın əczaçılıq elmləri doktoru, professordur.Bildiyi dillər: rus dilində sərbəst oxuyub danışır. İngilis, fransız, türk, ərəb dillərini lüğət ilə bilir. Bildiyi kompyuter proqramları: Mocrosoft Word, Power Point 2010, İnternet. Çap olunmuş elmi işlərin sayı: 668 elmi məqalənin (75 beynəlxalq patent, 22 səmərələşdirici təklif, 7 monoqrafiya və kitab, 25 dərslik və dərs vəsaiti, 28 texniki şərt və 7 farmakopeya məqaləsi) müəllifidir.1997-ci ildən Azərbaycan Tibb Universitetinin Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasının müdiri, 2000-ci ildən Əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrasının müdiri vəzifəsinə müsabiqə yolu ilə seçilmişdir. Hazırki vəzifədə 20 il çalışmış, təşkil etdiyi tədris yeniliyini, elmi təcrübəni tələbələrə, alimlərə çatdırmaq istəyir.İşlədiyi yer: əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası İxtisasartırma kurslarında kafedra müdiri vəzifəsinə: İ.Seçenov adına Moskva Tibb Akademiyasında olub.
Akademik fəaliyyət
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
Təhsil
Əczaçılıq fakültəsi
Azərbaycan Tibb Universiteti *1966-1971
Nailiyyətlər (adlar)
2000-ci ildə onun əczaçılıq elminin inkişafı və əczaçı kadrların hazırlanması sahəsində uğurlu fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və professor Vəliyeva M.N. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.2005-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilmişdir 2010-cu ildə Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi ilə əlaqədar mütəxəssis hazırlığına və səmərəli tədris işinə görə professor M.N.Vəliyeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatı ilk dəfə olaraq Azərbaycandan olan qadın alimi Məhbubə Vəliyevanın əczaçılıq elmi və təcrübəsində əldə etdiyi böyük nailiyyətlərə görə “Hippokrat” medalı ilə təltif edib.2015-ci ildə Ankarada M.N.Vəliyeva Türkiyə Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki seçilmişdir.2015-ci ildə Hannover şəhərində (Almaniya) professor M.N.Vəliyeva Avropa Təbiət Elmləri Akademiyasının üzvü elmi adına layiq görülmüş, ilk dəfə olaraq Azərbaycandan olan qadın alim Akademiyanın Ali Liqasının Qızıl Ordenini almışdır.2015-ci ildə professor M.N.Vəliyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası tərəfindən tibb elminə xidmətlərinə görə İbn-i Sina medalı ilə təltif edilib.2016-cı ildə professor M.N.Vəliyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasında tibb elmində iştirakına görə “Türk dünyasının ilin alimi” medalı ilə təltif edilib.2016-cı ildə əczaçılıq sahəsində yüksək elmi nailiyyətlərə görə M.N.Vəliyeva Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Diplomu və Qızıl Nişanı ilə təltif edilib.2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafatlar Şurasının (UNCOPA) “Elm və Sülh Səfiri” Beynəlxalq Mükafatı Xanım Professor, Doktor Mehbubə Vəliyeva dünya qarşısında xidmətlərinə görə “UNCOPA-nın Elm və Sülh Səfiri” fəxri adına layiq görülüb. Elm.2018-ci ildə İctimai Mükafatlar Şurasının (UNCOPA) Diplomu ilə xanım professor, doktor Mehbubə Vəliyeva elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Xidməti ordeni ilə təltif edilib.2018-ci ilin sonunda Avropa ilə elmi və təhsil fəaliyyətində yüksək nailiyyətlərə görə BMT-nin İctimai Mükafatlar İttifaqının ordeni və diplomu ilə təltif edilib.2019-cu ilin əvvəlində o, Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) “İlin alimi” diplomuna layiq görülüb və bu akademiyanın “Fəxri professoru” – “Ehrentitel professoru” seçilib.2019-cu ildə Azərbaycan Tibb Universitetinin Fəxri Fərmanı ilə təltif edilib.2019-cu ildə professor Məhbubə Nəbi qızı Vəliyevaya Səhiyyə sistemində uzunmüddətli səmərəli əməyinə görə və 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2021-ci ildə professor Məhbubə Nəbi qızı Vəliyeva BMT İctimai Mükafatlar Şurası (UNCOPA) Senatorun sərəncamı ilə dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə “Senator ordeni” ilə təltif edilmişdir. 10.04.2022-ci ildə “Azərbaycanın fəxri” Qızıl ordeni ilə təltif edilib.10.06.2022 Türk Dünyası Beynəlxalq Elmlər Akademiyası Türk Dünyasında Tibb Elmi və Təhsili Mükafatının Alim adına layiq görülüb.2022-ci ildə Türkiyə Beynəlxalq Araşdırmalar Akademiyasının ordeni ilə təltif edilib.29.12.2022 Avropa Təbiət Elmləri Akademiyası Hannover e. Dünya tibb elminə və təhsilinə xidmətlərinə görə V. Pol Erlix medalı ilə təltif edilmişdir.28.12.2022. Türk Dünyası Beynəlxalq Elmlər Akademiyası “Türk Dünyasında İlin Alimi” mükafatına layiq görülüb.07.03.2023. Şərəf ulduzu ordeni ilə Azərbaycan Respublikası İqtisadiyyatının yüksəltməsinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi təltif edib. 2023-cu ildə Məhbubə Nəbi qızı Vəliyeva Bir Millət İki Dövlət layihəsində iştirakına və nümunəvi xidmətlərinə görə medal və Fəxri mükafat ilə təltif edilmişdir.2024-cü ildə 10 aprel Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir və həmin Akademiyanın orderi ilə mükafatlandırılmışdır.
Elmi araşdırma sahəsi
Azərbaycanın təbii mənşəli xammalları əsasında müasir əczaçılıq məhsullarının yaradılması və sənayedə istehsalı. Əczaçılıq xidmətinin idarə edilməsinin öyrənilməsi.
Kitab
Məqalə
Məqalə
Ecofriendly/Rapid Synthesis of Silver Nanoparticles Using Extract of Waste Parts of Artichoke (Cynara scolymus L.) and Evaluation of their Cytotoxic and Antibacterial Activities. Hindawi Journal of Nanomaterials Volume 2021, Article ID 2270472, 10 pages
Məqalə
Application of advanced nanomaterials for kidney failure treatment and regeneration/Materials 2021, 14(11),2939;
Məqalə
Development of novel antibacterial gel using clove and calendula extracts with colloidal silver nanoparticles// Eurasian Chemical Communications, 2021, 3(3), 170- 179. Link: http://www.echemcom.com/article_12709
Məqalə
Echinacea-Based Juice Processing and Study of its Quality Indicators International Journal of Innovative Science and Research Technology, Volume 7, Issue 8, August – 2022
Məqalə
Nanomaterials application in air pollution remediation.Eurasian Chemical Communications, 2022, 4(2), 160- 166.
Patentlər
Евразииски и патент № 2022 92972.
Евразииски и патент №047471 24.07.2024.
Üzv olduğu qurum
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakopeya və Farmakologiya Şurasının sədr müavini. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü.
Tibb Universitetinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri.
Nəsimi rayon YAP idarə heyətinin üzvü. Respublika Qadınlar Şurasının idarə heyətinin üzvüdür.
Magistr
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası ixtisası üzrə magistr (80)