(+99412) 597-38-98

Tədris proqramı

“AİLƏ TƏBABƏTİ” 

Fənni üzrə 

MPF-070101, HTF-070102/ İPF-B40

TƏRTİBATÇI: t/h müdiri, assistent Axundova Xumra Ramiz

 

Rəyçilər:                 1. Azərbaycan Tibb Universitetinin Ailə təbabəti  

                                  kafedrasının dosenti,  tibb elmləri namizədi 

                                  N.C. Kərimov

 

                     2. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin 

                        Təkmilləşdirmə İnstitutunun “Sosial Gigiyena 

                        və Səhiyyənin Təşkili” kafedrasının müdiri, 

                        tibb elmləri doktoru, əməkdar elm xadimi

                        professor F.B. Ağayev 

 

BAKI – 2017                                          

         GİRİŞ:  Ailə həkimliyi prinsiplərinə əsaslanan sistemə keçid Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasına həvalə olunub. Ailə həkimi ayrı-ayrı şəxslərə, əhaliyə, ailə üzvlərinə yaşından, cinsindən və xəstəlik növündən asılı olmayaraq  yüksək səviyyədə tibbi yardım göstərmək üçün lazımi  biliyə  yiyələnməyi və praktiki vərdişləri istifadə edir. 

          FƏNNİN MƏQSƏD VƏ VƏZİFƏLƏR:  Ailə təbabəti kafedrasının və fənnin tədrisinin məqsədi Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika  fakültəsinin V, VI kurs və Hərbi-tibb fakültəsinin  VI  kurs bakalavr pilləsində təhsil alan tələbələrə mühazirə və təcrübə məşğələlərində və  IV kurs istehsalat təcrübəsində “Ailə təbabəti”  fənnini  və ailə həkimliyi prinsiplərini öyrətməkdir.

          Ailə təbabəti kafedrasının tədris proqramında təhsil öyrətmə/öyrənmə bölmələrinin, onların formalaşdırılmış cədvəl halının müəyyən edilməsində, tibb təhsilində, Avropa kredit transferləri sisteminin (AKTS) təsdiqi və təyini üçün ÜST/TTDF-nin praktiki vəsaiti əsas tutulmuşdur.

          Ailə təbabəti kafedrası səhiyyənin ilk hissəsi olan şəhər və ixtisaslaşmış poliklinikaları, təcili və təxirəsalınmaz yardım stansiyaları, ambulatoriyalar üçün yüksək ixtisaslı həkim kadrların hazırlanması və gələcəkdə onların ailə həkimi olmaqlarını əsas məqsəd tutur. Ailə təbabəti fənni üzrə dərs məşğələlər şəhər və ixtisaslaşmış poliklinikalarda keçirilir.

          I və II MPF-nin IV kursu bitirən tələbələrinə yay istehsalat təcrübəsinin şəhər poliklinikalarında keçirilməsinə kafedranın müəllimləri rəhbərlik edirlər.

          Avropa Kredit Transfer Sistemi (AKTS) üzrə təhsil  alan I və II Müalicə-profilaktika fakültəsinin (MPF) V və VI, Hərbi-tibb fakultələrinin (HTF)  VI kurs tələbələrinin biliyi çoxballı şkala üzrə qiymətləndirilir.

          Tələbələrin bilik və bacarıqlarının qiymətləndirmə meyarları və qaydaları, test tapşırıqlarına olan tələblər, onların tərtibi qaydaları və ekspertizası müasir tibb təhsilinin metodik təlimatları və tövsiyələri əsasında aparılır.

ATU-nun Metodik Şurasında təqsdiqlənmiş mövzu planı hər kursa uyğun olaraq ayrıca tərtib olunur və bunun əsasında dərs məşğələlərinin aparılması ilə kafedranın professor-müəllim heyyəti məşğul olur.

  Tələbələr aşağıdakıları bilməlidir:

–       əhali və ailə üzvləri arasında aşkar edilən xəstələrdən anamnezin toplanılması, ümumi kliniki müayinə

–       ailə həkiminin deontoloji aspektləri

–       təsdiq edilən xəstəliklərin etiologiyası, patogenezi, onun müalicə və profilaktikasının təşkili.

–       bu xəstəliklərin kliniki təzahürü və onların ağırlaşmaları

–       xəstələrin rentgen, funksional diaqnostika və laborator metodlarla yoxlama planının tərtibi

–       xəstələrin müasir kliniki, laborator, rentgen, funksional diaqnostika metodlarla müayinələri üsulları

–       müalicə üsulları, onların tətbiqinə göstəriş.

 

Tələbələr aşağıdakılara yiyələnməlidir:

–       ümumi kliniki müayinələrin nəticələrinin analizi

–       kliniki diaqnozun formalaşdırılması və onu differensial diaqnostika köməyi ilə əsaslandırılması

–       geniş yayılmış həkim manipulyasiyalarının icrası

–       kəskin vəziyyətlərdə ilkin  tibbi yardımın təşkili

–       xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın təşkili

–       xəstələrin dispanserizasiyası, müalicə-sağlamlaşdırıcı tədbirləri, reabilitasiya, əmək qabiliyyətinin itirilməsinin təyini

–       ən çox rast gələn xəstəliklərin erkən diaqnostikası və müalicəsi üçün  ölkəmizdə və xaricdə aparılan elmi axtarışlarla tanışlıq 

 

PROQRAM 

      Ailə təbabəti fənni üzrə V kurs tədris proqramının mühazirə və təcrübi məşğələlərində aşağıdakı mövzular açıqlanır və tədris edilir:

-          Sahə həkimi və ümumi ixtisas həkimi (ailə həkimi) və onun əsas funksional vəzifələri. Şəhər poliklinikasının gücü, strukturu. “Herontologiya” və “Heriatriya” anlayışlarının izahı. Sanator-kurort müalicə üçün seçim.

  Tələbələr  poliklinikanın iş prinsipləri ilə tanış edilir, sahə həkiminin (ailə həkiminin) vəzifə borcları, iş qaydası açıqlanır.

Poliklinikanın gücü, strukturu, sahə prinsipinin əsasları haqqında məlumat verilir. Tələbələr poliklinika, onun şöbələri, həkimlərin kabinetləri, habelə yardımçı müayinə kabinetləri və bərpa müalicə şöbələri ilə tanış olur. Tələbələr statistika kabinetində poliklinikada istifadə olunan təsdiq olunmuş tibbi sənədlər ilə tanış olurlar.  Buraya hesabat, qeydiyyat, eləcə də gündəlik istifadə edilən sənədlər daxildir. Xüsusi diqqət insan həyatının bütün etaplarını əhatə edən ambulator kartın doldurulma və aparılmasına verilir. Tələbələr təsdiq edilmiş tibbi sənədlərdən olan xəstəlik vərəqinin funksiyaları ilə, habelə reseptlərin doldurulma və verilmə qaydası ilə tanış edilir. Poliklinika fəaliyyətinin analizində Həkim Məsləhət Komissiyasının rolu, habelə funksiyası göstərilir.  Poliklinikanın diaqnostika, müalicə və profilaktika şöbələri, habelə onların işi və vəzifələri ilə tanışlığı. Profilaktika şöbəsində iştirak edən tələbələr tibbi baxışların aparılma qaydası ilə tanış olur, növlərini ayırd edir. Dispanserizasiyanın mahiyyəti açıqlanır. Tələbələr dar ixtisaslı həkimlərin qəbulunda olarkən (oftalmoloq, otorinolarinqoloq, nefroloq, uroloq, qastrenteroloq, endokrinoloq və s.) xəstə qəbulunda aktiv iştirakı təmin edilir, onlar sənədlərin doldurulması, dispanser qrupları, müalicə-bərpa işlərinin aparılma qaydası ilə tanış olur.

Herontologiya və heriatriya anlayışlarının təyini. Qocalma və qocalıq dövrləri barədə ümumi məlumat verilir, təqvimi və bioloji qocalma anlayışları izah edilir.  Tələbələr yaşlılar və yaşlı dövrün xəstəlikləri ilə tanış olur, bu dövrə məxsus klinik gediş xüsusiyyətlərini öyrənirlər. Məşğələdə ÜST-nin qocalmanın yaş etapları izah edilir, yaşlılarda müalicənin xüsusiyyətləri açıqlanır. Qəbulda iştirak edən tələbələr yaşlı xəstələrlə davranış, onlara məsləhətlərin verilmə qaydası, qulluğun təşkil edilməsi ilə tanış olurlar, tələbələrə yaşlı və qocalarla ünsiyyətdə daha səbrli və təmkinli olmaq keyfiyyətləri açıqlanır.

Tələbələrə planlı hospitalizasiyaya  göstəriş, sanator-kurort müalicəsinə seçim prinsipləri ilə yanaşı əks göstərişlər öyrədilir. Respublikada, habelə digər ölkələrdə sanator-kurort müalicəsinin əhəmiyyətli tərəfləri ilə bərabər, müalicədə fərqli anlar da göstərilir. Poliklinika şəraitində reabilitasiya üçün MBT, fizioterapiya, fitoterapiya, akupunktura, refleksoterapiya və s. kabinetlərin iş prinsipi ilə tələbələr tanış edilir, xəstə qəbulunda iştirak edirlər. Əhalinin sağlamlığına təsir göstərən faktorların öyrənilməsi və qiymətləndirilməsi, poliklinikada qulluq edən əhali arasında xəstələnmə halları araşdırılır.

İri, sənayesi inkişaf etmiş regionların əhalisi bir tərəfdən ekoloji faktorların, digər tərəfdən psixoemosional faktorların təsirinə məruz qalır. Tələbələrə bütün risk faktorları, onların insan orqanizminə mənfi təsiri, xəstəlik önü və xəstələnmənin bilavasitə bu faktorlardan asılılığı başa salınmaqla bərabər, profilaktik tədbirlərin həyata keçirilməsində sahə həkiminin rolu göstərilir. Statistika kabinetində tələbələr xəstələnmənin yaş, cins qrupları, habelə peşədən asılı olmayaraq yayılma cədvəlləri ilə tanış olurlar. Tələbələrə sanitar gigiyenik və sanitar-epidemioloji işin mahiyyəti açıqlanır. Məqsəd tələbələrin gələcəkdə xəstəliklərin profilaktikasında lazımi məsləhətlər verə bilməsidir. Profilaktik şöbənin strukturu ilə tanış olan tələbələr, onun işində də iştirak edirlər.

-         Ailə həkiminin təcrübəsində tənəffüs sisteminin xəstəlikləri. Klinika, diaqnostika, müalicə, sağlamlaşdırıcı tədbirlər və profilaktika. Təcili və təxirəsalınmaz tibbi yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

  Ailə həkiminin təcrübəsində poliklinika şəraitində ən çox rast gələn ağciyər bronx sisteminin  KRVİ , kəskin və xroniki pnevmoniyalar, bronxit, bronxial astma, plevrit kimi xəstəliklərin anamnezinin düzgün toplanması, klinika, diaqnostika, laborator-instrumental müayinə üsulları, müalicə və profilaktika tədbirləri, dispanserizasiyası qaydaları açıqlanır. Bu xəstəliklərin etiologiyası və patogenezi ilə yanaşı klinik gediş xüsusiyyətləri öyrənilir. Zərərli amillərin insan orqanizminə mənfi təsiri açıqlanır. Xroniki formada tələbələrin daha diqqətli olmaları üçün müxtəlif etioloji faktorlar araşdırılır. Qəbulda iştirak edən tələbələrə xəstəliyin differensasiyasında hansı məqamlarda daha diqqətli olmaları və müalicənin əsas prinsipləri açıqlanır. Məqsəd diaqnoz qoymağı öyrətməklə bərabər differensasiya şüurunu artırmaq,  instrumental müayinə metodlarını xəstələr üzərində göstərmək,  yeni dərman preparatları və müalicə protokolları  ilə tanış etməkdir.  Bronxitlər, pnevmoniya və bronxial astma, plevritlərin  klassifikasiyasına uyğun olaraq klinik gediş xüsusiyyətləri  öyrədilir. Tələbələr poliklinikaların pulmonoloji kabinetlərində həkimlərlə bir yerdə qəbulda iştirak edir, laboratoriya və yardımçı müayinə kabinetlərinin diaqnozun təsdiqlənməsində rolu qeyd olunur. Dispanserizasiya vaxtı protokollara uyğun müalicə sxemlərinin  işlənməsinə, həmçinin tənəffüs sistemi xəstəliklərinin ağırlaşmaları olan xəstələrin qeydiyyata alınması şərtləri izah edilir. Poliklinika işində sanitariya maarifinin rolu, habelə bərpa müalicəsinin əhəmiyyəti haqqında tələbələrə informasiya verilir.

-         Ailə həkiminin təcrübəsində ürək-qan damar sisteminin xəstəlikləri. Oynaq və birləşdirici toxumanın xəstəlikləri. Klinika, diaqnostika, müalicə, sağlamlaşdırıcı tədbirlər, təcili və təxirəsalınmaz tibbi yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

Mövzuya uyğun olaraq ən çox rast gələn arterial hipertenziya, ÜİX-ri olan stenokardiya və miokard infarktı, aritmiyalar, ateroskleroz, xroniki ürək çatışmazlığı,  miokarditlər, kardiomiopatiyalar, habelə birləşdirici toxumanın revmatik və sistem xəstəlikləri olan revmatizm, revmatoid artritlər, qırmızı qurd eşənəyi, sistem vaskulitlər  tədris edilir. Məqsəd tələbələrə düzgün diaqnoz qoymağı öyrətməklə bərabər, onlarda dispanserizasiya şüurunu aşılamaq, habelə klinik protokollara uyğun müalicə sxemləri ilə tanış etməkdir.

Tələbələr diaqnozun qoyulmasında  hipertenziyanın differensasiya qaydaları, klassifikasiyaya uyğun olaraq klinikanın gediş xüsusiyyətləri öyrədilir. Mərhələlərin ayırd edilməsində dar ixtisaslı həkimlərin (kardioloq, oftalmoloq, nefroloq və s.) rolu, habelə yardımçı müayinə kabinetlərinin nəticələrinin əhəmiyyəti tələbələrə açıqlanır.    

Tələbələrə ÜİX-nin klassifikasiyası, klinik gediş xüsusiyyətləri, risk faktorları  profilaktik məsləhətlər açıqlanır. Stenokardiyanın klassifikasiyasına uyğun funksional siniflər izah edilir, funksional müayinənin rolu qeyd olunur. Əsas diqqət poliklinika şəraitində miokard infarktı diaqnozunun qoyulmasında klinikanın gediş xüsusiyyətlərinə və EKQ-nin oxunmasına yönəldir. EKQ-nın xəstəliyə aid dəyişikliklər ilə bərabər, differensasiyada əsas sayılan məqamlarına diqqət yetirilir. Tələbələr poliklinika şəraitində mümkün ola biləcək laborator və funksional müayinə üsulları ilə tanış olur, xəstə qəbulunda iştirak edirlər, dispanserizasiyada xəstələrlə dinamik işlənməklə bərabər profilaktik müalicə kursları, sanitar gigiyenik tövsiyələr araşdırılır.

   Müalicədə klinik faktorlardan asılı olaraq preparat seçimi, onların optimal kombinasiya sxemləri, krizlər zamanı təcili yardımın təşkili prinsipləri, eləcə də xalq təbabəti üsulları, onların poliklinika şəraitində təyin olunma qaydaları başa salınır.

   Klassifikasiyaya uyğun olaraq hər aritmiya növü araşdırılır. Klinik gediş xüsusiyyətləri, əmələ gəlmə səbəbləri, EKQ-da  dəyişikliklər ayrı-ayrılıqda göstərilir. Poliklinika şəraitində müalicəyə tabe olan aritmiya növlərinin seçim qaydası və müalicə taktikası, hospitalizasiyaya göstərişlər açıqlanır. Xroniki ürək çatışmazlığının klinik gedişə görə mərhələlərin özünəməxsus xüsusiyyətləri araşdırılır, erkən diaqnostika və müalicənin rolu açıqlanır. Kəskin ürək çatmamazlığı təcili tibbi yardım dərslərində açıqlanır. Tələbələr kardioloq və artroloqun kabinetində xəstə qəbulunda iştirak edir.

-         Ailə həkiminin təcrübəsində həzm sistemi xəstəlikləri. Klinikası, diaqnostikası, müalicə-profilaktikası, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

Mövzuya uyğun olaraq qastrit,  xora xəstəliyi, pankreatitlər, hepatitlər, qaraciyər sirrozu, kolit kimi xəstəliklərin  klinika, diaqnostika, müalicə və profilaktika tədbirlərini öyrətmək, tələbələrə differensasiya qabiliyyətini göstərməklə yanaşı, pəhriz və sanator-kurort müalicəsinə göstərişləri açıqlamaqdır. Əsas diqqəti anamnez toplarkən xəstəlik önü halların araşdırlımasına yönəldib, tələbələrə klassifikasiyaya uyğun diaqnoz qoya bilməyi öyrətməkdir. Məqsəd  hospitalizasiyaya göstəriş olan halları araşdırmaq (qanaxma təhlükəsi, xərçəng qorxusu və s.),  poliklinika şəraitində differensasiyaya kömək olacaq funksional müayinə üsullarının özəlliyini başa salmaq,  xroniki mədə-bağırsaq xəstəliyinin növündən asılı profilaktika tədbirlərinin müxtəlif variantları ilə tanış etməkdir. Müasir müalicə kursları tədris edilməklə bərabər, fizioterapiya və sanator kurort müalicəsinin əhəmiyyəti başa salınır. Qəbulda iştirak edən tələbələr kliniki protokollara uyğun müalicə üsulları ilə tanış edilir. Xəstəlik önü vəziyyətlərin qarşısını almaq məqsədi ilə sanitariya maarifi işinin məqsədə uyğunluğu açıqlanır. Virus mənşəli xroniki hepatitlərin əsrin ən qorxulu xəstəliklərindən olduğunu bildirməklə yanaşı, diaqnozu qoyarkən laboratoriya və funksional müayinə metodlarının əhəmiyyəti başa salınır. Qaraciyər sirrozunun klassifikasiyasına uyğun diaqnozun qoyulması öyrədilməklə bərabər yardımçı müayinə üsullarının rolu açıqlanır. Xəstəliyin proqressivləşməsinin qarşısının alınması və vaxtında hospitalizasiyaya göstəriş tədbirləri izah edilir. Dispanser müşahidədə olan xəstələrin izlənilməsinin, residiv əleyhinə müalicənin  ildə 2 dəfə aparılmasıın zəruriliyinin,  həyat şəraitinin yaxşılaşdırılmasının  (zərərli adətlərdən imtina, pəhriz və s.) rolu göstərilir.

-         Ailə həkiminin təcrübəsində böyrək-sidik yolları sistemi xəstəlikləri, klinikası, diaqnostika, müalicə-profilaktikası, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

Mövzuya uyğun olaraq kəskin və xroniki pielonefritlər, qlomerulonefritlər, böyrək daşı xəstəliyi, nefrotik sindrom, kəskin və xroniki böyrək çatışmazlığı, podaqra kimi xəstəliklər açıqlanır. Ailə həkiminin təcrübəsində ən çox rast gələn böyrək-sidik yolları sistemi xəstəliklərinin klinika, diaqnostika, müalicə və profilaktika tədbirləri öyrədilməklə bərabər, tələbələrdə differensasiya qabiliyyətini artırılması, müalicənin əsas prinsipləri , hospitalizasiyaya göstəriş olan xəstəliklərin seçimi qaydası açıqlanır. Xəstəliyə səbəb ola biləcək etioloji amillər göstərib, klinikada gediş xüsusiyyətləri öyrədilir. Tələbələr, həmçinin nefroloq və uroloqun konsultasiyalarında iştirak edirlər. Qəbulda iştirak edən tələbələrə xəstəliklərin  müxtəlif klinik formaları izah edilməklə bərabər, differensasiyaya kömək ola biləcək əlavə kriterilər, habelə laborator və funksional müayinə üsulları öyrədilir.  Hər bir xəstəliyin müalicə özəllikləri, residiv əleyhinə müalicə kursları, bərpa, sanator-kurort müalicəsinin xüsusiyyətləri başa salınır, poliklinika şəraitində  müalicə taktikası seçilir. Tələbələrə dərman və xalq təbabəti üsulları, pəhrizin, eləcə də qeyri-ənənəvi müalicənin rolu izah edilir, habelə profilaktika üsulları açıqlanır.

-       Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri və maddələr    

       mübadiləsinin pozğunluqları. Metabolik sindrom.  Müalicə, təcili və   

       təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

Mövzuya uyğun olaraq ailə həkiminin praktikasında daha çox rast gələn şəkərli diabet, Metabolik sindrom,  diffuz toksiki ur, hipotireoz, tireoditlər, Kuşiq xəstəliyi, Şəkərsiz diabet,  Konn sindomu, Adisson xəstəliklərinin etiopatogenezi, klinikası, diaqnostika, müalicəsi və profilaktikası  tədris edilir.  Şəkərli diabetin  tipinin təyin olunması, etiologiyası,  klinikanın gediş xüsusiyyətləri tələbələrə öyrədilməklə bərabər,  diaqnozun qoyulmasında kriterilərin vacibliyi qeyd olunur. Qəbulda iştirak edən tələbələr sərbəst diaqnoz qoyulmasında, müalicə taktikasını seçməkdə, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq  müalicədə ən müasir preparatların tətbiqi sxemi və poliklinikada sənədlərin doldurulmasında iştirak edir.  Digər xəstəliklərlə differensasiyaya da diqqət edilir. Şəkərli diabetin  kəskin ağırlaşması olan komaların differensasiyası, habelə ilk yardım tədbirləri öyrədilir. Poliklinikada bərpa müalicəsinin rolu, sanator-kurort müalicəsinin əhəmiyyəti tələbələrə başa salınır. Tələbələr dərman preparatları ilə yanaşı, qeyri-ənənəvi müalicə kursları ilə də tanış olurlar (iynəbatırma, massaj, fizioterapiya və s.).

-         Ailə həkiminin təcrübəsində qanyaradıcı sistem xəstəlikləri. Klinika, diaqnostika, müalicə, sağlamlaşdırıcı tədbirlər, təcili və təxirəsalınmaz tibbi yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

Mövzuya uyğun olaraq anemiyalar, leykozlar, tallasemiyalar, hemorragik diatezlər, limfaqranulematoz, mielom xəstəliyi, hemofiliyalar tədris olunur.  Eritropoezin eritrosit, leykosit və trombosit komponentinin pozulması ilə əmələ ələn qan xəstəlikləri qrupları araşdırılır. Poliklinika şəraitində sahə həkimi həkim-hematoloqla birlikdə kəskin qan itirmə, eritropoezin pozulması, Fe, fol turşusu  defisitli və B12 vitamini çatışmazlığı ilə gedən anemiyaları müşahidə edir. Buna baxmayaraq, tələbələrə bütün qanyaradıcı sistem xəstəliklərin simptomları, patogenezi, klinik gedişi,  müalicəsi və stasionara göndərilən xəstələrin sonradan müşahidə edilmə qaydaları anladılır. Xüsusi diqqət Azərbaycanda geniş yayılmış talassemiya xəstəliyinə ayrılır.  Əsas diqqət differensasiya zamanı diqqət ediləcək kriterilərə verilir. Hemoqramın izlənməsi və digər laborator, yardımçı müayinə üsulları aydınlaşdırılır. Qəbulda iştirak edən tələbələr  qarşısını təyin olunan müalicə sxemləri ilə tanış olur, sanator-kurort müalicəsinin vacibliyini mənimsəyirlər.

 -       Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması. Palliativ və supportiv tibbi   

          yardımın təşkili. Sanator-kurort müalicə üçün seçim.

Mövzuya uyğun olaraq tələbələrə reproduktiv sağlamlıq anlayışının mahiyyəti açıqlanır, qadın və kişilərin cinsi həyatının təhlükəsiz olması, dünyaya planlaşdırılmış və sağlam uşaq gətirmək, əlverişli ailə planlaşdırılması üsulları haqqında məlumat verilir. Ailə planlaşdırılmasının – istənilən vaxt və istənilən sayda uşaq sahibi olmaq, körpə və uşaq ölümü səviyyəsini azaltmaq üçün doğuşdan sonra 2 il fasilə gözlənilməsi, ana südü ilə qidalanmanın körpə sağlamlığına və inkişafın müsbət rolu izah edilir. Son illər Azərbaycanda da aktual olan palliativ yardımın təşkilində ailə həkimlərinin rolu, eyni zamanda supportiv müalicədə ixtisas həkimləri ilə yanaşı ailə həkimlərinin qarşılıqlı əlaqəsi öyrənilir. Ailə həkimlərinin əsas məqsədi geniş yayılmış xəstəliklərin profilaktikası ilə məşğul olmaq ixtisaslaşdırılmış ilk həkim yardımını göstərməklə bərabər ailədə psixi xəstəliklərin erkən aşkarı problemini də həll etməkdir.

 -        Ailə həkiminin təcrübəsində peşə xəstəlikləri. Klinika, diaqnostika,    

          müalicə, sağlamlaşdırıcı tədbirlər, təcili və təxirəsalınmaz tibbi yardım.  

          Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

  Tələbələrə peşə xəstəliklərini kafedranın  profpatoloq müəllimi tədris edir. Mövzuya uyğun olaraq pnevmokaniozlar, silikozlar, Tonnel sindromu, kəskin və xroniki məişət zəhərlənmələri, vibrasiya və Kesson kimi peşə xəstəliklərinin etiologiyası, klinikası, diiferensial diaqnostikası, müalicə və profilaktika qaydaları tədris edilir. Peşə xəstəlikləri fəhlə və qulluqçunun sağlamlığına nəzarət tibbi-sanitar hissə tərəfindən hər il təşkil olunmuş periodik tibbi baxışlar zamanı aşkarlanır və nəzarətə götürülür. Peşə xəstəliklərinin diaqnozunu dəqiqləşdirmək məqsədi ilə xəstə Peşə Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna yollanır. Burada diaqnozu dəqiqləşdirəndən sonra xəstə tibbi sosial ekspert komissiyasına (TSEK) yollanır. Peşə xəstəliyini  təsdiq etmək üçün və əlillik qrupu təyin olunur. Xəstə peşə xəstəliyi ilə dispanserə alınır və onlar arasında periodik olaraq müalicə-sağlamlaşdırıcı tədbirlərin aparılması tələbələrə açıqlanır

-         Ailə həkiminin təcrübəsində təcili və təxirəsalınmaz tibbi yardımın təşkili.

Mövzuya uyğun olaraq əsas diqqət poliklinika şəraitində və təcili təxirəsalınmaz tibbi yardım stansiya çağırışlarında rast gələ bilinəcək müxtəlif vəziyyətlərə:  hipertonik kriz, kəskin koronar sindrom,  diabetik  və qaraciyər komaları, kəskin qarın, bayılma və şoklar, gün, istilik və donvurmalar,  zəhərlənmələr  zamanı  təcili və təxirəsalınmaz tibbi yardım tədris olunur.  Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının imkan dairəsi öyrənilir. Tələbələr çağırışlarda iştirak edir, ilk təcili və təxirəsalınmaz tibbi yardım qaydaları ilə tanış olunur.  Müəllim test şəklində suallara konkret hallarda hansı tibbi yardım vasitələrinin və medikamentlərin istifadəsini  tələbələrə açıqlayır.

-         Ailə həkiminin təcrübəsində qazanılmış immun defisiti sindromu (QİÇS). Klinika, diaqnostika, müalicə, sağlamlaşdırıcı tədbirlər, təcili və təxirəsalınmaz tibbi yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

Mövzuya uyğun olaraq  QİÇS-in Xəstəliyin tarixi, etiologiyası, diaqnostikası, müalicə və profilaktikası, diferensasiya və  dispanserizasiyası tədris edilir.  «Əsrin bəlası» sayılan QİÇS xəstəliyinə  yoluxma yolları,   risk qrupunda olan şəxslərin kimliyi ətraflı açıqlanır.  Xəstəliyin differensasiyası zamanı əsas diqqət edilməli kriterilər və profilaktik tədbirlər başa salınır.

-         Ailə həkiminin təcrübəsində xalq təbabəti və qeyri-ənənəvi müalicə üsulları.

Xalq təbabətində geniş istifadə olunan fitoterapiya və bəzi qeyri-ənənəvi müalicə üsulları, (akupunktura, hirudoterapiya, homeopatiya,  apiterapiya, fizioterapiya və s.) onların üstünlüyü və təhlükəsizliyi tədris edilir.

-         Ailə həkiminin təcrübəsində laborator-diaqnostikasının əsas prinsipləri.

Mövzuya uyğun olaraq kurasiya müddətində laborator kabinetdə laborator diaqnostikanın əsas prinsipləri, müxtəlif xəstəliklər zamanı laborator diaqnostikanın vacibliyi, xəstəliklərin diferensial diaqnostikasında  rolu tələbələrə açıqlanır, əyani olaraq poliklinika şəraitində qanın, sidiyin, bəlğəmin və nəcisin  ümumi və biokimyəvi müayinələri, şəkərin qanda sidikdə müayinəsi, qan qrupu və rezus faktorunun təyini aparılır.

-         Ailə həkiminin təcrübəsində tibbi kibernetika və kompüterləşdirmənin əsas prinsipləri.  Funksional, endoskopik, elektrofizioloji və başqa diaqnostika üsullarının əhəmiyyəti.

 Mövzuya uyğun olaraq  tələbələrə bir sıra  patalogiyaların  diaqnostikasında tibbi kibernetika və  kompüterləşdirmənin konkret imkanları izah olunur, müasir cihazlardan:  EXO kardioqraf, fibroskan, USM və dopler aparatları, kompyuter tomoqrafı, maqnit nüvə rezonans cihazlarının  müxtəlif  xəstəliklərin diaqnostikasında rolu və istifadəsində üstünlükləri tədris edilir. Eyni zamanda tibb təhsilinin elektron təbabət formatına keçidi ilə əlaqədar olaraq xəstəlik tarixlərinin və digər tibbi sənədlərin elektronlaşdırılmasına xüsusi diqqət verilir.

         

                                               Müalicə-profilaktika fakültəsi,  V kurs mühazirə

Mövzular

Saat

1

Ümumi təcrübə həkimi (ailə həkimi) və onun əsas funksional vəzifələri. “Ailə Həkimləri İnstitutu”nun yaranması. Təcili və təxirəsalınmaz yardımın təşkili. “Sığortalı təbabət”, “Tibbi kibernetika”, “Fəlakət təbabəti” anlayışlarının izahı.

2

2

Poliklinika – səhiyyənin ilkin və əsas mərhələsidir. Poliklinikanın  gücü, strukturu, sahə iş prinsipləri. Həkim-məsləhət komissiyası (HKM) və tibbi-sosial ekspert komissiyası (TSEK). Sahə həkimi və ümumi ixtisas həkimi (ailə həkimi). Sanator-kurort müalicəsi üçün seçim.

2

3

“Herontologiya” və “Heriatriya”anlayışı. Qocalıq və qocalma. Palliativ və supportiv tibbi yardımın təşkili. Tibbi və ailə psixoterapiyası.

2

4

Ailə həkiminin təcrübəsində klinik farmakoterapiya və xalq təbabəti. Qeyri-ənənəvi müalicə üsulları (refleksoterapiya, akupunktura, apiterapiya, hirudoterapiya, fitoterapiya, psixoaterapiya, homeopatiya, ekstrasensor müalicə). “Bioetika və həkim etikası”, “Tibbi deonatologiya”, “Psixi sağlamlıq” anlayışlarının izahı

2

5

Ailə həkiminin peşəkarlıq fəaliyyətinin hüquqi əsasları, hüquqi məsuliyyəti və xəstələrin hüquqi müdafiəsi. Qazanılmış immunodifisit sindromu (QİÇS). Ailə həkiminin təcrübəsində onkoloji xəstəliklər.

2

                                                                                                    Cəmi: 10 saat 

                                 

                                            FƏNNİN MÖVZULARI:

Azərbaycan Tibb Universitetinin I, II Müalicə-profilaktika fakültələrinin V kurs tələbələri üçün

“Ailə təbabəti” fənnindən payız və yaz semestrləri üzrə təcrübə məşğələlərinin mövzu planı 

Mövzular

Saat

1

Sahə həkimi və ümumi ixtisas həkimi (ailə həkimi) və onun əsas funksional vəzifələri.

2

2

Şəhər poliklinikasının gücü, strukturu. Sanator-kurort müalicə üçün seçim. Situasion məsələlər (ixtisas testi).

2

3

 “Herontologiya” və “Heriatriya” anlayışlarının izahı.

Peşə xəstəlikləri və onların müalicə və profilaktikası. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

2

4

Ailə həkiminin təcrübəsində tənəffüs orqanları xəstəlikləri: bronxitlər, bronxial astma, AXOX. Müalicə, təcili və təxirəsalınmaz yardım. Situasion məsələlər (ixtisas testi).

2

5

Ailə həkiminin təcrübəsində tənəffüs orqanları xəstəlikləri: pnevmoniyalar, plevritlər. Müalicə, təcili və təxirəsalınmaz yardım. Situasion məsələlər (ixtisas testi).

2

6

Ailə həkiminin təcrübəsində ürək-damar sisteminin xəstəlikləri: arterial hipertenziya, miokarditlər, endokardit.  Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

7

Ailə həkiminin təcrübəsində ürək-damar sisteminin xəstəlikləri:, ÜİX, stenokardiya, miokard infarktı. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

8

Ailə həkiminin təcrübəsində oynaq və birləşdirici toxuma xəstəlikləri. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi). Ailə həkiminin təcrübəsində mədə-bağırsaq traktının xəstəlikləri: qastritlər, mədə və 12 b.b xora xəstəliyi. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

9

Ailə həkiminin təcrübəsində mədə-bağırsaq traktının xəstəlikləri: enterit, kolitlər, Kron xəstəliyi. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

10

Ailə həkiminin təcrübəsində hepato-biliar sistemlərin xəstəlikləri. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

11

Ailə həkiminin təcrübəsində sidik sistemi xəstəlikləri. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

12

Ailə həkiminin təcrübəsində qanyaradıcı sisteminin xəstəlikləri: anemiyalar. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

13

Ailə həkiminin qanyaradıcı sisteminin xəstəlikləri: leykoz, hemostaz pozuntuları. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi). Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri: diffuz toksik zob, Xaşimoto xəstəliyi. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

14

Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozğunluqları. Şəkərli diabet və metabolik sindrom, dislipidemiyalar. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

15

Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri: böyrəküstü vəz və hipofiz xəstəlikləri Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

2

16

Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması. Situasion məsələlər (ixtisas testi).

2

17

Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması. Situasion məsələlər (ixtisas testi).

2

18

Palliativ və supportiv tibbi yardımın təşkili. Sanator-kurort müalicə üçün seçim.

1

 CƏMİ:  35 saat

 

                                                Müalicə-profilaktika fakültəsi, VI kurs mühazirə

Mövzular

Saat

1

Ailə həkiminin təcrübəsində tənəffüs orqanları xəstəlikləri. Peşə xəstəlikləri. Müalicə-sağlamlaşdırıcı tədbirlər. Təcili və təxirəsalınmaz yardım. Dispanserizasiya.

2

2

Ailə həkiminin təcrübəsində ürək qan-damar sistemi xəstəlikləri. Kollagenozlar. Müalicə-sağlamlaşdırıcı tədbirlər. Təcili və təxirəsalınmaz yardım. Dispanserizasiya.

2

3

Ailə həkiminin təcrübəsində endokrin xəstəlikləri. Müalicə-sağlamlaşdırıcı tədbirlər. Təcili və təxirəsalınmaz yardım. Dispanserizasiya.

2

4

Ailə həkiminin təcrübəsində mədə-bağırsaq, hepato-biliar sistemlərinin xəstəlikləri. Virus hepatitləri. Müalicə-sağlamlaşdırıcı tədbirlər. Təcili və təxirəsalınmaz yardım. Dispanserizasiya.

2

5

Ailə həkiminin təcrübəsində böyrək və sidik yolları xəstəlikləri. Müalicə-sağlamlaşdırıcı tədbirlər. Təcili və təxirəsalınmaz yardım. Dispanserizasiya.

2

 Cəmi: 10 saat

 

                                                          Hərbi tibb fakültəsi, VI kurs mühazirə

Mövzular

Saat

1

Ailə həkimi və onun əsas funksional vəzifələri. Şəhər poliklinikasının gücü, strukturu, sahə iş prinsipləri.

2

2

Təcili və təxirəsalınmaz yardımın təşkili. “İctimai sağlamlıq”, “Sığortalı təbabət”, “Tibbi kibernetika”, “Fəlakət təbabəti” anlayışlarının izahı. Palliativ və supporiv yardımın təşkili.

2

3

Həkim-məsləhət komissiyası (HMK) və tibbi-sosial ekspert komissiyası (TSEK). Müvəqqəti və daimi əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.

2

4

“Herontologiya” və “Heriatriya”. Sanator-kurort müalicə üçün seçim. Ailə həkiminin təcrübəsində klinik farmakoterapiya və xalq təbabəti. Ailə həkiminin təcrübəsində QİÇS.

2

5

Ailə həkiminin təcrübəsində bioetika, həkim etikası, tibbi deontologiya, psixi sağlamlıq. Ailə həkiminin peşəkarlıq fəaliyyətinin hüquqi əsasları, hüquqi məsuliyyət və xəstəliklərin hüquqi müdafiəsi.

2

                                                                                                    Cəmi: 10 saat

 

                                             Hərbi tibb fakültəsi, VI kurs  təcrübə məşğələ

Mövzular

saat

1

Ailə həkiminin iş təcrübəsində tənəffüs sisteminin xəstəlikləri. Kəskin respirator virus infeksiyaları. Peşə xəstəlikləri.  Klinika, diaqnostika, müalicə və profilaktika,sağlamlaşdırıcı tədbirlər. Müvəqqəti və daimi əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Təcili və təxirəsalınmaz tibbi yardımın təşkili. Situasion məsələlər. (İxtisas testi)

5

2

 Ailə həkiminin iş təcrübəsində ürək, qan damar sisteminin, oynaq və birləşdirici toxumanın xəstəlikləri. Klinika, diaqnostika, müalicə və profilaktika,sağlamlaşdırıcı tədbirlər. Müvəqqəti və daimi əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Təcili və təxirəsalınmaz tibbi yardımın təşkili. Situasion məsələlər (ixtisas testi).   

5

3

Ailə həkiminin iş təcrübəsində mədə-bağırsaq, hepato-biliar və endokrin sistemlərin xəstəlikləri. Klinika, diaqnostika, müalicə və profilaktika,sağlamlaşdırıcı tədbirlər. Müvəqqəti və daimi əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Təcili və təxirəsalınmaz tibbi yardımın təşkili. Situasion məsələlər (ixtisas testi).  

5

4

Ailə həkiminin iş təcrübəsində böyrək, sidik yolları  və qan yaradıcı sistemlərinin xəstəlikləri. Klinika, diaqnostika, müalicə və profilaktika,sağlamlaşdırıcı tədbirlər. Müvəqqəti və daimi əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Təcili və təxirəsalınmaz tibbi yardımın təşkili. Situasion məsələlər (ixtisas testi).  

5

                                                                      Cəmi: 20 saat

Azərbaycan Tibb Universitetinin I və II Müalicə-profilaktika fakultələrinin

 IV kursu bitirən tələbələri “Ümumi təcrübə həkiminin

(ailə həkimi) köməkçisi” proqramı üzrə istehsalat təcrübəsində

gördüyü işin məzmunu

İşin məzmunu

 1

Poliklinikanın gücü, iş strukturu,  əsas tibb sənədlərin aparılması

Poliklinikada xəstələrin qəbulu. Subyektiv və obyektiv müayinə metodlarının aparılması.

Ailə həkimi köməkçisinin ambulator müalicədə iştirakı və xəstələrin sanator-kurort müalicəsinə seçilməsi.

Ailə həkimi köməkçisinin iş təcrübəsində əmək qabiliyyətini müvəqqəti və daimi itirmənin tibbi ekspertizası. HMK (Həkim- məsləhət komissiyası) və TSEK (Tibbi-sosial ekspert komissiyası).

Ailə həkimi köməkçisinin tibbi hesabat və statistik kabinetin işində iştirakı. Əsas tibbi sənədlərin aparılması.

Ailə həkimi köməkçisinin diaqnostik (rentgen, funksional diaqnostika, laboratoriya və s.), fizioterapiya və s. paraklinik kabinetlərin işində iştirakı. 

Ailə həkimi köməkçisinin ambulator şəraitdə sanitar-epidemioloji işinin aparılmasında iştirakı. Hərarətli xəstələrin müayinəsi və antibarik kabinetlərin işində iştirak.

Ailə həkimi köməkçisinin ambulator şəraitdə əhalinin dispanserizasiya və profilaktika  işinin təşkilində iştirakı.

Dispanser qeydiyyatına götürülmüş xəstələr arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin aparılmasında ailə həkimi köməkçisinin iştirakı.

10

Ailə həkimi köməkçisinin anonim kabinetlərin işində iştirakı (QİÇS, alkoqol sərxoşluğun təyini, narkomaniya və psixoterapiya)

11 

Ailə həkimi köməkçisinin, kardioloji, revmatoloji kabinetlərin işində iştirakı

12 

Ailə həkimi köməkçisinin qastroenteroloji kabinetin işində iştirakı

13 

Ailə həkimi köməkçisinin endokrinoloji kabinetin işində iştirakı

14

Ailə həkimi köməkçisinin nefroloji  kabinetin işində iştirakı

15 

Ailə həkimi köməkçisinin qulaq-burun-boğaz və stomatoloji  kabinetlərin işində iştirakı

16 

Ailə həkimi köməkçisinin iş təcrübəsində peşə xəstəlikləri. Ekoloji problemlər.

17 

Ailə həkimi köməkçisinin cərrahi və onkoloji kabinetlərin işində iştirakı. Ambulator şəraitdə yaraların ilkin işlənilməsi və sarğıların qoyulması texnikası.

18 

Ailə həkimi köməkçisinin nevroloji kabinetin işində iştirakı.

19 

Ailə həkimi köməkçisinin infeksion kabinetin işində iştirakı və KRVX-ri zamanı müalicəvi və profilaktik  tədbirlər.

20 

Ailə həkimi köməkçisinin dermato-veneroloji kabinetin işində iştirakı. Pedikulyozun təyini.

21 

Ailə həkimi köməkçisinin allerqoloji kabinetin işində iştirakı.

22 

Ailə həkimi köməkçisinin  psixiatrik kabinetin işində iştirakı.

23 

Ailə həkimi köməkçisinin iş təcrübəsində xalq təbabəti və qeyri-ənənəvi (apiterapiya, fitoterapiya, akupunktura, tibbi  hipnoz, homeopatiya, refleksoterapya və s.) müalicə kabinetlərin işində iştirak.

24 

Ailə həkimi köməkçisinin evə çağırış zamanı ilkin təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsində iştirakı.

25 

Ailə həkimi köməkçisinin  açıq və qapalı sınıqlar zamanı ətrafların immobilizasiyasının aparılmasında iştirakı.

26 

Ailə həkimi köməkçisinin  arterial, venoz, kapilyar qanaxmalar, burun qanaxmaları zamanı ilkin yardımın göstərilməsində iştirakı.

27 

Ailə həkimi köməkçisinin  hipertonik kriz zamanı təxirəsalınmaz tədbirlərin göstərilməsində iştirak.

28 

Ailə həkimi köməkçisinin  kəskin allergik reaksiyalar və anafilaktik şok zamanı təxirəsalınmaz tədbirlərin göstərilməsində iştirak.

29 

Ailə həkimi köməkçisinin  bronxial astma tutmaları, astmatik status və astmoid vəziyyətlər zamanı təxirəsalınmaz tədbirlərin göstərilməsində iştirak.

30 

Ailə həkimi köməkçisinin  kəskin zəhərlənmələr, dəm qazı ilə zəhərlənmə zamanı ilkin tibbi yardımın göstərilməsində iştirak.

31 

Ailə həkimi köməkçisinin miokard infaktı və kəskin ürək çatışmazlığı zamanı təxirəsalınmaz müalicə tədbirlərində iştirakı.

32 

Ailə həkimi köməkçisinin kardiogen şok, ürək dayanması zamanı ilkin yardımda iştirakı.

33 

Ailə həkimi köməkçisinin  kəskin qarın zamanı ilkin yardım taktikası.

34 

Ailə həkimi köməkçisinin  komalar zamanı (serebrovaskulyar, epileptik, qaraciyər, diabetik, alkoqol, travmatik, uremik, hipertenzion və s.) ilkin yardımın göstərilməsində iştirak.

35 

Ailə həkimi köməkçisinin təcrübəsində asfiksiya zamanı ilkin yardım, konikotomiya və traxeostomiya aparılmasında iştirakı.

36 

Ailə həkimi köməkçisinin dəri altı, dəri içi, əzələ daxili inyeksiya, vena daxili infuziya  aparılmasında iştirak.

37 

Ailə həkimi köməkçisinin sidik kisəsinin kateterizasiyasının aparılmasında iştirakı.

38 

Ailə həkimi köməkçisinin  plevral punksiya və laparosentez manipulyasiyaların aparılmasında iştirakı.

39 

Ailə həkimi köməkçisinin  ekstremal vəziyyətlərdə doğuşun aparılmasında iştirakı.

40

Ailə həkimi köməkçisinin  ekstremal vəziyyətlərdə doğulmuş uşağa ilkin yardımın (tənəffüsün bərpası, göbəyin bağlanması, ağız boşluğunun sanasiyası və s.) göstərilməsində iştirak.

41 

Ailə həkimi köməkçisinin  ölümün (terminal vəziyyət, aqoniya, kliniki, bioloji ölüm) təyində iştirakı.

42 

Ailə həkimi köməkçisinin təcrübəsində həkim etikası, tibbi deontologiya, tibbi və ailə psixologiyası, ailənin sağlam həyat tərzinin məzmunu və formalaşması.

43 

Ailə həkimi  köməkçisinin palliativ və supportiv yardımın göstərilməsində iştirakı.

44 

Ailə həkimi köməkçisinin iş təcrübəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu. Elektron tibbi sənədlərin aparılması qaydaları.

45

Ailə həkimi köməkçisinin təcrübəsində “herontologiya” və “heriatriya” anlayışları.

46 

Azərbaycanda icbari tibbi sığorta və ailə həkimliyi prinsipinin sahə həkimi prinsipindən fərqi və üstünlüyü.

  

METODİK TƏMİNAT

(istifadə edilmiş ədəbiyyat)

1. «Ailə təbabəti» (dərslik) redaktor kafedra müdiri M.S.Salihov

2.  Sosial gigiyena və səhiyyənin təşkili (dərslik).

3.  «Практическое руководство для врачей общей (семейной) практики». Под редакцией академика РАМН И.Н.Денисова.

4. «Azərbaycanda palliativ yardımın təşkilinə dair» (metodik vəsait). redaktor Stefan R. Konnor  

5. Лечение практических больных в поликлинике (руководство для врачей) г. Москва под редакцией Зодниченко В.С., Кольцов П.А., Левандовский Ю.А.

6.  Azərbaycan Tibb Universitetinin metodik tövsiyələri:

a. kredit sistemi üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının   qiymətləndirilməsi qaydaları; b. test tapşırıqları alan tələbələr və onların tərtibi qaydaları və ekspertizası; c.  müasir tibb təhsilinin əsasları.

7.  «Ailə həkimi» jurnalı.

 

TEXNİKİ TƏCHİZAT

  1. Monookulyar və binokulyar mikroskop
  2. Laboratoriya ləvazimatları:

-         Qoryayev kamerası

-         Sali hemometri

-         Pançenko ştativi

-         Qlükometr