(+99412) 597-38-98

Elmi istiqamət

AZƏRBAYCAN RESPUBLİKASI

SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

  

UOT: 616-092                                                    “TƏSDİQ EDİRƏM”

                                                          Azərbaycan Tibb Universitetinin rektoru                                                                                   

                                                                       professor G.Ç. GƏRAYBƏYLİ

Dövlət qeyd. № 01114097                             ___________________

                                                                                               

                                                                ______________2017-cı il

 

Patoloji fiziologiya kafedrasında «Şəkərli diabet zamanı inkişaf edən angiopatiyaların patogenezində damardaxili mexanizmlərin və toxumaların ılimfadrenajının pozulmasının rolu, adekvat korreksiya üsullarının işlənib hazırlanması» mövzusunda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında 2017-cı il üçün aralıq 

Hesabat

 

 Elmi işlər üzrə                 

        prorektor:                -dos. Bəylərov R.O.

Elmi rəhbərlər:                -Əməkdar elm xadimi, tibb elmləri doktoru,       

                                        professor S.C. Əliyev

                    

            -Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm

              xadimi, professor Y.C. Məmmədov                  

                                                                                                                       Məsul icraçı:                   -Tibb elmləri doktoru, professor  M.X. Əliyev

 

            B A K I-2017

 

İ C R A Ç I L A R

  1. f.e.d.,dos.Pənahi M.A.
  2. f.e.d., dos. Quliyeva Ə.Ə.
  3. f.e.d., dos. Əliyev S.H.
  4. f.e.d., dos. İbrahimova G.H.
  5. f.e.d., dos. Əliyeva A.C.
  6. f.e.d., dos. Talışinskaya M.B.
  7. f.e.d., b.m. Əliyeva C.T.
  8. f.e.d., ass. Əliyeva T.R.
  9. f.e.d., ass.Hacıyeva S.İ.
  10. f.e.d., ass. Hüseynova Ş.M.
  11. f.e.d., ass. Əhmədzadə Ü.İ.
  12. f.e.d., ass. Niftəliyeva S.F.
  13. b.m. Qasımova V.N.
  14. ass.Səfərəliyeva L.X.
  15. ass. Ağamalıyeva Ü.C.
  16. ass. Qasımova A.Ş.
  17. ass. İbrahimova J.Ş.
  18. ass. Сəfərova  N.A.
  19. b.lab. Şahverdiyev H.G.
  20. b.lab. Bədəlova A.T.
  21. b.lab. Qafarova Z.Ə.                   

     

                                  R E F E R A T

Açar sözlər:Şəkərli diabet, qan, limfa, laxtalanma, əkslaxtalanma, lipid mübadiləsi, fibrinoliz, diabetik nefropatiya, diabetik retinopatiya, lipid mebadiləsi, lipidlərin peroksidləşməsi, atorvastatin, sulodeksid, hemaza, tanakan, emoksipin. fitopreparatlar.

     

Tədqiqat obyekti: dovşan.

Elmi-tədqiqat işinin məqsədi:    ŞD xəstəliyi zamanı mikro- və makroangiopatiyaların patogenezində qan və limfanın damardaxili laxtalanmasının, lipidlərin peroksidləşməsinin fəallaşmasının və lipoid mübadiləsinin pozulmasının rolunun öyrənilməsi, adekvat korreksiya üsullarının işlənib hazırlanması.

Tədqiqat üsulları:

İntakt və ŞD xəstəliyinin modeli yaradılmış dovşanların qan və limfasında laxtalanma, lipid mübadiləsi və lipidlərin peroksidləşməsi göstəriciləri, həmçinin toxumaların limfadrenaj funksiyası təyin edilmişdir.

Nəticələr və yeniliklər:  Aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, aloksan monohidratın 5%-li sulu məhlulu vasitəsilə ŞD modelinin yaradılmış, dovşanların qanında olduğu kimi limfasında da damardaxili laxtalanmasının və lipidlərin peroksidləşməsinin fəallaşması, lipid mübadiləsinin və toxumaların limfadrenajının pozulması müəyyən edilmişdir. Alınan nəticələrin ədəbiyyat məlumatları ilə müqayisəli təhlili müəyyən etmişdir ki, ŞD zamanı müşahidə edilən mikroangipatiyaların patogenezinin əsasında məhz hiperqlikemiya fonunda qanda və limfada aterogen lipidlərin çoxalması, sərbəst radikallaşma prosesinin fəallaşması, damarların endotelial disfunksiyası və qanın, həmçinin limfanın damardaxili laxtalanmasının işə düşməsi kimi dəyişikliklər durur. Damardaxili laaxtalanmanın fəallaşması isə öz növbəsində, xüsusilə mikrohemo- və mikrolimfasirkulyasiya damarlarının endotelial disfunksiya ilə birlikdə makro- və mikroangiopatiyaların inkişaf etməsi üçün əlverişli şərait yaradır. Bütün bunlar, son nəticədə toxumaların qanla təchizinin pozulması ilə yanaşı limfadrenajınının da müxtəlif səviyyələrdə (böyrəklər və göz) pozulmasına gətirib çıxarır. Bunu, eksperimental ŞD fonunda modelləşdirilmiş birərəfli nefrektomiya və hemoftalm zamanı aparılan tədqiqatların nəticələri də təsdiq edir. Təcrübə heyvanlarının  müalicə kompleksinə əvvəllər klinik praktikada istifadə edilən tanakan, sulodeksid, hemaza, emoksipin, atorvastatin kimi prepartlarla yanaşı Azərbaycan florasından alınmış bir sıra limfatrop xassəli maddələrin də daxil edilməsəb olmuşdur. Belə ki,  bu cür   müalicə tədbirlərinin görülməsi, nəinki sərbəst radikallaşma prosesinin fəallaşmasının qarşısını alır, həm də qan və limfanın damardaxili laxtalanmasını aradan qaldırır, ən əsası isə toxumaların limfadrenajını stimulə etməklə ŞD xəstəliyinin müalicəsinə əlverişli təsir göstərir.

Səmərəlilik: Tanakan, sulodeksid, hemaza, atorvastatin kimi dərman maddələrinin istifadə edilməsi təkcə mikrohemosirkulyasinı deyil,əm də mikrolimfasirkulyasiyanı yaxşılaşdırmaqla terapevtik effekti xeyli yüksəldir.

Tətbiq edilmə dərəcəsi:Tədqiqatın nəticələrininyaxın və uzaq xaricdə müxtəlif elmi forumlarda təqdim edilməsi və dövrü tibb ədəbiyyatlarda çap edilməsi.

Tətbiq edilən sahə: Patoloji fiziologiya, limfologiya, reanimatologiya, nefrologiya, cərrahiyyə, kardiologiya, hepatologiya, oftalmologiya.

 

                           A L I N A N   N Ə T İ C Ə L Ə R

I-elmi tədqiqat işi:  Şəkərli diabet zamanı qan və limfada, həmçinin gözün və böyrəklərin limfa sistemində baş verən dəyişikliklər, onların adekvat korreksiya üsullarının işlənib hazırlanması.

Mərhələ 1.  Modelləşdirilməsi üsulundan asılı olmayaraq ŞD xəstəliyi zamanı təkcə qanın deyil, limfanın da damardaxili laxtalanması fəallaşır. Bütün bunlar hiperqlikemiya fonunda sərbəst radikallaşma prosesinin fəallaşması və toxumaların limfodrenajının böyrəklər və göz toxumaları səviyyəsində pozulması ilə müşayət edilir. Tədqiqat müddəti uzandıqca bu dəyişikliklər daha da dərinləşərək toxumaların limfadrenajının pozulmasına, toksik mübadilə məhsullarının hüceyrəarası sahələrdə, xüsusilə də böyrəklərdə və göz toxumalarında toplanmasına səbəb olur.

II- Elmi-tədqiqat işi: Şəkərli diabet zamanı qan və limfada Laxtalanma, lipid mübadiləsi və lipidlərin peroksidləşmə göstəricilərinin öyrənilməsi, aşkar edilmiş pozulmaların adekvat korreksiya üsullarının işlənib hazırlanması.

I-Mərhələ: -Eksperimental ŞD zamanı qan və limfanın laxtalanma qabiliyyətinin  və ferment tərkibinin öyrənilməsi müəyyən etmişdir ki, ŞD modeli yaradılmış dovşanların qanında və limfasında tədqiq edilən damardaxili laxtalanma lipidlərin peroksidləşməsi prosesinin intensivləşməsi və lipid mübadiləsinin pozulması fonunda artır. Tədqiqat müddəti uzandıqca qanda və limfada aşkar edilən dəyişikliklər daha da dərinləşir.  Böyrəklərin və göz toxumalarının limfadrenajı pozulur.