(+99412) 597-38-98

Elmi istiqamət

Elmi istiqamət: Hüceyrə, toxuma və orqanların normada və patologiyada funksional və morfoloji xüsusiyyətləri

Problem:            “Müxtəlif üzv və sistemlərdə norma və patologiyada baş verən funksional və morfoloji dəyişikliklərin xüsusiyyətləri”

Mövzu:                “İnsanın müasir dövrdə geniş yayılmış bəzi əsas xəstəliklərinin klinik-morfoloji xüsusiyyətləri” 

Mövzunun elmi rəhbəri

Kafedra müdiri, professor Həsənov Ə.B.

Mövzunun məsul icraçıları

Dosent, t.e.n. Həsənov R.P.

Dosent, t.e.n. Kərimova İ.İ.

Dosent, t.e.n. Niftalıyev R.N.

Mövzunun icraçıları

Dosent, t.e.n. Ağacanova A.X.

Dosent, t.e.n. Əliyev F.X.

Baş müəllim, t.e.n. Orucov M.T.

Baş müəllim, t.e.n. Ələkbərov A.Ə.

Baş müəllim, t.e.n. Mirzəyeva T.N.

Assistent Mirzəyev M.İ.

Assistent Musayev C.S.

Assistent Əliyeva Ş.E.

Assistent Ağayeva N.V.

Assistent Bağırzadə M.V.

Baş laborant İbişova A.V.

Baş laborant İsayev A.N.

 

I iş: “Bəzi ginekoloji patologiyaların və mama-ginekoloji manipulyasiyalardan sonra inkişaf etmiş ağırlaşmaların klinik-morfoloji xüsusiyyətləri”

II iş: “Müxtəlif patologiyalar zamanı incə iynə arpirasion biopsiyanın diferensial diaqnostik əhəmiyyəti”

III iş: Müxtəlif mənşəli ekzogen intoksikasiyalar zamanı ürək-qan damar və immun sistem üzvlərinin funksional morfologiyası”

IV iş:  “Reperfuziya sindromu zamanı baş verən endogen intoksikasiyanın morfoloji xüsusiyyətləri”

 

Tədqiqat obyekti.

Tədqiqat obyektləri Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi (SN “MTE və PA” ETT) Birliyinin şəhər və rayon şöbələrinin meyitxanalarına daxil olmuş meyitlər, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutunun şöbələrində və Bakı şəhərində yerləşən doğum evlərində, Bakı şəhər xəstəxanalarının doğuş şöbələrində ölmüş yenidoğulmuşların meyitləri (SN “MTE və PA” ETT Birliyinin Perinatal patologiyalar şöbəsi) və respublikanın müxtəlif xəstəxanalarından SN “MTE və PA” ETT Birliyinin Patoloji Anatomiya Bürosuna daxil olmuş cərrahi əməliyyat bioptatları, ağız-üz çənə patologiyası və nefrologiya şöbələrindən göndərilmiş sitoloji (punksion, incə iynə biopsiya və s.) materiallardır. Eksperimental iş Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində aparılır.

 

İşin məqsədi.

Müxtəlif patologiyalar, müxtəlif mənşəli ekzogen intoksikasiyalar, gineko­lo­ji patologiyalar, orqan transplantasiyasının təzahürü olaraq reperfuziya sindromu zamanı orqanizmdə baş verən klinik-morfoloji dəyişikliklərin aşkar edilməsi, bunların diaqnostikasında müasir təbabətdə istifadə edilən biopsiya metodlarının dəyərliliyinin müəyyən edilməsi və onlar arasında korrelyativ əlaqələrin aşkar edilməsidir.

 

Tədqiqat üsulları və aparatura.

Tədqiqatda klassik sitoloji və patohistoloji müayinə metodları – işıq mikroskopiyası (hematoksilin və eozin, Van-Gizon, üsulları) ilə yanaşı müasir histokimyəvi, immunhistokimyəvi və elektron-mikroskopik metodlardan istifadə olunması nəzərdə tutulur.

 

Tədqiqat işinin yeniliyi.

Mama-ginekoloji patologiyaları, xüsusilə də və mama-ginekoloji manipulya­siyalardan sonra inkişaf etmiş ağırlaşmaların, müxtəlif mənşəli intoksikasiyalar zamanı və reperfuziya sindromu fonunda baş verə biləcək patomorfoloji dəyişikliklərin ayrılıqda müasir patomorfoloji texnikanın tətbiq edilməsilə öyrənilmsi və daha effektiv diaqnostik tədbirləri obyektiv nəticələrlə göstərilməsidir. Bu xəstə­liklərin gedişində müasir dövrdə təsadüf olunan patomorfoz, patogenetik və patohistoloji xüsusiyyətlər aydınlaşdırılacaqdır.

 

Tətbiq edilmə dərəcəsi.

Elmi-tədqiqat işinin nəticələri əsasında beş dissertasiya işi aparılır, həmçi­nin bu nəticələr elmi məqalələr, dərsliklər, tədris-metodik vəsaitlər, praktikum­ların yazılmasında istifadə olunur. Patomorfoloji laboratoriyaların yerləşdiyi klinikalarda həyata keçirilən müxtəlif biopsiya üsulları (cərrahi, incə-iynə aspirasion, endoskopik və təcili biopsiya) şöbələrin həkimləri tərəfindən tədqiqat işlərinə əsaslanaraq aparılır. Nəticələr respublikada, müxtəlif xarici ölkələrdə keçirilən elmi konfranslarda təqdim olunur və kafedrada Tələbə Elmi Cəmiyyətində elmi-tədqiqat işləri aparan tələbələrin tədqiqatlarında da öz əksini tapmışdır.

 

Səmərəlilik.

Bəzi ginekoloji patologiyaların və mama-ginekoloji manipulyasiyalardan sonra inkişaf etmiş ağırlaşmaların, müxtəlif mənşəli ekzogen intoksikasiyalar, xüsusilə də xroniki narkomaniya, onların əsas ağırlaşmaları kimi meydana çıxmış patologiyalarının müxtəlif mərhələləri praktik konfranslarda müzakirə edilir və klinisistlər, diaqnozun dəqiqləşdirilməsi və müalicə taktikasının qurulmasında bu müştərək müzakirələrin nəticələrinə istinad edirlər. Elmi-tədqiqat işləri arasında xüsusi əhəmiyyət kəsb edənləri Azərbaycanda yeni təşəkkül tapmaqda olan qaraciyər transplantologiyası zamanı baş verən reperfuziya sindromunun patomorfologiyasının və biokimyəvi dəyişikliklərinin, onların patogenezində oksidativ stresin rolunun öyrənilməsi və endogen intoksikasiya zamanı böyrək kanalşıqlarında baş verən patomorfoloji dəyişikliklərin araşdırılmasıdır. Bu isə gələcəkdə baş verə biləcək bir çох аğırlaşmaların qarşısını almaq imkanı verəcəkdir.

 

Tətbiq edilmə sahəsi.

Elmi-tədqiqat işinin nəticələri ölkədə və xarici ölkələrdə keçirilən müxtəlif elmi-praktik və xəstəxanadaxili konfranslarda müzakirə edilmişdir. Həmçinin II, III kurs tələbələrinə patoloji anatomiya fənninin tədrisi və rezidentlərin hazırlanması zamanı tətbiq edilir.