(+99412) 597-38-98

Elmi-pedaqoji kadr hazırlığı

Iddiaçılıq yolu ilə dissertasiya işlərinin yerinə yetirilməsi haqqında

Kafedranın dosenti M.R.Quliyevin “Xronik böyrək çatışmazlığının proq­res­sivləşməsinin molekulyar mexanizmləri” möv­zu­sunda doktorluq disser­ta­siyası üzərində iş davam etdirilir. 

Elmi məslə­hətçi: b.e.d., prof. A.M.Əfəndiyev

 

Biokimya kafedrasının ödənişli əsaslarla dissertantı G.Ə.Vəliyevanın «Ye­nidoğulmuşlarda qlükoza-6-fosfatdehidrogenaza və qlutationreduktaza fer­ment­lə­rinin biokim­yəvi polimorfizmi və genetik  hetero­genliyi» möv­­zu­sunda dissertasiyası üzərində işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuşdur.

Elmi rəhbər:  b.e.d. T.Ə.Əs­gərova 

 

Biokimya kafedrasının dis­ser­tan­tı A.D.Məlikovanın «Şəkərli dia­be­ti mü­şayiət edən os­teo­porozların bio­kimyəvi mexanizmlərinin tədqiqi» möv­zu­sunda  dissertasiya işi başa çatdırilmışdır və rəsmi müdafiə üçün Dissertasiya Şurasına təqdim etməyə hazırlanır. 

Elmi rəhbər: t.e.d., prof. F.Q.Islamzadə.

 

Kafedranın dissertantı, G.V.Nərimanovanın “Hamiləliyin gedişini ağırlaşdıran ToRCH infeksiyalar zamanı bəzi antimikrob peptidlərin və sitokinlərin tədqiqi” mövzusunda dissertasiyası üzərində iş davam etdirilir. (Analıq məzuniyyəti)  

 

 Elmi rəhbər: b.ü.e.d., prof.A.M.Əfəndiyev.

 

Biokimya kafedrasının doktorantı Ə.S.Məmmədlinin “Revmotoidli  artrit zamanı spesifik sitokinlər və antimikrob peptidlərin sekressiya səviyyəsi” mövzusunda dissertasiyası  üzərində iş davam etdirilir.  (Analıq məzuniyyəti)  

  Elmi rəhbər: b.ü.e.d., prof.A.M.Əfəndiyev

 

Bioloji kimya kafedrasının doktorantı Şahverdiyeva İlahə Cəmşid qızının “Hamiləlik anemiyaları zamanı dəmir mübadiləsi zülallarının səviyyəsinin qiymətləndirilməsi” mövzusunda dissertasiyası üzərində iş davam etdirilir.

    Elmi rəhbər: b.ü.e.d., prof.A.M.Əfəndiyev.

 

Bioloji kimya kafedrasının dissertantı Orucova İlahə Nadir qızının “Süd vəzi xərçənginin diaqnostikasında bəzi biokimyəvi göstəricilərin və şüa diaqnostikası əlamətlərinin müqayisəsi” mövzusunda dissertasiyası  üzərində iş davam etdirilir.

    Elmi rəhbər: t.e.d.,prof.F.Q.İslamzadə.

 

Biokimya kafedrasının dissertantı Ülkər Fuad qızı Məmmədovanın “Qalxanabəmzər vəzi xərçəngi zamanı hormonal statusun, antimikrob peptidlərin və sitokinlərin tədqiqi” mövzusunda dissertasiyası üzərində iş davam etdirilir. (Analıq məzuniyyətindən sonra)  

    Elmi rəhbər: b.ü.e.d., prof.A.M.Əfəndiyev.

 

Biokimya kafedrasının baş laborantı Bayramova Nərmin Şahin qızının “Kolorektal xərçəngin inkişafında antitumor aktivliyə malik spesifik peptidlərin əhəmiyyəti” mövzusunda  dissertasiyası üzərində işi davam etdirilir.

    Elmi rəhbər: b.ü.e.d., prof.A.M.Əfəndiyev.