Şöbənin müdiri dos. MƏMMƏDOV RİZVAN MÖHSÜM oğlu
1962-ci ildə anadan olmuşdur, 1986-cı ildə ATU-nun stomatologiya fakültəsinə daxil olmuş və 1991-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1993-cü illərdə ATU-nun terapevtik stomatologiya kafedrasında kliniki ordinaturanı keçmişdir. 1994-cü ildən 2003-cü ilə qədər terapevtik stomatologiya kafedrasında assistent vəzifəsində çalışmışdır. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 2003-cü ildən həmin kafedrada dossent vəziyəsində çalışır. 1994-2008-ci illərdə stomatologiya fakültəsinin dekan müavini, 2008-2012-ci illərdə həmin fakültənin dekanı vəzifəsində çalışmışdır. 2012-ci ildən hal-hazıra qədər Rezidentura şöbəsinin müdiri vəzifəsində çalışır.
52 elmi məqalənin, 3 dərs vəsaitinin, 2 tədris-metoldik vəsaitin və 2 səmərələşdirici təklifin müəllifidir. Hal-hazırda doktorluq dissertasiyası işi üzrə müdafiə mərhələsindədir.
E-mail:[email protected]