(+99412) 597-38-98

Məşqçi-müəllim - Qələndər Aslanov

Qısa məlumat

1

Ad, soyad, ata adı

Qələndər  Aslanov  Asdan  oğlu

2

Doğulduğu gün, ay, il

01.10.1975

3

Milliyəti

azərbaycanlı

4

İxtisas

Şərq döyüş növləri

5

Vəzifə

Klubun sədri, məşqçi-müəllim

6

Şöbə

“Təbib” idman klubu

7

İdman dərəcəsi

SSRİ idman ustası, IV dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim, Dünya Kyokuşin Birliyinin (KWU) rəsmi nümayəndəsi

8

Fəxri adlar

“Əməkdar məşqçi”, “Ən Yaxşı Müəllim”, “Ən Yaxşı Hakim”,”Fədai Medalı”

 

Təhsili

Təhsil müddəti

İxtisası

Təhsil müəssisəsinin adı

Təhsil müəssisəsinin ünvanı

1

1998 - 2002

Bakalavr

İlkin Hərbi və Fiziki Təlim

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bakı şəhəri, Nəsimi rayonu.

2

2009 - 2012

Magistratura 

Praktiki Psixologiya

Regionlararası Heyətin İdarəolunması Akademiyası

Ukrayna, Kiyev şəhəri.

3

2013 - 2017

Aspirantura Pedaqogika

T.Şevçenko adına Milli

Luqansk Universiteti

Ukrayna, Luqansk şəhəri.

 

İş təcrübəsi haqqında

İşləmə müddəti

Vəzifəsi

Müəssisənin adı

Müəssisənin ünvanı

1

2004

Müəllim

ATU – Bədən tərbiyəsi və idman kafedrası

Mərdanov qardaşları 98.

2

2008 - 2019

Fiziki tərbiyə fənni üzrə ekspert

Azərbaycan Respblikası Təhsil Nazirliyi

Xətai prospekti 49.

3

2015

Məşqçi müəllim

ATU-nun «Təbib» idman klubu

Mərdanov qardaşları 98.

4

2017 - 2020

Stomatologiya fakültəsinin tədris məsləhətçisi

ATU – Stomatologiya fakültəsi

Ənvər Qasımzadə 14.

5

2021

hal-hazıradək

Klubun sədri və məşqçi – müəllim

ATU-nun «Təbib» idman klubu

Mərdanov qardaşları 98.

 

İştirak etdiyi beynəlxalq yarışlar, seminarlar və təlimlər haqqında

Təlimin müddəti

Təlimin adı

Təlimin keçirildiyi ünvan

1

2004

Avropa Çempionatı və hakimlik seminarı

Bolqarıstan, Plovdiv

2

2005

Ümumdünya karate seminarı və yay düşərgəsi

Ukrayna, Krım

3

2005

Dünya çempionatı və hakimlik seminarı

Rusiya, Moskva

4

2008

Avropa Çempionatı və hakimlik seminarı

Rusiya, Moskva

5

2009

Dünya çempionatı və hakimlik seminarı

Macarıstan, Budapeşt

6

2010

Avropa Çempionatı və hakimlik seminarı

Bolqarıstan, Varna

7

2011

Dünya birinciliyi və hakimlik seminarı

Rusiya, Moskva

8

2012

Avropa Çempionatı və hakimlik seminarı

Rusiya, Moskva

9

2013

Dünya çempionatı və hakimlik seminarı

Bolqarıstan, Sofiya

10

2013

Dünya birinciliyi və hakimlik seminarı

Azərbaycan, Bakı

11

2014

Avrasiya çempionatı və hakimlik seminarı

Azərbaycan, Bakı

12

2015

Dünya kuboku və hakimlik seminarı

Rumıniya, Buzau

13

2015

Beynəlxalq turnir və hakimlik seminarı

Türkiyə, İstanbul

14

2015

Dünya çempionatı və hakimlik seminarı

Rusiya, Xabarovsk

15

2016

Dünya kuboku və hakimlik seminarı

Macarıstan, Senteş

16

2016

Avropa çempionatı və hakimlik seminarı

Gürcüstan, Tiflis

17

2016

Ümumdünya karate seminarı və yay düşərgəsi

Bolqarıstan, Kamçiya

18

2016

Dünya birinciliyi və hakimlik seminarı

Bolqarıstan, Varna

19

2016

Avropa çempionatı və hakimlik seminarı

Serbiya, Belqrad

20

2017

Avropa birinciliyi və hakimlik seminarı

Almaniya, Berlin

21

2017

Beynəlxalq turnir və hakimlik seminarı

Türkiyə, Karabük

22

2017

Dünya çempionatı və hakimlik seminarı

Rusiya, Yekaterinburq

23

2018

Avropa çempionatı və dünya birinciliyi

Bolqarıstan, Varna

24

2018

Ümumdünya karate seminarı və yay düşərgəsi

Bolqarıstan, Kamçiya

25

2019

Asiya çempionatı və hakimlik seminarı

İran, Tehran

26

2019

Avropa birinciliyi və hakimlik seminarı

Almaniya, Berlin

27

2019

Dünya çempionatı və hakimlik seminarı

Qazaxıstan, Nur-Sultan

28

2020

Dünya Kyokuşin Birliyi – Azərbaycanın

“yay düşərgəsi” və hakimlər seminarı

Bakı, Novxanı

29

2021

Ümumdünya karate seminarı, dünya kuboku

və Avropa çempionatı

Bolqarıstan, Kamçiya

30

2021

Dünya Kyokuşin Birliyi – Azərbaycanın

“yay düşərgəsi” və hakimlər seminarı

Bakı, Novxanı

 

Elmi iş və məqalələr haqqında qısa məlumat

Elmi iş və məqalənin adı

Müəlliflər

Nəşr

1

“Köməkçi hərəkətlərdən istifadə etməklə sürətli güc keyfiyyətinin artırılması”

M.İ.Hüseynov, Q.A.Aslanov

“Sağlamlıq” jurnalı Bakı-2007 № 9

2

“Ailələrdə məktəb yaşına qədər uşaqların fiziki tərbiyəsi”

Q.A.Aslanov

“Sağlamlıq jurnalı” Bakı-2012 № 2

3

“Tibb Unuversiteti tələbələrinin sağlamlığına dəyərli münasibətinin formalaşdırılması”.

Q.A.Aslanov

T.Şevçenko adına Milli Luqansk Universiteti  2013  № 27.

 

4

“Tibb Unuversiteti tələbələrinin sağlamlıq mədəniyyəti, ixtisas mədəniyyəti vasitəsi kimi”.

Q.A.Aslanov

T.Şevçenko adına Milli Luqansk Universiteti  2014  № 37.

 

5

Azərbaycan Tibb Universiteti, Təbib idman klubunun “Tədris Proqramı”.

Q.A.Aslanov

ATU – Nəşriyyatı, Bakı 2015

6

“Karate – çətin mübarizə və sonsuz yol”.

Q.A.Aslanov

BTİA-nın Elmi Xəbərlər  jurnalı.,Bakı 2016 № 1.

7

“İdmançının psixoloji portreti”.

Q.A.Aslanov

“Sağlamlıq” jurnalı Bakı-2016

№ 3

8

“Ali Tibb Müəssisələri tələbələrində sağlamlığa dəyərli münasibətin formalaşdırılması” mövzusunda dissertasiya işi.

Q.A.Aslanov

Ukrayna, Luqansk - 2017

Cəmi: çap olunan məqalələrin sayı-20, monoqrafiya – 1, tezis 2;

100-dən çox beynəlxalq yarış və seminarlarda iştirak etmişdir.

 

Üzv olduğu qurumlar haqqında qısa məlumat

Qurumun adı

1

Yeni Azərbaycan Partiyası

2

Dünya Kyokuşin Birliyi (KWU)

3

Beynəlxalq Kyokuşin-kan karate təşkilatı

4

Beynəlxalq Diaspor Mərkəzi

5

Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyası

6

ATU-nun Həmkarlar İttifaqı Komitəsi

7

Dünya Azərbaycanlıları Konqresi

8

Kyokuşin Karate Federasiyası

9

“Samuray” idman klubu ictimai birliyi

10

“Azərbaycan Vətəndaş Hərəkatı” ictimai birliyi

 

İDMAN FƏALİYYƏTİ

Tibb tələbələrinin peşə fəaliyyəti sahəsində sağlamlıqlarının qorunması, bacarıq və vərdişlərə yiyələnməsi, iradə, dözüm, Vətənpərvərlik ruhunun və mübarizlik keyfiyyətinin artırılması məqsədilə 2015-ci tədris ilindən etibarən idman klubunda 2 qrup olmaqla həvəskar tələbələrdən ibarət “şərq əlbəyaxa döyüş” bölməsi yaradılıb. Qruplarda perspektivli tələbələr arasında Kyokuşin karate idman növünə marağı olanlar Bakı və respublika çempionatlarında iştirak edirlər. 2017-ci ildə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Bakı çempionatında tələbələrimiz Namiq Seyfəddinli, Kamran Sadıqov, Rəşid Novruzov, Arzu İsmayılov, Fərman Süleymanov, Samir Hüseynov müxtəlif çəki dərəcələrində şəhər çempionatının qalibi olmuşlar.  

Əvvəlki illərdə karate ilə yalnız oğlanlar məşğul olurdusa, son illərdə bu idman növünə qızların da marağı böyükdür. Komandanın tərkibində oğlanlarla yanaşı qız tələbələrdən 2019-cu ildə Kyokuşin karate üzrə keçirilən Azərbaycan çempionatında müxtəlif çəki dərəcələrində Nəstərən Qərari və Nesa Xeyirullaniya 1-ci yer, Leyla Xudiyeva 3-cü yerin qalibi olmuşlar.

Tələbələr arasında yarışlarda hakimlik etməyə həvəsi olanlar da vardır ki, onlara tədris prosesində və yarışlardan əvvəl xüsusi hakimlik seminarları təşkil olunur. Seminarlarda praktiki təlim məşqləri ilə yanaşı testlər tərtib olunur və testlərdən  yüksək nəticə əldə edə bilən tələbələr yarışlarda hakimlik etməyə vəsiqə qazanır.

ATU-nun Stomatolgiya fakültəsinin dekanlığı və Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə yarışlarda təşkilatı işlərə dəstək olmaq məqsədilə tələbələrdən ibarət Könüllülər qrupu yaradılır və qruplar iki hissəyə bölünür:

1. Təşkilatı işlərə dəstək qrupu;

2. İlkin tibbi yardım xidməti.

Qruplarla seminarlar keçirilir, təlimatlar verilir, müvafiq geyimlə təmin olunurlar. Dekan Səid Əhmədovun rəhbərliyi ilə yarışda döyüşlər zamanı zədə alan idmançılara ilkin tibbi yardım göstərilməsi qaydaları öyrədilir. Könüllü tələbələrimiz yarışlarda böyük həvəslə öz işlərinin öhdəsindən gəlirlər. Sonda həmin tələbələrə təşkilatçı tərəfindən “Təşəkkürnamə” təqdim edilir.

Hər tədris ilinin sonunda idman dərəcəsi almaq istəyən tələbələr üçün seminarlar keçirilir və karatenin sirrlərini mənimsəyə bilən tələbələr kəmər imtahanı verirlər. Dərəcə üçün kəmər test imtahanında (xüsusi texniki, taktiki, fiziki normativ hərəkətləri və döyüş) fərqlənən tələbələrə kəmər və Seritifikat təqdim edilir.

 

 

Şərq Əlbəyaxa döyüş bölməsinin üzvü 1-ci dan qara kəmər sahibi, Hərbi Tibb Fakültəsinin 2018-ci il məzunu baş leytenant Namiq Seyfəddinli Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin hərbi-həkimi kimi döyüşlərdə şücaət göstərmiş, 80-dən çox yaralı hərbiçilərimizə ilkin tibbi yardım göstərməklə onları təxliyə etmişdir. 2020-ci ilin noyabrın 6-da Namiq Şuşa uğrunda gedən döyüşlərdə yaralı əsgərlərə yardım göstərərkən düşmənin ağır artelleriya mərmisindən ağır yaralanmışdır. Ali Baş Komandanın Sərəncamı ilə baş leytenant Namiq Seyfəddinli “Döyüşdə Fərqlənməyə görə”, “Şuşa uğrunda”, “Şücaətə görə”, "Füzuli və Xocavəndin azadlığı uğrunda” medalları ilə təltif edilmişdir.