“Təsdiq edirəm”

                                                                                  Azərbaycan Tibb Universitetinin rektoru

                                                                                  _____________prof.Gəray Gəraybəyli

 

                                                                                  “___”___________2021-ci il

 

 

 

Azərbaycan Tibb Universitetinin

                   “Doktorantura və dissertantura” şöbəsinin  

  Əsasnaməsi

 

 

1. Ümumi müddəalar                                                                                                   

1.1. Doktorantura və dissertantura şöbəsi Universitetin. elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə doktoran- tura  və dissertantura hazırlığı işini həyata keçirir.

   1.2. Doktorantura şöbəsinin əsas məqsədi – yüksək ixtisaslı mütəxəssislərin , elmi və pedaqoji kadrların hazırlanması işinin təşkilində fəal iştirak etməkdən1 ibarətdir. Doktoranturada təhsil alma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formada fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən Azərbaycan Tibb Universitetində elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

1.3. Doktorantura və  dissertantura şöbəsi öz fəaliyyətində  “Elm haqqında “  və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Preziden- tinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr veril-məsi qaydası haqqında  Əsasnamə”ni , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə “Doktoranturaların yaradılması və doktorantu-raya qəbul qaydaları”nı Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarla-rını ,  Azərbaycan Tibb Universitetinin Nizamnaməsini və  Universitetin Elmi Şurasının qə-rarlarını  Universitetin rektorunun əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Doktorantura  və dissertantura şöbəsi Universitetin Elmi Şurasının qərarına əsasən Universitet rektorunun əmri ilə yaradılır.

1.5. Şöbə universitetin elmi işlər üzrə prorektorunun  tabeliyində fəaliyyət göstərir.

1.6. Şöbə öz funksiyalarını yerinə yetirmək üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

                                 2. Şöbənin funksiyaları   

     Şöbə aşağıdakı funksiyaları yerinə yetirir:

- qəbul planının tərtibi barədə təkliflərin hazırlanması;

- şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatının aparılması;

- ixtisasların dövlət standartlarına uyğunluğunun, tədris planlarının hazırlanmasının və təsdiq olunmasının təmin edilməsi;      

- qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik                  - məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrlərin hazırlanması;

- doktorant və dissertantların attestasiyalarının keçirilməsi üçün müvafiq meyarların hazırlanması, komisiyyaların tərkibi haqqında rektorluğa təkliflərin verilməsi;

- tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti qurumlara göndərilməsi; 

- doktorantlarla təhsil haqqında  müqavilə hazırlanması;   

- imtahanların keçirilməsinə, dərsə davamiyyətə nəzarət edilməsi;

- protokolların, əmrlərdən çıxarışların və arayışların, eyni zamanda müvafiq sənədlərin hazırlanmasının təmin edilməsi;  

 - imtahan cədvəllərinin hazırlanması,  elmi-pedaqoji və elmi-tədqiqat işlərinin təşkil edilməsi;

- ödənişli təhsil alan doktorant və dissertantların təhsil haqlarının vaxtında ödənilməsinə nəzarət edilməsi;

-dissertant və doktorantların şəxsi işlərinin formalaşdırılması və standartların tələbinə uyğunlaşdırılması, lazım olduqda onlarda müvafiq dəyişikliklərin edilməsi, o cümlədən təltif və intizam tənbehlərinin qeyd edilməsi;

- cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsinin təmin edilməsi;     

-elmi rəhbərləri(məsləhətçiləri) ali təhsilin inkişafı və elmi kadrların hazırlanması ilə bağlı normativ sənədlərlə tanış edilməsi;

- ildə 2 dəfə fəlsəfə doktorluğu imtahanlarının təşkil edilməsi.

 

                                   3.Şöbənin təşkilatı strukturu

3.1. Şöbənin işinin həcmini və  xüsusiyyətlərini  nəzərə alaraq , rektor tərəfindən onun  strukturu və ştat sayı   müəyyənləşdirilir.

3.2. Şöbəyə mövcud qaydada  təyin olunmuş Şöbə müdiri rəhbərlik edir.

3.3. Şöbə müdiri:

- doktorantura və dissertantura səviyyəsi üzrə tədris, tərbiyə və elmi işlərə, təhsil proqramlarının və tədris planlarının yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir və bunlar üçün cavabdehdir;    

- dissertyasiya mövzularının  təsdiq edilərkən Ali Attestasiya Komissiyasının tələblərinə uyğun   tərtib edilməsinə nəzarət edir;

- dərs və imtahan cədvəllərinin tərtibinə rəhbərlik edir və onların düzgün icrasına nəzarət edir;   

-doktorantların və dissertantların elmi işlərinin aparılmasına nəzarət edir;      

- şöbənin profilinə uyğun simpoziumların və konfransların təşkilində, keçirilməsində iştirak edir;  

-  doktorantura və dissertanturaya qəbul olunmuş iddiaçılara elmi rəhbər və məsləhət-çilərin təyin edilməsində  iştirak edir və hər il onların hesabatlarının dinlənməsini təşkil edir;

- Universitetin Rektoruna və Elmi Şurasına şöbənın işi  ilə bağlı təkliflərlə müraciət edir.

 

     Elmi işlər üzrə prorektor                                                            dosent Rauf Bəylərov