(+99412) 597-38-98

382 saylı Ə M R

A Z Ə R B A Y C A N     T İ B B     U N İ V E R S İ T E T İ   üzrə

382 saylı     Ə M R

Bakı  şəhəri                                                                                                   “ 22 “ dekabr 2016-cı il

    “Azərbaycan Tibb Universitetində
    Fövqəladə Hallar komissiyasının
    2017-ci il üçün yaradilması haqqında”

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli 239 saylı qərarının icrası ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin ərazisində qəzaların, təbii fəlakətlərin, fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması üzrə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədi ilə

Ə M R     E D İ R Ə M:
 I. Azərbaycan Tibb Universitetində  aşağıdakı tərkibdə  fövqəladə hallar komissiyası yaradılsın:
   - Komissiyanın sədri                                            -prorektor Vəliyev Aydın Xəlil oğlu
   - Komissiya sədrinin I müavini                            -Təsərrüfat və təchizat şöbəsinin müdiri                     
                                                                                  Əlizadə Elçin Telman oğlu
   - Komissiya sədr müavini                                    -MMQ rəisi Məmmədov Firdovsi Ələsgər oğlu

   Komissiyanın üzvləri:
  1. Qəza-xilasetmə işlərinin təşkili üzrə, tikinti üzrə texniki nəzarətçi -Qazıyev Zaur Yunis oğlu
  2. Tibbi yardımın təşkili üzrə- Tədris  Terapevtik klinikanın baş həkimi - Nuriyev Adil Əjdər oğlu
  3. Elektrik enerjisi və rabitə  üzrə-mühəndis                             - Hacıyev Hüseyn Əmir oğlu
  4. Qaz və su üzrə,əməyin mühafizəsi üzrə-mühəndis               - Əbülhəsənov Malik Şahlar oğlu
  5. Maliyyə üzrə-baş mühasib                                                    - Mehrabov İlqar Abdulla oğlu
  6. Texniki təchizat üzrə-ekspeditor                                           - Kazımov Tahir Fərhad oğlu                                                  
  7. Fakultələrdən                                                                         - Dekanlar   
  8. Klinikalardan                                                                         - Direktorun təsərrüfat işləri üzrə          
                                                                                                       müavini                                                      
II. Fövqəladə hallar komissiyasının fəaliyyəti Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli 239 saylı qərarının tələblərinə uyğun təşkil olunsun.
III. Əmrin icrasına nəzarəti fövqəladə hallar komissiyasının sədrinə həvalə edirəm.
IV. Əmr aidiyyatı üzrə çatdırılsın.

            REKTOR                                          professor G.Ç.GƏRAYBƏYLİ