Elmi-pedaqoji kadr hazırlığı

Kafedrada dissertantlıq xətti ilə 1 iş yerinə yetirilir.

Mövzunun adı: Normada və toksikozlar zamanı qaraciyərin limfa sisteminin mikrosirkulyasiyasının qarşılıqlı əlaqəsi.

Elmi rəhbər:             REA-nın akademiki, ə.e.x., t.ü.e.d., professor  V.B.Şadlinski

                                                                      ə.e.x., t.ü.e.d., professor   Q.Ş. Qarayev           

İcraçı:             ATU-nun insan anatomiyası kafedrasının  dissertantı  H.F. Xıdırova

Elmi Şurada təsdiq olunma tarixi: Dissertasiya işinin mövzusu  və iddiaçının elmi rəhbərləri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 20 may.2016-cı il tarixli iclasında (protokol № 08) təsdiq olunub.

İşin aktuallığı: Müxtəlif ekzogen və endogen faktorların təsiri nəticəsində insan orqanizmində müxtəlif srereotip reaksiyalar baş verir ki, bu da hemodinamikanın pozğunluğuna, metobolik və sirkulyator asidozlara səbəb olur ki, nəticədə detoksikasiya funksiyası yerinə yetirən bir orqan kimi qaraciyər patoloji təsirə məruz qalır. Buna görə də qaraciyər səviyyəsində limfanın yerli cərəyanını öyrənilməsinə önəm verilir.

İşin məqsədi: Norma və müxtəlif zərərli faktorların təsirindən sonra qaraciyər limfa dövranının dəyişikliklərini müəyyənləşdirmək, onların mikrosirkulyator şəbəkəyə münasibətini aşkarlamaq.

İşin tədqiqat obyekti: Mövzuya müvafiqmüayinə edilən 30 insan və eksperimentə gəlb edilmiş 100 dovşan.

İşin metodları:

1.   Qaraciyərxarici və daxili damarların diametrinin, qanın axma sürətinin, damarmüqavimətinin dopleroqrafiya metodu ilə təyini.

2.   Qanın toksikliyinin təyini.

3.   Qanda lipidperoksidləşməsi məhsulları qalığının Stalnaya metodu ilə təyini.

4.   Qaraciyərdə limfa əmələ gəlmə tezliyinin feola üsulu ilə təyini.

5.   Qaraciyərdə mikrosirkulyator şəbəkənin Avtandilov metodu ilə təyini.

İşin yerinə yetirilmə dərəcəsi: 2017-ci il işin yerinə yetirilməsinin II mərhələsidir. Bu mərhələdə dissertasiya işinə dair ilkin material toplanılmış, eksperimentdə HCl buxarı ilə intoksikasiya modeli yaratdıqdan sonra qanda, qaraciyər limfa dövranında, mikrosirkulyator şəbəkədə baş vermiş dəyişiklikləri müəyyənləşdirilmiş, əldə edilmiş dəlillərin statistik analizi aparılmış və müvafiq ədəbiyyat məlumatları ilə müqayisə edilmişdir. Əldə edilən dəlillər əsasında ümumiyyətlə, 3 tezis (2017-ci ildə isə 1 tezis – Euromedica Hannover – 2017, Stuttgart, p. 30) çap edilmiş, 2 məqalə dərc olunmaq üçün çapa təqdim edilmişdir.

İşin elmi yeniliyi: Eksperimentdə limfa və mikrosirkulyator dövran arasında qarşılıqlı əlaqə müəyyənləşdirilməklə qaraciyər patologiyaları zamanı durğunluğun patogenezi aydınlaşdırılacaqdır.

İşin tətbiq sahəsi: İşin tibbin müvafiq sahələrinə tətbiq təkliflərinin hazırlanması.

Kafedranın elmi kadr hazırlığı. 1. Kafedra assistentlərdən T.M. Qasımova və G.M. Qəniyeva Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi adına (diplomlar əlavə olunur), kafedranın dosenti t.ü.e.d.  G.A. Hüseynova isə ATU-nun Elmi Şurasının 30 sentyabr 2017-ci il tarixli qərarı ilə professor vəzifəsinə seçilmişdir. 2017-ci ildənsan anatomiyası kafedrasının asistenti N.A.Mustafayevanın fəlsəfə doktorluğu işi isə ATU-nun FD 03.013 Dissertasiya şurasında müdafiə olunub və onun elmi adının təsdiqi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına tövsiyə edilmişdir.

2. Kafedra assistentlərindən ass. K.C. Quliyevanın işinin mövzusu və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 24 aprel 2017-ci il tarixli iclasında (protokol № 08), ass. Ş.F. Qanbayevanın və ass. S.A.Əliyevanın işinin mövzusu  və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 24 aprel 2017-ci il tarixli iclasında (protokol № 08) təsdiq olunub.