Tələbə elmi cəmiyyəti

Hesabat dövründə Tələbə Elmi Cəmiyyətinin işi gücləndirilmişdir. Kafedrada bu işə rəhbərlik edən prof. Hüseynov B.M. bilavasitə yaxından köməkliyi ilə tələbələr elmi maqələlərlə fakültənin və universitetin TEC-in konfranslarında çıxış etmişlər.

Hesabat dövrü ərzində I və II kurs tələbələri tərəfindən müxtəlif mövzularda tədqiqat işləri aparılmışdır. Tədqiqatların nəticələri I və II müalicə-profilaktika fakultəsi tərəfindən təşkil olunmuş tələbə elmi konfranslarda dinlənilmiş,  məruzəçi tələbələr sertifikat və diplomlarla mükafatlandırılmışlar (hesabat əlavə olunur).

1. Şixverdizadə Ləman Yaşar qızı. II müalicə-profilaktika fakultəsi.  qr.203b

Mövzu: Uşağlığın müxtəlif yaş dövrlərində morfofunksional xüsusiyyətləri

Elmi rəhbər: ATU-nun insan anatomiyası kafedrasının müdiri, REA-nın akademiki, əməkdar elm xadimi, professor Şadlinski V.B.

I müalicə-profilaktika fakultəsinin tələbə elmi konfranslarında I dərəcəli diploma layiq görülmüşdür.

2. Əzimzadə Xəzanə Xanoğlan qızı. I müalicə-profilaktika fakultəsi. qr.168b

Mövzu: Ürək qüsurlarına dair

Elmi rəhbər: Tibb üzrə elmlər doktoru, professor Xıdırov E.Ə.

I müalicə-profilaktika fakultəsinin tələbə elmi konfranslarında II dərəcəli diploma layiq görülmüşdür.

3. Hamdan Qhaith İssa Mohammad. I müalicə-profilaktika fakultəsi. qr.180b

Mövzu: Böyrəklərin quruluşu və inkişafına dair

Elmi rəhbər: Tibb üzrə fəlsəfə doktoru, dosent Rəhimov Z.X.

I müalicə-profilaktika fakultəsinin tələbə elmi konfranslarında sertifikatla mükafatlandırılmışdır.

4. Quluzadə İlkin Mehman oğlu. Hərbi-tibb fakultəsi. qr.1127a

Mövzu: Üz skeletinin aşağı şöbəsinin asimmetrik xüsusiyyətləri

Elmi rəhbərlər: Tibb üzrə fəlsəfə doktoru, baş müəllim Cəfərova Ü.T.,   assistent Əliyeva S.A.

I müalicə-profilaktika fakultəsinin tələbə elmi konfranslarında sertifikatla mükafatlandırılmışdır.

5. Ağazadə Xədicə İzzət qızı.  Tibbi-profilaktika fakultəsi, qr. 641b

Mövzu: Qaraciyərin morfoloji və yaş xüsusiyyətləri

Elmi rəhbər: assistent Qəniyeva G.M.

II müalicə-profilaktika fakultəsinin tələbə elmi konfranslarında sertifikatla mükafatlandırılmışdır.