(+99412) 597-38-98

Tədris proqramı

Tədris proqramı                                                Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  I Uşaq xəstəlikləri kafedrasının

“Uşaq xəstəlikləri” fənni üzrə                  müdiri prof. S.Ş.Həsənov

İŞÇİ TƏDRİS PROQRAMI                             İmza________________

(SİLLABUS)                                            ___.____.2019-cu il

SİLLABUS

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:                                      Məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:      IV kurs (VII, VIII)

FƏNNİN KREDİTİ:                                 

FƏNNİN TƏDRİS FORMASI:        Əyani

FƏNNİN TƏDRİS DİLİ:                 Azərbaycan, rus, ingilis

FƏNNİ  TƏDRİS EDƏN

MÜƏLLİMLƏR:                              Kafedranın müəllimləri

KAFEDRANINI ƏLAQƏ NÖMRƏLƏRİ:

E/MAİL:                                          [email protected]

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn –“Uşaq xəstəliklərinin propedevtikası”.

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ:

Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Tibb universitetində uşaq xəstəliklərinin tədrisi ardıcıl olaraq uşaq xəstəliklərinin propedevtikası və uşaq xəstəlikləri kafedrasında aparılır.

KURSUN MƏQSƏDİ:

IV və V kurslarda uşaq xəstəliklərinin öyrənilməsində tədrisin əsas məqsədi uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsindən  ibarətdir. Pediatrik xəstələrdə müayinə vərdişlərinin  təkmilləşdirilməsi və möhkəmləndirilməsi kliniki təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, differensial diaqnostika vərdişlərinə yiyələnmək, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir.

(IV və V kursdan sonra istehsalat təcrübəsinə hazırlaşmaq)

VI kursda tələbələr klinikanın stasionar şöbələrində və poliklinikalarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirir, klinik nümunəli dərslər keçirlər, həmçinin, kafedranın müdiri, professor və dosentlərin xəstə baxışlarında çoxmövzulu araşdırmalarında iştirak edirlər.

Problem mövzularında mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin klinik təhlili müasir paraklinik müayinələrin (instrumental, laborator-biokimyəvi və s.) nəticələrinin müfəssəl araşdırması ilə müşayiət olunur.

KURSUN NƏTİCƏLƏRİ:

IV  və V kurslarda tələbələr tədris zamanı xəstələrin  müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, diaqnostika, differensial diaqnostika taktikası, təxirəsalınmaz təcili tibbi yardım göstərmək üsulunu və tibbi sənədləşmənin aparılmasını öyrənirlər. VI kursda sırf sindromologiya və müfəssəl differensial diaqnostika öyrənilir. Bu fənn tədris edilib qurtarandan sonra tələbələr müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini, onlarda rast gələn mübarizə tədbirlərini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar və onların iş prinsiplərini, ilkin diaqnostika və proqnostik markerlərin  öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

FƏNNİN MÖVZULARI:

MPF-nin IV kurs tələbələri üçün

Uşaq xəstəlikləri fənnindən praktik məşğələlərinin mövzu planı

(2018-2019-cu tədris ili)

Saat

1

Yenidoğulma dövrünün xüsusiyyətləri. Yenidoğulan uşaqlarda  keçid (tranzitor) hallar. Vaxtında və vaxtından qabaq doğulan uşaqların səciyyələndirilməsi. Yenidoğulan uşaqlara qulluq.

2

2

Mərkəzi sinir sisteminin perinatal zədələnməsi. Klinik mənzərəsi, diaqnostika və differensial diaqnostikası, müalicəsi (kəskin və bərpa dövründə). Profilaktika. Proqnoz. Dispanser müşahidənin prinsipləri.

4

3

Yenidoğulanlarda irinli-iltihabi xəstəliklər. Dəri və göbək xəstəlikləri.

2

4

Bətndaxili infeksiyalar. Toksoplazmoz, listerioz, sitomeqaliya, rubella, herpes. Etiologiya, patogenez, klinikası, diaqnostikası, müalicəsi.

4

5

Yenidoğulanlarda sepsis. Etiologiya, patogenez. Klinik formaları, diaqnostikası. Müalicə və profilaktika prinsipləri.

2

6

Neonatal sarılıqlar, təsnifatı. Konyuqasion sarılıqlar.

4

7

Hemolitik sarılıqlar. Yenidoğulanın hemolitik xəstəliyi.

4

8

Yenidoğulanlarda pnevmoniyanın gediş xüsusiyyətləri. Diaqnostika və müalicə prinsipləri.

4

9

Yenidoğulanlarda anemiyalar. Təsnifatı, klinikası, diaqnostikası və müalicəsi.

4

10

Kəskin respirator infeksiyalar. Etiologiyası, klinikası, diaqnostikası, müalicəsi və profilaktikası. İnaq sindromu, təxirəsalınmaz yardım.

4

11

Erkən yaşlı uşaqlarda pnevmoniyanın gediş xüsusiyyətləri. Müalicə və profilaktika.

4

12

Erkən yaşlı uşaqların anemiyası. Defisitli anemiyalar. Səbəbləri, klinik mənzərəsi, laborator diaqnostika. Differensial diaqnostika. Müalicə və profilaktika.

4

13

Erkən yaşlı uşaqlarda həzm sisteminin xəstəlikləri. Ağız boşluğu xəstəliklərinin semiotikası. Alimentar diareya. Bağırsaq toksikozu. Etiologiya, diaqnostika, müalicə prinsipləri. Rehidratasiyanın  prinsipləri.

4

14

Qidalanmanın xronik pozğunluqları (distrofiyalar). I, II, III dərəcəli hipotrofiyalar, hipostatura, paratrofiya. Etiologiyası, patogenezi, müalicə və profilaktikası.

4

15

Hipo- və avitaminozlar

4

16

Raxit. Raxitin müxtəlif mərhələlərində klinik-biokimyəvi, rentgenoloji dəyişikliklər. Diaqnostikası. Müalicə və profilaktikası.

4

17

Spazmofiliya. Klinik formaları və simptomları. Müalicəsi. D hipervitaminozu və onun müalicəsi.

4

18

Konstitusiyanın anomaliyaları (diatezlər). Ekssudativ-kataral, limfatik-hipoplastik, sinir-artritik diatezlər. Müalicə və profilaktikası.

3

MPF-nin IV kurs tələbələri üçün

Uşaq xəstəlikləri fənnindən mühazirələrin mövzu planı

(2018-2019-cu tədris ili)

Saat

Pediatriyanın tarixi. Pediatriyanın  inkişafının əsas istiqamətləri. Azərbaycan Respublikasında uşaq əhalisinə tibbi xidmətin təşkili. Yaş patologiyasının xüsusiyyətləri. İrsi faktorların uşaq patologiyasında əhəmiyyəti.

2

Müasir neonatologiyanın problemləri. Perinatal patologiyalar . Vaxtında və vaxtından qabaq doğulan uşaqların səciyyələndirilməsi. Keçid (tranzitor) hallar. Yenidoğulma dövrünün patologiyaları. Doğuş zədələri. Dəri və göbəyin xəstəlikləri. Sepsis. Yenidoğulanların hemolitik xəstəlikləri. Bətndaxili infeksiyalar (toksoplazmoz, rubella, herpes, sitomeqalovirus).

2

Körpə uşaqlarda pnevmoniya. Kəskin respirator xəstəliklərin pnevmoniyanın inkişafında rolu. Tənəffüs üzvlərinin anatomik-fizioloji xüsusiyyətlərilə əlaqədar olaraq vaxtında və vaxtından qabaq doğulan uşaqlarda pnevmoniyanın gediş xüsusiyyətləri, differensial diaqnostikası. Müalicə və profilaktikası.

2

Uşaqlarda həzmin kəskin pozğunluqları, diareyalar. Etiologiyası, patogenezi, klinikası. Bağırsaq toksikozu sindromu, müalicəsi, profilaktikası. Rehidratasiya müalicəsinin prinsipləri. 

2

Uşaqlarda həzmin və qidalanmanın xronik pozğunluqları (distrofiyalar). Etiologiyası, patogenezi, təsnifatı, klinikası, müalicəsi və profilaktikası. Raxit. Onun uşaq patologiyasında rolu və yayılması. Etiologiyası, patogenezi və klinikası.  Müalicə və profilaktikası.  D hipervitaminozu. Spazmofiliya.

2

SƏRBƏST İŞ:

Semestr ərzində hər tələbəyə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 4-5 səhifə (şrift-12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

MPF-nin IV kurs tələbələri ilə

Uşaq xəstəlikləri fənnindən sərbəst işlərin mövzuları (2018/2019) 

Mövzunun adı

1

Uşaq xəstəxanasının təşkili və iş prinsipləri.

2

Peyvəndlərə göstəriş və əks göstərişlər.Ağırlaşması və müalicə prinsipləri.

3

Uşaq poliklinikalarının iş prinsipləri.

4

Yenidoğulanların xüsusiyyətləri.

5

Vaxtındanqabaq doğulmanın səbəbləri və səciyyələndirilməsi.

6

Yenidoğulan uşaqların sağlamlığının qiymətləndirilməsi.

7

Yenidoğulanlarda keçid (tranzitor) vəziyyətlər.

8

Yenidoğulanlara qulluq, qidalama prinsipləri.

9

Vaxtındanqabaq doğulan uşaqlara qulluq və qidalandırma prinsipləri.

10

Mərkəzi sinir sisteminin perinatal zədələnməsi.

11

MSS-in zədələnməsində sosial-bioloji faktorlarının, valideynlərin sağlamlıq vəziyyətinin hamiləliyin və doğuşun patoloji gedişində rolu.

12

MSS-in zədələnməsi, klinik mənzərəsi.

13

MSS-in perinatal zədələnməsinin diaqnostikası və differensial diaqnostikası.

14

MSS-nin zədələnmələrinin müalicəsi (kəskin və bərpa dövründə). Profilaktika. Proqnoz. Dispanser müşahidənin prinsipləri.

15

Yenidoğulanlarda bətndaxili infeksiyalar: toksoplazmoz, herpes.

16

Yenidoğulanlarda sitomeqalovirus. Xlamidoz .

17

Yenidoğulanlarda məxmərək, klinikası, müalicəsi, profilaktikası.

18

Yenidoğulanlada dəridə qeyri-infeksion xəstəliklər.

19

Dəridə və göbəkdə xəstəliklər, etiologiyası, patogenezi, klinik xüsusiyyətləri.

20

Ağızın selikli-qişasının xəstəlikləri, infeksion və qeyri-infeksion xəstəlikləri, müalicəsi, profilaktikası.

21

Sepsis, etiologiyası, patologiyası, patogenezi.

22

Sepsisin klinik formaları, diaqnostikası.

23

Sepsisin müalicə prinsipləri. Profilaktikası.

24

Neonatal sarılıq. Təsnifatı.

25

Qeyri-konyuqasion hiperbilirubinemiya.

26

Yenidoğulanlarda hemolitik xəstəliyin etiologiyası, patogenezi.

27

Yenidoğulanlarda sarılığın patogenezi. Rh faktordan və qrupdan asılılığı.

28

Yenidoğulanlarda sarılığın müalicə prinsipləri, profilaktikası.

29

Konyuqasion hiperbilirubinemiya.

30

Yenidoğulanlarda anemiya, səbəbi, klinikası, diaqnostikası.

31

Erkən yaşlı uşaqların anemiyası, diaqnostikası, differensial diaqnostikası.

32

Anemiyaların müalicəsi və profilaktikası.

33

Erkən yaşlı uşaqlarda ağız boşluğunun xəstəlikləri.

34

Alimentar diareyalar. Etiologiya, diaqnostika. Müalicə, profilaktika.

35

Bağırsaq toksikozu. Etiologiyası, diaqnostikası.

36

Bağırsaq toksikozunun müalicə prinsipləri, profilaktikası. Rehidratasiyanın prinsipləri.

37

Qidalanmanın xronik pozğunluqları. Etiologiyası, təsnifatı.

38

Qidalanmanın xronik pozğunluğu, klinikası, diaqnostikası. Müalicə və profilaktika prinsipləri.

39

Hipotrofiya. Etiologiyası, klinik mənzərəsi.

40

Hipotrofiyanın müalicə, profilaktikası.

41

Hipotrofiyanın müalicəsində qidalanma prinsipləri.

42

Uşaqlarda konstitusional anomaliyaların öyrənilməsi prinsipləri, tipləri.

43

Ekssudativ-kataral diatez. Klinikası.

44

Ekssudativ-kataral diatez. Etiologiyası, müalicə və profilaktikası.

45

Limfatiko-hipoplastik diatez. Etilogiya, klinika, müalicə, profilaktika.

46

Sinir-artrik diatez. Səciyyəvi əlamətləri. Müalicə, profilaktikası.

47

Raxit xəstəliyi. Etiologiyası, patogenezi.

48

Raxitin təsnifatı. Kliniki gedişi, diaqnostikası.

49

Raxitin müalicə və profilaktikası.

50

Hipervitaminoz D. Klinikası. Müalicə və profilaktikası.

51

Spazmofiliya xəstəliyi. Raxit xəstəliyi ilə əlaqəsi.

52

Spazmofiliyanın  kliniki formaları.

53

Spazmofiliyanın  müalicəsi və profilaktikası.

54

Spazmofiliyanın   patogenezi.

55

Erkən yaşlı uşaqlarda xəstəliklər zamanı müalicəvi qidalanma (pəhriz, qidanın tərkibi, əsas qida maddələrinin terapiyası) korreksiyası.

56

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin yaranması prinsipləri.

57

Anadangəlmə və qazanılmış ürək xəstəliklərin klinik xüsusiyyətləri, müasir diaqnostikası.

58

Anadangəlmə və qazanılmış ürək xəstəliklərinin müalicə prinsipləri.

59

Erkən yaşlı uşaqlarda tənəffüs sisteminin qeyri-spesifik xəstəlikləri.

60

Yenidoğulan uşaqlarda pnevmoniyanın yaranması, gediş xüsusiyyətləri.

61

Yenidoğulan uşaqlarda pnevmoniya, diaqnosikası. Müalicə, profilaktikası.

62

Erkən yaşlı uşaqlarda tənəffüs sistemi xəstəliklərin yaranma səbəbləri, patogenezi.

63

Erkən yaşlı uşaqlarda pnevmoniyanın klinik xüsusiyyətləri.

64

Erkən yaşlı uşaqlarda pnevmoniyanın diaqnostikası. Müalicə, profilaktikası.

65

Uşaqlarda kəskin respirator virus infeksiyalarının etiologiyası.

66

Uşaqlarda kəskin respirator infeksiya (KRİ), kəskin bronxitin diaqnostikası. Differensial diaqnostika. İnaq sindromu.

67

KRX. Müalicəsi, profilaktikası.

68

Kəskin bronxitin müalicə prinsipləri. 

MPF-nin IV kurs tələbələri üçün

Pediatriya üzrə klinik və təcrübi bacarıqlarının (2018/2019)

SİYAHISI

Mövzunun adı

1

Uşaqlarda ağciyərlərin vasitəli auskultasiyası qaydasını göstərin.

2

Uşaqlarda klinik və laborator müayinələrə əsasən raxitin dərəcəsini təyin edin.

3

Uşaqlarda qaraciyərin palpasiyası və perkussiyası qaydalarını göstərin.

4

Uşaqlarda nebulayzer vasitəsilə xəstəyə dərman verilməsini göstərin.

5

Çulinski indeksinə və klinik əlamətlərə əsasən hipotrafiyanın dərəcəsini müəyyən edin.

6

Vaxtından əvvəl doğulan uşaqlarda  morfoloji yetişməzlik  əlamətlərini  göstərin.

7

Yenidoğulanın mədəsinə zondun yeridilmə qaydasını  göstərin.

8

Yenidoğulana oksigen terapiyanın aparılma üsullarını (maska ilə,  nazofaringial zondla) göstərin.

9

Apqar şkalası ilə yenidoğulanda asfiksiyanın  ağırlıq  dərəcəsini təyin edin.

10

Bollard şkalasına görə yenidoğulanın yetkinlik dərəcəsini  təyin edin.

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə krediti üçün lazımi 100 bal aşağıdakı kimi olacaq. 50 bal-imtahana qədər.

O cümlədən:

10 bal-dərsə davamiyyət

10 bal-sərbəst iş

20 bal-təcrübə dərslərinə

10 bal-klinik və təcrübi bacarıqlara görə bölünür.

50 bal –imtahanda toplanılacaq. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual 1 baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

QEYD:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:

A-  “əla”                    91-100

B-   “çox yaxşı”          81-90

C-   “yaxşı”                71-80

B-“kafi”                    61-70

E-“qənaətbəxş”                  51-60

F-“qeyri-kafi”           51 baldan aşağı

SİLLABUS-İŞÇİ TƏDRİS PROQRAMI 

Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətinin, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.) ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin planlaşdırılması və təşkilli tədris planları (nümunəvi işçi və fərdi) və fənnlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmişdir.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı –fənnin müvafiq əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.

ƏDƏBİYYAT 

  1. A.A. Əyyubova.Uşaq xəstəlikləri /Dərslik/  Şərq –Qərb Nəşriyyat evinin  mətbəəsində çap olunmuşdur, Bakı 2011, 558 səh. 
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/, “Çaşıoğlu” nəşriyyatı, “Çaşıoğlu” mətbəsi. Bakı 2008, 535 səh.
  3. S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası (dərs vəsaiti). MBM mətbəsində çap olunmuşdur. Bakı 2009, 212 s.
  4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, Dərslik, Kitab “ORXAN” Nəşriyyat və Poliqrafiya müəssisələrinin mətbəəsində çap edilmişdir, Bakı 2016, 660 səhifə.
  5. S.Z.Qarayeva.  Uşaq xəstəlikləri /Dərs vəsaiti/ Azərbaycan tibb Universitetinin mətbəəsində çap edilmişdir. “Təbib” nəşriyyatı, Bakı, 2014, 186 səh.
  6. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ Kitab Herba Flora şirkətinin dəstəyi ilə çap olunmuşdur 2013, 391 səh.
  7. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ Kitab Herba Flora şirkətinin dəstəyi ilə çap olunmuşdur, 2014, 276 səh.
  8. А.А. Баранов.Детские болезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа, 2012.-1008 с.: ил
  9. Н.П. Шабалов.Детские болезни в 2-х томах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
  10. Н.П. Шабалов. Неонтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
  11. P. Veliyev.Pediatrik Dizeases /The Textbook/ Printed in the typography of the Azerbaijan Medicine University, “Tebib” publishing house, Baku, 2012, 259 page.

TEXNİKİ TƏCHİZAT

Puloksimetr, spirometr, neyrosonoqraf, nebulyazer

Tədris proqramı                                                Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  I Uşaq xəstəlikləri kafedrasının

“Uşaq xəstəlikləri” fənni üzrə                  müdiri prof. S.Ş.Həsənov

İŞÇİ TƏDRİS PROQRAMI                             İmza________________

(SİLLABUS)                                            ___.____.2019-cu il

SİLLABUS

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:                                      Məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:       V kurs (IX, X)

FƏNNİN KREDİTİ:                                 

FƏNNİN TƏDRİS FORMASI:        Əyani

FƏNNİN TƏDRİS DİLİ:                 Azərbaycan, rus, ingilis

FƏNNİ  TƏDRİS EDƏN

MÜƏLLİMLƏR:                              Kafedranın müəllimləri

KAFEDRANINI ƏLAQƏ NÖMRƏLƏRİ:

E/MAİL:                                          [email protected]

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn –“Uşaq xəstəliklərinin propedevtikası”.

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ:

Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Tibb universitetində uşaq xəstəliklərinin tədrisi ardıcıl olaraq uşaq xəstəliklərinin propedevtikası və uşaq xəstəlikləri kafedrasında aparılır.

KURSUN MƏQSƏDİ:

IV və V kurslarda uşaq xəstəliklərinin öyrənilməsində tədrisin əsas məqsədi uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsindən  ibarətdir. Pediatrik xəstələrdə müayinə vərdişlərinin  təkmilləşdirilməsi və möhkəmləndirilməsi kliniki təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, differensial diaqnostika vərdişlərinə yiyələnmək, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir.

(IV və V kursdan sonra istehsalat təcrübəsinə hazırlaşmaq)

VI kursda tələbələr klinikanın stasionar şöbələrində və poliklinikalarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirir, klinik nümunəli dərslər keçirlər, həmçinin, kafedranın müdiri, professor və dosentlərin xəstə baxışlarında çoxmövzulu araşdırmalarında iştirak edirlər.

Problem mövzularında mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin klinik təhlili müasir paraklinik müayinələrin (instrumental, laborator-biokimyəvi və s.) nəticələrinin müfəssəl araşdırması ilə müşayiət olunur.

KURSUN NƏTİCƏLƏRİ:

IV  və V kurslarda tələbələr tədris zamanı xəstələrin  müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, diaqnostika, differensial diaqnostika taktikası, təxirəsalınmaz təcili tibbi yardım göstərmək üsulunu və tibbi sənədləşmənin aparılmasını öyrənirlər. VI kursda sırf sindromologiya və müfəssəl differensial diaqnostika öyrənilir. Bu fənn tədris edilib qurtarandan sonra tələbələr müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini, onlarda rast gələn mübarizə tədbirlərini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar və onların iş prinsiplərini, ilkin diaqnostika və proqnostik markerlərin  öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

FƏNNİN MÖVZULARI:

MPF-nin V kurs tələbələri üçün

Uşaq xəstəlikləri fənnindən praktik məşğələlərinin mövzu planı

 (2018-2019-cu tədris ili)

Saat

Uşaqlarda revmatik xəstəliklər. Kəskin revmatik qızdırma. Etiologiya və patogenez. Klinik və instrumental diaqnostika. Differensial diaqnostika. Mərhələli müalicə prinsipləri. Profilaktik tədbirlər.

5

Uşaqlarda toxuma sisteminin xəstəlikləri. Yuvenil revmatoid artritin  klinik gediş xüsusiyyətləri. İşçi təsnifatı. Diaqnostik  meyarları. Müalicə və profilaktika tədbirləri. Qırmızı qurd eşənəyi (QQE). Dermatomiozit. Sklerodermiya. Düyünlü periarteriit. Klinik xüsusiyyətləri. Müalicə.

5

Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri. Böyük yaşlı uşaqlarda bronxitlər və pnevmoniyalarının xüsusiyyətləri. Etiopatogenez. Klinika, instrumental və laborator diaqnostikanın müasir üsulları. Müalicə prinsipləri. Profilaktikası.

5

Uşaqlarda həzm sisteminin xəstəlikləri. Qastroduodenitlər, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi. Klinik –laborator diaqnostika. Müalicə planının təyini. Kəskinləşməyə qarşı tədbirlər.

5

Uşaqlarda hepatitlər və ödçıxarıcı yolların xəstəlikləri. Xolangioxolesistitlər. Klinik-laborator diaqnostika. Müalicə planının tərtibi.

5

Uşaqlarda xronik virus hepatiti. Etio-patogenezi, klinik formaları, diaqnostikası, müalicə prinsipləri. Qaraciyərin sirrozu. Differensial  diaqnostikası.

5

Pankreatitlər, qeyri-spesifik xoralı kolit. Klinik-laborator diaqnostika. Müalicə.

5

Helmintozlar. Askaridoz. Enterobioz. Trixosefallyoz. Klinikası, diaqnostikası və müalicəsi. Qiardioz (lyamblioz). Klinik və simptomsuz formaları. Müalicə prinsipləri.

5

Bağırsaq sorulmasının pozulması sindromu. Mukovissidoz, seliakiya, enteropatiyalar

5

MPF-nin V kurs tələbələri üçün

Uşaq xəstəlikləri fənnindən mühazirələrin mövzu planı

(2018-2019-cu tədris ili)

Saat

Uşaqlarda ürək-damar sisteminin xəstəlikləri. Anadangəlmə və qazanılmış ürək qüsuru. Etiologiya, klinika, müayinə və müasir müalicə prinsipləri.

2

Uşaqlarda kəskin revmatik qızdırma, patogenezi və klinik xüsusiyyətləri, diaqnostik meyarları. Müalicə  və profilaktikasının prinsipləri.

2

Birləşdirici toxumanın sistem xəstəlikləri. Patogenezi və klinik xüsusiyyətləri, diaqnostik meyarları. Müalicə  və profilaktikasının prinsipləri.

2

Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri. Böyük yaşlı uşaqlarda bronxitlər. Kəskin, uzun sürən pnevmoniyanın klinik gediş xüsusiyyətləri. Etiologiya, klinika, müalicə və profilaktika.

2

Uşaqlarda mədə-bağırsaq sisteminin xəstəlikləri. Qastritlər, qastroduodenitlər. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi. Uşaqlarda hepatitlər və ödçıxarıcı yolların xəstəlikləri. Xolangioxolesistitlər. Klinik-laborator diaqnostika. Müasir diaqnostik metodlar. Müalicə prinsipləri və profilaktikası.

2

SƏRBƏST İŞ:

Semestr ərzində hər tələbəyə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 4-5 səhifə (şrift-12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

MPF-nin V kurs tələbələri ilə

Uşaq xəstəlikləri fənnindən sərbəst işlərin mövzuları (2018/2019)

Mövzu adı

Saat

1

Böyük yaşlı uşaqlarda bronxitlər. Etiologiya, klinika, müalicə və profilaktika. Uşaqlarda kəskin, uzun sürən pnevmoniyanın klinik gediş xüsusiyyətləri. Müalicə və profilaktika.

1,0

2

Bronxial astma, müasir təsnifat, klinik-instrumental diaqnostika. Müalicə və profilaktika tədbirləri.

1,0

3

Kəskin revmatik qızdırma. Uşaqlarda revmatizmin gedişi, patogenezi və klinik xüsusiyyətləri. Diaqnostik meyarlar. Müalicə və profilaktika prinsipləri.Uşaqlarda birləşdirici toxumanın diffuz xəstəliklərinin etiopatogenezinə dair müasir baxışlar. Qırmızı qurd eşənəyi. Dermatomiozit, klinikası, müalicə və profilaktika, xəstəliyin proqnozu.

1,0

4

Uşaqlarda mədə-bağırsaq sistemininqeyri-infeksion xəstəlikləri. Qastroduodenitlər. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi. Müasir diaqnostika üsulları. Uşaqlarda qaraciyər, öd yollarının anatomik-fizioloji xüsusiyyətləri. Xroniki hepatitlər, etiopatogenez, klinika, fəsadlaşmalar. 

1,0

5

Uşaq yaşlarında böyrəklərin quruluşu və funksional xüsusiyyətləri. Böyrək xəstəliklərinin təsnifatı. Kəskin diffuz qlomerulonefrit. Kəskin böyrək çatmazlığı zamanı klinik əlamətlər, intensiv müalicə.

1,0

6

Uşaqlarda infeksion məşəlli bağırsaq xəstəlikləri (salmanelyoz, dizenteriya və sairə). Onların diaqnostikası, müalicə və profilaktikası.

1,0

7

Uşaqlarda kəskin virus hepatiti. Klinika və differensial diaqnostikası, fəsadlaşmaları. Müalicə və profilaktikası.

1,0

8

İmmunizasiya.Respublika peyvənd təqvimi. Peyvəndlərə göstəriş və əksgöstəriş.

1,0

9

Qızılca, Məxmərək, Skarlatina. Xəstəliklərin etiopatogenezi, differensial diaqnostikası.

1,0

10

Uşaqlarda difteriya xəstəliyi. Klinikası və differensial diaqnostikası, fəsadlaşmaları. Müalicə və profilaktikası. Su çiçəyi və epidemik parotit. Klinik təzahürlər, differensial diaqnostika. Müalicə və profilaktikası.

1,0

MPF-nin V kurs tələbələri üçün

Pediatriya üzrə klinik və təcrübi bacarıqlarının (2018/2019)

SİYAHISI

Mövzu adı

1

Oksigenin verilməsi. İnqalyasiyanın təyini və aparılması qaydaları. Pikfloumetriya.

2

Xəstə uşağın müayinəsi : palpasiya, perkussiya və auskultasiya.

3

İnstrumental müayinə metodların nəticələrinin qiymətləndirilməsi:

- daxili üzvlərinin USM-i

- ağ ciyər, ürək və sümüklərin R-qrafiyası

- mədə-bağırsaq traktının R-skopiyası

- EKQ

- ezofaqoqastroduodenoskopiya

- duodenal zondlama

4

Analizlərin nəticələrinin qiymətləndirilməsi:

- qanın analizi, sidiyin ümumi analizi, Neçiporenko analizi, Zimnitski sınağı, koproqramma, Qreqerson sınağı

-Hp müxtəlif  bioloji materiallarda (ureaz, sidik,tüpürcək, nəcis, immunoferment, seroloji testləri)

- qanın biokimyəvi analizi (revmosınaglar və s.)

- immünoloji analiz

- bakterioloji analiz

5

Təxirəsalınmaz yardımın göstərilməsi:

- kəskin ürək və tənəffüs çatışmazlığı

- tənəffüs yolların obstruksiya sindromu

- böyrək və qaraciyər sancı tutmaları

- kəskin dehidratasiya

- mədə-bağırsaq qanaxmaları

- infeksion-toksik, hemorragik və anafilaksik şok

6

Sağlamlığın kompleks qiymətləndirilməsi əsasında pasiyentin sağlamlıq qrupunun təyini.

7

Milli təqvimə əsaslanaraq profilaktik peyvəndlərinin vurulma qaydaları. Əks göstərişlərə riayət edilmə.

8

Kəskin infeksion xəstəliklərdə karantin, təcrid qaydaları.

9

Profilaktik peyvəndlərin vurulması zamanı əks göstərişlərə riayət etmək.

10

Reseptlərin yazılış qaydaları.

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə krediti üçün lazımi 100 bal aşağıdakı kimi olacaq. 50 bal-imtahana qədər.

O cümlədən:

10 bal-dərsə davamiyyət

10 bal-sərbəst iş

20 bal-təcrübə dərslərinə

10 bal-klinik və təcrübi bacarıqlara görə bölünür.

50 bal –imtahanda toplanılacaq. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual 1 baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

QEYD:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:

A-  “əla”                    91-100

B-   “çox yaxşı”          81-90

C-   “yaxşı”                71-80

B-“kafi”                    61-70

E-“qənaətbəxş”                  51-60

F-“qeyri-kafi”           51 baldan aşağı

SİLLABUS-İŞÇİ TƏDRİS PROQRAMI 

Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətinin, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.) ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin planlaşdırılması və təşkilli tədris planları (nümunəvi işçi və fərdi) və fənnlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmişdir.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı –fənnin müvafiq əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.

ƏDƏBİYYAT 

  1. A.A. Əyyubova.Uşaq xəstəlikləri /Dərslik/  Şərq –Qərb Nəşriyyat evinin  mətbəəsində çap olunmuşdur, Bakı 2011, 558 səh. 
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/, “Çaşıoğlu” nəşriyyatı, “Çaşıoğlu” mətbəsi. Bakı 2008, 535 səh.
  3. S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası (dərs vəsaiti). MBM mətbəsində çap olunmuşdur. Bakı 2009, 212 s.
  4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, Dərslik, Kitab “ORXAN” Nəşriyyat və Poliqrafiya müəssisələrinin mətbəəsində çap edilmişdir, Bakı 2016, 660 səhifə.
  5. S.Z.Qarayeva.  Uşaq xəstəlikləri /Dərs vəsaiti/  Azərbaycan tibb Universitetinin mətbəəsində çap edilmişdir. “Təbib” nəşriyyatı, Bakı, 2014, 186 səh.
  6. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ Kitab Herba Flora şirkətinin dəstəyi ilə çap olunmuşdur 2013, 391 səh.
  7. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ Kitab Herba Flora şirkətinin dəstəyi ilə çap olunmuşdur, 2014, 276 səh.
  8. А.А. Баранов.Детские болезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа,  2012.-1008 с.: ил
  9. Н.П. Шабалов.Детские болезни в 2-х томах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
  10. Н.П. Шабалов. Неонтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
  11. P. Veliyev.Pediatrik Dizeases /The Textbook/ Printed in the typography of the Azerbaijan Medicine University, “Tebib” publishing house, Baku, 2012, 259 page.

TEXNİKİ TƏCHİZAT

Puloksimetr, spirometr, neyrosonoqraf, nebulyazer

Tədris proqramı                                                Təsdiq edirəm

Azərbaycan Tibb Universiteti                  I Uşaq xəstəlikləri kafedrasının

“Uşaq xəstəlikləri” fənni üzrə                  müdiri prof. S.Ş.Həsənov

İŞÇİ TƏDRİS PROQRAMI                             İmza________________

(SİLLABUS)                                            ___.____.2019-cu il

SİLLABUS

(tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram)

FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:                                      Məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ:      VIkurslar (XI, XII)

FƏNNİN KREDİTİ:                                 

FƏNNİN TƏDRİS FORMASI:        Əyani

FƏNNİN TƏDRİS DİLİ:                 Azərbaycan, rus, ingilis

FƏNNİ  TƏDRİS EDƏN

MÜƏLLİMLƏR:                              Kafedranın müəllimləri

KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:

E/MAİL:                                          [email protected]

PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn –“Uşaq xəstəliklərinin propedevtikası”.

KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ:

Ümumi profilli həkim kadrlarının hazırlanmasında pediatriya önəmli rol oynayır. Bu onunla əlaqədardır ki, yaşlılarda rast gələn bir çox funksional pozğunluqların və xəstəliklərin  profilaktikası uşaq doğulduğu vaxtdan və bəzən də bətndaxili dövrdə həyata keçirilməlidir. Sonuncu isə ancaq uşaq orqanizminin xüsusiyyətlərinə yaxşı bələd olan, sağlam uşaqların bəslənməsi və böyüdülməsini, uşaq yaşları patologiyalarını, müasir müalicə və profilaktika metodlarını mükəmməl bilən həkim mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Tibb universitetində uşaq xəstəliklərinin tədrisi ardıcıl olaraq uşaq xəstəliklərinin propedevtikası və uşaq xəstəlikləri kafedrasında aparılır.

KURSUN MƏQSƏDİ:

IV və V kurslarda uşaq xəstəliklərinin öyrənilməsində tədrisin əsas məqsədi uşaqlarda tez-tez rast gələn xəstəliklərin etiologiyası, patogenezi haqqında biliklərin əldə edilməsindən  ibarətdir. Pediatrik xəstələrdə müayinə vərdişlərinin  təkmilləşdirilməsi və möhkəmləndirilməsi kliniki təfəkkürün formalaşması, klinik diaqnoz qoymaq bacarığı, differensial diaqnostika vərdişlərinə yiyələnmək, tez-tez rast gələn xəstəliklərin müalicə və profilaktikasının əsas prinsiplərini öyrənmək tədrisin məqsədinə aiddir.

(IV və V kursdan sonra istehsalat təcrübəsinə hazırlaşmaq)

VI kursda tələbələr klinikanın stasionar şöbələrində və poliklinikalarda müəllimin rəhbərliyi altında müalicə işi yerinə yetirir, klinik nümunəli dərslər keçirlər, həmçinin, kafedranın müdiri, professor və dosentlərin xəstə baxışlarında çoxmövzulu araşdırmalarında iştirak edirlər.

Problem mövzularında mühazirələr və praktik dərslərdə göstərilən xəstələrin klinik təhlili müasir paraklinik müayinələrin (instrumental, laborator-biokimyəvi və s.) nəticələrinin müfəssəl araşdırması ilə müşayiət olunur.

KURSUN NƏTİCƏLƏRİ:

IV  və V kurslarda tələbələr tədris zamanı xəstələrin  müayinəsində peşəkar həkimlik vərdişinə yiyələnirlər, diaqnostika, differensial diaqnostika taktikası, təxirəsalınmaz təcili tibbi yardım göstərmək üsulunu və tibbi sənədləşmənin aparılmasını öyrənirlər. VI kursda sırf sindromologiya və müfəssəl differensial diaqnostika öyrənilir. Bu fənn tədris edilib qurtarandan sonra tələbələr müxtəlif yaşlı uşaqların anatomo-fizioloji xüsusiyyətlərini, onlarda rast gələn mübarizə tədbirlərini bilməlidirlər. Bunları əldə etmək üçün tələbələr ən müasir tibbi avadanlıqlar və onların iş prinsiplərini, ilkin diaqnostika və proqnostik markerlərin  öyrənilməsi, diaqnozu düzgün müəyyənləşdirməklə müalicə tədbirlərini düzgün seçmək təcrübəsini əldə edəcəklər.

FƏNNİN MÖVZULARI:

MPF-nin VI kurs tələbələri üçün Uşaq xəstəlikləri fənnindən praktik məşğələlərin mövzu planı (XI semestr)

(2018-2019-cu tədris ili)  

Saat

Perinatal dövrdə rast gələn patoloji hallar. Yenidoğulanların bətndaxili inkişafının ləngiməsi.

7

Perinatal patologiyaların differensial diaqnostikası. Müalicəyə müasir yanaşma.

7

Ürək-damar sisteminin xəstəlikləri. Anadangəlmə və  qazanılma ürək qüsurları. Qeyri-revmatik karditlər. Ürək ritminin pozğunluqları. Differensial diaqnostika. Müalicə prinsipləri.

7

Uşaqlarda maye-elektrolit mübadiləsinin xüsusiyyətləri. Turşu-qələvi müvazinətinin pozulmaları. Asidoz və alkaloz, diaqnostika, differensial diaqnoz, korreksiya prinsipləri.

7

Erkən yaşlı uşaqlarda həzm sisteminin funksional pozulmaları. Çağalarda qaytarma, ruminasiya və tsiklik qusma sindromları. Çağalarda sancılar. Funksional diareya. Çağalarda defekasiyanın ağrılı və çətin olması (disxeziya). Funksional qəbizlik.

7

Uşaqlarda həzm sisteminin xronik patologiyası. Differensial diaqnostika. Müalicə prinsipləri.

7

Uşaqlarda  kəskin və xronik qlomerulonefrit. Kəskin böyrək çatışmazlığı, təcili yardım. Hemodializə göstəriş, plazmaferez. Dispanser müşahidə planı.

7

Pielonefrit, pielosistit.  Klinik-laborator diaqnostika. Müasir müayinə metodları. Müalicə planının tərtibi.

6

Uşaqlarda endokrin sistemin xəstəlikləri. Şəkərli diabet. Klinik gedişin xüsusiyyətləri. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri.

6

Qalxanabənzər vəzi xəstəlikləri. Diffuz toksiki ur, hipotireoz. Klinik gedişin xüsusiyyətləri. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri.

6

Uşaqlarda immun sistemin xüsusiyyətləri, hüceyrə və humoral immuntitet. Birincili və ikincili immunodefisit vəziyyətlər. Tez-tez xəstələnən uşaqlar.

6

Uşaqlarda anadangəlmə-irsi mübadilə  xəstəlikləri. Qalaktozemiya, qlikogenozlar, fruktozemiya, fenilketonuriya, lipid mübadiləsinin irsi xəstəlikləri. Patogenez, klinik aspektlər, müalicə prinsipləri.

6

Təxirəsalınmaz hallar. Hipertermik sindrom. Qıcolma sindromu. Kəskin   ürək-damar çatışmazlığı.Tənəffüs çatışmazlığı. İnaq  sindromu.

6

Təxirəsalınmaz hallar. Anafilaktik şok. Övrə və Kvinke ödemi. Komatoz hallar. Sindrom müalicəsi.

6

Uşaqlarda hemostaz pozulmaları. Yenidoğulanın hemorragik xəstəliyi. Damardaxili laxtalanma sindromu. Hemofiliya , patogenez, erkən diaqnostika, müalicə prinsipləri, profilaktika. Talasemiya səbəbləri, klinika, diaqnostika.

6

Uşaq poliklinikasının strukturunun xüsusiyyətləri. Poliklinikada müayinə prinsipləri. Sağlam və xəstə uşaqların    dispanserizasiyası. İcbari dispanserizasiyanın əsas prinsipləri.

6

Uşaq poliklinikası işinin əsas prinsipləri. Sahə pediatrın işi ilə tanışlıq. Müxtəlif yaş qruplarından olan uşaqlarda fiziki və sinir –psixi inkişafın yaxşılaşdırılması.

6

Uşaq poliklinikasında sağlam uşaqların qəbulu və müayinəsi. İmmunoloji kabinetin fəaliyyəti. Peyvəndlərin təqvim   planı. Göstəriş və  əks göstərişlər. Əlavə təsir və ağırlaşmalar. Epidemik göstərişlərə görə vaksinasiya.

6

MPF-nin VI kurs tələbələri üçün  Uşaq xəstəlikləri

fənnindən praktik məşğələlərinin mövzu planı (XII semestr)

(2018-2019-cu tədris ili)

Saat

Uşaqlarda ürək-damar sistemixəstəlikləri (kardiomiopatiyalar, diaqnostika, differensial diaqnoz, müayinə üsulları). Anadangəlmə ürək qüsurları, klinika, differensial diaqnostika. 

7

Uşaqlarda tənəffüs sistemi xəstəlikləri. Vaxtından əvvəl doğulanlarda TPS, etio-patogenez, klinika, differensial diaqnoz, təxirəsalınmaz yardım. Bronx-ağciyər  displaziyası, mekoniumun aspirasiyası sindromu, tranzitor taxipnoe. Vaxtında və vaxtından əvvəl doğulanlarda pnevmoniyanın  gediş xüsusiyyətləri. Bətndaxili pnevmoniya.

7

Uşaqlarda həzm sistemi xəstəlikləri. Yenidoğulanlarda bağırsaq biosenozunun formalaşması, disbiosenoz. Şərti patogen floranın törətdiyi bağırsaq infeksiyaları, diaqnostika, müalicə. Mədə-bağırsaq sisteminin funksional və üzvi xəstəlikləri, klinika, diaqnostika, differensial diaqnostika və müalicə.

7

Uşaqlarda qan və qanyaradıcı sistemlərin xəstəlikləri. Anemiyaların təsnifatı. Posthemorragik, hemolitik, hipoplastik və aplastik anemiyalar, klinika, diaqnoz, differensial diaqnoz və müalicə.

4

MPF-nin VI kurs tələbələri üçün Uşaq xəstəlikləri fənnindən

mühazirələrin mövzu planı (XI semestr)

(2018-2019-cu tədris ili)

Saat

Yenidoğulanlarda perinatal patologiyalar. Perinatal asfiksiya, poliorqan zədələnmələri, klinika, differensial diaqnostika.

2

Uşaqlarda ürək-damar sisteminin xəstəlikləri. Anadangəlmə və  qazanılmış ürək qüsurları. Differensial diaqnostika.

2

Uşaqlarda böyrək xəstəliklərinin təsnifatı. Kəskin  və xronik diffuz qlomerulonefrit, pielonefrit, pielosistit, kəskin  böyrək çatışmazlığı. Kəskin böyrək çatışmazlığının klinikası və intensiv müalicəsi.

2

Uşaqlarda endokrin sistemin xəstəlikləri. Şəkərli diabet. Diffuz toksiki zob, hipotireoz. Klinik gedişin xüsusiyyətləri. Differensial diaqnostika. Müalicənin müasir prinsipləri.

2

Uşaqlarda hemorragik diatezlər. Hemorragik vaskulit. Trombositopenik purpura. Etiopatogenez. Klinika. Müalicə prinsipləri. Uşaqlarda kəskin leykoz və xronik mieloleykoz. Talassemiya. Səbəbləri. Klinika. Diaqnostika.

2

MPF-nin VI kurs tələbələri üçün Uşaq xəstəlikləri fənnindən

 mühazirələrin mövzu planı (XII semestr)

(2018-2019-cu tədris ili)

Saat

Uşaqlarda ürək-damar sistemixəstəliklərinin differensial diaqnostikası.

2

Uşaqlarda tənəffüs sistemi xəstəliklərinin differensial diaqnostikası.

2

Uşaqlarda həzm sistemi xəstəliklərinin differensial diaqnostikası.

2

Uşaqlarda böyrəklərin və sidik yolları xəstəliklərinin differensial diaqnostikası.

2

Uşaqlarda qan və qanyaradıcı sistemlərin xəstəliklərinin differensial diaqnostikası.

2

SƏRBƏST İŞ:

Semestr ərzində hər tələbəyə 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 4-5 səhifə (şrift-12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

MPF-nin VI kurs tələbələri üçün

Uşaq xəstəlikləri fənnindən sərbəst işlərin mövzuları (2018/2019) 

Mövzunun adı

1

Perinatal dövrdə rast gələn patoloji hallar. Yenidoğulanların bətndaxili inkişafının ləngiməsi.

2

Ürək-damar sisteminin xəstəlikləri. Anadangəlmə və qazanılmış ürək qüsurları.

3

Cağalarda sancılar. Funksional diareya.  Cağalarda defekasiyanın ağrılı və çətin olması (disxeziya). Funksional qəbizlik.

4

Kəskin və xronik qlomerulonefrit. Kəskin böyrək çatışmazlığı. Təcili yardım.

5

Pielonefrit, pielosistit. Klinik laborator diaqnostika. Müasir müayinə metodları. Müalicə planı.

6

Birincili və ikincili immunodefisit vəziyyətlər.  Tez-tez xəstələnən uşaqlar.

7

Təxirəsalınmaz hallar. Hipertermik sindrom. Qıcolma sindromu.

8

Kəskin ürək çatışmazlığı. Müalicə prinsipləri.

9

İnağ sindromu. Anafilaktik şok. Kvinke ödemi. Komatoz hallar.

10

İmmunoloji kabinetinin fəaliyyəti. Peyvəndlərin təqvim planı. Əks göstərişlər. Fəsadlar, onların müalicə və profilaktikası.

MPF-nin VI kurs tələbələri üçün

Pediatriya üzrə klinik və təcrübi bacarıqlarının (2018/2019)

SİYAHISI

Mövzunun adı

1

Uşaqların tibbi müayinəsinin ümumi prinsipləri, terapevrik yanaşmanın fərqli xüsusiyyətləri.

2

Uşaqların antropometrik müayinəsi, fiziki inkişafın qiymətləndirilmə üsulları.

3

Müxtəlif yaş dövrlərində uşaqların sinir-psixi inkişafının qiymətləndirilmə meyarları.

4

Arterial təzyiqin, ürək döyünmələrinin və tənəffüs tezliyinin ölçülməsi və təhlil olunması.

5

Müxtəlif yaş qrupundan olan sağlam və xəstə uşaqların müayinəsi: palpasiya, perkussiya və auskultasiya.

6

Periferik limfa düyünlərinin müayinəsi, onların dəyişikliklərinin tez-tez baş vermə səbəblərinin qiymətləndirilməsi.

7

Sümük-əzələ sisteminin müayinəsi, tez-tez rast gələn pozulma hallarının aşkarlanması.

8

Ürək tonları, xarakteriktikası, müxtəlif xəstəliklər zamanı patoloji küylərin qulaqasma nöqtələri.

9

Tənəffüs sisteminin müayinəsi: döş qəfəsinin müxtəlif formaları, auskultasiya ilə pueril, vezikulyar və bronxial  tənəffüsün  müəyyən edilməsi.

10

Həzm sistemi üzvlərinin müayinə prinsipləri, ardıcıllıq qaydaları.

11

Sidik-ifrazat sisteminin müayinəsi: böyrəyin, sidik axarlarının və sidik kisəsinin palpasiyası.

12

Ümumi rutin laborator analizlərinin, qanın və digər bioloji materialların  qiymətləndirilməsi.

13

ABO sisteminə və Rh faktora görə qan qrupunun təyini. Əvəzedici qan köçürmə qaydaları.

14

Qarında ağrılar, müxtəlif xəstəliklər zamanı lokalizasiya, differensasiya, təcili yardım.

15

Hipertermiya, hipotermiya zamanı təxirəsalınmaz yardımın göstərilməsi

16

Kəskin allergik reaksiyalar zamanı təxirəsalınmaz yardımın göstərilməsi.

17

Kəskin ürək və tənəffüs çatmamazlığı zamanı təxirəsalınmaz yardımın göstərilməsi.

18

Hipokalsemik qıcolmalar zamanı təxirəsalınmaz yardımın göstərilməsi.

19

Oral rehidratasiya prinsipləri.

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə krediti üçün lazımi 100 bal aşağıdakı kimi olacaq. 50 bal-imtahana qədər.

O cümlədən:

10 bal-dərsə davamiyyət

10 bal-sərbəst iş

20 bal-təcrübə dərslərinə

10 bal-klinik və təcrübi bacarıqlara görə bölünür.

50 bal –imtahanda toplanılacaq. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual 1 baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silmir.

QEYD:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun balın miqdarına uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:

A-  “əla”                    91-100

B-   “çox yaxşı”          81-90

C-   “yaxşı”                71-80

B-“kafi”                    61-70

E-“qənaətbəxş”                  51-60

F-“qeyri-kafi”           51 baldan aşağı

SİLLABUS-İŞÇİ TƏDRİS PROQRAMI 

Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətinin, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.) ayrı fənlərin həcmini, ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin planlaşdırılması və təşkilli tədris planları (nümunəvi işçi və fərdi) və fənnlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Həmin sənədlərin forması və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmişdir.

Fənn proqramları ixtisaslar üzrə ali təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və müvafiq qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir.

İşçi tədris proqramı –fənnin müvafiq əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.

ƏDƏBİYYAT 

  1. A.A. Əyyubova.Uşaq xəstəlikləri /Dərslik/  Şərq –Qərb Nəşriyyat evinin  mətbəəsində çap olunmuşdur, Bakı 2011, 558 səh. 
  2. N.Ə.Tağıyev. Neonatologiya  /Dərslik/, “Çaşıoğlu” nəşriyyatı, “Çaşıoğlu” mətbəsi. Bakı 2008, 535 səh.
  3. S.Ş.Həsənov. Yenidoğulan uşaqların reanimasiyası və intensiv terapiyası (dərs vəsaiti). MBM mətbəsində çap olunmuşdur. Bakı 2009, 212 s.
  4. S.M.Qasımova, N.C.Quliyev, Ü.Ə.Əliyeva, Uşaq xəstəlikləri, Dərslik, Kitab “ORXAN” Nəşriyyat və Poliqrafiya müəssisələrinin mətbəəsində çap edilmişdir, Bakı 2016, 660 səhifə.
  5. S.Z.Qarayeva.  Uşaq xəstəlikləri /Dərs vəsaiti/  Azərbaycan tibb Universitetinin mətbəəsində çap edilmişdir. “Təbib” nəşriyyatı, Bakı, 2014, 186 səh.
  6. N.A. Hüseynova, N.C.Quliyev və b. Uşaq qastroenterologiyası /Dərs vəsaiti/ Kitab Herba Flora şirkətinin dəstəyi ilə çap olunmuşdur 2013, 391 səh.
  7. N.A. Hüseynova, N.C. Quliyev və b. Pediatriyada pəhriz terapiyası /Dərs vəsaiti/ Kitab Herba Flora şirkətinin dəstəyi ilə çap olunmuşdur, 2014, 276 səh.
  8. А.А. Баранов.Детские болезни /Учебник/2-е изд, испр. и доп.-М.: ГЭОТАР-Медиа,  2012.-1008 с.: ил
  9. Н.П. Шабалов.Детские болезни в 2-х томах /Учебник/, 6-е изд. перераб. и доп. –СПб.:Питер 2012 (Учебник для вузов).
  10. Н.П. Шабалов. Неонтология. В 2-т. Учеб.пособие, 5-е изд. испр. и доп. –М.: МЕДпресс-информ, 2009.
  11. P. Veliyev.Pediatrik Dizeases /The Textbook/ Printed in the typography of the Azerbaijan Medicine University, “Tebib” publishing house, Baku, 2012, 259 page.

TEXNİKİ TƏCHİZAT

Puloksimetr, spirometr, neyrosonoqraf, nebulyazer

MPF-nin VI kurs tələbələri üçün Neonatologiya seçim fənnindən praktiki dərslərin təqvim-mövzu planı

(35 saat) 2018-ci il tədris planı 

Günlər

Mövzunun adı

Saat

1

Perinatal dövrdə rast gələn patoloji hallar. Yenidoğulanların bətndaxili inkişafının ləngiməsi.Perinatal patologiyaların  differensial diaqnostikası. Müalicəyə müasir yanaşma.

7

2

Perinatal asfiksiya. Posthipoksik ensefalopatiyalar. Klinika, diaqnoz, differensial diaqnostika.

7

3

Uşaqlarda hemostaz pozulmaları. Yenidoğulanın hemorragik xəstəliyi. Damardaxili laxtalanma sindromu. Hemofiliya, patogenez, erkən diaqnostika, müalicə prinsipləri, profilaktika. Talasemiya səbəbləri, klinika, diaqnostika.

7

4

Uşaqlarda ürək-damar sistemixəstəlikləri (kardiomiopatiyalar, diaqnostika, differensial diaqnoz, müayinə üsulları). Anadangəlmə ürək qüsurları, klinika, differensial diaqnostika. 

7

5

Uşaqlarda tənəffüs sistemi xəstəlikləri. Vaxtından əvvəl doğulanlarda TPS, etio-patogenez, klinika, differensial diaqnoz, təxirəsalınmaz yardım. Bronx-ağciyər  displaziyası, mekoniumun aspirasiyası sindromu, tranzitor taxipnoe. Vaxtında və vaxtından əvvəl doğulanlarda pnevmoniyanın  gediş xüsusiyyətləri. Bətndaxili pnevmoniya.

7

MPF-nin VI kurs tələbələri üçün Neonatologiya seçim fənnindən praktiki dərslərin təqvim-mövzu planı

(35 saat) 2018-ci il tədris planı 

Günlər

Mövzunun adı

Saat

1

Perinatal dövrdə rast gələn patoloji hallar. Yenidoğulanların bətndaxili inkişafının ləngiməsi.Perinatal patologiyaların  differensial diaqnostikası. Müalicəyə müasir yanaşma.

7

2

Perinatal asfiksiya. Posthipoksik ensefalopatiyalar. Klinika, diaqnoz, differensial diaqnostika.

7

3

Uşaqlarda hemostaz pozulmaları. Yenidoğulanın hemorragik xəstəliyi. Damardaxili laxtalanma sindromu. Hemofiliya , patogenez, erkən diaqnostika, müalicə prinsipləri, profilaktika. Talasemiya səbəbləri, klinika, diaqnostika.

7

4

Uşaqlarda ürək-damar sistemixəstəlikləri (kardiomiopatiyalar, diaqnostika, differensial diaqnoz, müayinə üsulları). Anadangəlmə ürək qüsurları, klinika, differensial diaqnostika. 

7

5

Uşaqlarda tənəffüs sistemi xəstəlikləri. Vaxtından əvvəl doğulanlarda TPS, etio-patogenez, klinika, differensial diaqnoz, təxirəsalınmaz yardım. Bronx-ağciyər  displaziyası, mekoniumun aspirasiyası sindromu, tranzitor taxipnoe. Vaxtında və vaxtından əvvəl doğulanlarda pnevmoniyanın  gediş xüsusiyyətləri. Bətndaxili pnevmoniya.

7

MPF-nin VI kurs tələbələri üçün Uşaq qastroenterologiya seçim fənnindən praktiki dərslərin təqvim-mövzu planı