(+99412) 597-38-98

Tədris proqramı

“Allerqologiya və immunologiya “ kafedrasının 20182019-cu  tədris ilində VI kurs tələbələri üçün “Allerqologiya və immunologiya” fənnindən təcrübi məşğələlərin mövzu planı

  1. Allerqologiya və immunologiyaya giriş. Allergik reaksiyaların tipləri və mexanizmləri. Allergenlər və onların təsnifatı.
  2. Birincili immundefisitlər. Təsnifatı. Ən çox rast gəlinən immundefisitlər (Ümumi variabel immundefisit, Selektiv IgA defisiti, Viskot Oldric sindromu, ataksiya-telangiektaziya (Lui-Bar), DiCorc sindromu, Bruton aqammaqlobulinemiyası). Nadir rast gəlinən immundefisitlər (Niymegen sindromu). İmmundefisitlər zamanı istifadə edilən testlər (I mərhələ, II mərhələ testləri, xüsusiləşdirilmiş testlər).
  3. İkincili immundefisit vəziyyətləri. Təsnifat. Virus, bakterial, parazitar və digər infeksiyalarda, qidalanma pozulmalarında, bədxassəli yenitörəmələrdə, maddələr mübadiləsi, böyrək və s. xəstəliklərdə immundefisit; bioloji, fiziki, kimyəvi faktorların təsirindən sonra olan immundefisit, yatrogen immundefisitlərin xüsusiyyətləri. Diaqnostika və müalicə prinsipləri. İmmunotrop preparatlar.
  4. Autoimmun xəstəliklər, təsnifatı, yaranma mexanizmi.  Autoimmun xəstəliklərin klinik təzahürləri (revmatoid artrit, qırmızı qurd eşənəyi QQE, şəkərli diabet və autoimmun tireoidit, ailəvi ortadəniz qızdırması). Spesifik immun diaqnostika. Autoimmun xəstəliklərin müalicə prinsipləri.
  5. Pollinoz. Allergik rinit, differensial diaqnostikası və müalicəsi. ARIA 2016. In vitro və in vivo allerqoloji testlər, molekulyar allerqodiaqnostika  və allergen spesifik immunoterapiya haqqında məlumat.
  6. Bronxial astma. Etiologiyası, patogenezi, fenotip və endotipləri, diaqnostikası, differensial diaqnostikası və müalicəsi. GINA 2017.
  7. Qida allergiyası. Övrə. Kvinke ödemi. Etiologiya, patogenez, diaqnostika, differensial diaqnostika və müalicəsi. İrsi angioödem, diaqnostikası, differensial diaqnostikası və müalicəsi. Atopik dermatit, etiologiyası, patogenezi, diaqnostikası, klinika və müalicəsi.
  8. Dərman allergiyası, etiologiya, klinik təzahürləri (Stivens Jons, Layell sindromları, zərdab  xəstəliyi və s.). Dərman allergiyasının diaqnostikası. Dərman allergiyasının müalicəsi. Anafilaktik şok.

 

“Allerqologiya və immunologiya “ kafedrasının 20182019-cu  tədris ilində VI kurs tələbələri üçün “Allerqologiya və immunologiya” fənnindən

 mühazirələrin mövzu planı 

1. İmmunitet haqqında anlayış. İmmunitetin növləri. Antigenlərin təsnifatı, əsas xüsusiyyətləri. Epitop, affinlik və avidlik anlayışı, superantigenlər. Əkscisimlərin sinifləri, quruluşu, bir-birindən fərqi və  bioloji təsiri.   İmmunqlobulinlərin  рaratop və domen anlayışı,    izotipləri, allotipləri və idiotipləri. Monoklonal əkscisimlər.  Dövredən immun kompleksin (DİK) yaranması, ölçüləri və təsiri. Qazanılmış immunitetin  hüceyrələri: T- və B- limfositlər, onların yetişmə və differensiasiya prosesləri, subpopulyasiyaları, səthi reseptorları.

2. Normal immun cavabın mexanizmi. Antigenə qarşı birincili və ikincili immun cavab. İmmun cavabda sitokinlərin rolu. İmmunpatoloji vəziyyətlərin növləri. Birincili və ikincili immundefisit.  Onların yaranma səbəbləri və təsnifatı, tipləri və dərəcələri. Birincili immundefisitin klinik variantları, səciyyəvi immun göstəricilər. İkincili immundefisitin simptomları. Yeni doğulmuşlarda və yaşlılarda fizioloji immundefisit. İmmundefisitin diaqnostika və müalicə prinsipləri. İmmunotrop terapiya, immunstimulyatorlar, immunsupressorlar və immunmodulyatorlar. Onların təsir mexanizmləri, təsnifatı. Dövredən immun komplekslə (DİK)  assosiasiya olunmuş patologiyaların xarakteristikası.

3. Autoimmun xəstəliklər. Onların yaranma mexanizmi. Autoimmun xəstəliklərin təsnifatı: orqan spesifik və sistemli. Autoimmun xəstəliklərdə patoloji reaksiyaların variantları və klinik təzahürləri. Revmatoid artrit, QQE, şəkərli diabet və autoimmun tireoiditin patogenezində immun mexanizmlər; klinik əlamətləri. Spesifik immun diaqnostika. Autoimmun xəstəliklərin müalicə prinsipləri,   immunoterapiyanın səciyyəvi xüsusiyyətləri – immunosupressiya, immun balansın və orqanların metabolizmin tənzimlənməsi.

4. Bronxial astma. Etiologiyası, patogenezi, təsnifatı, fenotip və endotipləri, diaqnostikası, differensial diaqnozu və müalicəsi. GINA 2017. In vitro və in vivo allerqoloji testlər, molekulyar allerqodiaqnostika və allergen spesifik immunoterapiya haqqında məlumat.

5. Qida allergiyası və onun təzahürləri. Övrə və Kvinke ödemi. Atopik dermatit İrsi angioödem, diaqnostikası, differensial diaqnostika və müalicəsi.

6. Dərman allergiyası və onun klinik təzahürləri (Stivens Jons, Layell sindromları, zərdab  xəstəliyi və s.), diaqnostika və  müalicəsi. Anafilaktik şok.