(+99412) 597-38-98

Elmi işlər

Mövzu:   «Molekulyar allerqodiaqnostika əsasında allergenspesifik immunoterapiyası (ASİT) üçün xəstələrin seçilməsi, müalicənin effektivliyinin proqnozlaşdırılması və qiymətləndirilməsi» Elmi rəhbər: t.ü.e.d, professor L.İ Allahverdiyeva. İcraçılar : kafedranın bütün əməkdaşları, o cümlədən: tibb üzrə  elmlər doktoru, professor– 1 nəfər, tibb üzrə fəlsəfə doktoru, dosent- 5 nəfər, tibb üzrə fəlsəfə doktoru, assistent- 4 nəfər,  elmi dərəcəsi olmayan assistent- 1 nəfər. Kafedrada  atopik xəstəliklərin müasir diaqnostikası və müalicənin təkmilləşdirilməsinə dair məsələlər araşdırılır. Eyni zamanda, bu istiqamətdə aparılan elmi tədqiqatlar və araşdırmalar sayəsində bir sıra uğurlu nəticələr əldə edilmişdir. Elmi tədqiqatların mövzusu allerqologiya və kliniki immunologiyanın aktual problemlərinin araşdırılmasına yönəlmişdir və öz əksini  elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarında,   dərsliklərdə, tədris-metodik tövsiyələrdə və monoqrafiyalarda tapmışdır. Kafedra əməkdaşları tərəfindən respublikanın, yaxın və uzaq xarici ölkə jurnallarının səhifələrində 500-ə yaxın elmi məqalələr, dərsliklər  və çoxsaylı tədris-metodik vəsaitlər nəşr edilmişdir. Kafedra əməkdaşları bir çox beynəlxalq allerqoloji və immunoloji konfrans və simpoziumlarda uğurla iştirak etmişlər. Kafedra tibb üzrə elmlər doktorluğu vətibb üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün  7 dissertasiyalar uğurla müdafiə edilmişdir. Hazırda allerqologiya və immunoljgiya kafedrasında doktorantura, dissertantura və iddiaçılıq yolu ilə müxtəlif mövzularda dissertasiyalar yerinə yetirilir.