Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Qorxmaz Xamis oğlu Əhmədov, 07.04.1970-ci il tarixində Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşam. 1986-cı ildə Bakı şəhəri 158 №li orta məktəbi qızıl medalla bitirib 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakultəsinə qəbul olmuşam. Universitetdə oxuduğum zaman fakultənin ictimai qurumlarında çalışıb, bir neçə il qrup nümayəndəsi olmuşam. Tələbə elmi cəmiyyətində aktiv iştirak etdiyimə görə bir neçə fənlərin imtahanlarından azad olmuşam. Sonuncu kursda oxuduğum bir il ərzində M.Topçubaşov ad. Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutunda (ETKECİ) orta tibb işçisi kimi çalışmışam.1988-1989-cu illərdə tibb xidməti çavuşu vəzifəsində hərbi xidmət. 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1993-1994-cü illərdə akad. M.Topçubaşov ad. ETKECİ-də “Anesteziologiya-reanimatologiya” ixtisası üzrə internatura keçmişəm. 1994-cü ildə Qarabağ müharibə bölgəsində, könüllülük əsasında, həkim komandası daxilində 14 günlük ezamiyyət. 1994-cü ildə “Cərrahiyyə” ixtisası üzrə akad. M.Topçubaşov ad. ETKECİ-nin cərrahi qastroenterologiya şöbəsinə aspiranturaya qəbul, 1998-ci ildə “Qaraciyər exinokokkozunun cərrahi müalicəsi nəticələrinin yaxşılaşdırılması yolları” mövzusunda, tibb elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanın aprobasiyası, 1999-cu ildə isə müdafiəsi. Aspiranturada müddətində həmçinin 2 ilə yaxın Bakı şəhəri 3 saylı Təcili tibbi yardım stansiyasında həkim (əvəzçilik əsasında).Azərbaycan Tibb Universitetində müəllimlik fəaliyyətini 1999-cu ilin mart ayından başlayıb və hal-hazıradək davam edirəm.2002-2010-cu illər ərzində Dövlətlərarası müqavilə əsasında Səudiyyə Ərəbistanı Krallığına (SƏK) işçi ezamiyyətdə həkim-cərrah qismində 8 illik əmək fəaliyyətim SƏKnın Əl-Qassim regional səhiyyə idarəsi tərəfindən “əla” olaraq qiymətləndirilib və sənədləşdirilib. 2009-cu ildə Həcc ziyarəti etmək nəsib olmuşdur. 2011-ci ildən isə hal-hazıradək, ATU-da dosent vəzifəsində işləməyi davam edərək, hər 3 tədris dilində dərs deyirəm. 2015-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” diplomunu almışam.2011-2015-ci illərdə ATU “Tədris-metodik və innovasiyalar” şöbəsində metodist.  2015-2016-cı iilər ərzində ATU TCK-da yerləşən tədris-treyninq mərkəzinin rəhbəri.2016-2019-cu illərdə 1-ci müalicə profilaktika fakultəsinin dekanı, 2019-cu ildən 2023-cü ilin 10 fevralınadək isə xarici tələbələrlə iş üzrə dekan. Bu 7 il ərzində, həmçinin, Təhsil Nazirliyi və ATU nəzdində fəaliyyət göstərən 5 komissiyanın (AR vətəndaşlarının dövlət hesabına xaricdə təhsil almaq üçün, ATU tələbələrinə təqaüd, əcnəbi tələbələrin hazırlıq kursuna qəbulu, əcnəbi tələbələrin 1-ci kursa qəbulu, ATU təhsil proqramlarının beynəlxalq akkreditasiyası) üzvü olmuşam.2021-2024-cü illər ərzində, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa Şurası Erasmus Qrant Proqramı ilə birgə yaradılmış layihə çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaq üçün qrantın qazanılması imtahan komissiyasının üzvü. 2 dərs vəsaiti, 2 ixtiraya patent, 1 metodik tövsiyyələr, 1 metodik vəsait, 13 elmi məqalə, 22 məruzə tezisi.

Akademik fəaliyyət

1999-2011-cu illər ATU-nun 4-saylı şəhər kliniki xəstəxanasında yerləşən “Pediatriya fakultəsinin cərrahi xəstəlikləri” kafedrası, “3-cü cərrahi xəstəliklər” kafedrasında assistent.

2011-2023-cü illər ATU-nun Tədris-cərrahiyyə klinikasında yerləşən “3-cü Cərrahi xəstəliklər” kafedrasında dosent

2023-cü ildən hal-hazıra qədər ATU-nun Tədris-cərrahiyyə klinikasında yerləşən “2-ci cərrahi xəsrəliklər” kafedrasında dosent

Təhsil

Bakı şəhəri, Oktyabr rayonu, 158 saylı orta məktəb, 1976-1986 (Qızıl medal);

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (Bakı, Azərbaycan), 1986-1993, I Müalicə-Profilaktika Fakültəsi (Fərqlənmə diplomu),

1994-1998 “Cərrahiyyə” ixtisası üzrə akad. M.Topçubaşov ad. ETKECİ-nin cərrahi qastroenterologiya şöbəsi, aspirant (t.e.n., diplom)

2003 – Advanced Trauma Life Support (ABŞ) kursu (sertifikat)

2014 P.L.Şupik ad. Milli Diplomdansonrakı Tibbi Təhsil Akademiyası (Kiyev, Ukrayna) “Laparoskopik cərrahiyyədən əsas intensiv praktiki kurs” (diplom)

Nailiyyətlər (adlar)

16.06.2021-ci il tarixində “Tibbi kadrların hazırlanması sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə, nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə” Azərbaycan Tibb Universiteti tərəfindən Fəxri fərman.

09.02.2022-ci il tarixində “Universitetin beynəlxalq akkreditasiya prosesinə hazırlıq və proqramların özünütəhlil hesabatlarının hazırlanmasında fəal iştirakına görə” ATU rektoru tərəfindən Təşəkkürnamə.

Peşə və pedaqoji inkişaf

2003-2005 ABŞ (ATLS, BLS) və Böyük Britaniya (İMRCS-1, İMRCS-2) tibbi kolleclərinin sertifikatları

Ukrayna Respublikası, Kiyev şəhərində yerləşən P.L.Şupik ad. Milli Diplomdansonrakı Tibbi Təhsil Akademiyası nəzdində “Endofors” endoskopik cərrahiyyə üzrə tədris mərkəzində  03 mart 2014-cü il tarixindən 03 aprel 2014-cü il tarixinədək  “Laparoskopik cərrahiyyədən əsas intensiv praktiki kurs, diplom.

2011-2015-ci illərdə Avropa Şurasının TEMPUS DOQUP lahiyəsində ATU-nun təmsilçisi kimi “Tədris proqramlarının  keyfiyyət təminatının sənədləşdirilməsi” adlı layihə çərçivəsində İspaniya, İtlaliya, Slovakiya, Qazaxstan, Qırğızstan,Tacikistan və Gürcüstanda tədris mövzularında keçirilən elmi konfranslar.

 17-18.10.2016  Amerika-Avstriya fondu dəstəyi ilə Tbilisi Dövlət Tibb Universitetində həyata keçirilən “Tibb tədrisində simulyasiyanın faydalı istifadəsi” adlı seminarda ATU nümayəndəsi kimi çıxış və treninq.

2025-ci il tarixində Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Torakal cərrahiyyə” ixtisası üzrə təkmilləşdirmə kursu.

Daxili qrantlar

(Qrant № EİF-Mob-3-2013-6(12)-14/05/3)

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Mobillik-3” qrantı əsasında Ukrayna Respublikası, Kiyev şəhərində yerləşən P.L.Şupik ad. Milli Diplomdansonrakı Tibbi Təhsil Akademiyası nəzdində “Endofors” endoskopik cərrahiyyə üzrə tədris mərkəzində  03 mart 2014-cü il tarixindən 03 aprel 2014-cü il tarixinədək  “Laparoskopik cərrahiyyədən əsas intensiv praktiki kurs”-nda iştirak edib və diplom alıb.

Xarici qrantlar

Tempus SMGR No: 517340 – TEMPUS - 1-2011-1- IT

Avropa Şurasının TEMPUS DOQUP lahiyəsində ATU-nun təmsilçisi vəzifəsini uğurla icra edib. “Tədris proqramlarının  keyfiyyət təminatının sənədləşdirilməsi” adlı layihə

Üzv olduğu qurum

1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti seçkiləri zamanı 16 saylı məntəqə seçki komissiyasının üzvü. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü. 2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı məntəqə seçki komissiyasının üzvü.