
1999-cu ildə Bakı şəhəri 260 nömrəli orta məktəbi bitirmiş və həmin il Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. 2005–2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Respublika Xəstəxanasında internatura keçmişdir.
2006-cı ildən Babək Rayon Mərkəzi Xəstəxanasında həkim mama-ginekoloq kimi fəaliyyətə başlamış, 2009-cu ildən isə ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2009–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində mama-ginekoloq vəzifəsində çalışmış, eyni zamanda Naxçıvan Muxtar Respublikası Tibb Kollecində dərs demiş və elmi fəaliyyətlə məşğul olmuşdur.
2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin II Mamalıq və Ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır, elmi-pedaqoji fəaliyyətini davam etdirir.
1999–2005 – Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika Fakültəsi
İnternatura - 2005–2006 – Naxçıvan MR Respublika Xəstəxanası
İxtisaslaşma və Kurslar
- Sentyabr 2007 – Mart 2008 – Mamalıq və Ginekologiya üzrə ixtisaslaşma, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
- Oktyabr 2011 – Histeroskopiya kursu, Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan
- Mart – May 2013 – USM kursu, Mamalıq və Ginekologiya sahəsi, Kocaeli Universiteti Araşdırma və Tətbiq Xəstəxanası, Türkiyə
- Fevral – Mart 2014 – Histeroskopiya kursu, Erzurum Şifa Xəstəxanası, Türkiyə
- Avqust – Sentyabr 2018 – Ginekologiya kursu, İstanbul Universiteti (ÇAPA) Tibb Fakültəsi, Türkiyə
- Yanvar – İyul 2017 – Laparoskopik cərrahiyyə kursu, Almaz Akademie Medical Training Center, Azərbaycan–Almaniya Tibb Əməkdaşlığı Assosiasiyası
- Mart – Aprel 2018 – Modern Basic Hysteroscopy, Hysteroscopy and Minimally Invasive Surgery Academy (HAMSA Group)
- Noyabr 2024 – Mamalıq və Ginekologiya üzrə ixtisaslaşma kursu, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.
İştirak etdiyi konfranslar, konqreslər və elmi tədbirlər (xronoloji)
-Palandökən Kadın Doğum Kongresi, 05–08 mart 2014
-Ultrasound Doppler – Gynecology, 16–17 may 2015
-Autumn Symposium of Turkey and Azerbaijan, 14–15 noyabr 2015
-“Ginekoloji USM və İVF” seminarı, 25–26 fevral 2017
-1st Congress of APIMSF 2018, “Leylək” Infertility and Assisted Reproductive Technology, 15–18 may 2018
-The First International Scientific-Practical Virtual Conference
“Clinical Endocrinology and Endocrine System Disease: Prognosis, Achievement and Challenges”, 06 fevral 2021
-Beynəlxalq onlayn-telekörpü
«Avrasiya telekörpüsü: COVID-19-dan sonra həyat – aktivliyin bərpası»,
04 noyabr 2021 (6 kredit-saat)
-“SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda
Beynəlxalq Elmi Konfrans, 15 mart 2022 (8 DTT krediti)
-5 May – Beynəlxalq Mama Gününə həsr edilmiş
“Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda Beynəlxalq Elmi Konqres, 05 may 2022 (8 DTT krediti)
-«Доступ и использование полнотекстовых электронных медицинских научных ресурсов в научно-исследовательской, практической и образовательной деятельности Азербайджанского медицинского университета»,
14 fevral 2025
Konfranslarda elmi çıxışlar
-Endometrium patologiyalarının qiymətləndirilməsində ultrasəs müayinəsinin rolu. 2020 – “Təbabətin aktual problemləri” mövzusunda Elmi-Praktiki Konqres, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş. Bakı, Azərbaycan.
-Anormal uşaqlıq qanaxmalarında endometriumun qiymətləndirilməsi. 2022 – I Beynəlxalq Tibb Forumu. Naxçıvan, Azərbaycan.
-Endometrium patologiyalarında biopsiya üsullarının diaqnostik əhəmiyyətinin qiymətləndirilməsi.
2023 – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konqres. Bakı, Azərbaycan.
-Anormal uşaqlıq qanaxmalarının diaqnostikasında biopsiya üsullarının müqayisəsi.
2023 – Beynəlxalq iştiraklı Respublika Elmi-Praktiki Konfrans
“Ana və uşaq sağlamlığının qorunmasında müasir trendlər”. Astana, Qazaxıstan.
Elmi işin mövzusu (hazırda üzərində işlənilir): Endometrium patologiyalarında biopsiya üsullarının müqayisəli xarakteristikası.
“Mamalıq”. Tibb Universitetinin tələbələri üçün dərslik. Bakı, 2023. (Həmmüəllif)
Məmmədli L.Z. Endometriumun hiperplastik proseslərinin diaqnostikasında biopsiya üsullarının rolu. SAĞLAMLIQ . 2019; 3: 19-23.
DOI
Məmmədli L.Z. Pre-və postmenopauzal yaş dövründə olan qadınların klinik- anamnestik xüsusiyyətləri. Müasir ginekologiya və perinatologiyanın actual məsələləri. 2021; 4(8): S.35-41.
DOI
Маммедли Л.З. Оценка эффективности гистероскопии в диагностике патологии эндометрия у пациенток старшей возрастной группы. Медицинские новости. -2022. 12. – С. 55-57.
DOI
Маммедли Л.З. Оценка эффективности клинико- инструментальных методов исследования в диагностике патологии эндометрия у женщин пре- и постменопаузального возраста. Современная медицина: традиции и инновации. -2022; Том-1: -c. 253- 254.
DOI
Məmmədli L.Z. Endometrium patologiyalarının sonoqrafik göstəricilərinin müasir meyarları. Azərbaycan Tibb Jurnalı. - 2023; № 2, - S. 87-91.
DOI
Mammadli L.Z., Mahalov I.Sh., Babayeva G.I. Comparative evaluation of biopsy methods in pre- and postmenopausal women with endometrial pathology. World of medıcıne and bıology, -2024; 3 (89). - p. 117-121.
DOI