
Əliyeva Sevda Asif qızı, 1999-cu ildə Azərbaycan Tibb Universitetini müalicə həkimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1999-2000ci illərdə 5 saylı Şəhər klinik xəstəxanasında ümumi cərrah ixtisası üzrə həkim–interna kimi işləmişdir. 2000-2013-cü illərdə Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasında baş laborant vəzifəsində çalışmışdır. «Rektoselenin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırma yolları» mövzusu üzrə dissertasiyanın üzərində işləmiş və tamamlanmış tədqiqat işini 2010-cu ildə M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdindəki N03.061 Dissertasiya Şurasının iclasında müdafiə etmişdir. 2013-cü ildən etibarən II Cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır. Kafedranın Elmi işlər üzrə məsul icraçısı, II Cərrahi xəstəliklər kafedrasının həmkarlar ittifaqının sədridir.
Assistent - Azərbaycan Tibb Universiteti, II Cərrahi xəstəliklər kafedrası - 2013 -hal hazıradək.
Baş laborant - Azərbaycan Tibb Universiteti, II Cərrahi xəstəliklər kafedrası -2000-2013.
Azərbaycan Tibb Universiteti,II Müalicə-profilaktika fakültəsi - 1993-1999 illər.
2005-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində koloproktologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir.
2025ci ildə Əliyev adına HTİ –da “Torakal cərrahiyyə” üzrə təkmilləşdirmə kursu
1. Rektoselə ilə yanaşı cərrahi xəstəliklər zamanı aparılan müştərək əməliyyatların effektivliyi. Sağlamlıq jurnalı,2004, №8, ss. 20–23.
2.Megadolixokolon zamanı cərrahi taktikanın düzgün seçilməsi üçün defekasiya aktının süni imitasiyası. Sağlamlıq jurnalı, 2005, №4, ss. 68–70.
3. Megadolixokolon xəstəliyinin tarixi, terminologiyası və klassifikasiyasındakı bəzi ziddiyyətli məqamlar. Sağlamlıq jurnalı, 2005, №1, ss. 71–74.
4. Rektovaginal fistulu olan xəstələrdə düz bağırsağın qapayıcı aparatının funksional vəziyyəti. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2009, №4, ss. 109–112.
5. Rektosele xəstəliyinin klinika, diaqnostika, müalicəsi və tibbi reabilitasiyası. Monoqrafiya, Bakı, 2014, 135 səh.
6. Həzm orqanlarının müxtəlif patologiyaları olan xəstələrdə həzm sisteminin funksional vəziyyəti. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2018, № 3, s. 3-9.
7. Musayev, X.N. , Əliyeva, S.A., Novruzova, Ş.A. & Məmmədov, N.İ. (2009). Rektosele xəstəliyində DBQA-nin funksional vəziyyəti. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, №2, ss. 77–80.
8. Musayev, X.N. , Mammadov, M.M. & Aliyeva, S.A. (2010). Оценка применения новых методов оперативных вмешательств в комплексном лечении больных послеродовой недостаточностью анального сфинктера. Хирургия, №12, с. 77–81.
1. Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür.
2. Azərbaycan Koloproktoloqlar dərnəyinin üzvüdür.
3. Azərbaycan Qastoenteroloqiya və İnvaziv Endoskopiya Cəmiyyətinin üzvüdür.