Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1952-ci ildə Ermənistanda anadan olmuşam. 1969-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşam.1975-ci ildə İnstutu bitirmişəm.1976-1979-cu illərdə Bakıda Şaumyan rayonunda epidemiologiya şöbəsində “Əmək gigiyenası” həkimi işləmişəm. 1979-1985-ə qədər ATU-nun “əmək gigiyenası və peşə xəstəlikləri” kafedrasında assistent vəzifəsində işləmişəm.2019-cu ildə Respublikanın Prezidenti tərəfindən “Əməkdar müəllim” adına layiq görülmüşəm

Akademik fəaliyyət

1985-1986 ATU-nun “insan anatomiyası” kafedrasında Baş laborant, 1986-1997-ci illərdə həmin kafedrada assistent vəzifəsində işləmişəm.A.C Məmmədova prof. V.B. Şadlinskinin rəhbərliyi altında 1998-ci ildə “Müxtəlif yaş dövrlərində göz sinirinin makromikroskopik və topoqrafiq anatomiyası” mövzusunda dissertasiya işimi müdafiə edib, 1998-ci ilin 20 apreldə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atistasiyası komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşəm.1997-2007-ci illərdə ATU-nun insan anatomiyası kafedrasında Baş müəllim, 2007-ci ildə hal hazırki vəziyyətdə dosent işləyirəm.

Təhsili

1969 Orta məktəb attestat; 1969-1975-Ali təhsil  Azərbaycan Tibb İnstutu Bakı,Azərbaycan ;1998-ci ildə Tibb elmləri namizədi ATİ Bakı.

 

 

 


 

 

Nailiyyətlər (adlar)

1.İnsanda müxtəlif yaş qruplarında göz sinirinin makromikroskopik anatomiyasına dair yeni materiallar əldə edilmişdir.

2.Maserasiya olunmuş insan kəlləsində kranimetrik üsulla gözyuvası üstü və əlavə dəliklərin olması müəyyən olunmuşdur.

3. Ontogenezdə göz sinirinin və onun şaxələrinin keçirici sistemlərinin mielinli komponentləri dinamik qeyri-sabitliyi öyrənilmişdir.

4.Postnatal ontogenezin ilkin dövrlərində mielin sinir liflərinin sayının artmaqda davam etməsini və onların müxtəlif nisbətlərinin dəyişilməsi öyrənilmişdir.

5. Yeniyetmə və gənclik dövrlərində mielinli sinir liflərinin artması və yüksəksəviyyəyə çatmasının, 1-ci yetkin dövründə sabitləşməsini, ahıl və qoca dövrlərdə isə involitiv proseslərlə əlaqədar olaraq mielinli sinir liflərinin sayının azalması müəyyən edilmişdir.

Elmi araşdırma sahəsi

1983-cü ildə İ.M.Seçenov adına Tibb instutunda əmək gigiyenası kafedrasında müəllimlərin təkmilləşmə kursu; 1990-cı ildə Leninqrad Sanitar gigiyena instutunun Normal anatomiya kafedrasında təkmilləşmə kursu.

 

 

 

 


 

Kitab

İnsan anatomiyası və fiziologiyası- Tibb məktəbləri üçün dərslik. Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.C.Məmmədova ,  Bakı-2013 s.392 ;

İnsan anatomiyası ATİ tibbi profilaktika tələbələri üçün dərslik.V.B.Şadlinski, A.B.İsayev , A.C.Məmmədova. Bakı-2013 s.434 ;  

Dayaq hərəkət aparatının sümük sisteminə dair metodik vəsait. A.C.Məmmədova ,Bakı-2007 s75