
1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitituna (indiki ATU) daxil olub. 1966-cı ildə instititu bitirib. 1969-cu ildə institutun İnsanın normal anatomiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlayıb. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Elmi-tədqiqat işlərini davam etdirən M. Allahverdiyev 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.
M. Allahverdiyev 1993-2000-ci illərdə ATU-nun elmi katibi, müxtəlif illərdə İnternatura şöbəsinin müdiri, Müalicə-profilaktika və Pediatriya fakültələrinin dekan müavini vəzifələrində çalışıb. 2008-2024-cü illərdə ATU-nun rektorunun müşaviri, həmçinin ATU-nun Elmi Şurasının üzvü olub.
M. Allahverdiyev 1985-ci ildə “Budun dəri sinirlərinin makromikroskopik anatomiyası və mieloarxitektonikası”” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2008-ci ildə isə “Postnatal ontogenezdə qaraciyərdənxaric öd yollarının vəzi və limfoid aparatlarının struktur – funksional səciyyəsi və morfogenezinin qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı alıb. 1971-1990- cı illərdə 19 il kafedranın tədris hissə müdiri, “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar” Elmi Cəmiyəti sədrinin katibi, 1991-92-ci illərdə 1-ci MPF-nin, 2006 -2011-ci illərdə Pediatriya fakültəsinin dekan müavini,1992-2000-ci illərdə ATU-nun Böyük Elmi Şurasının Elmi katibi, 1992-2020-ci illərdə ATU-nun Böyük Elmi Şurasının, eləcə də uzun illər 1-ci MPF-nin, bir müddət Pediatriya fakültəsinin Elmi Şurasının üzvü, 2001-2006-cı illərdə ATU-nun İnternatura şöbəsinin müdiri və kafedrada TEC-in sədri, 2001-13-cü illərdə ATU-nun Mətbuat xidmətinin rəhbəri, 2006-14-cü illərdə kafedra müdirinin elmi işlər üzrə müavini, 2008-2020-ci illərdə ATU-nun Nəzəri fənlər üzrə Dissertasiya şurasının Elmi katibi, 2008-2024-cü illərdə Rektorun müşaviri,2010-2024-cü illərdə ATU-nun Nəzəri fənlər üzrə Problem Komissiyasının üzvü olub. M.Allahverdiyev “SSRİ Sosializm yarışının qalibi” döş nişanına (1977) , “Əməkdar müəllim” fəxri adına (2010) , 2 dəfə Səhiyyə Nazirliyinin, 1dəfə Respublika Tibb İşçiləri Həmkarlar İttifaqının, eləcə də 3dəfə ATU-nun Fəxri Fərmanlarına, Respublika Qızıl Qələm mükafatına, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Fəxri Fərmanına layiq görülüb.
Birinci Qarabağ müharibəsi illərində ATU-nun Rektorunun göstərişi I Qarabağ müharibəsində iştirak etmişdir.
O, 1971-1990- cı illərdə 19 il kafedranın tədris hissə müdiri, “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar” Elmi Cəmiyəti sədrinin katibi, 1991-92-ci illərdə 1-ci MPF-nin, 2006 - 2011-ci illərdə Pediatriya fakültəsinin dekan müavini,1992-2000-ci illərdə ATU-nun Böyük Elmi Şurasının Elmi katibi, 1992-2020-ci illərdə ATU-nun Böyük Elmi Şurasının, eləcə də uzun illər 1-ci MPF-nin, bir müddət Pediatriya fakültəsinin Elmi Şurasının üzvü, 2001-2006-cı illərdə ATU-nun İnternatura şöbəsinin müdiri və kafedrada TEC-in sədri, 2001-13-cü illərdə ATU-nun Mətbuat xidmətinin rəhbəri, 2006-14-cü illərdə kafedra müdirinin elmi işlər üzrə müavini, 2008-2020-ci illərdə ATU-nun Nəzəri fənlər üzrə Dissertasiya şurasının Elmi katibi, 2008-2024-cü illərdə Rektorun müşaviri, 2010-2024-cü illərdə ATU-nun Nəzəri fənlər üzrə Problem Komissiyasının üzvü olub, hazırda Morfoloji fənlər üzrə Dissertasiya şurası Elmi Seminarının üzvüdür, həmçinin 250-yə yaxın elmi, 100-dən artıq elmi-kütləvi əsərin, 22-dən artıq dərslik və dərs vəsaitlərinin, 4 monoqrafiyanın, ATU-nun 80 və 90, Anatomiya kafedrasının 90 illik yubileylərinə həsr olunmuş kitabların müəllifidir. O, 300-dən çox elmi və elmi-kütləvi işin, o cümlədən 4 monoqrafiya və 4 biblioqrafik məlumat kitabının, 19 dərslik və dərs vəsaitinin, 2 səmərələşdirici təklifin, ATU-nun yaradılmasının 80 və 90 illik yubileylərinə, eləcə də kafedranın yaranmasını 90 illik yubileyinə həsr olunmuş 3 kitabın müəllifi və həmmüəliflərindəndir
1969-cu il- Azərbaycan Dövlət Tibb İnstitutunun İnsanın normal anatomiyası kafedrasında müəllim olaraq işə qəbul olunub. Həmin il assistent keçirilib.
1973-cü ildə baş müəllim,
1986-cı ildə dosent,
2010-cu ildə professor adını alıb.
1961-1966-cı illər Azərbaycan Dövlət Tibb Universitetinin Stomotologiya fakültəsini bitirib.
Professor elmi adı
1. 1968-1969-cu illərdə Türkmənistan Dövlət Tibb İnstitutunda “Ümumi cərrahlıq” üzrə ixtisasdəyişmə kursu.
2. 1973-cü ildə Leninqrad (Sankt-Peterburq) Sanitariya və Gigiyena İnstitututnun Normal anatomiya kafedrası – İnsan anatomiyası fənni üzrə ixtisasartırma kursu
3. 1988-ci il – İ.M. Seçenov adına Moskva Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrasında İxtisasartırma kursu.
2019-cu ildə Stomotologiya fakültəsi üçün Azərbaycan və Rus dilllərində “İnsan anatomiyası” dərsliyi
1. Количественная характеристика жирового компонента тела у девушек: конституциональный аспект. “Журнал анатомии и гистопатологии». 2017 / DOI https://doi.org/10.18499/2225-7357-2017-6-3-9-12
2. Характеристика мышечной массы, составляющей тела девушек разной конституции. “Журнал анатомии и гистопатологии». 2017 / DOI https://doi.org/10.18499/2225-7357-2017-6-3-29-32
3. Bədən kütləsi indeksinin konstitusional-tipoloji xüsusiyyətləri qida statusunun ən mühüm səciyyələndiricisi kimi.
https://doi/org/10.28942/jtcem.v3i1-2.164
4. M.V.Çernorutski və İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemlərinə müvafiq olaraq 16-20 yaşlı qızların somatotipləşdirilməsi bölgüləri üzrə nəticələrin müqayisəsi. «Nəzəri, klinik və eksperimental morfologiya jurnalı».
DOI https://doi/org/10.28942/jtcem.v.2i1
5. Qızlarda fiziki inkişaf göstəricilərinin yaş aspekti. «Azərbaycan tibb jurnali». 2020. DOI 10.34921/amj.2020.4.012
6. 16-20 yaşlı qızlarda bədən səthi sahəsinin konstitusional aspektləri. «Azərbaycan tibb jurnali». DOI 2021. 10.34921/amj.2021.2.015.
1. Yeni Azərbaycan Partiyası
2. Nəsimi rayonu Ağsaqqallar Şurasının üzvü
3. Anatom, histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin “Nəzəri, Klinin və Eksperimental Morfologiya Jurnalı”nın
4. Redaksiya Şurasının üzvüdür.
5. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ATU-nun nəzdində fəaliyyət göstərən FD 2.08 Dissertasiya şurasının üzvü.
Mübariz Allahverdiyevin rəhbərliyi altında 2023-cü ildə kafedranın əməkdaşı Kəsəmənli Əfqanə Kamran qızı”Normada 16-20 yaşlı qızların bədən quruluşunun anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri” mövzusunda dissertasiya işi müdafi etmişdir.