Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Vüqar Məhəmmədov uşaq cərrahlığı kafedrasının dosentidir. O 1980-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə birinci sinfə qəbul olunmuş, 1995-ci ildə məktəbi bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasının uşaq cərrahiyyə şöbəsində uşaq cərrahlığı ixtisası üzrə internatura, 2004-2006-cı illərdə isə uşaq cərrahlığı kafedrasında klinik ordinatura təhsili almışdır. 2006-cı ildə aspiranturaya daxil olmuş, 2009-cu ildə aspiranturanı bitirmişdir. 2009-cu ildən uşaq cərrahlığı kafedrasının assistentidir. “Uşaqlarda Hirşprunq xəstəliyi zamanı endogen intoksikasiyanın və qaraciyərin toksiki zədələnmələrinin korreksiya” yolları mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2016-cı ildən kafedra müdirinin tədris işləri üzrə müavinidir. 2022-ci ildən kafedrada dosent vəzifəsində çalışır. 2025-ci ildən cərrahiyyə ixtisası üzrə problem komissiyasının üzvüdür. 

Akademik fəaliyyət

Uşaq cərrahlığı kafedrasının dosenti, 2022 – ci ildən hal-hazıradək.

     Uşaq cərrahlığı kafedrasının assistenti, 2009 – 2022 – ci illər.

Təhsil

1995-2002 – ci illər Pediatriya fakültəsi bakalavr təhsili.

2002-2003 – cü illər Uşaq cərrahlığı üzrə internatura təhsili.

2004-2006 – cı illər Uşaq cərrahlığı ixtisası üzrə klinik ordinatura təhsili.

2006-2009 – cu illər Uşaq cərrahlığı ixtisası üzrə aspirantura təhsili.

Peşə və pedaqoji inkişaf

2012-2013-cü illər Türkiyə cumhurriyəti Qazi Universiteti uşaq cərrahlığı və uşaq urologiya kafedrası staj artırma kursu.

2016–cı İran İslam respublikası Təbriz Universiteti Uşaq cərrahlığı kafedrası staj artırma kursu.

2019–cu il Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş uşaq cərrahiyyəsi üzrə elmi-praktiki konqres

38-ci Beynəlxalq uşaq cərrahlığı konqresi. Türkiyə, Antalya. 2021

39-cu beynəlxalq uşaq cərrahlığı, 12 – ci beynəlxalq uşaq urologiyası konqresi. Türkiyə, İzmir. 2022

 Prof. H. Sultanovun 90 illik yubileyinə həsr olunmuş “Koloproktologiyanın aktual problemləri” beynəlxalq elmi-praktik konfrans. 2022

I Beynəlxalq forum. Naxçıvan şəhəri. 2022

Prof. Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” beynəlxalq konqres.

Prof. Ç. Cəfərovun 80 illiyinə həsr olunmuş elmi-praktiki konfrans.

Azərbaycanda uşaq cərrahiyyəsi günləri. “I beynəlxalq forum” 2024

Elmi araşdırma sahəsi

“Uşaqlarda anadangəlmə inkişaf qüsurları və cərrahi patologiyaların diaqnostikası və müalicəsində innovasiya texnologiyaların tətbiqi"

Məqalə

Epispadias associated with urethral duplication: Our practice. 2020. International Journal of Surgery Case Reports. Tom71. Səh.199-201

https://doi.org/10.1016/j.ijscr.2020.05.002

In the treatment of complication of Crohn’s disease, advantages of mini-invasive technology. 2024. Pediatric Anesthesia & Critical Care Journal. T12.N1. səh 38-45. M.U. Ismayilov, R. Sh Polukhov, I.V. Poddubny, V.A. Magammedov

doi:10.14587/paccj.2024.6

Our Experience in Providing Anesthesia During Surgical
Interventions for Necrotizing Enterocolitis.

Rahimova KH.S., Mahammadov V.A, Mustafayeva G.I., and Nasibova E.M. EC pediatrics 13-10. Səh1-12

https://ecronicon.net/ecpe/our-experience-in-providing-anesthesia-during-surgical-interventions-for-necrotizing-enterocolitis

COMPARATIVE ASSESSMENT OF SURGICAL TREATMENT OF COMPLICATIONS OF ULCERATIVE COLITIS IN CHILDREN. GEORGIAN MEDICAL NEWS
No 2 (347) 2024 səh 142-148

Ismayilov M.U., Polukhov R.Sh., Poddubny I.V., Magammedov V.A. https://pubmed.ncbi.nlm.nih.gov/38609131/

Üzv olduğu qurum

Azərbaycan Tibb Universitetinin cərrahiyyə ixtisası üzrə problem komissiyasının üzvü.

Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının tədris hissə müdiri.

Azərbaycan Uşaq Cərrahlığı Assosasiyasının katibi.