ATU TGT tələbələrlə yeni il bayramı keçirdi

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə möhtəşəm "AMU New Year Show 2020" baş tutub. Yeni il şousu dekabrın 22-də Ambassador Hoteldə keçirilib.

 

Universitetin 160-dan çox tələbəsinin iştirak etdiyi şənlikdə Dj Gugu, ATU-nun tələbəsi Hikmət Abbasov, Asəf Zeynallı adına Musiqi kollecinin tələbəsi Aydan İlxaszadənin, gənc ifaçı Səftər Ağayev və Xəyal İsazadənin və digər musiqiçilərin ifaları dinlənilib.

 

Tədbir iştirakçıları əyləncəli oyunlarda iştirak etməklə müxtəlif dəyərli hədiyyələr qazanıblar. Belə ki, oyun qaliblərinə “Edulandiya Təhsil və Konsultasiya Mərkəzi” tərəfindən TUS (Türkiyədə Uzmanlık Sınavı) və rezidentura dərsləri , müxtəlif kitablar hədiyyə olunub. Eyni zamanda “Peak Travel” tərəfindən 10 nəfərə ölkədaxili turlarda ödənişsiz iştirak etmək üçün kuponlar təqdim olunub.

 

Tədbirin sonunda ənənəvi yeni il tortu kəsilib.