Hər zaman ölkə vətəndaşlarının sağlamlıqlarının qayğısına qalan Azərbaycan Tibb Universiteti dünyanı cənginə almış COVİD-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından etibarən Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikaları “Pandemiya klinikaları” kimi koronaviruslu xəstələri qəbul etməyə başladı.
Azərbaycan Tibb Universiteti və ATU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “ COVİD-19-la mübarizədə birlikdə güclüyük”adlı vebinar baş tutmuşdur.Vebinarı ATU-nun təlim və tərbiyə işləri üzrə prorektor dos.Zülfüqar Musabəyov açmış və dünyada, o cümlədən Azərbaycanda koronovirusun növbəti dalğasının yaratdığı, yoluxma və ölüm saylarının gündən-günə artdığını qeyd edərək bu dövrdə tibb işçilərinin üzərinə ağır yük düşdüyünü, bu səbəbdən mövzu ilə bağlı müzakirələrin aparılmasına ehtiyac olduğunu bildirdi.Sonra ATU-nun Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş etdirilib.Videomaterialda koronovirusdan qorunmaq üçün zəruri qaydalar əks olunub.
Vebinarda ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dos.Könül Cəfərova, Tibbi mikrobiologiya və immunologiya kafedrasının prof. Nigar Ağayeva, Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri Məlahət Sultanova çıxış ediblər.Qeyd edək ki, vebinarda 150-yə yaxın tələbə iştirak etmişdir.
Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi və Türkiyə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə İstanbulda Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində yaradılmış Elmi Tibbi Komitənin “COVİD-19-a qarşı cavab tədbirləri və vaksinasiya”mövzusunda 4-cü iclasın işində ATU-nun Farmakologiya kafedrasının əməkdaşı Fatimə Əbdulkərimova iştirak etmişdir.
“COVİD-19 ilə mübarizə zamanı Səhiyyə və ön sıra işçilər arasında profilaktik tədbirlərin gücləndirilməsi” məqsədi ilə ATU-nun Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı (Nilufər Məmmədova) Türkiyə Cümhuriyyətinin İzmir şəhərində keçirilən “Avropa Birliyinin Şərq Tərəfdaşlığı üçün Həmrəylik Programı” çərçivəsində təlimlərdə iştirak etmişdir.
Urologiya kafedrasının əməkdaşə (Anar Əhədov) Publik Hüquqi Şəxs kimi Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadasının tərkibində Naxçıvan MR-də əhaliyə tibbi xidmət göstərmək məqsədi ilə ezamiyyətdə olmuşdur.
Pandemiya dövründə gənclər və tələbələri ilkin tibbi yardım qaydaları ilə tanış etmək məqsədilə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi onlayn təlimləri təşkil etmişdir.
Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikalarımızın kollektivi 44 günlük müqəddəs Vətən Müharibəsi dövründə də bütün səy və bacarığını səfərbər edərək, ön cəbhədə döyüş zamanı yaralanmış hərbiçilərimizin müalicəsi və reabilitasiyası ilə məşğul olmağa başladı.
Vətən Müharibəsinin ilk günlərindən ATU-nun rəhbərliyinin tövsiyəsi ilə 30-a yaxın professor-müəllim heyəti, o cümlədən respublikamızın tanınmış həkimlərindən ibarət tibbi personal könüllü olaraq cəbhə bölgəsində olan hərbi hospitallara ezam edilmişlər. ATU-nun III Cərrahi xəstəlikləri, Ümumi cərrahlıq, Travmatologiya və ortopediya kafedralarının əməkdaşları döyüşlərdə yaralanan hərbiçi və mülki əhaliyə tibbi yardımda aktiv iştirak etmişdilər. Fizuli, Naftalan, Gəncə bölgələrində hospitallara ağır vəziyyətdə gətirilən əsgər və zabitlərimizə fədakar, yüksək ixtisaslı həkimlərimiz tərəfindən tibb yardım göstərilmişdir.Həm “Təbib” İctimai təşkilatı, həm də dövlətin bu işə məsul olan qurumları tərəfindən lazımı tibbi avadanlıq və ləvazimatlarla təmin edilmişlər.
Gəncədən, Naftalandan qayıtdıqdan sonra da Tədris Cərrahiyyə Klinikasında yaralıların müalicəsi ilə intensiv məşğul olmağa başlanıldı. Klinikamıza gətirilən əsgərlərin əksəriyyəti ağız, üz-çənə, göz, burun-boğaz və kəllə-beyin zədəsi almışlar. Bu xəstələrin müalicəsi hərbi hospitalda başlamışdı və TCK-da davam etdirildi.
Həkimlərimiz üzərinə düşən məsuliyyəti dərk edərək gərgin işin öhdəsindən lazımınca gələ bildilər. Bu gün qürurla deyə bilərik ki, Vətən Müharibəsində həkimlərimiz əsgərlərimizin sağlamlığı üçün öz üzərlərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdilər.
Azərbaycan Tibb Univrsiteti Vətən müharibəsində iştirak edən və öz müqəddəs həkimlik peşələrini yerinə yetirən zaman qəhrəmancasına şəhid olan məzunlarını ehtiramla anır.
ATU-nun TCK-nın oftalmologiya şöbəsində ənənəvi xeyriyyə aksiyası keçirilmişdir. Aksiyalar zamanı torpaqlarımızın ərazi bütövlüyündə iştirak edən, əlil olan, şəhid ailəsi və o cümlədən ATU-da müvəffəqiyyətlə oxuyan aztəminatlı tələbələr ödənişsiz əməliyyat olunublar. Xeyriyyə aksiyaları əsasən Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərində, Azərbaycan oftalmologiyasının banilərindən biri olan akademik Zərifə Əliyevanın doğum günündə, Ramazan və Novruz bayramları ərəfəsində keçirilib.Ümumilikdə aksiya zamanı 134 tələbə əməliyyat olunub.
Rəşadətli Azərbaycan Ordusunu Vətən müharibəsində qazandığı zəfər bütün xalqımızda böyük ruh yüksəkliyi yaradıb.Azərbaycan Tibb Universitetinin kollektivi də bu zəfərin bir parçası olmaq, mübarizəsinə öz töhfəsini vermək niyyətilə Silahlı Qüvvələrin yardım Fonduna 200 min manat ianə edib. Bundan əlavə, ATU-nun həkimləri döyüş bölgələrində xidmət göstərməklə, Azərbaycan müdafiəsinin təminatında iştirak etməkdən böyük şərəf və iftixar hissi keçirdiklərini bəyan ediblər.
Ötən il “İdeyadan Biznesə-İ2B” startap müsabiqəsinədə respublika üzrə üçüncü yerə layiq görülən ATU-nun “Palliativ+” startap komandası Azərbaycan ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandığı məbləğin qalan hissəsini (800 manat) Silahlı Qüvvələrə yardım Fonduna ianə edib.
Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları Bakı şəhəri məktəblərində “Sağlam qidalanma,zərərli qidalar” mövzusunda maarifləndirmə seminarı keçirmişlər. Tədbir “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində təşkil olunub.
Qidalanma və kommunal gigiyena kafedrasının əməkdaşları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yaxından əməkdaşlıq edirlər. Kafedra müdiri, dos. İ.R.Əhmədov AR Səhiyyə Nazirliyi tərəfindən Universitetə ünvanlanmış: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış “energetik içkilər barədə məlumat”a rəy və təkliflər hazırlanmış, AQTA tərəfindən Nazirlər kabinetinə təqdim edilmək üçün tərtib olunmuş:
Covid-19 pandemiyası, mübarizədə qidalanmanın rolu, orqanizmi qoruma istiqamətləri, düzgün həyata keçirilmə qaydaları, ayrı-ayrı qida maddələri və qida məhsullarının immun statusun gücləndirilməsində rolları, fiziki amillərdən düzgün bəhrələnmə qaydalarını açıqlamış, canlı suallarına açıqlamalar vermirlər.
I Uşaq xəstəlikləri kafedrasının əməkdaşları (Təranə Tağızadə, Fəxriyyə Məmmədova, Lalə Hidayətova) ailə həkiminin fəaliyətində “Pediatriyanın aktual problemləri mövzusunda Gəncədə keçirilən tədbirdə iştirak etmişlər.
2 Fevral- Gənclər Günü münasibəti ilə ATU-nun bir qrup rezidenti Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”nin sakinləri üçün aksiya həyata keçiriblər. Rezidentura və magistratura şöbəsinin təşəbbüsü ilə baş tutan aksiya çərçivəsində “Qocalar evi”nin sakinləri oftalmoloq, LOR, pulmanoloq, terapevt, qastroenteroloq,revmatoloq, USM həkimi, kardioloq, endokrinoloq, hmatoloq ixtasasları üzrə rezidentlər və həkimlər tərəfindən müayinə olunub və lazımı dərmanlarla təmin olunublar.