Bizi izləyin:
Heydər Əliyev
Stomatologiya fakültəsi
Bölmələrimiz
Stomatologiya fakültəsi
Menular

Əziz tələbələr! Stomatologiya fakültəsinə xoş gəlmisiniz! Stomatologiya fakültəsinin rəhbərliyi və professor müəllim heyəti innovativ tədris metodlarından istifadə edərək tibbin yeni naliyyətlərindən xəbərdar olan, müasir tibbi cihazlarla işləməyi  bacaran, savadlı, yüksək ixtisaslı həkim-stomatoloqlar  yetişdirmək üçün var qüvvəsi ilə çalışır. Bu şərəfli və nəcib peşəyə yiyələnmək yolunda hər birinizə uğurlar arzu edirik!

Stomatologiya fakültəsində 7 kafedra fəaliyyət göstərir:

1.Ağız və üz-çənə cərrahiyyəsi kafedrası

2.Ortopedik stomatologiyası kafedrası

3.Terapevtik stomatologiya kafedrası

4.Uşaq stomatologiyası kafedrası

5.Ortodontiya kafedrası

6. Qulaq,burun,boğaz xəstəlikləri kafedrası

7.Xarici dillər kafedrası

Tələbələrin yüksək keyfiyyətli təhsil alması üçün kafedralar bütün lazımi avadanlıqlarla təchiz olunublar.

Fakültəyə dosent Elmira Ramiz qızı Əliyeva rəhbərlik edir.Fakültə dekanlığında 1 dekan müavini, 3 akademik məsləhətçi və 1 kompüter operatoru fəaliyyət göstərir.

2022-ci ildə Azərbaycan Tibb Universiteti, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk və yeganə universitet olaraq, üç ixtisas üzrə Beynəlxalq Akkreditasiyadan uğurla keçmişdir ki, Stomatologiya ixtisası da onlardan biridir.

Stomatologiya ixtisası üçün normativ təhsil müddəti 5 ildir.Normativ təhsil müddətinin sonunadək tələbə 300 kreditlik dərsi mənimsəməlidir.

Stomatologiya fakültəsini bitirən tələbələr həkim stomatoloq kimi fəaliyyət göstərə bilərlər.  Stomatologiya fakültəsinin məzunları aşağıdakı ixtisaslar üzrə rezidentura təhsili ala bilərlər:

  1. Üz-çənə cərrahiyyəsi
  2. Sosial gigiyena və səhiyyənin təşkili
  3. Endodontiya
  4. Parodontologiya
  5. Restorativ stomatologiya
  6. Ortopedik stomatologiya
  7. Uşaq stomatologiyası
  8. Ortodontiya

Əlaqə - e.mail: [email protected]
telefon: (+99412) 597 36 88