Müalicə-profilaktika Fakültəsində tələbələrin sayı ilbəil artaraq 1973-cü ildə 4500 nəfər olmuş və bununla əlaqədar tədris-tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 1974-cü ildə I və II Müalicə-profilaktika Fakültəsi təşkil edilmişdir.
Fakültənin əsas vəzifəsi cəmiyyətin həyat keyfiyyətini milli və regional tələblərə uyğun yüksəltmək və elm dünyasına töhfə vermək məqsədilə ən yüksək səviyyədə tibbi təhsil verməklə hadisələrə tənqidi yanaşma bacarığı olan, xəstəlikləri differensasiya və müalicə edə bilən, profilaktik tibbi və cəmiyyətin sağlamlığını ön planda düşünən, kommunikasiya qurmağı bacaran, etik prinsipləri mənimsəmiş, mədəni cəhətdən püxtələşmiş, tədqiqatçı və məhsuldar həkimlər yetişdirməkdir.
Hamıya məlumdur ki, müasir dövrdə “Tibb” ixtisası üzrə hazırlıq keçmiş gənc mütəxəssis qarşısında çox mühüm problemləri həll etmək durur. Belə ki, hər bir məzun həkimlik məsuliyyətini dərk etməli və kliniki düşüncə tərzinə malik olmalıdır. Onlar hər hansı təxirəsalınmaz-ekstremal şəraitdə əhaliyə ilk tibbi yardım etmək, diaqnozu düzgün müəyyənləşdirmək, eləcə də xəstələrin reabilitasiya istiqamətində peşə vəzifələrini müasir elmi-texniki tərəqqinin tələbatları səviyyəsində yerinə yetirməyi bacarmalıdır. Bu məqsədə nail olmaq üçün “Tibb” ixtisası üzrə məzunlar əsas fəaliyyətini profilaktik, diaqnostik, müalicə, səhiyyə maarifi, idarəetmə və elmi-tədqiqat işlərinin öyrənilməsinə və yeni metodların mənimsənilməsinə yönəltməli, eləcə də ixtisas üzrə rezidenturada təhsil almağa hazır olmalıdır.
Kollektivimiz öz məsuliyyətini dərk edərək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün fəaliyyətini aşağıdakı normativ sənədlərə uyğun həyata keçirir.
Fakültənin əməkdaşları Azərbaycan Respublikasının “Təhsil qanunu”, “Dövlət ali təhsil müəssisəsi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nı, Səhiyyə Nazirinin, Təhsil Nazirinin, habelə ATU Rektorunun əmrlərini, Elmi Şuranın qərar və metodik göstərişləri və digər normativ sənədlərini rəhbər tutaraq tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsinə çalışmışdır.
Tədrisin keyfiyyətini və səmərəsini yüksəltmək, hazırlanan gənc mütəxəssislərin tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün dekanlıq və fakültənin kollektivi öz işini aşağıdakı istiqamətlərdə həyata keçirir:
Tədris prosesinin təşkili və onun təkmilləşdirilməsi;
Tədris-metodik işlərin səviyyəsinin yüksəldilməsi;
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və tələbə elmi cəmiyyətinin işi;
Elmi-texniki yeniliklərin tədrisdə tətbiqinə diqqətin artırılması;
Tərbiyəvi işin aparılması və s.
Fakültə dekanı – dos. İ.Ş.Məhərrəmbəyli
Fakültənin dekan müavinləri
I-II kurslar üzrə - dos. S. Məhərrəmova
III-IV kurslar üzrə - dos. A. Bəydəmirova
V-VI kurslar üzrə - b. m. B. Hüseynova
Akademik məsləhətçilər
I-II kurslar üzrə - ass. Ş.Əliyeva
III-IV kurslar üzrə - b. l. L. Bayramova
V-VI kurslar üzrə - b. l A. Orucova
Tələbə dekanı – 221A1b qrup tələbəsi E.Baxşəliyev
Tələbə dekanı müavinləri
TEC sədri – 219A2a qrup tələbəsi F.Seyfullayeva
THİK sədri – 223A1b qrup tələbəsi A.Şükürlü
TGT sədri – 222A2b qrup tələbəsi R.Həsənli
Fakültənin YAP Gənclər Təşkilatının sədri – 219A8b qrup tələbəsi Ş.Kərimzadə
Hazırda fakültənin nəzdində 17 kafedra fəaliyyət göstərir:
Fakültəyə daxil olan kafedralarda 464 nəfər professor-müəllim və texniki heyəti çalışır. Bunlardan 3 nəfəri AMEA-nın müxbir üzvü, 48 nəfəri elmlər doktoru-professor, 106 nəfəri elmlər namizədi-dosent, 164 nəfəri assistent, 14 nəfəri baş müəllimdir. Bunlardan ümumilikdə 332 nəfər professor-müəllim vəzifəsində çalışır.
Təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi işində professor-müəllim heyətinə 132 nəfər yardımçı personal kömək edir. Bunlardan da 57 nəfəri baş laborantdır.
Fakültədə gənc mütəxəssislərin hazırlanması işini yaxşılaşdırmaq üçün dekanlıq öz səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edərək tədrisin səmərəsinin yüksəldilməsinə çalışır.
Hazırda fakültədə 2353 tələbə vardır ki (I kurs - 510, II kurs - 442, III kurs - 385, IV kurs - 335, V kurs - 393, VI kurs - 288), onlardan 1722-i Azərbaycan, 182-si rus, 449-ü isə ingilis bölməsində təhsil alırlar. Təhsil alanlardan 586 nəfəri xarici ölkə vətəndaşlarıdır (Türkiyə, İran, İraq, Pakistan, Fələstin və s.).
Fakültənin fəaliyyət istiqamətlərindən biri də, müəllimlərin elmi-pedaqoji səriştələrinin yüksəldilməsində elmi-tədqiqat işlərinin vacib rolunu nəzərə alaraq professor-müəllim heyətinin elmi fəaliyyərinə daim diqqət yetirilir.
Belə ki, kafedraların elmi işlərinin planları və hesabatları elmi-problem komissiyalarda, fakültə elmi şuralarında müzakirə edilərək təsdiq olunur. Hal-hazırda kafedralarda nəzəri və klinik təbabətin müxtəlif problemlərini əhatə edən təsdiq edilmiş plan çərçivəsində və təşəbbüs mövzuları istiqamətində elmi-tədqiqat işləri aparılır.Son illər ərzində kafedra əməkdaşları tərəfindən 3411 elmi məqalə və tezis çap etdirilmişdir. Bu məqalə və tezislər yerli və xarici ölkə jurnallarında çap olunmuşdur. Hesabat ili ərzində fakültədə 59 nəfər t.e.d. və t.ü.f.d müdafiə etmişdir. Hazırda isə 54 nəfər doktorant, 50 nəfər dissertant dissertasiya işi üzərində çalışır. Bu haqda məlumat aşağıdakı cədvəldə göstərilmişdir:
Cədvəl 4
Kafedranın adı |
Doktorantlar |
Dissertantlar |
Rezidentlər və Magistrlar |
|
II Daxili xəstəliklər |
1 |
2 |
11 |
|
III Daxili xəstəliklər |
2 |
8 |
16 |
|
II Cərrahi xəstəliklər |
1 |
0 |
9 |
|
Ümumi cərrahlıq |
3 |
5 |
10 |
|
II Mamalıq və ginekologiya |
3 |
5 |
29 |
|
Travmatologiya və ortopediya |
1 |
1 |
21 |
|
Urologiya |
3 |
0 |
19 |
|
II Uşaq xəstəlikləri |
12 |
4 |
26 |
|
Ailə təbabəti |
2 |
3 |
18 |
|
Şüa diaqnostikası və terapiyası |
4 |
5 |
27 |
|
Patoloji anatomiya |
1 |
5 |
1 |
|
Patoloji fiziologiya |
0 |
1 |
0 |
|
Psixiatriya |
17 |
8 |
65 |
|
Normal fiziologiya |
2 |
3 |
109 (Rotasiya) |
|
Tibbi fizika və informatika |
2 |
0 |
0 |
|
Təcili Tibb |
0 |
0 |
0 |
|
Tibb və Sağlamlıq elmləri |
0 |
0 |
0 |
|
Cəmi |
54 |
50 |
361 |
Fakültə əməkdaşları Respublikamızda və bir sıra xarici ölkələrdə - Türkiyə, Rusiya, İspaniya, Danimarka, İtaliya, Fransa, Hollandiya, Finlandiya, ABŞ, Kanada, İslandiyada, Özbəkistan, Tacikistan keçirilən elmi konfranslarda, konqreslərdə və simpoziumlarda iştirak edib məruzələrdə çıxış etmişlər.
Fakültənin fəaliyyət istiqamətlərindən biri də, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması böyük əhəmiyyət kəsb edir. Bunun əsas formalarından biri də tələbə elmi cəmiyyətidir. Tələbələrin tədris fəaliyyətinin aktivləşməsində tələbə elmi cəmiyyətinin və onun dərnəklərinin rolunu nəzərə alaraq dekanlıq və kafedralar tələbələrin elmi işlərə cəlb edilməsinə diqqət və qayğı göstərirlər.
Elmi potensialın yaxşılaşdırılması və cavanlaşdırılması, təhsil müddətində qabailiyyətli tələbələri elmi-tədqiqat işlərinə cəlb etməyi tələb edir.
Tədrisin ilk günlərindən dekanlıq TEC-in işini nəzarət altına almış, tələbələri elmi işə cəlb etmək üçün məüyyən tədbirlər həyata keçirmiş və çalışmışdır ki, tələbələr başa düşsünlər ki, elmi-tədqiqat işləri onların gələcək inkişafında mühüm rol oynayacaqdır. Kafedralarımızın professor-müəllim heyətinin də TEC-in işində böyük rolu olmuşdur. Xüsusilə, Psixiatriya, Normal fiziologiya, Ailə təbabəti, II Mamalıq və ginekologiya, II Uşaq xəstəlikləri, Şüa diaqnostikası və terapiyası, Patoloji fiziologiya, Patoloji anatomiya kafedraları bu işdə daha fəal olmuş, həmin kafedralarda TEC-in işi yüksək səviyyədə qurulmuş, daha çox tələbə elmi işə cəlb edilmiş, aktual və maraqlı elmi işlər yerinə yetirilmişdir.
Hazırda fakültəmizdə TEC xətti ilə 100-dən çox tələbə elmi dərnəklərdə çalışırlar. Cari ildə fakültədə TEC-in konfransında 100-dən çox məruzə dinlənilmişdir. Onlardan bir çoxu beynəlxalq konfranslarda çıxış edərək universiteti təmsil etmiş, müvafiq yerlər tutmuş və sertifikatlarla təltif olunmuşdur. Bu tələbələrimizdən V kurs tələbəsi Ağayarlı Fəridə, Hüseynzadə Səbinə 2022-ci ildə Tacikistanda, 2023-cü ildə Hollandiyada, IV kurs tələbəsi Eldar Baxşəliyev 2024-cü il 3-6 iyun tarixlərində Hollandiyada, V kurs tələbəsi Gülgün Məmmədli Özbəkistanda həmçinin, VI kurs tələbəsi Fidan Seyfullayeva IV kurs tələbəsi Həmid Səfərli, V kurs tələbəsi Yusifli Zibər Naxçıvanda keçirilən “Gənc alimlərin və tələbələrin konfransın”da müvəffəqiyyətlə universiteti təmsil etmişdir.