Azərbaycan Tibb Universitetinin         

Xarici tələbələrlə iş üzrə dekanlığı haqqında

 

ƏSASNAMƏ

  1. Ümumi müddəalar

1.1. Azərbaycan Tibb Universitetinin Xarici tələbələrlə iş üzrə dekanlığı(bundan sonra –De-kanlıq) Azərbaycan Tibb Universitetinin(bundan sonra - ATU) struktur bölməsidir.

1.2. Beynəlxalq əlaqələr üzrə prorektor dekanlığın işini koordinasiya(kurasiya) edir və fəa-liyyətınə nəzarəti həyata keçirir.

1.3. Dekanlıq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncam-larını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, ATU-nun Nizamnaməsini, Elmi Şuranın qərarlarını, rektorun sərəncamlarını, əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Dekanlıq əcnəbi dinləyici, tələbə,rezident və doktorantların müvafiq ixtisaslar üzrə qəbulunu, yerləşdirilməsi, miqrasiya xidməti və tədrisini təşkil edir.

1.5. Dekanlıq öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən ATU -nun digər struktur bölmələri , həmçinin xarici ölkələrin səfirlikləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

                                  2. Dekanlığın fəaliyyət istiqamətləri

2.1. ATU-ya  təhsil almaq uçün daxil olmuş əcnəbi vətəndaşların(dinləyici,  tələbə, rezident və doktorant) sənədlərinin qəbul  olunmasının təşkili;

2.2. ATU-ya qəbul olunmuş xarici dinləyici, tələbə, rezident və doktorantlara Azərbaycan Respublikasına daxil olmaq üçün viza  və müvəqqəti yaşamaq icazəsinin  qanunvericiliyə uyğun əldə olunmasına dəstək olunması;

2.3. xarici tələbələrin yataqxanaya yerləşdirilməsi və onların məişətinin yaxşılaşdılrılması üçün tədbirlərin görülməsi;

2.4. xarici tələbələrin təhsil almaq  üçün ATU-ya cəlb olunması;

2.5. xarici tələbələrlə tərbiyyəvi, mədəni-maarif və idman-sağlamlıq işlərinin aparılması;

2.6.əcnəbi  dinləyici, tələbə, rezident və doktorantların cari  akademik göstəricilərinə və dərslərə davamiyyətinə nəzarət edilməsi;

2.7.  universitetin məzunları olan əcnəbi vətəndaşlarla əlaqə saxlanılması.

3. Dekanlığın vəzifəsi:

3.1. Əcnəbi tələbələrin mövcud qanunvericiliyə uyğun  olaraq miqrasiya qeydiyyatı və əcnə-bilərin Azərbaycan Respublikasında qalmaları ilə bağlı məsələləri (miqrasiya qanunvericili-yinin qaydalarına riayət olunması ilə bağlı təlimatlandırmaq, ölkə ərazisində qalmaq müddə-tinin uzadılması və s.) həll etmək ;

3.2. Əcnəbi vətəndaşın ATU-nun Hazırlıq kursuna qəbul olunması üçün təqdim edilmiş sənədləri toplamaq və sistemləşdirmək(online müsahibəsindən sonra);

3.3. ATU və əcnəbi dinləyicilər, tələbələr , rezident və doktorantlar arasında bağlanılması nəzərdə tutulan müqavilənin tərəflərin imzalanması üçün hazırlamaq ;

3.4. Hazırlıq kursunda əcnəbi dinləyicilərin qruplara bölüşdürür, qrup nümayəndəsini seçir həmçinin ölkələr üzrə nümayəndələr seçmək və onlarla iş  qurmaq;

3.5. Hazirlıq kursunda əcnəbi dinləyicilərin(tələbələrin )davamiyyət və qiymətləndirmə jurnallarının hazırlayır və onlara nəzarət edir, dinləyicilərin (tələbələrin)dərslərdə iştirak etməsinə nəzarət etmək;

3.6. Hazırlıq kursunda oxuyan dinləyicilərin ATU-nun 1-ci kursuna qəbulu üçün imtahanları təşkil etmək;

3.7. dinləyicilərin(tələbələrin) daxili nizam qaydalarına əməl edilməsinə nəzarət etmək;

3.8.Əcnəbi dinləyici, tələbə, rezident və doktorantlara vəsiqə, və yaxud tələbə biletlərinin hazırlamaq və təqdim etmək;

3.9. Hazırlıq kursunu uğurla bitirmiş dinləyicilərin şəhadətnamələrinin hazırlamaq;

3.10. Qrantlar hesabına oxuyan tələbələrin (dinləyicilərin) təhsil almaları ilə bağlı sənədləşdirmə işinin aparmaq;

3.11. Dinləyiciləri yataqxanada yerləşdirilməsi, onlar tərəfindən Universitetin daxili nizam-intizam qaydalarına riayət olunmasına , yataqxanada yaşayış şəraitinə nəzarət edir, bu sahədə yaranan problem və çətinliklərin aradan qaldırılması üçün tədbirlər görmək;

  3.12. Dinləyicilərlə (tələbələrlə) mütəmadi əlaqə saxlayır, onları narahat edən məsələlər üzrə müvafiq izah və tövsiyələr veririr, zərurət olduqda onların valideynləri və ya ailə üzvləri ilə  əlaqə saxlamaq;

  3.13. Əcnəbi tələbələrin təhsil haqqının vaxtı-vaxtında ödənilməsinə nəzarət etmək;

3.14. Azərbaycan Respublikasının və əcnəbi ölkələrin milli bayramları və əlamətdar hadisələri ilə əlaqədar təşkil olunan tədbirlərə,  habelə Azərbaycan Respublikasının tarixi və mədəniyyəti ilə bağlı təşkil edilən ekskursiyalara əcnəbi dinləyicilərin cəlb edir, onlarla maarifləndirmə işləri aparmaq və asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək;

3.15. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlara  əcnəbi dinləyici , tələbə, rezident və doktorantlar barəsində tələb olunan məlumatların çatdırmaq;

3.16. Universitetin Hazırlıq kursuna daxil olmaq istəyən əcnəbi vətəndaşların onlayn qeydiyyatını təşkil edir və online müsahibələrini təşkil etmək;

3.17. Online müsahibədən uğurla keçmiş tələbələrə ölkəmizə gəlmək üçün müvafiq ölkələrdə yerləşən Azərbaycan Respublikası səfirliklərinə dəvət məktubunu hazırlayır və Azərbaycan Respublikası Xarici İşlər nazirliyinə müraciə hazırlamaq;

3.18. Qonaq əcnəbi tələbələrin akademik fəaliyyətini, yaşayış şəraitini  və ictimai həyatının idarə olunmasının təşkil etmək;

3.19. www.admission.amu.edu.az web portalının xəbərlər və elanlar blokunun idarə edir, [email protected][email protected]  vasitəsilə universitetə ünvanlanan müraciətləri cavablandırmaq;

3.20. ATU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında və beynəlxalq akkreditasiyasında aktiv iştirak etmək;

3.21. Dövlət Proqramları üzrə aidiyyatı tapşırıqların həyata keçirilməsini təmin etmək;

3.22. Əcnəbi dinləyicilərlə məlumat gününün keçirmək;

3.23. Əcnəbi  dinləyicilərin tələbələrin tələbə sırasından xaric olunması, dərs intizamının və ya daxili intizam qaydalarının pozulması ilə əlaqədar tədbirlərin görülməsi barədə ATU-nun rektoruna təqdimatlar verimək;

3.24. Əcnəbi tələbələrin ölkələrinin səfirlikləri ilə əlaqə saxlayır və tələbələr haqqında həmin ölkələrin səfirliklərinə məlumatların çatdırmaq;

3.25. Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almasında Dövlət Miqrasiya Xidməti ilə mütəmadi əlaqə saxlamaq;

3.26. Daxil və xaric olunan tələbələr haqqında məlumatı Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Statistika Komitəsinə elektron yazışma üsulu ilə vaxtında məlumatlar çatdırmaq;

3.27. Əcnəbi dinləyici və tələbələrlə bağlı məlumatların və hesabatların müəyyən   olunmuş qaydada və formada universitetin rəhbərliyinə təqdim etmək;

3.28. Universitet saytında yerləşən dekanlığın bölməsində elan və xəbərlər yayır, tələbələrlə mütəmadi elektron yazışmanı icra edir, analiz edərək  rəhbərliyə çatdırır, saytda dekanlıq səhifəsinin tərkibini mütəmadi yeniləmək;

3.29. əcnəbi dinləyici, tələbələr üçün akademik arayışlar və digər sənədləri hazırlamaq.

4. Dekanlığın hüquqları

4.1. ATU-nun struktur vahidlərindən əcnəbi tələbələrə aid zəruri məlumat və sənədləri tələb edib, toplamaq;

4.2. əcnəbi tələbələrin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlamaq və rəhbərlik qarşısında müvafiq vəsatəti qaldırılmaq,dekanlığın səlahiyyətlərinə aid məsələlər üzrə  digər  tövsiyə və təkliflər vermək;

4.3. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Dekanlığın fəaliyyətinin təşkili

5.1. Dekanlığa beynəlxalq əlaqələr üzrə prorektorun təqdimatına əsasən, rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan dekan rəhbərlik edir.

5.2. Dekan dekanlığa həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Dekanlıqda ATU-nun rektoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç dekan müavini, bir miqrasiya məsələləri üzrə koordinator, iki katibə operator vardır.

5.4. Dekan aşağıdakı səlahiyyətlərə malikdir:

5.4.1. Dekanlığın fəaliyyətini təşkil və təmin edir;

5.4.2. Dekanlığı təmsil edir;

5.4.3. Dekanlıq daxilində vəzifə və iş bölgüsü aparır və əməkdaşlarının vəzifə təlimatlarını hazırlayır;

5.4.4. Dekanlığın işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;

5.4.5. Dekanlığın struktur və ştat cədvəlini hazırlayır;

5.4.6. Dekanlıqda işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlar barədə intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı  rektora və beynəlxalq əlaqələr üzrə prorektora təkliflər verir;

5.4.7. Dekanlığın adından göndərilən sənədləri imzalayır;

5.4.8. Dekanlığın səlahiyyətlərinə aid məsələlər üzrə vətəndaşlar və təşkilat nümayəndələrinin  qəbulunu həyata keçirir;

5.4.9. Dekanlığın fəailiyyət istiqamətlərinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Tibb Universiteti

Xarici tələbələrlə iş üzrə dekanlığı əməkdaşlarının vəzifə səlahiyyətləri

 

Görülən işlər

Məsul əməkdaş

1

Əcnəbi vətəndaşın ATU-nun Hazırlıq kursuna qəbul olunması üçün təqdim edilmiş sənədlərin analizi, toplanması və sistemləşdirilməsi (online müsahibədən sonra)

Nəzrin Musabəyova

 

2

ATU və əcnəbi dinləyicilər arasında bağlanılması nəzərdə tutulan müqavilənin tərtib eilməsi və tərəflərin imzalanması üçün hazırlanması (Hazırlıq kursu üçün)

Elnarə Nəbiyeva

 

3

Universitet və əcnəbi tələbələr arasında bağlanılması nəzərdə tutulan müqavilənin tərtib eilməsi və tərəflərin imzalanması üçün hazırlanması (1-ci kurs üçün)

Qoşqar İsmayılov

 

4

Hazırlıq kursunda əcnəbi dinləyicilərin qruplara bölüşdürülməsi, qrup nümayəndəsinin seçilməsi, həmçinin ölkələr üzrə nümayəndələrin seçilməsi və onlarla işin  qurulması

Elnarə Nəbiyeva

5

Hazırlıq kursunda tədris-metodiki işə bilavasitə rəhbərliyin həyata keçirilməsi, dinləyicilərin dərs cədvəllərinin tərtib edilməsi, müvafiq tədris planı və proqramların həyata keçirilməsinə nəzarət

Elnarə Nəbiyeva

6

Hazirlıq kursunda dinləyicilərin davamiyyət və qiymətləndirmə jurnallarının hazırlanması və onlara nəzarət edilməsi, dinləyicilərin dərslərdə iştirak etməsinə nəzarət

Elnarə Nəbiyeva

7

Hazırlıq kursunda oxuyan dinləyicilərin imtahanlarının təşkil edilməsi

Elnarə Nəbiyeva

8

Hazırlıq kursunda dinləyicilərin davamiyyətinə və daxili nizam qaydalarına əməl edilməsinin yoxlanılması

Elnarə Nəbiyeva

9

Dinləyici biletlərinin hazırlanması

Elnarə Nəbiyeva

10

Hazırlıq kursunu uğurla bitirmiş dinləyicilər üçün şəhadətnamələrinin hazırlanması

Elnarə Nəbiyeva

11

Qrantlar hesabına oxuyan tələbələrin (dinləyicilərin) sənədləşdirmə prosesi

Qoşqar İsmayılov (tələbələr)

Elnarə Nəbiyeva (dinləyicilər)

12

Dinləyicilərin yataqxanada yerləşdirilməsi, onlar tərəfindən ATU-nun daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət, yataqxanada yaşayış şəraitinə nəzarət, bu sahədə yaranan problem və çətinliklərin aradan götürülməsi

Elnarə Nəbiyeva

13

Tələbələrin yataqxanada yerləşdirilməsi, onlar tərəfindən Universitetin daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət, yataqxanada yaşayış şəraitinə nəzarət, bu sahədə yaranan problem və çətinliklərin aradan götürülməsi

Qoşqar İsmayılov

14

Dinləyicilərlə (tələbələrlə) mütəmadi əlaqə saxlanılması, onları narahat edən məsələlər üzrə müvafiq izahların və tövsiyələrin verilməsi, zərurət olduqda onların valideynləri və ya ailə üzvləri ilə  əlaqə saxlanılması

Qoşqar İsmayılov (tələbələr),

Elnarə Nəbiyeva (dinləyicilər)

 

15

Tələbələrin təhsil haqqının vaxtı-vaxtında ödənilməsi

Qoşqar İsmayılov

16

Azərbaycan Respublikasının və əcnəbi ölkələrin milli bayramları və əlamətdar hadisələri ilə əlaqədar təşkil olunan tədbirlərə,  habelə Azərbaycan Respublikasının tarixi və mədəniyyəti ilə bağlı təşkil edilən ekskursiyalara əcnəbi dinləyicilərin cəlb edilməsi və, ümumiyyətlə əcnəbi tələbələrin asudə  vaxtının səmərəli təşkili

Qoşqar İsmayılov (tələbələr),

Elnarə Nəbiyeva (dinləyicilər)

17

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlara tələbələr (dinləyicilər) barəsində tələb olunan məlumatların hazırlanması

Qoşqar İsmayılov (tələbələr),

Elnarə Nəbiyeva (dinləyicilər)

18

ATU-nun Hazırlıq kursuna daxil olmaq istəyən əcnəbi vətəndaşların onlayn qeydiyyatada düşənlərin online müsahibəsinin təşkil edilməsi

Nəzrin Musabəyova

19

Online müsahibədən uğurla keçmiş tələbələrə ölkəmizə gəlmək üçün müvafiq ölkələrdə yerləşən Azərbaycan Respublikasının səfirliklərinə dəvət məktubunun hazırlanması və Azərbaycan Respublikası Xarici İşlər nazirliyinə müraciət

Əfqan Abbasov

Mahiyyə Kərimova

20

Online müsahibədən uğurla keçmiş tələbələrə ölkəmizə gəlmək üçün müvafiq ölkələrdə yerləşən Azərbaycan Respublikası səfirliklərinə dəvət məktubunun göndərilməsi üçün məlumatın hazırlanması

Nəzrin Musabəyova

 

21

Müvafiq fakültə dekanlıqlarından tədris ilinin payız semestrinin sonunadək qeydiyyata düşməyən tələbələrin siyahısını əldə etmək

Qoşqar İsmayılov

22

ATU-nun Hazırlıq kursuna daxil olmaq istəyən əcnəbi vətəndaşların sənədlərinin yoxlanması və onlayn qeydiyyatı

Qorxmaz Əhmədov,

Elnarə Nəbiyeva,

Nəzrin Musabəyova

23

Online müsahibədən müvəffəqiyyətlə keçmiş əcnəbi vətəndaşların ATU-nun Hazırlıq kursuna qəbulu haqda təqdimatın hazırlanması

Qorxmaz Əhmədov

Qoşqar İsmayılov

24

Universitetin müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin ATU-ya qəbulu və təhsilinin təşkilində iştirak etmək

Qoşqar İsmayılov

25

Əcnəbi tələbələrlə bağlı mədəni və maarifləndirmə tədbirlərinin təşkili

Qoşqar İsmayılov (tələbələr),

Elnarə Nəbiyeva (dinləyicilər)

26

Əcnəbi dinləyicilərlə məlumat gününün keçirilməsi

Qorxmaz Əhmədov

27

Əcnəbi tələbələrin tələbə sırasından xaric olunması, dərs intizamının və ya daxili intizam qaydalarının pozulması ilə əlaqədar tədbirlərin görülməsi barədə ATU-nun rektoruna təqdimatların verilməsi

Qorxmaz Əhmədov

28

Əcnəbi tələbələrin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması və rəhbərlik qarşısında müvafiq vəsatətin qaldırılması

Qorxmaz Əhmədov

29

Əcnəbi tələbələrin ölkələrinin səfirlikləri ilə əlaqə saxlanılması və tələbələr haqqında həmin ölkələrin səfirliklərinə məlumatların hazırlanması

Qorxmaz Əhmədov

30

Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almasında Dövlət Miqrasiya Xidməti ilə mütəmadi əlaqə saxlamaq

Əfqan Abbasov

31

Daxil və xaric olunan dinləyicilər və tələbələr haqqında məlumatı Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə elektron yazışma üsulu ilə vaxtında məlumatların çatdırılması

Qoşqar İsmayılov (tələbələr),

Elnarə Nəbiyeva (dinləyicilər)

32

Daxil və xaric olunan tələbələr haqqında məlumatı Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə çatdırılması

Əfqan Abbasov

33

Əcnəbi tələbələrlə bağlı məlumatların və hesabatların müəyyən olunmuş qaydada və formada universitetin rəhbərliyinə təqdim edilməsi

Qorxmaz Əhmədov

34

ATU-nun saytında yerləşən dekanlığın bölməsində elan və xəbərlərin yayılması, tələbələrlə mütəmadi elektron yazışmanın icrası, analizi və rəhbərliyə çatdırılması, saytda dekanlıq səhifəsinin tərkibinin mütəmadi yenilənməsi

Mahiyyə Kərimova

35

www.admission.amu.edu.az saytının xəbərlər və elanlar blokunun idarə edilməsi

Mahiyyə Kərimova

36

Azərbaycan Respublikası Statistika Komitəsinə məlumatı hazırlanması.

Qoşqar İsmayılov

37

ATU-nun ingilis dilində tədris edən professor-müəllim heyətinin dil səviyyəsinin dövrü sertifikasiyasını həyata keçirilməsi

 

Qorxmaz Əhmədov

38

Sənədlərin  hazırlanması

Dilarə Nəcəfova