Natiq Tapdıq oğlu Bayramov 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1985 –1992-ci illərdə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən Universitetin Ümumi və toksikoloji kimya kafedrasında baş laborant, 1997-ci ildən isə Latın dili kafedrasında müəllim vəzifəsində calışıb. Hal-hazırda Farmakologiya kafedrasında baş müəllimdir. 2 dərs vəsaiti, 1 ixtira, 6 metodik vəsait, 16 elmi məqalə, 5 tezis müəllifidir.
11 noyabr 2017-ci il tarixindən əczaçılıq fakultəsinin dekan müavini vəzifəsinə təyin edilib. 2018-ci ildən etibarən müalicə-profilaktika fakultəsində dekan müavini vəzifəsində çalışıb. 10.02.23-cü il tarixindən xarici tələbələrlə iş üzrə dekan vəzifəsinə təyin olunub.