Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələr asudə vaxtlarında Şərq ilə Qərbin qovuşduğu paytaxtımızı gəzib onun gözəlliklərini kəşf etmək imkanına malikdirdilər.
Burada yaşadıqları müddət ərzində tələbələrimiz Xəzər dənizi sahilində ən böyük şəhər olan Bakının tarixi və müasir məkanları ilə tanış ola bilərlər. Şəhərdə hər kəsin zövqünə və maraq dairəsinə uyğun gələn istirahət və əyləncə yerləri mövcuddur.
Paytaxtımızın sakinləri və qonaqların ən sevdiyi müasir məkanlar arasında Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Dənizkənarı bulvar, Nizami küçəsini qeyd etmək olar. Tarixini tanımaq istəyənlər isə Şərq bazarı, UNESCO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhərdəki qədim abidələrlə yanaşı, memarlığı ilə seçilən onlarla binaları seyr edə bilərlər. Yazda parklar və bulvarlar, payızda isə dünya səviyyəli muzeylər qonaqların yolunu gözləyir.
Tələbələrin asudə vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün Bakıda kifayət qədər məkan – muzey və sərgi zalları, qalereyalar, kinoteatrlar, kitab dükanları, konsert zalları və s. kimi yerlər mövcuddur. Şəhərimizin qonaqları Xəzərdə yaxta gəzintisinə çıxıb, Abşeronun palçıq vulkanları ilə tanış ola bilər, digər maraqlı fəaliyyətlərə qatıla bilərlər.
Xarici tələbələrimiz il boyunca Bakıda və regionlarda il boyunca elmi konfranslar, bilik yarışlarında iştirak edərək Azərbaycan Tibb Universitetini bu tədbirlərdə layiqincə təmsil edirlər. Bunlarla yanaşı, tələbələr respublikamızda keçirilən festivallar, sərgilərdə də aktiv iştirak edirlər.